Azərbaycan Dövlət İqtisad Universiteti


Son məhsulun məcmu dəyəri = Məcmu əlavə dəyər vergisi = Bütün satışların məcmu dəyəri - Aralıq məhsulun məcmu dəyəri



Yüklə 0,69 Mb.
səhifə2/8
tarix23.01.2018
ölçüsü0,69 Mb.
#22122
1   2   3   4   5   6   7   8

Son məhsulun məcmu dəyəri = Məcmu əlavə dəyər vergisi = Bütün satışların məcmu dəyəri - Aralıq məhsulun məcmu dəyəri

İnternational Paper kompaniyası Hallmark firmasının konvert istehsalı üçün kağız istehsal etdikdə kağız aralıq, konvert isə son məhsul hesab olunur. ÜDM-a yalnız son məhsulların dəyəri daxil edilir. Çünki, aralıq məhsulların dəyəri artıq onlara daxil edilmişdir. Yuxarıda göstərilən misalda ÜDM-a yalnız konvertlərin dəyəri daxil ediləcək, ona görə ki, onların dəyərinə kağızın dəyəri artıq daxil edilmişdir.

Bu zaman müstəsna olaraq aralıq məhsullar texnoloji prosesə dərhal daxil olmayıb, sonradan satılmaq, yaxud istehsalda istifadə olunmaq üçün firmaların balansında müəyyən müddət qaldıqda onların dəyəri ÜDM-a daxil edilir. Bu zaman müəyyən müddət çərçivəsində onlar son məhsul kimi nəzərdən keçirilir və ÜDM-a daxil edilir. Lakin sonradan onlardan istifadə edildikdə firmanın aktivləri azalır, ÜDM-un həcmi isə həmin məbləğdə aşağı düşür.

ÜDM-a həm maddi nemətlərin (ərzaq məhsulları, geyim, avtomobillər) istehsalı, həm də konkret olaraq fiziki ölçülə bilməyən xidmətlər (bərbərin saç kəsməsi, mənzilin yığışdırılması, həkim məsləhəti) daxil edilir. Əgər bəyən-diyiniz rok qrupun diskini əldə edirsinizsə siz bazar əmtəəsi alırsınız və onun dəyəri ÜDM-a daxil edilir. Bu qrupun konsertinə bilet əldə etdikdə isə xidmətin haqqını ödəyirsiniz və bu halda da xidmətin dəyəri ÜDM-a daxil edilir.

Mal və xidmətlərin mübadiləsinə istifadə olunmayan bütün ödəmələr ÜDM-in dəyərində nəzərə alınmır. Bu cür ödəmələrə transfert ödəmələr və qeyri-istehsal (maliyyə) sövdələri aiddir.

Transfert ödəmələr ( transfer payments) özəl və dövlət ödəmələrinə bölünür və hədiyyə kimi verilir. Özəl transfertlər — ayrı-ayrı şəxslərin bir-birinə etdikləri ödəmələrdir (məsələn, valideynlər övladlarına, qohumlar bir-birinə və s.). Dövlət transfertləri — dövlətin ev təsərrüfatlarına sosial təminat sistemi üzrə subsidiyalar şəklində etdiyi ödəmələrdir. Transfertlər ÜDM-in dəyərinə daxil edilmir, belə ki:

  • bu ödəniş nəticəsində yeni heç nə istehsal edilmir (nə mal, nə də xidmət), və məcmu gəlir yalnız yenidən bölüşdürülür;

  • transfert ödənişlər ev təsərrüfatlarının istehlak tələblərinə (bu, gəlirin bir hissəsidir) və firmaların investisiya xərclərinə (subsidiyalar kimi) daxil edilir.

Lakin yadda saxlamaq lazımdır ki, özəl firmaların qiymətli kağızları üzrə gəlirlərin ödənilməsi ÜDM-in dəyərinə aiddir, belə ki, iqtisadi resursun haqqıdır, yəni faktor gəliri, milli gəlirin bir hissəsidir.

ÜDM-un hesablanması zamanı tamamilə müxlətif növlü çoxlu əmtəələri bir iqtisadi göstəricidə cəmləməklə təxminən belə bir əməliyyatı həyata keçirmək lazım olur. İstehlakçının bu və ya digər əmtəəni əldə etmək üçün ödəməyə hazır olduğu pulların miqdarını əks etdirən bazar qiymətlərinin istifadəsi bu çətinliyi aradan qaldırmağa kömək edir. Beləliklə, əgər bir almanın qiyməti iki portağalın qiymətinə bərabərdirsə, bu zaman ÜDM-da almanın çəkisi portağala nisbətən iki dəfə çox olacaq.

İndi isə ÜDM-un tərifini bir daha təkrar edək.

Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.[2]

Aydındır ki, ÜDM iqtisadi aktivliyin qiymətləndirilməsinin çox mürəkkəb göstəricisidir. Makroiqtisadiyyatın sonrakı tədqiqində onun hesablan-masının digər xırdalıqları ilə tanış olacaqsınız, lakin indi isə ona diqqət yetirməliyik ki, onun sözlə ifadəsinin hər bir hissəsi çox dərin mənaya malikdir.

Beləliklə, ÜDM-in tərifində olan əsas prinsiplər:

  • ikiqat (təkrar) hesablanmanın yolverilməzliyi;

  • gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsini deyil, məcmu buraxılışın ölçüsünü dəyişən göstəricilərin uçotu;

  • yalnız həmin ildə istehsal edilmiş məhsulun dəyərinin əks etdirilməsi.




1.2 Ümumi daxili məhsulun komponentləri və hesablanması metodları, real və nominal ümumi daxili məhsul, ÜDM-nin deflyatoru
ÜDM və onun komponentlərinin müqayisəli qiymətlərlə qiymətləndirilməsi, iqtisadiyyatın inkişafının öyrənilməsi və struktur dəyişmələrinin təhlili üçün zəruridir. Bu qiymətləndirmələrin dəqiqliyi və onların əsasında çıxarıla bilən nəticələr yüksək dərəcədə statistik hesablamaların vasitələrindən və üsullarından asilıdırlar.

ÜDM-i rüblər və illik istehsal, xərclər və gəlirlər mənbələri üzrə, ÜDM-in formalaşdirılması üsulları ilə hesablamaq mümkündür. Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsul bütün iqtisadi sektorların son istehlak xərclərinin, ümumi yığımın və xalis ixracın cəmindən ibarətdir.

Ümumi daxili məhsul göstəricisinin qurulmasının başqa prinsipi də, ayrı-ayrı dövriliklə (illik, rüblük, aylıq) qiymətlərin balanslaşdırılmış əlaqələndirilməsidir. ÜDM-in əsas göstəricisi onun illik qiymətidir.

ÜDM-in rüblük qiymətləri cari ilin gözlənilən nəticələrinin ilkin müəyyənləşdirilməsi və cari iqtisadi dinamikanın xarakterizə edilməsi üçün işlənir. Bu qiymətlər, ilk daxili göstəricilər olaraq, illik qiymətlərin qurulması zamanı dəqiqləşdirilir.[17]

Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsulun və onun komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi

Xərclər üsulu ilə hesablanmış ümumi daxili məhsulun və onun komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi əsasən iki üsulla aparılır:

  • cari qiymətlərlə ifadə olunmuş hesabat dövrünün məlumatlarının müvafiq qiymət indeksləri vasitəsilə deflyatorlaşdırılması;

  • cari qiymətlərdə baza ilinin məlumatlarının müvafiq fiziki həcm indeksləri vasitəsilə ekstrapolyasiyalaşdırılması.

Daimi qiymətlərlə ÜDM-in qiymətləndirilməsi həm istehsal (ÜDM - sahələrin əlavə dəyərlərinin cəmi kimi), həm də xərclər (ÜDM - son istehlak komponentlərinin cəmi kimi) baxımından həyata keçirilə bilər. Qiymətlədirmə, ÜDM-in komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi və onların toplanması yolu ilə aparılır. Qiymətləndirmə üsulunun seçilməsi olan qiymətləndirilən göstəricinin xarakterindən və mövcud olan məlumatdan asılıdır.

ÜDM-in komponentlərinin özləri aqreqasiya olunmuş kəmiyyətlər olduğundan, onların qiymətləndirilmə üsulları da, yuxarıda göstərilən əsas üsulların kombinasiyasıdır.

ÜDM əsasən 3 metodla hesablanır: məsrəflər üzrə; gəlirlər üzrə; əlavə edilmiş dəyər üzrə. [22]

I.ÜDM-un məsrəflər üzrə hesablanması:

1) əhalinin istehlak xərcləri - (C),

2) ümumi xüsusi investisiyalar - (I),

3) əmtəə və xidmətlərin dövlət alışı - (G),

4) xalis ixracat (idxal və ixracın fərqi) - (Xn).

Deməli,

ÜDM = C + I + G + Xn

II.ÜDM-un gəlirlər üzrə hesablanması:

1) əmək haqqı - (W),

2) faiz – (r),

3) renta – (R),

4) mənfəət – (m).

Bu gəlirlərin cəminə amortizasiya ayırmaları (d), dolayı vergilər (T) və mülkiyyətdən vergi (T1) də əlavə edilir. Onda

ÜDM = W + r + R + m + d + T + T1

III.ÜDM-un əlavə dəyər üzrə hesablanması:

Bu metod istehsal metodu adlanır və ÜDM-un il ərzində istehsal olunmuş son məhsulun hər bir mərhələsində əlavə edilmiş dəyərlərin məcmusudur. Əlavə edilmiş dəyər firmaların istehsal etdiyi məhsulun dəyəri ilə başqa firmaların xammalın, materialın, yəni aralıq məhsulların alınmasına sərf etdiyi məbləğ arasındakı fərqdir. Bu halda ÜDM-un kəmiyyəti bütün istehsalçı firmaların əlavə etdikıəri dəyərlərin cəminə bərabərdir.

MHS-nə aid olan göstəricilərlə makroiqtisadi göstəricilər əksər hallarda eyni məzmun daşıyır. Lakin həmin göstəricilərinin bir qismi təhlil prosesində ümumiləşdirə bilər: ölkədə ÜDM hesablanırsa, o zaman aralıq istehlak müəyyən edilmir. Aralıq istehlak nəzərə alınanda ÜDM-un qiyməti şişirilmiş olur. ÜDM makroiqtisadiyyat etibarilə il ərzində ölkədə istehsal edilən son məhsul və xidmətlərin bazar dəyərindən ibarətdir. Burada son məhsul dedikdə, ÜDM-in cari istehsaldan kənarlaşdırılan və istehlakın ödənilməsi üçün istifadə edilən hissəsi nəzərdə tutulur. Bəzi hallarda bu göstəricilər altında xalis ixrac və fondların amortizasiyası da əks etdirilir. Ümumi mənada isə son məhsul cəmiyyətin ehtiyacları və şəxsi istehlakın ödənilməsi üçün istifadə edilən məhsul və xidmətdir. Aralıq istehlak isə ÜDM-dən çıxılır.

Qiymət indeksi qiymətin ümumi səviyyəsi üzrə əldə olunan makroiqtisadi göstəricidir. Bu indeks ölkədə yeni yaranan dəyərin real artımını müəyyən edir. Qiymət indeksinin köməyilə inflyasiyanın təsirini ÜDM-un artımında aradan qaldırmaq mümkün olur. Cari il üçün qiymət indeksi müəyyən ediləndə, cari ilin qiymət indeksi baza qiymətinə bölünür və “%” ilə ifadə olunur.

İqtisadiyyatın mövcud vəziyyətinin makroiqtisadi baxımdan  müəyyənləşdirilməsi üçün müvafiq göstəricilər qiymətləndirilir. ÜDM bu baxımdan baş verən dəyişiklikləri özündə əks etdirən göstəricilərdən biridir. ÜDM-un tərkib elementlərində baş verən dəyişikliklər isə sonda bu göstəricinin kəmiyyətcə dəyişməsinə səbəb olur. Öyrənmiş olduğumuz qaydaya əsasən ÜDM istehlak, investisiya, dövlət xərcləri, xalis ixrac kimi elementlərdən təşkil olunmuşdur. İstənilən halda bu göstəricilər arasında olan münasibətlər ÜDM-un ümumi həcminə bərabər olmalıdır. Onları aşağıdakı kimi ifadə etmək olar:



Y = C + I + G + Nx

Yuxarıdakı asılılıq bunu göstərir ki, ÜDM-un ayrı-ayrı elementləri üzrə kəmiyyət dəyişikliyi bu eyniliyi dəyişməyəcək.



Bütün üsullarla hesablanmış ÜDM-nin həcmi eyni olmalıdır. Lakin, hər hesablama üsulunda istifadə edilən məlumat mənbələri fərqlidir və bu məlumat mənbələrinin etibarlılıq dərəcəsi də fərqlənir. Buna görə də müxtəlif üsullarla hesablanmış ÜDM göstəricilərinin həcmləri arasında bəzi hallarda "statistik kənarlaşma" adlanan fərq əmələ gəlir.

İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a, yəni həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərinə nominal ÜDM deyilllər. ÜDM baza dövrünün qiymətləri ilə hesablanarsa, buna real ÜDM deyilir. [13] ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır:

udm deflyatoru=\frac{nominal udm}{real udm}\cdot 100

Azərbaycanda ÜDM-un dinamikası şək.1. –də öz əksini tapmışdır.

ümumi daxili məhsul1.png

Şək. 1.1. ÜDM-un dinamikası [25]

İstehlakçı Qiymət İndeksi ilə ÜDM Deflyatorunun fərqini isə aşağıdakı qrafik daha əyani şəkildə təsvir edir(şək.1.2.)




üdm deflyatoru və iqi.jpeg

Şək.1.2. Azərbaycanda ÜDM deflyatoru və İQİ (2004-2013-cü illərdə) [25].

İstehlakçı Qiymət İndeksini(İQİ) ÜDM Deflyatorundan fərqləndirən 3 məqam var:

  • Birinci fərq, ÜDM deflyatoru istehsal olunan bütün əmtəə və xidmətlərin qiymətindəki dəyişikliyi, İQİ isə yalnız istehlakçıların aldığı məhsulların qiymətindəki dəyişikliyi ölçür. Belə ki, yalnız şirkətlər və dövlət tərəfindən alınan məhsulların qiymətindəki yüksələrsə, bu ÜDM deflyatorunda əks olunacaq, İQİ-də isə yox.

  • İkinci fərq, ÜDM deflyatoru yalnız ölkə daxilində istehsal olunan məhsulların qiymət dəyişikliyini ölçür. Bundan fərqli olaraq İQİ alıcılar tərəfindən alınan idxal məhsullarının qiymətindəki yüksəlmələri və enişləri də əks etdirir. Əgər, ölkəyə idxal olunan hər hansı bir məhsulun, məsələn Toyotanın qiyməti qalxarsa, bu İQİ-də öz əksini tapacaq amma ÜDM deflyatoru dəyişməyəcək.

  • Üçüncü və daha diqqət yetirilməli olan fərq isə, İQİ-nin müəyyən məhsul və xidmətlərin sabit həcmi, yəni, baza ili kimi götürülmüş dövrdə alınan məhsulun həcmi üzərindən qiymət dəyişikliyini hesablayır. ÜDM deflyatoru isə məhsul və xidmətlərin dəyişən həcmi, yəni hesabat ilində istehsal olunmuş məhsulların həcmi üzərindən hesablanır. [26].

Real ÜDM-un müəyyənləşdirilməsini daha yaxşı başa düşmək üçün aşağıdakı hesab misalını nəzərdən keçirək:

Hesab misalı

Yalnız iki növ əmtəə: hot-doq və hamburger istehsal edən xəyali iqtisadiyyatın fəaliyyətinin nəticələrini əks etdirən cədvəl 1.1-yə nəzər yetirək.

Cədvəl 1.1.

2001- 2003-cü illərdə əmtəə vahidinin satış qiymətləri və onların buraxılışının həcmi


Real və nominal ÜDM, illər

İstehsalın həcmi və qiymətlər


Hot-doqun qiyməti, $

Hot-doq istehsalının həcmi

Hamburqerlərin qiyməti, $

Hamburqer istehsalının həcmi




1

100

2

50

2

150

3

100

3

200

4

150


Nominal ÜDM-un hesablanması

2001

(biri 1$-dan x 100 hot-doq ) + (biri 2$-dan x 50 hamburqer) = 200$

2002

(biri 2$-dan x 150 hot-doq ) + (biri 3$-dan x 100 hamburqer) = 600$

2003

(biri 3$-dan x 200 hot-doq ) + (biri 4$-dan x 150 hamburqer) = 1200$

Real ÜDM-un hesablanması (Bazis ili 2001)

2001

(biri 1$-dan x 100 hot-doq ) + (biri 2$-dan x 50 hamburqer) = 200$

2002

(biri 1$-dan x 150 hot-doq ) + (biri 2$-dan x 100 hamburqer) = 350$

2003

(biri 1$-dan x 200 hot-doq ) + (biri 2$-dan x 150 hamburqer) = 500$

ÜDM-un deflyatorunun hesablanması

2001

($200 / $200 x 100) = 100

2002

($600 / $350 x 100) = 171

2003

($1200 / $500 x 100) = 240


Məhsulların əldə olunmasına çəkilən xərclərin ümumi məbləğini hesablamaq üçün hər növ məhsul miqdarının uyğun olaraq həmin məhsulun birinin qiymətinin göstəricisinə hasillərinin cəmini tapmaq lazımdır. Belə ki, əgər 2001-ci ildə uyğun olaraq biri 1 $ və 2 $-a satılan 100 hot-doq və 50 hamburger istehsal olunmuşdursa, bu zaman əhalinin onların əldə olunmasına çəkilən xərcləri 200$ -dan ibarət olmuşdur. Mövcud qiymətlərdə ifadə edilmiş istehsal olunmuş əmtəə və xidmətlərin dəyərinin belə göstəricisi nominal ÜDM adlanır.

Qiymətlərin səviyyəsindən asılı olmayaraq istehsal olunan məhsulun həcminin qiymətləndirilməsi üçün bazis adlanan müəyyən dövrün sabit qiymətlərilə hesablanan yaradılmış əmtəə və xidmətlərin dəyərini əks etdirən real ÜDM anlayışından istifadə edəcəyik. Beləliklə, bazis dövrünün qiymətlərindən istifadə müxtəlif illərin məhsul buraxılışı həcminin kəmiyyətcə müqayisəsinə imkan yaradacaq.

Real ÜDM –un göstəricisi qiymətlərin dəyişməsinin təsirinə məruz qalmadığı üçün onun istehsalın artımının ölçülməsi üçün istifadə etmək olar.

İqtisadiyyatın səmərəlilik səviyyəsinin müəyyənləşdirilməsi üçün ÜDM-un müxtəlif hesablanma üsullarını nəzərdən keçirdik. Real ÜDM-a əmtəə və xidmətlərin istehsalının faktiki həcmi daxil olduğu üçün o, iqtisadiyyatın əhalinin təlabatını ödəmək imkanlarını nominal ÜDM-a nisbətən daha çox əks etdirir. Lakin söhbət istehsalın artımında dəyişikliklərdən gedirsə, adətən əvvəlki dövrlə müqayisədə real ÜDM-un dəyişməsinin faizlə ifadə olunmuş göstəricisi istifadə olunur.

Adambaşına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz[26]. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilər:

  • Gini-Index – dövlətin gəlirlərinin vətəndaşları arasında ədalətli bölüşdürülməsini müəyyən etmək üçün bir üsul

  • İnsan İnkişafı İndeksi (İİİ) – vətəndaşların ümumi inkişafı (xalqın gəlirlərindən, vətəndaşların orta həyat müddətindən və təhsil səviyyəsindən ibarətdir) və s. [2].

ÜDM-in daimi qiymətlərlə qiymətləndirilməsi onun dinamikası haqqında məlumatın əldə edilməsinə imkan verir. Bunun üçün, hesablanmış rüblük fiziki həcm indeksi və ÜDM-in deflyatoru vasitəsilə müəyyən dövr ərzində iqtisadiyyatda orta qiymətlərin dəyişməsinə aid məlumatlardan istifadə edilir.

ÜDM-in fiziki həcm indeksi ÜDM-in baza dövrünün qiymətləri ilə qiymətləndirilmiş cari dövrdəki dəyərinin onun baza dövründəki dəyərınə bölünməsi yolu ilə hesablanır:



Burada, - ÜDM-in fiziki həcm indeksi;

- baza dövrünün qiymətlərində ÜDM-in cari dövrdə dəyəri;

- ÜDM-in baza dövründə dəyəri.

ÜDM-in deflvatoru ÜDM-in dəyərinin indeksinin (cari qiymətlərdə) fiziki həcm indeksinə bölməklə və yaxud, ÜDM-in cari dövrdəki dəyərinin onun baza dövrünün qiymətlərində qiymətləndirilmiş cari dövrdəki dəyərinə bölünməsi yolu ilə alınır:




- ÜDM-in deflyatoru;

- UDM-in qiymət indeksi;

- ÜDM-in cari dövrdə dəyəri.

ÜDM milli hesablar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən biri kimi istehsal fəaliyyətinin son nəticəsini ifadə edir və son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə iqtisadiyyatın bütün sahələri üzrə yaradılan ümumi əlavə dəyərlə xalis vergilərin cəmini əks etdirir. Bu yanaşmaya ÜDM-in istehsal və ya sahə üsulu ilə ölçülməsi deyilir. ÜDM gəlirlər üsulu ilə müəyyənləşdirilərkən isə istehsal olunmuş əmtəə və xidmətlərdən formalaşan ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin cəminə baxılır. Məlum olduğu kimi, ilkin gəlirlər institusional rezident- vahidlərin istehsalda iştirakı nəticəsində yaranan gəlirlərdən və mülkiyyətdən alınan gəlirlərdən ibarətdir. Nəhayət, ÜDM-in ölçülməsinin xərclər üsulu əmtəə və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir. [16].

Son istehlak üçün istehsal olunmuş məhsul və xidmətlərin cari qiymətlərlə dəyəri nominal ÜDM-i ifadə edir. Əgər t ilində istehsal edilən i məhsulunun (və ya xidmətinin) miqdarını , qiymətini isə ilə ifadə etsək, nominal ÜDM () riyazi olaraq aşağıdakı formada göstərilə bilər:

=

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə