Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının



Yüklə 146,5 Kb.
səhifə5/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

Büdcədən maliyyələşmə bir qayda olaraq milli iqtisadiyyat üçün xüsusi əhəmiyyəti olan, yüksək kapital tutumlu, yüksək riskli, iqtisadi cəhətdən səmərəli hesab edilir. Dünya təcrübəsində büdcədən maliyyələşmə daha çox sosial xarakterli obyektlər, iqtisadiyyatda köklü dəyi­şik­liklərə səbəb olacaq elmi-texniki sahələrin inkişafı ilə əlaqəli obyektlərə və s. nəzərdə tutulur.

Büdcədən maliyyə­ləş­mə hö­ku­mətin maliyyə və iqtisadi siyasətinin əsası olub, döv­lə­tin ölkə iqtisadiyyatının kompleks inkişaf etdirilməsi, məhsuldar qüv­vələrin ölkə ərazisində düzgün yerləşdirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır.

Kapital qoyuluşunun büdcə hesabına maliyyələşdirilməsi bilavasitə aşağıdakı məqsədlərə xidmət edir:

  • hökumətin məqsədli proqramına daxil edilmiş obyekt­lə­rin əvəzsiz və geriqaytarılmamaq şərtilə maliyyə­ləş­dirilməsi;

  • milli iqtisadiyyatın inkişafı üçün vəsaitin bölüş­dürül­məsində sosial yönümlü obyektlərin maliyyələş­diril­məsinə üstünlük vermək;

  • vəsaitin ünvanlı və məqsədli istifadəsini təmin et­məklə sifarişçilərin məsuliyyətini artırmaq;

  • dövlətin maliyyə-kredit qurumlarının, obyektlərin maliyyələşdirilməsində iştirakını təmin etmək;

  • büdcə vəsaitindən səmərəli istifadə olunmasında icra qu­rumlarının nəzarətini gücləndirməklə maliyyə in­tiza­mını möhkəmləndirmək və s.

Yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, dövlət büdcədən maliyyələşdirmədə əsasən sosial sahənin in­kişafına və istehsal sahələrində infrastrukturun inkişafına üstünlük verir.

Dövlət kapital qoyuluşunun maliyyələşdirilməsi xərclərinə layihə-axtarış işlərinin maliyyələşdirilməsi, avadanlıqların alınması, cihaz və inventarların alınması xərcləri və s. aid edilir.

Sifarişçi təşkilatlar statistik hesabata daxil edilmək üçün, yerinə yetiriləcək işlər üzrə aşağıdakı məlumatları vermə­li­dirlər:

  • tikintinin dəyərini əks etdirən smeta sənədlərini;


  • Yüklə 146,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə