|
 Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının
|
səhifə | 1/9 | tarix | 23.05.2023 | ölçüsü | 146,5 Kb. | | #112178 |
| UNEC 1683787724 AMÜ BEP 1. Sınıf-1, titulniy list Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Maliyyə və audit”kafedrasının dossenti, i.ü.f.d. Z.H.Zeynalov zeynalov.zakir@inbox.ru
zakir_zeynalov@unec.edu.az
FƏNN: İNVESTİSİYANIN İDARƏ EDİLMƏSİ
Mövzu 12. İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi və kreditləşdirilməsi
İnvestisiyaların və kapital qoyuluşlarının maliyyələşməsi mənbələri
Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi xüsusiyyətləri
Banklar tərəfindən kapital qoyuluşunun maliyyələşdirilməsi şərtləri
İnvestisiya fəaliyyətində banklar, uzun və qısamüddətli kreditlər maliyyələşmə mənbəyi kimi
İnvestisiya kreditinin məqsədi və vəzifələri, bank monitorinqi
Mövzuda investisiyaların və kapital qoyuluşlarının maliyyələşməsi mənbələri, kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi xüsusiyyətləri, banklar tərəfindən kapital qoyuluşunun maliyyələşdirilməsi şərtləri, investisiya fəaliyyətində banklar, uzun və qısamüddətli kreditlər maliyyələşmə mənbəyi kimi, investisiya kreditinin məqsədi və vəzifələri, bank monitorinqi kimi məsələlər tələbələr öyrənmək bacarığına yiyələnməlidirlər. Bu mövzu “İnvestisiyanın idarə edilməsi” fənninin digər mövzuları ilə - bilavasitə davamlı əlaqəsi vardır. Belə ki, investisiya əməliyyatlarının bir növü kimi tələbələr fəaliyyətinin nəticələri üzrə aparılan əməliyyatların strukturunu öyrənməklə yeni vərdişlərə nail olacaqlar. Tələbələr üçün gələcək peşəkar fəaliyyətləri üçün bu mövzu baza rolunu oynayacaqdır.
İnvestisiyaların və kapital qoyuluşlarının maliyyələşməsi mənbələri
İnvestisiyanın maliyyələşdirilməsi mənbəyi dedikdə bu investisiya layihələrinin reallaşdırılması üçün tələb olunan vəsait toplusunu nəzərdə tutur. İnvestisiya mənbəyinin düzgün seçimi böyük əhəmiyyətə malikdir.
Bir qayda olaraq investisiyanın ənənəvi maliyyələşdirmə mənbələrinə xüsusi vəsaitlər – buraya gəlirin bütün formaları, amortizasiya ayırmaları, pul yığımı, əhalinin əmanətləri, hüquqi həxslərin vəsaitləri, sığorta ödəmələri, borc vəsaitləri (bank və büdcə kreditləri), büdcədənkənar fondların vəsaitləri, büdcə vəsaitləri, xarici investorların vəsaitləri və s. aid edilir.
Bütövlükdə bu maliyyələşmə mənbələrini 2 qrupa bölmək olar:
Dostları ilə paylaş: |
|
|