Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
  1   2   3   4   5   6   7   8   9   ...   23


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

MAGİSTRATURA  MƏRKƏZİ

 

 

                                                                          Əlyazması hüququnda    

 

 

                             



Mahmudova Sona Yaqub qızı 

 

“Azərbaycan fond bazarının problemləri” 

mövzusunda 

 

 



                              

MAGİSTR DİSSERTASİYASI 

 

İstiqamətin şifri və adı:   İİM 060403      “Maliyyə” 

 

İxtisasın şifri və adı:       İİM 060403-6    “Maliyyə bazarları” 

 

 

          Elmi rəhbər:                 Magistr proqramının rəhbəri:             

          dos.Qəmbərov F.Ə                             dos. Rzayev R.M. 

 

 

 

 

                                      

Kafedra müdiri: 

                               

i.e.d. Ələkbərov Ə. Ə. 

 

 

                                     

 

 

                                         

B A K I  -  2 0 1 6 

 

 


2

 

 



 

                                  M Ü N D Ə R İ C A T                                                                        

                                                                                                 Səh 

 

 

GİRİŞ - - - - - -  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -  3 

 

Fəsil I. Qiymətli  kağızlar  bazarının  mahiyyəti və rolu. 

1.1. Qiymətli kağızlar bazarının mahiyyəti, funksiyaları və

 quruluşu

  - -  6 

1.2. Qiymətli kağızlar bazarının iştirakçıları - - - - - - - - - - - - - - -- -   15 

1.3. Fond birjası, onun təşkili xüsusiyyətləri və idarə olunması  - - - - -21 

 

Fəsil II. Qiymətli kağızlar bazarında əməliyyatlar və bazarın   

              tənzimlənməsi. 

2.1. Qiymətli kağızlar bazarında aparılan əməliyyatların xüsusiyyətləri  

       və növləri - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 28 

2.2. Qiymətli kağızlar bazarının tənzimlənməsi

 

- - - - - - - - - - - - - - - - -36  

 

Fəsil III. Azərbaycan fond bazarının problemləri. 

        

3.1. Azərbaycanda qiymətli kağızlar bazarının hazırki durumu- - - - - -43 

3.2. Azərbaycanın iqtisadiyyatının inkişafında qiymətli kağızlar  

       bazarının rolu- - - - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - - 53  

3.3. Azərbaycanda qiymətli kağızlar bazarının formalaşma  

      xüsusiyyətləri  və inkişaf problemləri- - - - - - - - - - - - -- - - - - - - - 64 

 

 

N Ə T İ C Ə  v ə  T Ə K L İ F L Ə R- - - - - - - - - - - - - - - - - - - - - - 72 

 

 



Ə D Ə B İ Y Y A T  S İ Y A H I S I - -  - - - - - - - - - - - - - - - - - - - - 76 

 

РЕЗЮМЕ 

 

SUMMARY 

 

REFERAT 

 

 

 


3

 

 



G  İ  R  İ  Ş 

 

Mövzunun  aktuallığı.  Maliyyə  bazarının  formalaşması  iqtisadi  və  hüquqi 

islahatların aparılması və bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yığım 

və investisiyanın müxtəlif şəxslər tərəfindən həyata keçirildiyi bir dövrdə yığımların 

investisiyaya  çevrilməsini  təmin  edən  mexanizmin  yaranması  aktual  məsələyə 

çevrilir.  Maliyyə  bazarı  və  onun  tərkibi  elementləri  bu  mexanizm  vəzifəsini  yerinə 

yetirməklə  iqtisadi  fəaliyyətin  subyektləri  arasında  kapital  resurslarının  effektiv 

şəkildə  yenidən  bölüşdürülməsini  təmin  edir.  Hazırki  islahatların  aparıldığı  şəraitdə 

maliyyə  bazarının  bütün  seqmentlərinin  inkişafı  və  təkmilləşdirilməsi  məsələsi 

mühüm  yer  tutur.  Bu  da  maliyyə  bazarının  bank  sistemi  ilə  paralel  olaraq 

iqtisadiyyatda  pul  axınlarının  ötürücüsü  kimi  real  sektorun  canlanmasında 

əhəmiyyətli rol oynamasından irəli gəlir. Xüsusilə də Azərbaycanda neft sektorunda 

cəmləşmiş  gəlirlərin digər sektorlara istiqamətləndirilməsi probleminin  mövcudluğu 

ölkəmizin maliyyə bazarının inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin yaradır. 

Maliyyə  bazarının  müvəffəqiyyətlə  formalaşması  isə  iqtisadi  və  hüquqi  islahatların 

aparılması  yolu  ilə  bazar  infrastrukturunun  yaradılması  ilə  mümkündür.  Yaradılan 

bazar  infrastrukturunun  ən  vacib  seqmentlərindən  biri  qiymətli  kağızlar  bazarıdır. 

Qiymətli kağızlar bazarı iqtisadiyyatın maliyyələşdirilməsinin dövlət büdcəsi və bank 

sistemi  ilə  yanaşı  ən  mühüm  variantlarındandır.  Bu  bazar  kapitalın  səfərbər 

edilməsini həvəsləndirməklə maliyyə resurslarının iqtisadiyyatın müxtəlif sahələri və 

sferaları arasında, perspektivli və rentabelli şəkildə, dinamik inkişaf edən istehsalların 

xeyrinə yenidən bölgüsünü təmin edir.  

Bazar  iqtisadiyyatı  və  ona  keçid  şəraitində  olan  ölkələrdə,  həmçinin 

respublikamızda iqtisadiyyat qarşısında duran əsas vəzifələrdən biri də qarşılıqlı borc 

problemlərinin,  həmçinin  müəssisələr  arasında  ödəməmələr  məsələsinin  həll 

olunmasıdır. Çünki, qarşılıqlı borc probleminin mövcudluğu özüylə bərabər yeni-yeni 

problemlər də doğurur. Müəssisə vergiləri ödəyə bilmir, çünki mal alıcıları aldıqları 

mala  görə  borclarını  ödəmirlər.  Dövlət  isə  öz  növbəsində  vergi  daxilolmalarının 

azlığından büdcə planını yerinə yetirə bilmir və iqtisadiyyatın bəzi sahələrinə dövlət 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə