Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının


İnvestisiya fəaliyyətində banklar, uzun və qısamüddətli kreditlər maliyyələşmə mənbəyi kimi



Yüklə 146,5 Kb.
səhifə8/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724


  1. İnvestisiya fəaliyyətində banklar, uzun və qısamüddətli kreditlər maliyyələşmə mənbəyi kimi

Maliyyələşmə mənbələrindən biri kimi çıxış edən bank kreditindən həm investor (sifarişçi), həm də podratçı təşkilatlar istifadə edirlər. Bir qayda olaraq sifarişçilər orta və uzunmüddətli kreditlərdən daha çox istifadə edirlər. Podratcı təşkilatlar bir qayda olaraq qısamüddətli kreditlərə müraciət edirlər. Belə kreditlər müvəqqəti çatışmayan dövriyyə vəsaitini tamamlamaq məqsədilə istifadə edilir. Buraya xammal-material alınması, nəqliyyat xərclərinin ödənilməsi, yanacaq-enerji haqqının ödənilməsi, fəhlələrin əmək haqqına və digər məqsədlərə istifadə oluna bilər.


İnvestisiya sferasında bankların özünəməxsus rolu vardır. Nəzərə alınmalıdır ki, əsaslı tikinti üçün nəzərdə tutulmuş investisiya qoyuluşları banklar tərəfindən nağdsız formada həyata keçrilməlidir. Bunun üçün sifarişçi təşkilat obyektin yerləşəcəyi ərazinin icazəsini, təsdiq edilmiş layihə-smeta sənədlərinin bir nüsxəsini müvafiq banka təqdim edir.
Bunlardan başqa sifrişçi (investor) banka podratçı ilə bağlanmış illik podrat müqavilənin birinci nüsxəsini, cari ildə yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin işçi cizgilərinin olmasını təsdiqləyən arayışı və yerinə yetiriləcək işlər üzrə hesblaşmanın aparılması qaydası haqda arayışı əlavə etməlidr. Burada hesablaşmanın ya rüblük yerinə yetirilən işlər üzrə, ya mərhələlər üzrə və yaxud obyekt tam qurtarıb sifarişçiyə təhvil verildikdən sonra aparıla blər.
Müvafiq bank təqdim edilmiş sənədləri yoxlayaraq «hesablaşma hesabı» açmaq haqda sərəncam verir. Bundan sonra yerinə yetirilmş işlər müvafiq qaydada rəsmiləşdirilərək hesablaşma üçün banka təqdim olunur. Bank müvafiq qaydada yoxlama aparıldıqdan sonra onu nağdsız qaydada maliyyələşdirir.



  1. İnvestisiya kreditinin məqsədi və vəzifələri, bank monitorinqi

İnvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələri içərisində «investisiya vergi krediti» özünəməxsus rol oynayır. Bu halda sifarişçi (investor) vergi ödəməkdə möhlət alır. Daha doğrusu, sifarişçiyə vergi ödənilməsi üçün bir ildən beş ilədək möhlət verilə bilər.
Belə investisiya kreditləri sifarişçilərə aşağıdakı məqsədləri yerinə yetirmək məqsədilə verilə bilər:

  1. elmi-tədqiqat işlərinin aparılması, o cümlədən yeni iş yerlərinin açılması, iləcə də ətraf mühitin mühafizəsini təşkil etmək məqədliə;

  2. yeni texnologiyaların tətbiqi, innovasiya fəaliyyəti, eləcə də yeni xammal-material növlərinin yaradılması məqsədilə;

  3. regionun sosial-iqtisadi inkişafı ilə və ya əhaliyə göstəriləcək xüsusi xidmətlə əlaqədar işlərin yerinə yetirilməsi məqsədilə;

  4. dövlətin müdafiəsi ilə əlaqədar sifarişlərin yerinə yetirilməsi məqsədləri ilə və s.

İnvestisiya krediti sifarişçinin müraciəti və buna müvafq sənədlərin təqdimatı əsasında verilə bilər.
İnvestisiyanın maliyyələşmə mənbələrindən biri də - xariji investorların vəsaitləridir. Xarici investisiya pul və intellektual sərvətlərdən, qiymətli kağızlardan, digər əmlak və xidmətlərdən ibarətdir.
Xarici investisiyanın cəlb edilməsi bir neçə problemin həllinə bilavasitə təsir edir. Bunlardan:

Yüklə 146,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə