Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə: Kamran Əliyev



Yüklə 133,23 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü133,23 Kb.
#77039


Azərbaycan Dövlət İqtisad Universiteti 

Tələbə: Kamran Əliyev 

Sərbəst iş1: 1-ci sual 

Təsərrüfat uçotuna tələbat insan cəmiyyəti inkişafının ən ilk mərhələlərində meydana gəlmiş və ictimai-

iqtisadi formasiyalarda öz təsirini göstərmişdir. Lakin  müxtəlif ictimai-iqtisadi formasiyalarda təsərrüfat 

uçotunun  aparılması  eyni  formada  olmamışdır.  Hər  bir  ictimai  formasiyada  təsərrüfat  uçotunun  öz 

məqsədi, vəzifəsi, forması olmuşdur. 

Uçotun  yaranmasının  və  inkişafının  qədim  inkişaf  tarixi  vardır.  Arxeeoloqlar  və  tarixçilər  müəyyən 

etmişlər ki, yazılı uçot bizim eraya qədər XIII əsrdə Misirdə mövcud olmuşdur. Həmin dövr üçün uçot 

qədim Rim dövlətində daha geniş inkişaf etmişdir. İnsan cəmiyyəti inkişaf etdikcə uçotun aparılması və 

maddi istehsal əməliyyatlarının əks olunmasının metodiki prinsipləri dəyişmişdir. İctimai-iqtisadi forma-

siyalar sistemi feodalizmin dağılması ilə əlaqədar olaraq köhnə şəhərlər canlanmağa və yenilərinin əmələ 

gəlməsi ilə əlaqədar olaraq uçot yazılışlarının təkmilləşdirilməsi və inkişafını vacib etmişdir. 

Dünya ölkələri iqtisadiyyatında baş verən dəyişikliklər uçotun sərbəst elmə çevrilməsinə və onun metodo-

loji  prinsiplərinin  tərkibinə  şərait  yaratmışdır.  Kapitalizmin  inkişafının  ilk  mərhələlərində  mühasibat 

uçotuna dair elmi mülahizələr irəli sürüldü. 

1445-1515-ci ildə yaşamış, mühasibat uçotuna dair ilk  əsərin müəllifi Luka Paçoli ikili sistem üzrə uçot 

yazılışlarının  aparılması  qaydasını  şərh  etmişdir.  Luka  Paçoli  tərəfindən  yazılmış  «Hesab,  həndəsə 

məbləği, bərabərlik və münasibətlər elmi haqqında» adlı əsəri vurma cədvəli kimi bütün ölkələr və xalqlar 

üçün  çoxsaylı  elmi  kəşf  kimi  qəbul  olunmuş  və  uçotun  əsasını  müəyyən  etmişdir.  Bu  əsər  böyük 

riyaziyyata  açılış  olmasına  baxmayaraq,  o,  mühasibat  üzrə  ilk  əsərin  müəllifi  kimi  tanınmışdır.  Həmin 

əsərdən bir neçə əsr dövründə İtaliyada, Fransada, Almaniyada, İngiltərədə mühasibat uçot üzrə dərslik 

kimi  istifadə  edilmişdir.  Çox  maraqlıdır  ki,  Luka  Paçolinin  1494-cü  ildə  nəşr  etdirdiyi  «Məbləğ» 

(«Summa»)  adlandırılan  kitabının  bir  nüsxəsi  XVI  əsrdə  Kiyevə  gətirilmiş  və  Kiyev  kollegində 

dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Böyük alman şairi Qete ikili mühasibat yazılışını «İnsan 

düşüncəsinin ən yüksək ixtirası» adlandırmışdır. Məşhur iqtisadçı və sosioloq Verner Zombart hesab edir-

di ki, «İkili yazılış həyatda Qaliley və Nyuton sistemi kimi» qəbul olunmuşdur. 

Beləliklə, mühasibat uçotu bir iqtisadi elm olmaqla, ilk əvvəl onun əsası bir elm kimi Benedetto Kotruli 

(1458)  və  Luka  Paçolinin  (1494)  əsərlərində  qeyd  olunmuşdur.  Onlar  mühasibat  uçotunun  müəssisənin 

idarə olunmasında mühüm vasitə olduğunu göstərmiş və universal metodiki elm kimi qiymətləndirmişlər. 

Bununla yanaşı mühasibat uçotu bir iqtisadi elm kimi, onun nəzəri və metodiki əsasları daha sonra dünya 

ölkələrinin alimləri və mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir. Mühasibat uçotu daima təkmilləşdi-

rilməklə  bazar  iqtisadiyyatı  şəraitində  ölkə  iqtisadiyyatının  formalaşması,  sahibkarlığın  inkişafı  və 

idarəetmə sistemində mühüm amilə çevrilmişdir. 

Mühasibat uçotu müxtəlif inkişaf mərhələlərində idarəetməni zəruri uçot informasiyaları ilə təmin edə bil-

mək  üçün  planlaşmanın,  proqnozlaşmanın  və  təsərrüfat  fəaliyyətinin  təhlilinin  tələblərinə  uyğun 

qurulmalıdır. Müəssisənin idarə edilməsində mühasibat uçotunun informasiyalarından daha səmərəli isti-

fadə edə bilmək üçün mühasibat uçotunun qabaqcıl uçot metodlarından, mühasibat uçotu beynəlxalq stan-

dartlarından istifadə olunması, uçot əməliyyatlarının kompüterləşməsi istiqamətində ətraflı iş aparılması 

günün vacib məsələsidir. 

Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu idarəetmə uçotuna çevrilir. Müasir şəraitdə iqtisadi cəhət-

dən yüksək inkişaf etmiş ölkələrdə mühasibat uçotu bir iqtisadi elm olmaqla özünün fəaliyyətində 



Yüklə 133,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə