Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

82 

 

 



 

 



Beynəlxalq audit təcrübəsinin tətbiqi üzrə.

 

―Azərbaycan Respublikasinda auditor xidmətinin inkişaf konsepsiyasi‖nın əsas 



məqsədi  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı 

ilə  təsdiq  olunmuş  «Azərbaycan  2020:  gələcəyə  baxış»  inkişaf  konsepsiyasının 

reallaşdırılması  baxımından  ölkə  iqtisadiyyatının  sabit  və  dayanıqlı  inkişafını  təmin 

etmək,  şəffaflığın  artırılması,  vətəndaş  cəmiyyətinin  inkişaf  etdirilməsi,  dünya 

iqtisadiyyatına inteqrasiya üçün  tədbirlərin reallaşmasına dəstək verməkdir. 

Həmçinin  maliyyə  nəzarəti  sahəsində  bir  sıra  yeni  struktur  elementləri  də 

yaradılmışdır. 

Maliyyə  nəzarətinin  təkmilləşdirilməsi  qeyd  etdiklərimizlə  kifayətlənmir. 

Bunun üçün bir sıra vacib tədbirlər həyata keçirmək lazımdır: 

a)

 



Beynəlxalq  arenaya  çıxa  biləcək  milli  auditor  şirkətləri  yaratmaq  və 

formalaşdırmaq.  Nəinki  xarici  bazara  milli  auditor  şirkətlərimiz  çıxa  bilmir, 

hətta daxili bazarda belə bir çox böyük şirkətlər audit yoxlaması üçün məhşur 

xarici şirkətlərə müraciət edirlər;  

b)

 

Nəzarət işlərinin müəyyən dərəcədə məhdudlaşdırılması və koordinasiyası; 



c)

 

Xüsusi  şirkətlərin  fəaliyyətindən  maliyyə  nəzarəti  və  vergilərin  toplanması 



istiqamətlərində istifadəyə başlanması;  

d)

 



Təsərrüfat  subyektinin  fərqli  nəzarət  orqanları  tərəfindən  yoxlanmasının 

təkrarlanması hallarını aradan qaldırmaq və bu məqsədlə də Maliyyə Nazirliyi 

və  Hesablama  Palatasının  həmsədrliyi  ilə  maliyyə  nəzarətini  həyata  keçirən 

təşkilatların  idarəetmə  heyəti  üzvlərindən  təkil  olunmuş  təşkilatlararası  şura 

yaradılmalıdır.  Bölgələrdə  maliyyə  nəzarətini  həyata  keçirən  orqanların 

bölmələrinin  yaradılmalıdır  ki,  bununla  da  maliyyə  nəzarəti  təşkilatları 

arasındakı qarşılıqlı əlaqələri möhkəmlətmək mümkün olsun;   

e)

 



Online  yoxlamalardan  və  elektron  vasitələrdən  maliyyə  nəzarəti  zamanı 

istifadəsinə geniş imkanlar yaratmaq. Bunun üçün ―Mühasibat uçotu haqqında‖ 




83 

 

 



 

Azərbaycan  Respublikası  Qanununa  əlavə  və  dəyişikliklər  edərək    elektron 

auditin  tətbiqi  üçün  mühasibatlığın  elektron  formadada  təşkili,  o  cümlədən 

məlumatların  təqvim  illəri  əsasında  elektron  fayllar  şəklində  arxivləşdirilməsi 

qaydası müəyyən olunmalıdır.  

f)

 



Nəzarətin  həyata  keçirilməsi  zamanı görülən iş  ürzə keyfiyyət  parametrlərinə, 

səmərəliliyə xüsusi diqqət yetirmək lazımdır. Təhlil zamanı analitik xarakterli 

yoxlama üsullar inkişaf etdirilməlidir

g)

 



Mülkiyyət formasından asılı olmayaraq təsərrüfatdaxili nəzarət sistemini əsaslı 

formada  inkişaf  etdirmək  üçün   bütün təsərrüfat subyektlərində  daxili  auditin 

təşkili; 

h)

 



Maliyyə  nəzarəti  orqanlarının  fəaliyyətinin  səmərəliliyini  artırmaq,  aşkar 

olunmuş  çatışmazlıqları  daha  tez  aradan  qaldırmaq  məqsədilə  onlara  inzibati 

təsir  göstərmək  üçün  şərait  yaradılmalıdır.  Bunun  üçün  bir  çox  ölkələrdə  də 

tətbiq  edilən  maliyyə  nəzarəti  nəznində  ixtisaslaşmış  xüsusi  məhkəmə  orqanı 

yaradıla bilər.   

i)

 



Hər  bir  sahənin  inkişafında  əsas  məsələlərdən  biri  həmin  sahədə  sağlam 

rəqabət  şəraitinin  yaradılmasıdır. Bu  məsələdə  dövlətin üzərinə  iş düşür. Belə 

ki, dövlət auditin həyata keçirilməsi üçün minium haqq müəyyən etməli və bu 

qanunvericiliklə tənzimlənməlidir.  

j)

 

Yoxlamanın  həyata  keçirilməsi  şəraitin  təmin  olunması  və  lazımi  sənədlərlə 



təmin olunma və onların düzgünlüyü üzrə sifarişçi məsuliyyət daşımalıdır; 

k)

 



Daha  güclü  normativ-hüquqi  bazaya  malik  olmaq,  movcud  inkişaf  nəzərə 

alınaraq normativ-hüquqi bazada da dəyişiklilər etmək, onu təkmilləşdirmək; 

l)

 

Beynəlxalq  audit  standartlarının  tələblərinə  riayət  edərək  onun  əsasında  milli 



audit standartlarının yaradılması;  

m)

 



Inzibati  pozuntuların  qarşısının  alınması  və  aradan  qaldırılması  üzrə 

Azərbaycan  Respublikası  Hesablama  Palatasına  cəza  qərarı  çıxarmaq 

hüququnun verilməsi;  



84 

 

 



 

n)

 



Baş verəcək pozuntu halları üzrə cərimə mexanizminin işlənib hazırlanması və 

s.  


o)

 

Maliyyə  nəzarətinin  daha  səmərəli,  effektiv  olması  üçün  hüquq  normaları 



təkmilləşdirilməlidir.  Bu təkmilləşmənin  istiqamətlərinə  aiddir:  qanunsuz  əldə 

oluna  gəlirləri  aşkara  çıxarmaq  sahəsində  istifadə  olunan  hüquqi  vasitələri 

təkmiləəşdirmək  və  möhkəmlətmək;  bank  sirri  kimi  qəbul  olunan  hüquqi 

prinsipləri  dəqiq  müəyyən  etmək;  vəsaitlərin  dövriyyəsinə  nəzarət  məqsədilə 

yoxlamanı  aparan  orqana  lazımi  sənədlərlə  tanışlığa  şərait  yaradılması; 

qanunvericikdə  mövcud  olmayan,  saxta  adlar  üçün  hesab  açılmasını    və 

istifadəsini qeyri-qanuni sayan müddəanın qəbulu və s.  

Maliyyə  nəzarətinin  səmərəliliyini  artırmaq  məqsədilə  müəyyən  prinsiplərə 

əməl olunmalıdır: 

 



Maliyyə  nəzarətinin  həyata  keçirilməsində  aşkarlıq  prinsipinə  əməl 

olunmalıdır. Lakin təsərrüfat subyektinin kommersiya sirlərinin də qorunması 

təmin olunmalıdır.   

 



Baş verə biləcək mənfi hallar üçün qabaqlayıcı tədbirlər hazırlanmalıdır. 

Belə tədbirlər müəssisənin strateji planlarında əks olunur.  

 

Maliyyə  nəzarəti  təsərrüfta  subyektləri  ilə  yanaşı,  dövlətin  təsərrüfat-



maliyyə əməliyyatlarını əhatə edir.  Yoxlama zamanı, bu fəaliyyətin nəticələri 

yoxlanılıb  qiymətləndirilir.  Müasir  bazar  iqtisadiyyatı  dövründə  maliyyə 

nəzarətinin hərtərəfli olması daha çox əhəmiyyət daşıyır. 

 



Maliyyə nəzarətinin icrası zamanı demokratik ölçülər nəzərə alınmalıdır.  

 

 



 

 



85 

 

 



 

ƏDƏBİYYATLAR SİYAHISI 

1)

 

―Mühasibat uçotu haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2004-cü il 



2)

 

―Audit xidməti haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 1994-cü il 



3)

 

―Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə‖ 1994-cü il 



4)

 

―Daxili audit haqqında‖ Azərbaycan Respublikasının Qanunu. 2007-ci il 



5)

 

Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-



2020-ci illər) 

6)

 



―Firmanın iqtisadiyyatı‖ T. Ə. Hüseynov. Dərslik. Bakı, 2009 

7)

 



―Auditin əsasları‖ S.M. Səbzəliyev, R. M. Hacıyev, Dərslik. 2013 

8)

 



―Maliyyə nəzarəti‖ B. A. Xankişiyev. Dərslik. Turan, 2012,  

9)

 



―Müəssisələrin maliyyəsi‖ B. Ataşov, N. Novruzov. Dərs vəsaiti. Bakı, 2009 

10)


 

―Müəssisənin iqtisadiyyatı‖ Yahudov X. M., Bakı, 2005 

11)

 

―Müəssisənin maliyyəsi‖ İsgəndərov R. Ə. Bakı, 2007 



12)

 

―Audit‖ Abbasov İ. M. Dərslik. Bakı Elm 1999  



13)

 

М.В. Мельник, А.С. Пантелеев, А.Л. Звездин ―Ревизия и контроль‖ Под 



редакцией профессора М.В. Мельник Москва ИД ФБК-ПРЕСС 2003 

14)


 

Бровкина Н. Д. Контроль и ревизия : учеб. пособие. — Москва: ИНФРА-

М, 2007.  

15)


 

Ковалев  В.  В.,  Ковалев  Вит.  В.  К56  ―Финансы  организаций‖ 

(предприятий), 2006. 

16)


 

И.И. Добросердова, И.Н. Самонова, Р.Г. Попова ―Финансы предприятий‖ 

17)

 

Артеменко  В.Г,  Беллендер  М.В.  Финансовый  анализ,  Финансы  и 



статистика 1997 

18)


 

Шермет А.Д. – Аудит. Dərslik, Москва, 2001 г. 

19)

 

www.sai.gov.az 



20)

 

www.audit.gov.az 



21)

 

www.maliyye.gov.az 



22)

 

www.economy.gov.az 



23)

 

http://www.azersun.com/maliyye_hesabati_2014.pdf 




86 

 

 



 

24)


 

www.anl.az 

25)

 

www.kitabyukle.wordpress.com 



 

26)


 

www.elektronkitab.com

 

27)


 

www.monographies.ru

 

28)


 

www.auditfin.com 

29)

 

www.repetitora.com 



30)

 

www.studme.org 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


87 

 

 



 

XÜLASƏ 

 

Dissertasiya  işi  girişdən,  üç  fəsildən,  nəticə  və  təklifdən,  istifadə  edilmiş 



ədəbiyyat siyahısından ibarət olmaqla tərtib edilmişdir.  

 

Girişdə dissertasiya işi mövzusunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, 



problemin  öyrənilmə  səviyyəsi,  tədqiqatın  predmeti,  tədqiqatın  nəzəri  metodoloji 

əsasları və işin strukturu verilmişdir. 

 

 Dissertasiyanın  birinci  fəslində  dövriyyə  vəsaitlərinin  iqtisadi  mahiyyəti, 



tərkibi, formalaşma mənbələrindən bəhs olunur.  

 

Dissertasiyanın  ikinci  fəslində  maliyyə  nəzarətinin  təşkilinin  əhəmiyyəti, 



formaları,  dövriyyə  vəsaitlərinin  istifadəsi  üzrə  maliyyə  nəzarətinin  təşkili 

qaydalarından  bəhs olunur.  

 

Dissertasiyanın üçüncü fəsli müəssisənin dövriyyə vəsaitlərinin səmərəliliyinin 



artırılması məqsədilə maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətlərindən  

bəhs edir.  

 

Dissertasiya işinin sonunda tədqiqatın nəticələri göstərilmiş və təcrübədə tətbiq 



edilməsi üçün işlənib hazırlanmış təkliflər irəli sürülmüşdür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


88 

 

 



 

SUMMARY 

 

The  thesis  consists  of  an  introduction,  three  chapters,  conclusion  and 



suggestions, as well as the list of references. 

 

The introduction of the thesis introduces information about the urgency of the 



dissertation  topic,  aims  and  objectives  of  the  research,  the  level  of  studying  the 

problem,  thesubject  of  the  research,  including  theoretical  and  methodological 

foundations of the and the thesis structure. 

 

The first chapter of the thesis refers to the economic importance, composition, 



and sources of formation of circulating assets. 

 

The second chapter emphasizes the importance of financial control, its forms, 



as well as the rules of financial control on the use of working capital. 

 

The third  chapter of the thesis  is devoted to  the  directions of improvement  of 



financial control system in order to increase the efficiency of working capital.  

 

The  results  of  the  research  and  proposals  developedin  order  to  apply  them  in 



practice are presentedin the conclusion of the thesis. 

 

 



 

 

 



 

 

 



 


89 

 

 



 

РЕЗЮМЕ 

 

Диссертация состоит из введения, трех глав, заключения, предложений, а 



также списка использованной литературы.  

 

Во введении представлена актуальность темы диссертации, цели и задачи 



исследования, уровень изучения проблемы, предмет исследования, в том числе 

теоретические  методологические  основы  исследования  и  структура 

диссертационной работы.  

 

В  первой  главе  диссертации  говорится  об  экономической  значимости, 



составе, источниках формирования оборотных средств.   

 

Во  второй  главе  подчеркивается  значимость  организации  финансового 



контроля,  его  формы,  а  также  порядок  организации  финансового  контроля  по 

использованию оборотных средств .  

Третья  глава  диссертации  посвящена  направлениям  усовершенствования 

системы финансового контроля с целью повышения эффективности оборотных 

средств предприятия.  

 

В  заключении  диссертации  представлены  результаты  исследования,  а 



также  выдвинуты  предложения,  разработанные  с  целью  применения  их  на 

практике.  

 

 

 



 

 

 



 


90 

 

 



 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “Maliyyə”  kafedrasının  magistri 

Eminli Ülviyyə Arzu qızının “Müəssisənin dövriyyə vəsaitlərinin səmərəliliyinin 

artırılması  məqsədilə  maliyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsi” 

mövzusunda yazdığı magistr dissertasiyasının  

REFERATI 

 

Mövzunun  aktuallığı.  Dövriyyə  vəsaitləri  istehsalın  mühüm  ünsürüdür.  O, 

istehsalı  zəruri  maliyyə  resursları  ilə  təmin  edir,  müəssisənin  fəaliyyətinin 

fasiləsizliyinə şərait yaradır. Müəssisənin ahəngdar, davamlı və məhsuldar fəaliyyəti 

onun    dövriyyə  vəsaitlərinin  sabitliyindən  asılıdır.  Vəsaitlərin  çatışmazlığı 

müəssisənin də fəaliyyətinin məhdudlaşdırılmasına, icrası nəzərdə tutulan, lakin icra 

olunmamış proqramların sayının artmasına gətirib çıxara bilər.   

 

Dövriyyə  aktivlərinə  tələbatın  müəyyən  olunması  müəssisənin  fəaliyyətinin 



əsas  vəzifələrindən  biri  hesab  olunur  ki,  bu  tələbatın  optimal  həddi  müəssisənin 

fəaliyyətinin  fasiləsizliyini,  maksimal  işgüzar  aktivliyini,  istifadədən  kənar  pul 

vəsaitinin aradan qaldırılmasını təmin etməlidir. 

 

Dövriyyə  vəsaitlərindən  istifadənin  yaxşılaşdırılması  sahibkarlığın  inkişafı 



baxımından  qarşıya  qoyulmuş  aktual  məsələlərdən  birinə  çevrilmişdir.  Çünki 

dövriyyə  vəsaitlərinin  istifadəsinin  yaxşılaşdırılması  investisiyaların  da  həcminin 

artmasına səbəb olur.  

 

Dövriyyə  aktivlərinin  təhlili  zamanı  onlardan  səmərəli  istifadə  olunmasını 



aşkara  çıxarmaq  üçün  aktivlərin  dövr  müddəti,  dövrеtmə  surəti,  vəsaitin  dövriyəyə 

cəlb оlunması, dеbitоr bоrclarının vəziyyəti, dеbitоr bоrcunun  dövriyyə  aktivlərinin 

məcmunda  хüsusi  çəkisi,  əmtəə-matеrial  еhtiyatlarının  dövriyyəsi  və  s.  kimi 

göstəriciləri ətraflı şəkildə öyrənmək lazımdır.  

 

Dövriyyə  vəsaitlərindən  səmərəli  istifadə  olunması  məqsədilə  müəyyən 



tədbirlər  həyata  keçirilməlidir:  yoxlama  zamanı  müəssisə  rəhbərinin  əmri  ilə  təsdiq 

olunmuş  siyahıda  adı  оlmayan  işçilərə,  orada  işləməyən  şəхslərə  və  əvvəlki  avans 

üçün  hеsabat  vеrməyən  təhtəlhеsab  şəхslərə  kassadan  nağd  pul  vеrilməsi 



91 

 

 



 

əməliyyatları xüsusi diqqətlə yoxlanılmalıdır; ezamiyyə хərclərinin rəsmiləşdirilməsi 

ilə  əlaqəli  sənədlərin  düzgün  rəsmiləşdirilməsi  diqqətlə  təhlil  olunmalıdır;  vеrgiyə 

cəlbеtmə məqsədi ilə nоrma həddində və nоrmadan artıq sərf еdilmiş nümayəndəlik 

хərclərinin analitik uçоtu təşkil olunmalıdır; dövriyyə vəsaitlərindən səmərəli istifadə 

üçün işlənib hazırlanan tədbirlər planı sintеtik və analitik təhlil matеriallarına uyğun 

olmalıdır; auditor yoxlama zamanı yoxlamanı  dövriyyə vəsaitləri ilə əlaqəsi оlmayan 

matеriallarla yükləməməlidir və s.  

Bütün  qeyd  etdiklərimiz  dövriyyə  vəsaitlərinin  səmərəliliyini  artırmaq  üçün 

maliyyə  nəzarəti  sisteminin  əhəmiyyətini  artırır.  Bazar  iqtisadiyyatı  dövründə 

müəssisənin  səmərəli  fəaliyyətinin  təşkilində  maliyyə  nəzarətinin  təkmilləşdirilməsi 

mühüm  rol  oynayır.  Maliyyə  nəzarətinin  təkmilləşdirilməsi    nəzarətin  ən  müasir 

mexanizmlərinin  tətbiqini,  bu  sahədə  qanunvericiliyin  təkmilləşdirilməsini,  yeni 

struktur  bölmələrinin  yaradılmasını,  nəzarət  sisteminin  əlaqələndirilməsini,  təsir 

gücünün artırılmasını və s. nəzərdə tutur. 

Prоblеmin öyrənilmə səviyyəsi. Dövriyyə aktivlərinin iqtisadi mahiyyəti, ona 

tələatın  müəyyən  olunması,  maliyyələşdirilmə  mənbələri,  səmərəliliyinin  artırılması 

və  bu  istiqamətdə  maliyyə  nəzarəti  ürzə  görülən  tədbirlər  yerli  və  xarici 

tədqiqatçıların, alimlərin fikirləri, tədqiqatları ilə əks olunur.  



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  –  müəssisələrdə 

dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  artırılması  üçün  maliyyə 

nəzarətinin təkmilləşdirilməsi ilə bağlı elmi baxımdan əsaslandırılmış təkliflər hazır 

etməkdir. 

Tədqiqatın vəzifələri dedikdə, tədqiqatın məqsədinə nail olmaq üçün qarşımıza 

çıxan vəzifələr başa düşülür:  

 

Müəssisələrdə dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti, tərkibi və quruluşunun 



araşdırılması; 

 



Müəssisələrdə  dövriyyə  vəsaitlərinə  olan  tələbatın  müəyyən  edilməsi 

(normalaşdırılması) qaydasının öyrənilməsi; 

 

Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələrinin təhlili; 




92 

 

 



 

 



Maliyyə nəzarətinin təşkili zəruriliyi və əhəmiyyətini araşdırmaq; 

 



Maliyyə nəzarətinin üsul və formalarını tədqiq etmək; 

 



Müəssisənin  dövriyyə  vəsaitlərindən  istifadə  üzrə  maliyyə  nəzarətinin  təşkili 

qaydalarını araşdırmaq; 

 

Müəssisələrdə 



dövriyyə 

vəsaitlərindən 

istifadənin 

səmərəliliyinin 

artırılmasında maliyyə nəzarətinin rolunu təhlil etmək; 

 



Müəssisələrdə  dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyinin  artırılması 

üçün maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətlərini 

araşdırmaq.

 

Tədqiqatın  prеdmеti.  Müəssisənin  dövriyyə  vəsaitlərinin  istifadəsinin 

səmərəliliyini  artırmaq  üçün  maliyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsi 

istiqamətlərini araşdırmaq tədqiqatın predmetini təşkil edir.  



Tədqiqatin əsas elmi yeniliyi.  Dövriyyə vəsaitlərindən istifadənin təhlilində 

onların  dövrеtmə  surəti,    dövretmə  müddəti,  onlardan  səmərəli  istifadə  yolları, 

dövriyyə  vəsaitlərindən  istifadənin  səmərəliliyini  artırmaq  məqsədilə  maliyyə 

nəzarətinin təkmilləşdirməsi üzrə bir sıra istiqamətlər araşdırılmışdır. 



Tədqiqatın nəzəri və mеtоdоlоji əsası. Dissertasiya işinin nəzəri əsaslarını bir 

çox  yerli  və  xarici  maliyyə  və  iqtisadiyyat  üzrə  tədqiqatçıların  elmi  əsərləri, 

Azərbaycan  Respblikası  Qanunvericiliyi,  Prezident  fərmanları,  sərəncamlar  və  s. 

təşkil edir.  



İşin  həcmi  və  quruluşu.  Dissеrtasiya  işi  giriş,  3  fəsil,  nəticə  və  təkliflər  və 

istifadə  еdilmiş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla,  86  səhifə  həcmində  yerinə 



yetirilmişdir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə