Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix22.07.2018
ölçüsü1,22 Mb.
#57839
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

24 

 

Öz  strateji  yerləşməyinə  görə  Azərbaycanın  üzərində  dünyanın  əsas  güc 



mərkəzlərinin mənafeyi toqquşur. Azərbaycan dünyadakı iqtisadi proseslərdə aktiv 

iştirak  etməyə  başladıqdan  sonra  ölkənin  müxtəlif  istiqamətli  –  sosial-iqtisadi, 

siyasi  və  təhlükəsizlik  məsələlərinin  nizamlanmasında  inteqrasiya  strategiyasının 

rolu daha da vacib olmuşdur.  

Bugün  dünyadakı  əsas  güc  mərkəzlərinin,  regional  və  beynəlxalq 

münasibətlərin  hazırkı  quruluşunun  araşdırılması  Azərbaycan  kimi  özünün  xarici 

strategiyasını  müəyyənləşdirən,  dövlətlərarası  regional  və  beynəlxalq  əlaqələrə 

qoşulmaq  istəyən  dövlət  üçün  vacibdir.  Çünki  bu  mərhələdə  dövlətin  dünya 

ölkələri  arasında  gələcək  yeri  və  rolu  onun  hansı  strategiyanı  seçməsindən, 

iqtisadi-siyasi  və  təhlükəsizlik  meyillərini  hansı  beynəlxalq  güc  mərkəzinə 

yönəltməsindən,  hansı  dövlətlərlə  əməkdaşlıq,  tərəfdaşlıq,  dostluq  və  nəhayət, 

strateji  müttəfiqlik  əlaqələrini  yaratmasından  asılıdır.  Bütün  bu  münasibətlər 

qurularkən milli maraqlar  daha üstün tutulmalıdır. 

Həyata  keçirilən  strategiyanın  əsas  məqsədləri  ölkədə  sahibkarlığı  inkişaf 

etdirmək,  sahibkarlar  və  investorlar  üçün  əlverişli  biznes  mühitinin  yaradılması, 

milli  iqtisadiyyatın  diversifikasiyası  olmuşdur.  Bu  istiqamətdə  mülkiyyətin 

özəlləşdirilməsi prosesini də qeyd etmək olar. Özəlləşdirmə prosesi yeni başlayan 

zaman özəl sektorun ÜDM-də payı 10%-dən az olsa da, hazırda bu göstərici 85%-ə 

çatdırılıb. 

Vəziyyətə  uyğun  inteqrasiya  strategiyasının  yürüdülməsi  nəticəsində 

müstəqilliyin  ilk  illərindəki  belə  demək  olarsa  böhran  vəziyyətinin  daha  da 

dərinləşməsinə  imkan  verilmədi.  Azərbaycan  bütün  dünya  ölkələri  ilə  iqtisadi  və 

mədəni əlaqələri genişləndirmə və dərinləşdirmə yoluna qədəm qoydu. Bu əlaqələr 

içərisində  Türkiyəylə  münasibətlər  xüsusi  əhəmiyyət  daşıyır.  Bir-biriylə  etnik, 

mədəni,  ümumi  dil  nöqteyi  nəzərindən  bağlı  olan  iki  ölkə  arasındakı  ikitərəfli 

münasibətlər  halhazırda  strateji  əməkdaşlıq  səviyəsində  daha  da  dərinləşmiş  və 

genişlənmişdir.  Bunun  əsas  səbəblərindən  biri  isə  Azərbaycanın  həyata  keçirdiyi 

yeni  neft  strategiyası  olmuşdur.  Azərbaycan  və  Türkiyənin  birgə  regiondakı 




25 

 

qeosiyasi  və  iqtisadi  hadisələrə  münasibətləri,  həyata  keçirdikləri  transregional 



iqtisadi  layihələr  iki  dövlət  arasındakı  əməkdaşlıq  keyfiyyətinin  səviyyəsinin  və 

onların pozisiyalarını nümayiş edir. 

Azərbaycan üçün iqtisadi  əməkdaşlıq cəhətdən önəmli regionlardan biri də 

Qara  dəniz  ölkələridir.  Azərbaycanın  üç  iri  neft  boru  kəmərinin  ikisi  vasitəsilə 

neftimiz  Qara  dəniz  limanlarına  daşınılır.  Gürcüstan  da  regionda  ölkəmizin  ən 

yaxın  müttəfiqlərindən  biridir.  SSRİ  dağıldıqdan  sonra  hər  iki  ölkədə  baş  verən 

proseslər, daxili və xarici vəziyyətin oxşarlığı,  ümumi maraqların olması və digər 

amillər iki ölkə arasında geniş əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verdi.  

Azərbaycanın  bu  ölkələrlə  Xəzər  dənizinin  enerji  resurslarının  dünya 

bazarına çıxarılması və Avropayla Asiyanının birləşdirilməsi məqsədilə tarixi İpək 

Yolunun  bərpası  kimi  bir  neçə  ortaq  maraqların  olması,  həmçinin  müştərək 

transregional layihələrdə iştirak Türkiyə və Gürcüstanla münasibətlərin vacibliyini 

bir daha sübut edir. 

Bu  iki  ölkə  ilə  Azərbaycan  arasında  strateji  əməkdaşlığı  rəsmiləşdirən  əsas 

hadisələrdən  biri  də  2002-ci  ildə  imzalanmış  “Trabzon  razılaşması”  olmuşdur. 

Razılaşma regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək, terrorizmə 

qarşı  mübarizədən,  çirkli  pulların  yuyulması  və  neft-qaz  borularının  birgə 

mühafizəsinədək kifayət qədər çoxtərəfli spektri özünə daxil edir.   

Bu  üç  ölkə  arasında  beynəlxalq  aləmdə  əməkdaşlıq  yalnız  təşkilatlar 

çərçivəsində  qalmır,  özünü  layihələrdə  də  göstərir.  Sərnişin  və  yük  daşıması 

sahəsində üç ölkənin dünya bazarına inteqrasiya olunmasına imkan yaradacaq Bakı 

– Tbilisi – Qars  dəmiryol xətti, Azərbaycan qazının dünya bazarına çıxarılması və 

Türkiyənin  enerji  ehtiyatının  böyük  qismini  ödəcəyək  TANAP  layihəsində  birgə 

əməkdaşlıq öz töhfələrini verməyə başlamışdır. 

Azərbaycanın  Gürcüstan  və  Türkiyəylə  ortaq  maraqların  olması,  Xəzər 

dənizi  enerji  resurslarının  dünya  bazarlarına  çıxarılması  və  Avropayla  Asiyanın 

birləşdirilməsi  üçün  tarixi  İpək  yolunun  bərpası  istiqamətində,  həmçinin  ümumi 



26 

 

təhlükəsizliyin  qarşılıqlı  zəmanəti  üzrə  birgə  transregional  layihələrdə  iştirak  bu 



münasibətlərin vacibliyini bir daha sübut edir. Bunlardan əlavə artıq reallaşdırılmış 

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri 

kimi  qlobal  enerji, nəqliyyat-kommunikasiya  layihələri  möhkəm  və  uzunmüddətli 

perspektivə  malik  əməkdaşlığın  nümunəsidir  və  regionda  sabitlik  amilinə 

çevriliblər. 

Rusiyanın  Cənubi  Qafqaz  regionunda  olan  güclü  təsirini  nəzərə  alaraq 

Azərbaycan  da  öz  xarici  siyasətində  və  iştirak  etdiyi  transregional  layihələrdə  

Rusiyanın  mövqeyinə  diqqət  yetirir  və  regionda  gərginliyin  azaldılması 

istiqamətində  tədbirlər  görür.  Azərbaycan  qonşu  dövlətlərlə  iqtisadi, siyasi, sosial 

və  mədəni  sferalarda  qarşılıqlı  faydalı  əməkdaşlığın  inkişafının  tərəfdarıdır. 

Müstəqillik  əldə  etdiyi  dövrdən  Azərbaycan  İranla  münasibətlərinə  də  böyük 

əhəmiyyət verir.  

Azərbaycanın  xarici  münasibətlərində  Mərkəzi  Asiya  dövlətləri  də  xüsusi 

yer  tutur.  Bu  dövlətlərin  Azərbaycanın  əsas  iştirakçılardan  biri  olduğu  layihələrə 

qoşulması  gələcək  yaxın  iqtisadi  və  siyasi  münasibətlərin  inkişafı  üçün  faydalı 

olmuşdur.  

Bu  tərəfdaşlıq  Xəzər  və  Qara  dənizi  regionlarının  əhəmiyyətini  artıraraq, 

Avropa  və  dünya  enerji  təhlükəsizliyi  məsələsində  böyük  faydaları  olan 

transregional enerji infrastrukturu layihələrinin əsasını qoyub. 

Müasir  dövrdə  Xəzər  regionunun  dövlətləri  öz  iqtisadi  inkişafını  Xəzər 

dənizinin neft-qaz potensialı ilə bağlayır. Azərbaycan Xəzər regionu üzrə neft hasil 

edən  ölkələrdən biridir  və  ixrac  potensialına görə  Xəzər  regionu  ölkələri arasında 

ikinci  yeri  tutur.  Artıq  Azərbaycan  Respublikası  dünyanın  ən  çox  neft  hasilatına 

malik olan regionlardan biri kimi tanınmaqdadır.  Azərbaycan Xəzəryanı ölkələrlə 

mehriban qonşuluq şəraitində yaşamaq və müxtəlif transregional layihələrdə birgə 

iştirakda maraqlıdır. Azərbaycanın xarici siyasətində digər Mərkəzi və Orta Asiya 

ölkələriylə əlaqələr mühüm yer tutur.  



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə