Azərbaycan Dövlət İqtisad Universiteti (unec) unec təhsilalanlarının ixtisas təcrübələrinin təşkili haqqında



Yüklə 2,25 Mb.
tarix17.11.2018
ölçüsü2,25 Mb.
#80880

Əlavə 1


Azərbaycan Dövlət İqtisad Universiteti

(UNEC)

UNEC təhsilalanlarının ixtisas təcrübələrinin təşkili haqqında

MÜQAVİLƏ

Azərbaycan Dövlət İqtisad Universitetin (sonra «UNEC» adlandırılacaq) _____________________________ şəxsində, digər tərəfdən _________________________

____________________________________­__________ rəhbərliyi tərəfindən təmsil olunan

_______________________________________ şəxsində aşağıdakı müqaviləni imzalayırıq:



1.Müəssisə (idarə təşkilat):____________________________________________________

  1. Müəssisə, (idarə, təşkilat) təqdim olunan tədris-planına əsasən 2017/2018-ci tədris ilində ________________müddətində______ nəfər tələbələrin istehsalat təcrübəsi keçmələri üçün şərait yaradır.

  2. Hər bir tələbənin təcrübə zamanı təhlükəsizliyini təmin edir, müəssisədaxili ümumi təlimatlandırmanı həyata keçirir və təcrübəçi tələbələri mövcud qaydalarla tanış edir.

  3. Tələbələrin ixtisaslarına uyğun təcrübə yerləri müəyyən edir, istehsalat təcrübəsi proqramında nəzərdə tutulmayan və onların ixtisaslarına uyğun olmayan işlərdə istifadə olunmasına yol vermir.

  4. Müəssisə, təşkilat, idarənin struktur bölmələrində istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisaslı mütəxəssislərdən təcrübə rəhbərləri təyin edir. Müəssisədə təcrübə rəhbəri təcrübəçi tələbələrin davamiyyətinə, müvafiq proqram üzrə təcrübənin aparılmasının təşkilinə və gündəlikdə yazıların dəqiqliyinə nəzarət edir.

  5. Təcrübə keçən tələbələrin müəssisə tərəfindən təyin olunan təcrübə rəhbərlərinin iştirakı ilə müəssisə, təşkilatların müvafiq bölmələrində, tələbələrin istehsalat təcrübəsi proqramına uyğun sənədlərlə (məxfi sənədlər istisna olmaqla) tanış olmalarına və zəruri texniki avadanlıqlardan istifadə etmələrinə şərait yaradır.

  6. UNEC tərəfindən təyin edilmiş təcrübə rəhbərlərinə, müəssisə ilə razılaşdırılmış davamiyyət qrafiki əsasında tələbələrə təcrübə proqramına uyğun metodik göstərişlər vermələrinə şərait yaradır.

  7. Təcrübəçiləri təcrübə obyektinin daxili nizam-intizam qaydaları ilə bağlı müvafiq təlimatlarla tanış edir. Müəssisədaxili təhlükəsizlik və intizam qaydalarını pozan, müəssisənin normal iş fəaliyyətinə bu və ya digər formada maneçilik göstərən tələbələr müəssisədən xaric edilməklə təhsil müəssisəsinə məlumat verilir və bir daha müəssisədə təcrübə keçməyə buraxılmırlar.

  8. İstehsalat təcrübəsi başa çatdıqdan sonra hər bir təcrübəçi tələbənin, təcrübə gündəliyində tələbənin təcrübə dövründəki fəaliyyətini qiymətləndirir.

2. UNEC (Təcrübə şöbəsi)

  1. UNEC Təcrübə şöbəsi istehsalat təcrübəsi başlamazdan 2 həftə əvvəl tərtib edilmiş təcrübə proqramlarını, müəssisə tərəfindən təyin edilən təcrübə rəhbərinə təqdim edir. (Rəhbər təyin edilmədiyi tədbirdə müəssisənin rəhbərliyinə)

  2. Təcrübə obyektində tələbələrin təcrübə ilə bağlı müvafiq sənədləşmələrin vaxtında aparılması üçün istehsalat təcrübəsinə göndəriləcək tələbələrin siyahısını təcrübənin başlamasından 2 həftə əvvəl təcrübə obyektinin rəhbərliyinə təqdim edir.

  3. UNEC tərəfindən təyin edilmiş təcrübə rəhbəri təcrübəçi tələbələrlə müəssisə nümayəndələrinin iştrakı ilə təlimati görüşlər keçirir, tələbələrin tədris planında nəzərdə tutulmuş müddətdə təcrübə obyektinə göndərilməsini təmin edir.

  4. UNEC təcrübə rəhbəri təcrübə obyektinin xüsusiyyətləri nəzərə alınmaqla ixtisası uyğun gələn və kifayət qədər təcrübəsi olan professor-müəllim heyəti arasından təyin edir.

  5. Təcrübənin təşkili və keyfiyyətinin artırılması məqsədilə UNEC tərəfindən təyin edilmiş təcrübə rəhbəri müəssisədəki təcrübə rəhbəri ilə daimi əlaqə saxlayır, təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və proqram üzrə aparılmasına nəzarət edir, eləcə də müəssisə tərəfindən təyin edilmiş təcrübə rəhbərinə, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili və keçirilməsi üçün metodik köməklik göstərir.

  1. Bu müqavilə üzrə tərəflər arasında meydana çıxan məsələlər danışıqlar yolu ilə həll olunur.

  2. Müqavilə UNEC və ________________________ tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 1 il müddətində etibarlıdır.

5.Tərəflərin rəsmi ünvanları:



Azərbaycan Dövlət İqtisad

Universiteti (UNEC)

Ünvan: İstiqlaliyyət küç.6

AZ 1001

Bakı, Azərbaycan

Telefon:+99412 4371086

________________________________

____________________

____________________

Ünvan:__________________

AZ_______

Bakı, Azərbaycan

Telefon:__________

_________________________________




TT/Fr/01

Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə