Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

23 

 

 



 

materiallar.  İlk  qrup  üzrə  normativlərin  hesablanma  qaydası  əsas  xammal  və 

materiallar üzrə hesablandığı kimidir. İkinci qrup üzrə normativlər analitik metodla, 

keçmiş illərin məlumatları əsasında hesablanır. 

 

Yanacaq  ehtiyat  normalarının  hesablanma  forması  əsas  xammal  və 



materiallarda  olduğu  qaydadadır.  Hesablama  zamanı  onu  da  nəzərə  almaq  lazımdır 

ki,  yanacaq  həm  istehsal,  həm  də  qeyri-istehsal  ehtiyacları  üçün  istifadə  olunur. 

Yanacaq  istehsal  məqsədləri  üçün  istifadə  edilirsə,  ona  tələbatın  hesablanması 

istehsal  proqramı  və  məhsul  vahidinə  məsrəf  normasına  əsaslanır.  Qeyri-istehsal 

ehtiyaclarının  təmin  olunmasında  isə    yanacağa  tələbat  icra  olunan  işlərin  həcminə 

əsasənmüəyyən olunur. 

 

Taralara üzrə ehtiyat norması müəyyən olunarkən nəzərə almaq lazımdır ki, bu 



normalar  taraların  hazırlanması  və  saxlanması  üsullarından  asılıdır.  Bu  da  müxtəlif 

sahələr  üzrə  taralara  tələbatın  müəyyən  olunması  metodlarını  fərqləndirir.  Əgər 

müəssisə məhsulların qablaşdırılmasında böyük taralardan istifadə edirsə, taralar üzrə 

ehtiyat  norması  material  və  xammalda  olduğu  kimi  olar.  Müəssisənin  öz  istehsalı 

olan, dəyəri məhsulun topdansatış qiymətinə daxil olan taralar üzrə gündəlik ehtiyat 

norması  onun  hazırlanmasından  məhsulun  qablaşdırılmasına  qədər  anbarda  qaldığı 

müddətə əsasən hesablanır. Lakin belə taraların dəyəri ümumi və əmtəəlik məhsulun 

dəyərinə daxil olunarsa, o zaman onlar hazır məhsul normativinə aid olunurlar. Əgər 

taralar  qaytarılmaq  şərtilə  alınırsa,  onda  belə  taralar  üzrə  ehtiyat  norması  taranın 

dəyərinin  ödənilməsindən  onun  qaytarılması  ilə  məhsul  alandan  həmin  məbləği 

müəssisəyə  geri  ödəməsinə  qədərki  müddətdən  asılıdır.  İstehsal  ehtiyatlarının 

anbarlarda  və  sexlərdə  saxlanmasında  istifadə  olunan  taraların  dəyəri  taralar  üzrə 

normativ müəyyən olunan zaman nəzərə alınmır. Bunun səbəbi isə belə taraların bir 

hissəsinin  əsas  fondlar  şəklində,  digər  hissəsinin  isə  azqiymətli  və  tezköhnələn 

əşyalar kimi uçota alınmasıdır.  

 

Ehtiyat  hissələri  üzrə  normativləronların  tədarükü  və  təmiri  üçün  sərf  olunan  



vaxtdan asılı olaraq hər biri üzrə ayrılıqda hesablanır. 


24 

 

 



 

 

Azqiymətli və tezköhnələn əşyalar üzrə ehtiyat normaları onların hər bir növü 



üçün ayrıca hesablanır: 

 



Alət və tərtibatlar üzrə normativlər - lazımi azqiymətli və tezköhnələn alətlərin 

dəyərlərinin birbaşa hesablanması ilə müəyyən edilir; 

 

Azqiymətli  inventarlar  üzrə  normativlər  -  məişət  və  istehsal  inventarları  üzrə 



ayrıca  yerlərin  miqdarı  və  bir  yerə  düşən  inventar  dəstinin  dəyəri  üzrə 

hesablanır; 

 

Xüsusi  inventar  və  tərtibatlar  üzrə  normativ  -  onların  tələb  olunan  dəsti, 



dəyərləri və xidmət müddətləri nəzərə alınaraq müəyyən olunur; 

 



Xüsusi  paltar  və  ayaqqabılar  üzrə  normativlər  -  işçilərin  sayı  (hansılar  ki,  bu 

əşyalar onlar üçün nəzərdə tutulub) və bir dəstin dəyərinə əsasənhesablanır. 

 

Müəssisənin  dövriyyə  vəsaitlərinin  tərkib  elementlərindən  biri  də  bitməmiş 



istehsaldır.  Bitməmiş  istehsaldakı  dövriyyə  vəsaitlərinin  normativindən  bəhs 

edərkənaşağıdakı amillərin ona təsirini nəzərə almaq lazımdır:  

 

istehsal olunan məhsulun həcmi və tərkibi; 



 

məhsulun maya dəyəri;  



 

istehsal dövrünün uzunluğu



 

xərclərin istehsal prosesində artma xüsusiyyəti.  



 

Bitməmiş  istehsal  üzrə  ehtiyat  normasını  hesablamaq  üçün    aşağıdakı 

düsturdan istifadə olunur:   

 

                                          N = X × T × K    (2) 



Burada,  

X – istehsala sərf olunan günlük xərclər;  

T – istehsal dövrünün günlərlə uzunluğu;  

K – xərclərin çoxalma əmsalı.  

 

Bitməmiş  istehsalın  həcminin  normativdən  istər  az  olması,  istərsə  də  çox 



olması  mənfi  nəticələrə  gətirib  çıxarır.  Çox  olması  halında  dövriyyə  vəsaitlərinin 


25 

 

 



 

dövriyyə  sürəti  aşağı  düşər,  saxlanma  rejimi  pozulduğundan  yarımfabrikatların  da 

keyfiyyəti  enər,  istehsal  ərazilərindən  səmərəsiz  istifadə  halı  baş  verər.  Az  olduqda 

isə bu boşdayanma halları çoxalmasına, bununla bağlı xərclərin də artmasına  istehsal 

gücündən düzgün olmayan istifadəyə gətirib çıxarır.  

 

 



Ümumiyyətlə,  istehsal  prosesində  xərclər  birdəfəlik  və  çoxalan  xərclər  kimi 

təsnif  olunurlar.  Birdəfəlik  xərclər  dedikdə,  xammal  və  materialların  və  s. 

alınmasında  yaranan  xərclər  kimi  istehsal  tsiklinin  əvvəlində  sərf  edilən  xərclər 

nəzərdə  tutulur.Əmək  haqqı,  amortizasiya  xəcləri  kimi  xərclər  isə  çoxalan  xərclərə 

aid  olunur.  Xərclər  bərabər  və  qeyri-bərabər  şəkildə  artması  onların  çoxalma 

əmsalının hesablanmasına da təsir edir.  

 

Əgər  xərclər  bərabər  şəkildə  artarsa,  bu  zaman  xərclərin  çoxalma  əmsalını 



aşağıdakı düsturdakı kimi hesablayacağıq: 

 

                                                      K=



           

       


   (3) 

 

Burada, K – xərclərin çoxalma əmsalı;  



Fb – birdəfəlik xərclər;  

Fa – çoxalan xərclər.  

 

Xərclər qeyri-bərabər artdıqda isə xərclərin çoxalma əmsalı aşağıdakı düsturda 



olduğu kimimüəyyən olunur:  

 

K



   


   

(4) 


 

Burada, OD – bitməmiş istehsaldakı məmulatların orta dəyəri;  

MD – məmulatların istehsal maya dəyəri.  

 

Bitməmiş  istehsalda  dövriyyə  fondunun  həcmi  aşağıdakı  düstura  əsasən 



hesablanır: 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə