Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının


mərkəzləşdirilmiş büdcə vəsaitləri



Yüklə 146,5 Kb.
səhifə2/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

mərkəzləşdirilmiş büdcə vəsaitləri;

  • qeyri-mərkəzləşdirilmiş büdcədənkənar fondların vəsaitləri.

    Mərkəzləşdirilmiş büdcə vəsaitlərindən bir qayda olaraq dövlət əhəmiyyətli iqtisad layihələr, müdafiə, hüquq-mühafizə, ekoloji və sosial tədbirlərin maliyyələşdirilməsində istifadə edilir. Büdcədən maliyyələşmə hesabına dövlət iqtisadiyyatın struktur dəyişiklklərini həyata keçirməkə regionların sosial-iqtisadi inkişafına müsbət təsir edə bilər. Dövlət investisiyasını o müəssisə ala bilər ki, o dövlət mülkiyyətindədir. Büdcə vəsaitləri məhdud olduğu üçün o strateji proqramların yerinə yetirilməsi məqsədilə istifadə edilir.
    Büdcədən maliyyələşmə dövlətin həmin müəssisənin kapitalında iştirakı deməkdir. Büdcə krediti (qaytarılma şərtilə maliyyələşmə) dövlətin kapital qoyuluşunun maliyyələşdirilməsində dəstəyini göstərir. Müəssisə eyni zamanda investisiyanın mliyyələşdirilməsində - «investisiya vergi kreditindən də istifadə edə bilər. Bu halda kreditin qaytarılmasına bir ildən 5 ilədək möhlət nəzərdə tutulur. Belə kreditlər müştərinin ərizəsi və bu kreditin vacibliyini təsdiqləyən şərtlərlə verilə bilər. Bu halda tərəflər arasında müqavilə bağlanır və müqavilə müddətində verği ödəmələri hər hesabat dövrü üçün 50 %-dək azaldıla bilər.
    Müvafiq bir il üçün dövlət büdcəsi təsdiq edildikdən sonra bəzi obyekt və tikintilər «dövlət ehtiyat»ları hesabına məqsədli istifadə oluna bilər. Hökumət komissiyası tərəfindən büdcədən maliyyələşdirməni hansı bankların həyata keçirə bilməsi də müəyyənləşdirilir.
    Dövlət maliyyələşməsinin başlıca prinsipi maksimum iqtisadi səmərə və sosial səmərənin minimum xarclərlə başa gəlməsidir. Dövlət vəsaiti o layihələrə qoyulur ki, onlar maksimum gəlir gətirsin. İstənilən investisiya layihəsinin səmərəliliyi müxtəlif krediteriyalardan müəyyən edilir. Dövlət əhəmiyyətli layihələr milli gəlirin və ümumi daxili məhsulun artımını təmin etməlidirsə, müəssisə üçün bu gəlirin artımı, əhali üçün mənzilin və xidmət haqqının ucuzluğu əsas götürülür.
    İnvestisiyanın maliyyələşməsi mənbələrindən etibarlı mənbə kimi - xüsusi vəsaitlər qeyd olunur. Bu halda vəsaitin mənbəyi məlum, risk səviyyəsi aşağı və müflisləşmə ehtimalı zəifdir.
    İstənilən kommersiya təşkilatının xüsusi vəsaitinin başlıca mənbəyi xalis gəlir və amortizasiya ayırmalarıdır. Gəlir yaxşı halda müəssisənin inkişafına yönəldilir. Bunun üçün ilkin şərtlərdən biri müəssisənin texniki vəziyyəti və onun gələcək inkişafı imkanlarıdır.

    Yüklə 146,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə