Azərbaycan Dövlət İqtisad Universiteti «TƏSDİq ediRƏM»



Yüklə 38,82 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü38,82 Kb.
#2572


Azərbaycan Dövlət İqtisad Universiteti                     «TƏSDİQ  EDİRƏM»

                                                                         «  Qida məhsullarının texnologiyası

 

 »

                                                                                        



kafedrasının müdiri

QİDA  MƏHSULLARININ  MÜASİR

                  dos. ABASBƏYLİ  G.  A.

              TƏDQİQAT ÜSULLARI

                                

                      fənni üzrə                                                     İmza: __________

        


İŞÇİ  TƏDRİS  PROQRAMI

                                  

                      (SİLLABUS)                                    

Tarix: 14. 09. 2016–cı il. 



FƏNNİN  KODU:                                             PS – 2949

FƏNNİN NÖVÜ:                                               Seçmə

FƏNNİN TƏDRİS SEMESTRİ:                      Payız - 4

FƏNNİN KREDİTİ:                                          4 kredit

FƏNNİN TƏDRİS FORMASI:                        Əyani, qiyabi

FƏNNİN TƏDRİS DİLİ:                                  Azərbaycan dili, Rus dili

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:    t. e. n., dos. FƏRZƏLİYEV  E. B.

KAFEDRANIN ƏLAQƏ NÖMRƏSİ:            

E – MAİL:                                                          elsevar60@rambler.ru

PREREKVİZİTLƏR:

        Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur. 



KOREKVİZİTLƏR: 

         Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.



KURSUN TƏSVİRİ: 

         “Qida məhsullarının müasir tədqiqat üsulları” fənni qida xammallarının və hazır

qida məhsullarının biokimyəvi tərkib göstəricilərini, ayrı – ayrı qida məhsulları istehsalı

zamanı   xammal   və   yarımfabrikatların   tərkibində   baş   verə   biləcək   dəyişkənlikləri,

xammalların   və   hazır   qida   məhsullarının   keyfiyyət   göstəricilərini   müəyyənləşdirən

metodları və bu metodların yerinə yetirilmə ardıcıllıqlarını, qida sənayesi sektorunda




laboratoriya   şəraitlərinə   olan   tələbatları,   laboratoriyalarda   lazım   olan   cihaz   və

avadanlıqlarının   quruluşu   və   iş   prinsiplərini   şərh   edən   elmi   məlumatları   özündə

birləşdirir. Qida xammallarının və hazır qida məhsullarının tərkib göstəricilərinin – yəni

yüksək   keyfiyyətliliyinin   və   qida   təhlükəsizliyinin   Standart   tələblərə   cavab   verib   –

verməməyi   də   bu   kursun   əhatə   dairəsinə   daxildir.   Yuxarıda   qeyd   edilən   bütün

məsələlərin müvəffəqiyyətlə həll edilməsi “Qida məhsullarının müasir tədqiqat üsulları”

kursunun tədris olunması vacibliyini əsaslandırır.  

KURSUN MƏQSƏDİ: 

Məlumdur   ki,   yüksək   keyfiyyət   göstəriciləri   ilə   üstünlük   təşkil   edən   qida

məhsulları   istehsalı,   hər   şeydən   əvvəl   qida   xammallarının   yüksək   keyfiyyətliliyi   ilə

şərtlənir.   Müasir   zamanda   elmi   –   texniki   tərəqqinin   və   kompüter   texnologiyasının

yüksək   inkişafı   yeni   tədqiqat   üsullarının   və   laboratoriya   cihazlarının   yaradılmasına

zəmin yaradır.

“Qida məhsullarının müasir tədqiqat üsulları” kursunun tədris edilməsinin əsas

məqsədi   tələbələrə   absorbsiyalı,   infraqırmızı   və   atom   -   absorbsiyalı   spektroskopiya,

qaz, kağız üzərində paylaşdırıcı, nazik təbəqəli və kolonkalı xromatoqrafiya üsulları

haqqında, eləcə də qida məhsullarının aromatının analizi, ali yağ turşularının təyini,

lüminessentli   analiz   üsullarının   məqsədi   və   bu   kimi   bir   sıra   digər   vacib   sayılan

məlumatları, ayrı – ayrı tədqiqat metodlarının mahiyyətini və fərqli xüsusiyyətlərini, bu

və   ya   digər   keyfiyyət   göstəricisinin   müəyyənləşdirilməsi   zamanı   hansı   tədqiqat

metodundan istifadə edilməsinin məqsədəuyğunluğunu aşılamaqdan ibarətdir.  

                              

KURSUN NƏTİCƏLƏRİ:

Bu kursu müvəffəqiyyətlə bitirən hər bir tələbə qida xammallarının və hazır qida

məhsullarının biokimyəvi tərkib xüsusiyyətlərini təyin etməyi, qida məhsulları istehsal

edən müəssisənin laboratoriyasında istifadə olunan cihazların təyinatını, iş prinsiplərini

və istifadə qaydalarını, qida xammalları və hazır qida məhsullarının qidalıq, fizioloji və

bioloji   dəyərinin   müəyyənləşdirilməsi   qaydalarını   biləcəkdir.   Bildiyi   məlumatlara

əsaslanaraq   yüksək   keyfiyyət   göstəriciləri   ilə   üstünlük   təşkil   edən   qida   məhsulları

istehsalı üçün lazım olan tədbirləri görəcək və qarşıya qoyulan məqsədə çatmaq üçün

müəyyən addım atacaqdır.                          

2



FƏNNİN MÖVZULARI:

1. Giriş. Qida məhsullarının müasir tədqiqat üsullarının əhəmiyyəti 

2.  Absorbsiyalı spektroskopiya 

3. İnfraqırmızı spektroskopiya 

4. Atom - absorbsiyalı spektroskopiya 

5. Xromatoqrafiyanın nəzəri əsasları və xromatoqrafiya növləri 

6. Qaz xromatoqrafiyası 

7. Ali yağ turşularının təyini 

8. Qida məhsullarının aromatının analizi 

9. Kağız üzərində paylaşdırıcı xromatoqrafiya 

10. Nazik təbəqəli xromatoqrafiya 

11. Kolonkalı xromatoqrafiya 

12.   Lüminessentli   analiz   üsullarının   əsasları.   Qida   məhsullarının   kimyəvi

tərkibinin təyini 

13. Reologiyanın əsas anlayışları. Reoloji xüsusiyyətlərin təyin üsulları 

14. Əsas reoloji xüsusiyyətlərin təyini üçün istifadə edilən cihazlar 

15.   Dənəvər   (səpələnən)   qida   məhsullarında   hərarətin   və   rütubətin   məsafədən

ölçülməsi 



FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ:

Fənnin   bütün   mövzularını   özündə   əks   etdirən   Azərbaycan   dilində   dərslik

(Fərzəliyev   E.   B.   “Qida   məhsullarının   müasir   tədqiqat   üsulları”   –   Bakı,   İqtisad

Universiteti,   2014.)   və   mühazirə   mətnləri   elektron   formada   Azərbaycan   Dövlət

İniversitetin   “Virtual   Universitet”ində   yerləşdirilib.   Eyni   zamanda   həm   yuxarıda

göstərilən   dərslik   və   həm   də   mühazirə   mətnləri  www.elsevarfarzaliyev.com  veb   -

səhifəsində yerləşdirilmişdir.  

Virtual Universitetin elektron ünvanı: vu.aseu.az.

Fənn üzrə testlər bu materiallardan tərtib edilmişdir.

QİYMƏTLƏNDİRMƏ:

3



Fənn üzrə kredit toplamaq üçün lazımı 100 balın toplanması, aşağıdakı qaydada

olacaq: 


50 bal – İmtahana qədər

O cümlədən: 

10 bal – dərsə davamiyyət; 

10 bal – sərbəst iş

30 bal – laboratoriya dərslərindən toplanacaq ballardır.

Laboratoriya   dərslərində   bal   qazanmayan   tələbələrə   jurnalda   0   (sıfır)   bal   qeyd

olunacaqdır. 

50 bal imtahanda toplanacaqdır. 

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaq və hər bir sual

1 balla qiymətləndirilir. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını

silir. 

QEYD: 

İmtahanda   minimum   17   bal   toplanmasa,   imtahana   qədər   yığılan   ballar

toplanılmayacaq.

İmtahanda qazanılan və imtahana qədər yığılan ballar cəmlənir və yekun miqdarı

aşağıdakı kimi qiymətləndirirlər: 

                               A  –  “Əla”                  –      91–100 

                               B  –  “Çox yaxşı”        –      81 – 90

                               C  –   “Yaxşı”              –      71 – 80 

                               D  –   “Kafi”                –      61 – 70 

                               E  –   “Qənaətbəxş”     –      51 – 60 

                               F  –   “Qeyri – kafi”     –      51 baldan aşağı

SƏRBƏST İŞ:

Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir, hər tapşırığın yerinə yetirilməsi 1

balla qiymətləndirilir. 

Sərbəst   iş   yazılı   formada,  WORD  faylı   formasında   (şrift   12),   1   –   2   səhifə

həcmində olmalıdır.

4



Hər   bir   sərbəst   iş   tələbənin   fərdi   fikirlərinin   nəticəsi   olduğundan  plagiat

yolverilməzdir. 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN

 SON TARİXİ

Mövzular



Son tarix

1 Absorbsiyalı spektroskopiya 

4 – cü həftə

2 İnfraqırmızı spektroskopiya 

5 – ci həftə 

3 Atom - absorbsiyalı spektroskopiya

6 – cı həftə

4 Xromatoqrafiyanın nəzəri əsasları və xromatoqrafiya növləri 

7 – ci həftə 

5 Qaz xromatoqrafiyası 

8 – ci həftə

6 Kağız üzərində paylaşdırıcı xromatoqrafiya 

9 – cu həftə

7 Nazik təbəqəli xromatoqrafiya 

10 – cu həftə

8 Kolonkalı xromatoqrafiya 

11 – ci həftə

9 Lüminessentli analiz üsullarının əsasları 

12 – ci həftə

10 Reologiyanın əsas anlayışları. Reoloji xüsusiyyətlərin təyin 

üsulları. Əsas reoloji xüsusiyyətlərin təyini üçün istifadə edilən

cihazlar 

13 – cü həftə

 Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə

alınmayacaq.

Sərbəst işlərin nəticələri jurnala yazılır. 



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

1. Analitik kimyanın əsasları. Kitab 1 və kitab 2. /Y.A. Zolotov, E.N.Doroxova,

V.İ.Fadeyeva və b. - M.: 436 s.

2. Fərzəliyev E. B. Qida məhsullarının müasir tədqiqat üsulları. – Bakı.: İqtisad

Universiteti, 2014. – 366 s.  

3. Fərzəliyev.E.B., Əliyev Ə.Y. Yeyinti məhsullarının ümumi texnologiyası.- Bakı,

İqtisad Universitei, 2005 – 392 s.

4.   Fərzliyev   E.B.   “Yeyinti   məhsullarının   ümumi   texnologiyası”   fənnindən

laboratoriya   işlərinin   yerinə   yetirilməsinə   dair   metodiki   göstərişlər   –   Bakı,:   İqtisad

Universiteti, 2002.-60s.

5



  5.   Fərzliyev   E.B.   “Meşə   qida   məhsulları   və   dərman   bitkilərinin   emal

texnologiayası”   fənnindən   laboratoriya   işlərinin   yerinə   yetirilməsinə   dair   metodiki

göstərişlər – Bakı,: İqtisad Universiteti, 2002.-74s.

6. Лабораторный практикум по общей технологии пищевых производств / А.

А. Винoградова, Г. М. Мелькина, Л. А. Фомичева и др. Под ред. Ф.П.Ковальской.-

М.: Агропромиздат, 1991. - 335 с.

7.   Методы   биохимического   исследования   растений   /   А.И.Ермаков,   В.   В.

Арасимович, Н. П. Ярош и др. Под ред. А. И. Ермаков.- Л.: Агропромиздат, 2002.-

430 с.

8. Плахотин В. Я. Контроль качества пищевых продуктов. – Киев.: Урoжай.



1988. - 144с.

9. Современные методы исследования качества пищевых продуктов. – М. :

Дели, 2006.- 222с.

KURS İŞİ:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.



TƏCRÜBƏ:

Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulmamışdır.



Hazırladı:

Dos. FƏRZƏLİYEV  E. B.         İmza:                                Tarix: 14. 09. 2016 – cı il. 

6

Yüklə 38,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə