Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 



 

əkisini tapır. Dövriyyə kapitalı isə passiv balansda əks olunur. Çünki onlar dövriyyə 

aktivlərinin formalaşmasında maliyyə resursu mənbəyi kimi çıxış edirlər.  

 

Həm  dövriyyədənkənar,  həm  də  dövriyyə  aktivləri  öz  dövriyyəsinə  pul 



formasında başlayır. İlkinin pul formasına çevrilməsi bir neçə il ərzində baş versə də, 

dövriyyə  aktivlərinin  pul  formasına  çevrilməsi  bir  istehsal-kommersiya  tsikli  başa 

çatdıqdan sonra baş verir.  

 

Dövriyyə  vəsaitlərinin  dövriyyəsi  bir-birilə  üzvi  şəkildə  əlaqəli  olan,  birinin 



digəri  üçün  şərt  olduğu  3  mərhələdən  ibarətdir.  Bu  mərhələlərin  ardıcıllığı  tədavül-

istehsal-tədavül  formasındadır.    Dövriyyə  vəsaitlərinin  dövriyyəsini  daha  aydın 

formada aşağıdakı kimi gostərmək olar:  

 

P – İE....İP....HM – P



 

 



                                                      I         II       III 

 

 



Pul  vəsaitləri  (P)  istehsal  ehtiyatları  almaq  məqsədilə  istehsala  daxil  olunur. 

Sonra  isə  alınan  ehtiyatlar  (İE)  istehsala  daxil  edilir.  İstehsal  məhsulu  (İP)  anbara 

daxil edilir. Dövriyyənin sonrakı mərhələsində hazır məhsul (HM) alıcılara yollanır. 

Satılan  məhsul  üzrə  pul  vəsaiti  (P

1

)  satıcının  hesabına  daxil  olur.  Sonradan  isə  bu 



dövriyyə yenidən başlayır. [6, səh 211] 

 

Dövriyyə  aktivlərinin  tam  dövriyyəsini  sxem  şəklində  Sxem  1.1.1-də 



göstərildiyi kimi təsəvvür etmək olar:   

 

 



 

 

 



 

 

 



 


 

 



 

Sxem 1.1.1. Dövriyyə aktivlərinin tam dövriyyəsi 

 

 

 

 

Dövriyyə  vəsaitlərinə  belə  bir  tərif  də  vermək  olar:―Dövriyyə  vəsaitləri  - 



dövriyyə  istehsal  fondlarının  və  tədavül  fondlarının  yaradılması  üçün  avans  edilən 

pul vəsaitlərinin məbləğidir.‖   

 

Dövriyyə  vəsaitlərinin  dövriyyə  və  tədavül  fondlarına  ayrılması  həm  elmi  – 



nəzəri,  həm  də  praktiki  əhəmiyyət  kəs  edir.  Yəni,  əgər  dövriyyə  vəsaitlərinin 

dövriyyə  fondları  hissəsi  bilavasitə  istehsalla  əlaqəlidirsə,  tədavül  fondları  istehsal 

olunmuş məhsulun istehlakçıya çatdırılması ilə əlaqəli xərcləri ifadə edir.  

 

Dövriyyə  fondları  istehsal  fondlarının  ikinci  tərkib  hissəsidir.    Dövriyyə 



istehsal  fondları  istehsal  prosesində  yalnız  bir  dəfə  iştirak  edərək  öz  dəyərlərini 

istehsal  olunan  məhsulun  üzərinə  birdəfəlik  və  tamamilə  keçirirlər,  əsas  fondların 

amortizasiyası ilə birlikdə  əmtəədə  maddiləşmiş köhnə dəyəri ifadə  edirlər.  İstehsal 

prosesində  həmin  köhnə  dəyərə  yeni  yaradılmış  dəyər  əlavə  edilir.  Onlar  istehsal 

prosesində  öz  natural-əşya  formasını  da  dəyişir.  Dövriyyə  fondlarına  əmək 

predmetləri,    avadanlığın  təmiri  üçün  ehtiyat  hissələri,  az  qiymətli  və  tezaşınan 

alətlər, inventar, xammal,materiallar,dəstləşdirici materiallar,gələcək dövrün xərcləri 

və  s.aiddir.  Dövriyyə  fondları  istehsal  ehtiyatında  olan  və  istehsal  prosesində  olan 

pul vəsaitləri istehsal 

ehtiyatlarına daxil 

edilir 

ehtiyatlar 



istehsala daxil 

edilir 


istehsal məhsulu 

anbara daxil olur 

hazır məhsul 

alıcı üçün 

yüklənir 

satılmış məhsula 

görə pul vəsaitləri 

satıcının hesabına 

daxil olur 



 

 



 

dövriyyə  fondlarına  ayrılır.  Müəssisənin  dövriyyə  fondlarını  sxematik  olaraq  Sxem 

1.2-də olduğu kimi göstərə bilərik. 

 

Sxem 1.1.2. Müəssisənin dövriyyə istehsal fondları 

 

 

 



Əmək  cisimlərinin  istehsal  ehtiyatları  dövriyyə  istehsal  fondlarının  birinci 

hissəsini təşkil  edir. İstehsal  ehtiyatları  istehsalçı  müəssisə tərəfindən  alınmış,  şəxsi 

əmlakı kimi istehsal prosesi üçün hazırlanmış və istehsalın fasiləsizliyini təmin etmək 

üçün həmin prosesə daxil olmağı gözləyən vəsaitlərdir. 

 

İstehsal  ehtiyatlarının  miqdarı  həm  mütləq,  həm  dəyər  və  həm  də  nisbi 



ölçülərlə müəyyən oluna bilər.  

 

Mütləq ölçü dedikdə,ölçülə bilən fiziki vahidlər nəzərdə tutulur, məsələn ton, 



sentner,  metr,  ədədlə  və  s.  Mütləq  ölçülərlə  istehsal  ehtiyatlarının  miqdarının 

müəyyən  olunması  anbar  təsərrüfatının  effektiv  təşkilinə,  maddi-texniki  təchizatın 

planlaşdırılmasının həyata keçirilməsinə kömək edir.  

 

İstehsal  ehtiyatlarının  həcmini  dəyər  ölçüsü  ilə  qiymətləndirərkən  ehtiyatın 



mütləq həcmini onu təşkil edən material vahidinin qiymətinə vurmaq lazımdır. Dəyər 

ölçüsü  ilə  istehsal  ehtiyatlarının  miqdarının  hesablanması  istehsalın  dəyər 




10 

 

 



 

göstəricilərinin  planlaşdırılmasında,istehsalın  rentabelliyinin  hesablanmasında, 

maliyyə planının tərtibində və s.-də əhəmiyyətlidir.  

 

İstehsal ehtiyatlarınınnisbi ölçülərlə müəyyən olunmasında ehtiyatın kütləsi və 



dəyəri heç bir əhəmiyyət kəsb etmir. 

 

İstehsal ehtiyatlarının əsas hissəsini xammal və materiallar təşkil edir.  



 

Xammal  -  malların  istehsalı,  işlərin  görülməsi,  xidmətlərin  göstərilməsi  və 

müəssisənin tələbatlarını ödəmək üçün istifadə edilən və istifadə müddəti 1 ildən az 

olan vəsaitlərdir. Məsələn, müxtəlif filizlər, qeyri-filiz qazıntılar,  yun, pambıq və s. 

nəzərdə tutulur.  

 

Material isə sənayedə emaldan keçirilən ehtiyatlardır, məsələn, metal prokatı, 



taxta-şalban  və  parça  kimi  əmək  cisimlərini  aid  edə  bilərik.  Materiallar  istehsal 

prosesindəki  rollarına  görə  əsas  və  köməkçi  materiallar  kimi  təsnif  olunurlar.  Əsas 

material hazırlanan məhsulun istelsalında ana maddə kimi çıxış edir. Məsələn, parça - 

geyim fabriki üçün, metal - maşınqayırma zavodları üçün əsas material hesab olunur.  

 

Köməkçi materiallar isə istehsalın daha effektli həyata keçirilməsi üçün şərait 



yaradır.  Bu  materiallar  üzrə  xərclər  gələcək  dövrlərdə  hazırlanacaq  məhsulun  maya 

dəyərinə daxil edilir.  

 

Yanacaq dövriyyə fondları tərkibində yanacaq ayrıca uçota  alınır.  



 

İstehsal  ehtiyatlarına  həmçinin,  yarımfabrikatlar,  istehsalın  koope-

rativləşdirilməsi  yolu  ilə  alınan  və  həmin  müəssisədə  hələ  istehsal  prosesinə  daxil 

edilməyən detallar, tara materialları və tara, əsas fondların cari təmiri üçün lazım olan 

ehtiyat  hissələri,  az  qiymətli  və  tez  işlənib  xarab  olan,  yəni  bir  ildən  artıq  işlədilə 

bilməyən və az qiymətli olan alətlər və təsərrüfat vəsaitləri daxil edilir. 

 

İstehsal  prosesində  olan  dövriyyə  istehsal  fondlarına  bitirilməmiş  istehsal, 



müəssisənin  özündə  hazırlanan  yarımfabrikatlar  və  gələcək  dövrlərin  bəzi  xərcləri,  o 

cümlədən yeni məhsul istehsalının mənimsənilməsi üçün çəkilən xərclər daxil edilir.  

Yarımfabrikatlar – müəssisənin bir hissəsində hazırlanan, sonra həmin müəssisənin digər 

hissələrində və ya başqa müəssisələrdə istehsalda istifadə olunan məhsullardır.  




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə