Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının



Yüklə 146,5 Kb.
səhifə9/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

- beynəlxalq əmək bölgüsü;
- beynəlxalq əlaqələrin inkişafı;
- milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası;
- elmi-texniki tərəqqinin tezləşdirilməsi;
- idarəçiliyin yeni formalarının tətbiqi;
- rəqabətin gücləndirilməsi;
- bazar iqtisadiyyatı tələblərinə cavab verən kadrların hazırlanması və s.
Mühüm məsələlərdən biri də xarici investisiyanın qorunmasını təmin etməkdir. Bu ilk növbədə qanunvericilik və dövlətin təminatına müvafiq həyata keçirilməlidir.
Yuxarıda deyildiyi kimi investisiyanın maliyyələşdirilməsi mənbələrindən biri də büdcədənkənar fondlar hesabına maliyyələşmədir. Bu vəsaitlər xüsusi depozitlər və s. vəsaitlərdən ibarətdir. Xüsusi büdcədənkənar vəsaitlərə ilk növbədə müəssisə və təşkilatların gəliri, onların hesablarında qalan bölüşdürülməmiş vəsaitlər aid edilir.
Büdcədənkənar vəsaitlər müxtəlif mənbələrdən formalaşır ki, bunlardan aşağıdakıları göstərmək olar:
- fiziki və hüquqi şəxslərin vəsaitləri hesabına sosial sahə obyektlərinin tikintisi və abadlaşdırılmasına;
- qəzalı və köhnə yaşayış evlərinin bərpasına;
- musiqi kollektivlərinin müxtəlif mərasimlərdə əldə etdikləri vəsaitlər;
- müxtəlif tədbirlərə himayədarlıq (sponsor) etmək və s.


Mövzu üzrə nəzəri məsələlər praktikada öyrənilməli, təcrübə keçirilməli, tələbələrin yiyələndiyi bilikləri praktiki olaraq təcrübədə konkret misallar ilə izah olunmalıdır. Tələbələr bu mövzu üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək üçün əlavə olaraq internet mənbələrindən, Mərkəzi Bankın internet səhifəsində dərc edilən analitik və sintetik məlumatlardan istifadə etməli, (cbar.az) mövzu üzrə investisiya fəaliyyətinə aid olan qanun, təlimat materialları öyrənməlıdır.


Mühazirə mövzusu üzrə ədəbiyyat siyahısı

  1. Инвестиции, Уильям Ф. Шарп (18.38 Мбайт)
    Источник: https://institutiones.com/download/books/695-investicii-sharp.html#google_vignette

  2. Инвестиции и инвестиционная деятельность. Учебник. Л. И. Юзвович – Екатеринбург, 2021

  3. Abdullayev Ş., R.Əsgərova. Bank işi. Bakı,2010

  4. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respub­lika­sının qanunu. Bakı. 2022.



Əlavə tövsiyə edilən ədəbiyyat siyahısı:

  1. Q. Əliyev “İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi». Dərslik. Bakı. 2008

2. Ə.Ə.Ələkbərov, Z.H.Zeynalov “Bank işi” Metodik göstəriş. Bakı 2017
Yüklə 146,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə