Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının



Yüklə 146,5 Kb.
səhifə7/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

Uzunmüddətli kreditlərin alınmasını müştəri üçün əlverişli etmək məqsədilə güzəştli qiymətlərlə istiqrazların buraxılışı məqsədəuyğun hesab edilir. Bu halda borcalan uzunmüddətli ssudanı bir neçə ildən sonra istiqrazların reallaşdırılmasından daxil olmalar hesabına qaytara bilər.

Uzunmüddətli ssudalar iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilə bilinər. Bir qayda olaraq uzunmüddətli kreditlər verilərkən investisiya layihələrinin texniki-iqtisadi əsaslan­dır­ma­ları (TİƏ) xüsusi əhəmiyyət kəsb edir.

Müasir vəziyyətdə uzunmüddətli kreditə görə faiz dərəcəsi yüksək olduğundan investorlar belə kreditləri almağa maraqlı olmurlar. Ölkə iqtisadiyyatı möhkəmləndikcə, Mərkəzi Bankın faiz dərəcələrinin aşağı salınması nəticəsində investisiya fəa­liy­yə­tinə uzunmüddətli kreditlərin verilməsi səviyyəsi də xeyli yük­səlməlidir. Bu baxımdan yuxarıda qeyd etdiyimiz kimi hö­kumə­tin himayəçiliyi ilə ixtisaslaşmış «investisiya bankı» və ya «ipoteka bankı»nın yaradılmasına böyük ehtiyac vardır. Belə olarsa sahibkarlar daha güzəştli kredit almaq imkanı qazana biləcəklər.

Kapital qoyuluşunun kreditləşdirilməsindən danışarkən qısamüddətli kreditləşməni də qeyd etmək lazımdır. Belə kreditlər bir qayda olaraq podratçı təşkilatlara, onların cari tələblərini ödəmək, eləcə də dövriyyə vəsaitlərini tamamlamaq məqsədilə verilir. Bir çox hallarda podratçı təşkilat öz işçilərinə əmək haqqı ödəmək, tikinti materialları üzrə hesablaşma aparmaq, yanacaq-enerji haqqını ödəmək, nəqliyyat idarələri ilə hesablaşma aparmaq və digər hesablaşmaları aparmaq məq­sədilə banklardan qısamüddətli kreditlər alırlar.

Ümumiyyətlə kapital qoyuluşunun maliyyələşmə mənbələri içərisində bank kreditinin xüsusi çəkisini artırmaq üçün hökumət tərəfindən bəzi güzəştlər həyata keçirilməlidir. Bunlardan investisiya layihələrini həyata keçirən in­vestorlar üçün güzəştli vergi sisteminin tətbiqi, yerli isteh­sal­çı­ların qorunması məqsədilə müvafiq məhsulların ölkəyə gə­tirilməsinə məhdudiyyət, onlar üçün yüksək vergi və gömrük rüsumunun tətbiq və s. göstərmək olar. Belə olarsa investorlar ölkə iqtisadiyyatına təkan verə biləcək istehsal və qeyri istehsal investisiya layihələrinin reallaş­dırıl­masına yaxından kömək edərlər.


Yüklə 146,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə