Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   2   3   4   5   6   7   8   9   10   ...   26

20 

 

 



 

səviyyəsi bir yandan fərdi məsrəf normalarından, digər yandan isə müvafiq məhsulun 

istehsal proqramının quruluşundan asılıdır. 

 

Normalaşdırma obyekti baxımından normalar məmulat üzrə normalar və detal 



üzrə  normalar  kimi  iki  qrupa  ayrılır.  Məmulat  üzrə  normalar  dedikdə,  tamamilə 

məmulata  sərf  ediləcək  materialların  plan  üzrə  miqdarı  nəzərdə  tutulur  və  bu 

normalar  müəssisələrdə  material  ehtiyatına  olan  tələbatı  müəyyən  etmək  məqsədilə 

istifadə olunur. Detal üzrə normalar isə həmin məmulatın ayrı – ayrı detallarına plan 

üzrə sərf ediləcək materialların miqdarını əks etdirir, əsasən də müəssisə daxilindəki 

sex və sahələrdə istifadə olunur.  

 

Material  məsrəf  normalarının  tərkib  və  quruluşunun  öyrənilməsi  material 



resurslarının normalaşdırılmasında mühüm rol oynayır.Material məsrəf normalarının 

əsas  tərkib  elementləri  faydalı  məsrəf,  texnoloji  tullantı  və  itkilər,  təşkilatı-texniki 

tullantı və itkilərdir.  

Faydalı  məsrəf  istehsal  olunan  məhsulun  istehlak  dəyərini  yaradır  və  kəmiyyətcə 

texnoloji-konstruktor  sənədlərdə  əks  olunur.  Material  məsrəflərinin  tərkibinin  digər 

elementləri  olan  itkilər  təkrar  istehsalın  həyata  keçirilməsinin  mümkünlüyü  nəzərə 

alınaraq,  istifadə  oluna  bilən  və  istifadə  oluna  bilməyən  tullantı  və  itkilərə  ayrılır.

 

Biz,  ümumilikdə,  material  məsrəf  normalarının  tərkibini  düstur  formasına 



salsaq, onu aşağıdakı kimi ifadə edə bilərik: 

 

M = F



m

+ İ


tex

 + İ


təş-tex

(1) 


 

Burada, M – Material məsrəf norması; 

F

m

 – Faydalı məsrəf (hissənin xalis çəkisi); 



İ

tex


 – Texnoloji tullantı və itkilər; 

İ

təş-tex



 – Təşkilati-texniki tullantı və itkilər. 

 

Texniki-texnoloji  itkilərin  və  tullantıların  azaldılması,  bunların  təsərrüfat 



dövriyyəsinə  təkrar  cəlb  edilməsi  materiallara  qənaətin  başlıca  istiqamətlərindən 

biridir.                                                                                                                                           




21 

 

 



 

 

Dövriyyə  vəsaitlərinin  normalaşdırılması  mümkün  olan  hissəsi  istehsal 



ehtiyatlarıdır.  Bu  normativlər  günlük  ehtiyatın  həcminə  əsasən  müəyyən  edilir. 

İstehsal ehtiyatlarını təyinatı üzrə aşağıdakı qruplara ayırmaq olar:  

a) Xammal, material, satın alınmış yarımfabrikatlar üzrə ehtiyatlar;  

b) Köməkçi materiallar üzrə ehtiyatlar;  

c) Yanacaq ehtiyatları;  

d) Tara və tara materialları üzrə ehtiyatlar;  

e) Ehtiyat hissələri üzrə ehtiyatlar;  

f) Azqiymətli, tezköhnələn əşyalardan ehtiyatlar.  

 

Hər hansı bir material ehtiyatı həm istehsal vasitələri ehtiyatı, həm də istehlak 



şeyləri  ehtiyatı  kimi  özünü  göstərə  bilər.  Bu  onun  hansı  sahədə  sərf  olunması  ilə 

müəyyən  olunur.Məsələn,  əgər  un  şəxsi  istehlak  üçün  alınırsa,  o  istehlak  şeyləri 

ehtiyatına  aid  olunur.  Lakin  çörəkbişirmə  sexlərində  alınan  un  çörək  istehsalında 

istifadə olunduğundan bu onu istehsal vasitələri ehtiyatına daxil edir.  

 

İstehsal  ehtiyatları  müəssisənin  fəaliyyətinin  fasiləsizliyinin  təmin  olunması 



baxımından aşağıdakı kimi qruplaşdırılır:  

 



Cari ehtiyatlar; 

 



Hazırlıq ehtiyatları; 

 



Zəmanətli (sığortalı) ehtiyatlar; 

 



Mövsümi ehtiyatlar.  

 

İki  materialgöndərmə  arasındakı  vaxt  intervalında  təsərrüfat  subyektinin 



normal fəaliyyətini təmin etmək üçün cari ehtiyatlar yaradılır. Onun həcmi materialın 

alındığı zaman maksimum, lakin ikinci dəfə material alınması vaxtı minimum olur.  

 

Təsərrüfat  subyektində  materialın  qəbulu,  istehsala  hazırlanması  və  istehlak 



olunacağı  yerə  gətirilməsi  ilə  bağlı  olan  müddətdə  istehsalın  fasiləsizliyini  təmin 

etmək üçün hazırlıq ehtiyatları yaradılır.  

 

Material  dəyərləri  ehtiyatının  ikinci  qrupu  olan  sığortalı  ehtiyatlar  müəssisə 



tərəfindən  hər hansı bir səbəbdən  material gətirilməsi ləngidikdə və ya istehsal planı 

artıqlaması ilə yerinə yetirildikdə istehsalın fasiləsizliyi və səmərəliliyini təmin etmək 




22 

 

 



 

məqsədilə təşkil olunur. Zəmanətli ehtiyatların həcmi cari ehtiyatların həcminin 50%-

dən  çox  olmur.  Əgər  müəssisənin  maddi  texniki  təchizatı  anbar  formasında  təşkil 

olunmuşdursa, onda zəmanətli ehtiyatlar yaradılmır. 

 

Xammal və materialların istehsal və ya tədarükünün mövsümi olması, xammal 



və  materialların  mövsümi  istehlakı  mövsümi  ehtiyatların  yaradılmasını  zəruri  edir. 

Onların həcmi materialın gətirilməsi və fasilənin başlanmasında maksimum, mövsüm 

başa çatdıqda isə minimum həddə olur.  

 

Təkrar  istehsal  prosesinin  fasiləsizliyini  ən  az  ehtiyatlarla  və  xərclərlə  təmin 



etmək  istehsal  ehtiyatlarının  idarə  edilməsinin  başlıca  məqsədidir.  Bu  məqsədə 

çatmaq üçün aşağıdakılara əməl olunmalıdır: 

 

ehtiyatların normalaşdırılması;  



 

ehtiyatların  səviyyəsinə  daim  nəzarət  olunması,  vaxtaşırı  onların  faktiki 



həcminin müəyyən olunması; 

 



ehtiyatların normaya uyğun gəlməsi ilə əlaqəli tədbirlər icra etmək. 

 

Material  resursları  istehlak  mərhələsində  müxtəlif  təyinatlar  alır  ki,  bu  da 



məsrəf  normalarının  da  müxtəlifliyinə  səbəb  olur.  Bu  cəhətdən  material  məsrəf 

normaları əsas material, köməkçi material,  yanacaq, elektrik enerjisi normaları kimi 

normalardan ibarət olacaqdır. 

 

Əsas materiallar istehsal olunan məhsulun əsasını təşkil etdiyi üçün onlar üçün 



məsrəf normaları məhsul vahidinə görə müəyyən olunur. Lakin köməkçi materialların 

istehlakının  bütün  istiqamətləri  üçün  eyni  ölçüdən  istifadə  etmək  mümkün  olmur. 

Əsas  xammal  və  materiallar  üzrə  orta  ehtiyat  norması  iki  material  partiyasının 

göndərilməsi arasındakı müddətdə ehtiyat formasında var olan material resurslarının 

ümumi həcmi və onların saxlanması ilə bağlı  xərclərin məbləği hesablandıqda  tətbiq 

olunur.  Onu  tapmaq  üçün  orta  cari,  sığorta  və  hazırlıq  ehtiyatları  normalarını 

cəmləmək lazımdır.  

 

Köməkçi  materiallar  üzrə  ehtiyat  normaları  hesablanarkən  nəzərə  almaq 



lazımdır ki, köməkçi materiallar 2 qrupa ayrılır: böyük miqdarda və davamlı şəkildə 

istifadə  olunan  materiallar;  az  miqdarda  və  nadir  hallarda  istifadə  olunan  köməkçi 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə