Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   ...   26

11 

 

 



 

 

Bitirilməmiş istehsal - işlənib hazırlanma prosesində olan və ya iş yerində işlə-



nib hazırlanmağı gözləyən əmək cisimləridir.  

 

Hazır  məhsulu  dövriyyə  fondlarına  aid  etmək  doğru  deyil.  Onlar  tədavül 



fondlarına aid olunur. 

 

Dövriyyə fondlarının təxminən 70 %-ni istehsal ehtiyatları, 25 %-ni bitməmiş 



istehsal və özünün istehsalı olan yarımfabrikatlar, 5 %-ni isə gələcək dövrün xərcləri 

təşkil edir. 

 

Hər  bir  müəssisənin  tədavül  prosesinə  xidmət  edən  tədavül  fondları  da 



vardır.Tədavül  fondları  məhsulun  satışı  ilə  bağlı  olan  firmanın  kommersiya 

fəaliyyətinə  çəkilən  xərclərdir.Tədavül  fondlarının  bir  hissəsi  müəssisənin 

anbarlarında 

yerləşdirilərək, 

qablaşdırmanı, 

komplektləşdirməni, 

alıcıya 

göndərilməsini gözləyir. Qalan hissə isə  alıcıya göndərilmiş, yolda olan və ya alıcıya 

çatan  ancaq  hələlik  haqqı  ödənilməmiş  hazır  məhsullardır.    Müəssisənin  banklarda 

olan hesablaşma hesablarındakı və müəssisənin kassasındakı pul vəsaitləri də tədavül 

fondlarına daxil edilir.  Tədavül fondlarının tərkibi Sxem 1.3-də göstərilmişdir.  

 

Sxem 1.1.3. Tədavül fondlarının tərkib elementləri. 

 

 

İstehsal  prosesində  dövriyyə  fondları  tədavül  fondlarına  çevrilir,  onlar  da 



reallaşdırıldıqdan sonra pul formasını alır. Müəssisənin məhsul satışından əldə etdiyi 

pulun xeyli hissəsi yenidən əmək predmetlərinin alınmasına, əmək haqqına sərf edilir 

tədavül fondları 

göndərilmiş,lakin 

dəyəri 

ödənilməmiş 



mallar 

anbarlardakı 

hazır məhsul 

hesablardakı 

vəsait 

kassa və 



hesablaşma 

hesablarında 

olan pul 

vəsaitləri  

debitor borcları 



12 

 

 



 

və proses  yenidən  təkrar olunur.  Yəni,  dövriyyə  fondları  və  tədavül  fondları  ardıcıl 

şəkildə bir-birini əvəzləyir. Bu səbəbdən də bu fondlar dövriyyə vəsaitləri adı altında 

birləşdirilir. Qeyd olunanlara əsasən dövriyyə vəsaitlərinə belə tərif vermək olar ki, 

dövriyyə vəsaitləri - dövriyyə fondlarının və tədavül fondlarının dəyər göstəricisi ilə 

ifadə  olunmuş  məcmusundan  ibarət  olub,  həm  istehsal,  həm  də  tədavül  prosesinə 

xidmət edir. 

 

Müxtəlif  əlamətlərə  görə  dövriyyə  vəsaitlərinin  təsnifləşdirilməsi  həm  nəzəri, 



həm də praktiki xarakter daşıyır. Dövriyyə aktivləri tərkibinə, mövcudluq formasına, 

əmələgəlmə  mənbələrinə,  likvidlik  səviyyəsinə,  fəaliyyət  növlərində  iştirakına, 

müəssisəyə mənsubiyyətinə görə təsnif oluna bilər. Bu təsnifləşdirmə əlamətlərinə və 

onlara əsasən dövriyyə aktivlərinin necə qruplaşdırıldığına nəzər salaq.  

 

İstehsal prosesində roluna görə dövriyyə vəsaitləri dövriyyə fondları və tədavül 



fondlarına  ayrılır  ki,  onların  da  təsnifatı  yuxarıda  Sxem  1.2  və  Sxem  1.3-də 

göstərilmişdir.  

 

Dövriyyə  aktivlərinin  təsnifat  əlamətlərindən  biri  də  onların  mövcudluq 



forması  ilə  bağlıdır.  Mövcudluq  formasına  görə  dövriyyə  aktivlərini  qeyri-monetar 

dövriyyə  aktivləri  (materiallar,  bitməmiş  istehsal,  gələcək  dövrün  xərcləri,  hazır 

məhsul)  və  monetar  dövriyyə  aktivləri  (verilmiş  avanslar,  debitor  borcları, 

qısamüddətli qiymətli kağızlar, qısamüddətli paylar, pul vəsaitləri və ekvivalentləri) 

olmaqla 2 qismə ayırırlar.  

 

Dövriyyə  vəsaitləri  normalaşdırma  ilə  əlaqədar  olaraq  aşağıdakı  kimi  təsnif 



olunur:  

 



Normalaşdırılan dövriyyə vəsaitləri – onlar üzrə normativlər qoyulur. 

 



Normalaşdırılmayan  dövriyyə  vəsaitləri  –dövriyyə  vəsaitlərinin  miqdarına 

nəzarət normativlər üzrə yox, faktiki məlumatlar əsasında həyata keçirilir. 

 

Formalaşma  mənbələrinə  görə  dövriyyə  aktivləri  müəssisənin  öz  dövriyyə 



vəsaitləri, onlara bərabər tutulan dövriyyə vəsaitləri, borc alınan dövriyyə vəsaitləri, 

cəlb edilən dövriyyə vəsaitləri kimi qruplaşdırılır. 




13 

 

 



 

 

Likvidlik  baxımından  dövriyyə  vəsaitləri  yüksək  likvidli,  tez  realizə  olunan 



vəsaitlər, zəif realizə olunan vəsaitlər kimi təsnif olunur. 

 

Dövriyyə  vəsaitlərinin  digər  bir  təsnifat  əlaməti  isə  kapital  qoyuluşu  riskidir. 



Bu baxımdan dövriyyə vəsaitləri minimal riskli investisiyalar, az riskli investisiyalar, 

orta riskli investisiyalar və yüksək riskli investisiyalara ayrılır. 

 

Neft - kimya müəssisələrində dövriyyə vəsaitlərinin təxminən 65%-ni dövriyyə 



fondları  təşkil  edir  ki,  onların  da  60%-i  istehsal  ehtiyatlarından  ibarət 

olur.Maşınqayırma  sahəsində  isə  dövriyyə  vəsaitlərinin  80%-ni  dövriyyə  fondları 

təşkil edir. Onun da 60%-i istehsal fondlarının payına düşür.  Ümumiyyətlə,  məhsul 

istehsalı  ilə  məşğul  olan  müəssisələrdə  dövriyyə  vəsaitlərinin  tərkibində  istehsal 

fondlarının  payı  daha  çoxdur.  Bunu  ―Azərsun  Holdinq‖  MMC  misalında  Cədvəl 

1.1.1-də nəzərdən keçirə bilərik [23]: 

 

Cədvəl  1.1.1.  Azərsun  Holdinq  MMC  və  onun  törəmə  müəssisələrinin  31  dekabr  2014-cü  il 

tarixində  başa  çatan  il  üzrə  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarına  əsasən  dövriyyə 

vəsaitləri. 

 

Azərsun  Holdinq  MMC-nin  31  dekabr  2014-cü 



il  tarixində  başa  çatan  il  üzrə 

dövriyyə 

aktivləri 

Həcmi, AZN 

Ümumi 

həcmdə 

nisbəti, % 

Bioloji aktivlər 

89,710 



Mal-material ehtiyatları 



174,461,667 

63 


Ticarət və digər debitor borcları  

59,513,110 

21 

Əlaqəli tərəflərdən alınacaq məbləğlər  



32,432,431 

12 


Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri   8,659,095 



Cəmi 



275,156,013 

100 

 

 



 

 

 

 

 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə