Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 0,69 Mb.
səhifə8/8
tarix23.01.2018
ölçüsü0,69 Mb.
#22122
1   2   3   4   5   6   7   8

İxk = İx/ÜDM 100% və ya İxk =

Burada İx – ixracın həcmidir. Kifayət qədər yüksək ixrac kvotası bir qayda olaraq milli əmtəənin beynəlxalq bazarda rəqabət qabiliyyətliliyini əks etdirən göstəricidir.



Digər mühüm bir göstərici isə idxal kvotasıdır. Onu ixrac kvotası ilə müqayisə etmək, ixrac və idxal arasında nisbəti müəyyən etmək olar. İdxal kvotasının iki növü mövcuddur: mütləq kvota və tarif kvotası. İdxal kvotası – iqtisadi göstərici olub milli təsərrüfat üçün idxalının əhəmiyyətliliyini qiymətləndirməyə imkan verir:

İdk = İd/ÜDM x 100%

Burada İd – idxalın həcmidir. İdxal kvotasının yüksək olması ölkə iqtisadiyyatının həmin əmtəə üzrə bir o qədər xarici amillərdən asılı olduğunu xarakterizə edir.



Milli təsərrüfatlar üçün xarici amilin rolunu müəyyən etmək məqsədilə beynəlxalq statistikada ölkənin xarici ticarətinin onun daxili istehsalına nisbəti göstəricisindən istifadə edilir ki, buna da xarici ticarət kvotası (XTk) deyilir:

XTk = XT/ÜDM x 100%

Xarici ticarət kvotası – iqtisadiyyatın kompleks göstəricisidir.

Burada XT – xarici ticarət dövriyyəsinin həcmi, ÜDM isə ümumi daxili məhsulun həcmidir.

İxracın (idxalın) dünya ixrac (idxalında) xüsusi çəkisi:

d = ; d =

Xarici ticarət saldosu: C = ixrac – idxal

Xarici ticarət dövriyyəsi: D = İxrac + idxal

Digər ölkələrə göstərilən təmənnasız yardımlar qeyri-kommersiya əməliyyatları xarici ticarət dövriyyəsinə daxil edilmir. Ölkənin iqtisadiyyatının beynəlxalq ticarətdən asılılıq səviyyəsi:



= kimi hesablanır.

Ölkənin BƏB-ə cəlb olunmasını ölçmək üçün həmçinin idxalın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalından da istifadə edilir. Idxal kvotasından fərqli olaraq, bu göstərici idxalın inkişaf tendensiyaları, həmçinin, milli iqtisadiyyatın xaricdən əmtəə alışından asılılığı barədə təsəvvür yaradır.

Beynəlxalq ticarətin dinamikası yüksək inkişaf templəri ilə xarakterizə olunur. 1950-ci illə müqayisədə 2002-ci ildə dünyə əmtəə ixracının dəyər artımı 125 dəfə, fiziki artımı isə 143 dəfə təşkil etmişdir. Təkcə 1990-cı ilə nisbətən 2002-ci ildə əmtəə ixracı təxminən 2 dəfə çoxalmış və 6,5 trln. dollar təşkil etmişdir [1].

Beynəlxalq ticarət dünya əmtəə istehsalına nisbətən daha yüksək artım templəri ilə inkişaf edir. 1995-2000-ci illərdə dünya əmtəə istehsalı və dünya ÜDM-si müvafiq olaraq 4.0% və 3.0% artdığı halda, dünya əmtəə ixracının artımı 7.0% təşkil edib. 2002-ci ildə isə dünya əmtəə ixracı dünya əmtəə istehsalının 1.0%-lik artımı qarşılığında 3.0%-lik artım nümayiş etdirib. Beynəlxalq ticarətin yeksək artım tempi beynəlxlaq əmək bölgüsünün, ixtisaslaşmasının və kooperativləşdirilməsinin dərinləşməsinin ümumdünya meyllərini əks etdirir.

Digər göstəricilər nisbi göstəricilər hesab edilir. Onlar kapitalın beynəlxalq hərəkətində qüvvələr düzülüşünü və ölkənin kapital ixracı-idxalından asılılığını daha real əks etdirirlər. Bu göstəricilər sırasına aşağıdakıları aid etmək olar:

  1. Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir:

Kid = XK/ÜDM x 100%

  1. Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir:

Kix = İK/ÜDM x 100%

  1. Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal:

Ke = XK/T(K) x 100%

Burada Ke ehtiyac əmsalı, XK xarici kapital və T(K) ölkədə kapitala olan tələbdir.

  1. Digər nisbi göstəricilər: xarici və ya qarışıq müəssisələrin milli istehsalda payı, kapital ixracının (idxalının) əvvəlki dövrə nisbətən artım tempi, adambaşına düşən xarici investisiya.

Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək.

Qeyd olunan göstəricilərin müqayisəsi milli təsərrüfat üçün xarici iqtisadi amilin rolunu, müəyyən dövr üçün onun dinamikasını müəyyən etməyə imkan verir.



ÜDM anlayışına başqa bir tərəfdən baxsaq, yəni həmişəki yanaşmalardan fərqli olaraq, deyə bilərik ki, ÜDM uğurlu rifah göstəricisi kimi xarakterizə etməyənlər də çoxdur. Ona görə ÜDM-nin metodoloji aspektlərindən, hesablanılması qaydalarından çox, onun digər makroiqtisadi göstəricilərlə müqayisəsinə, cəmiyyət həyatının real vəziyyətinin ÜDM-lə bağlı əlaqəsinə, neftlə zəngin ölkələrdə iqtisadi artım templərinə, onların təcrübəsinin acı nəticələrinə və nəhayət, iqtisadi artım templərinin Azərbaycan iqtisadiyyatının perspektiv vəziyyətinə nəzər salmalıyıq.

Davamlı iqtisadi böyümə kursu götürən ölkələrdə hədəflər öncədən müəyyənləşir. ÜDM-in artması və azalması çox etibarsızdı. Ona çox arxayın olmaq və onu iqtisadiyyatımızın tək güzgüsü hesab etmək olmaz.

Iqtisadi artımın başqa bir səbəbi onunla bağlıdı ki, geridə qalmış ölkələrin iqtisadiyyatlarında əvvəlki iqtisadi artım özündən əvvəlki ilə nisbətdə müəyyənləşir deyə, onda da iqtisadi artım böyük faizlərlə ifadə olunmağa başlayır. Ona görə də ortada belə bir paradoksal mənzərə yaranır: zəif inkişafa malik ölkələrdə iqtisadi artım böyük rəqəmlərlə, inkişaf etmiş ölkələrdə isə iqtisadi artım templəri nisbətən aşağı həddə baş verir. Çünki tənəzzül mərhələsindən sonrakı illərdəki yüksəliş templəri rəqəm nisbətini daha böyük həddə ifadə edir. Yəni başlanğıc səviyyə nə qədər aşağıdırsa, ÜDM-in artım səviyyəsi bir o qədər yüksəlməyə doğru gedir. Ona görə yüksək iqtisadi inkişafa malik ölkələrdə ÜDM-in artım templəri, zəif inkişaf etmiş ölkələrdən geri qalır. Məsələn, inkişaf etməkdə olan ölkələrdə (Çin, Braziliya, Hindistan, Koreya, Meksika) ÜDM-in ortalama artım templəri 6,5-7% olduğu halda, keçid iqtisadiyyatı olan ölkələrində (MDB) bu rəqəm 7,5-8,4% təşkil edir. ABŞ və Kanadada bu hədd 2,5-3,3% arasındadır. Inkişaf etmiş ölkələrdə isə (Avropa İttifaqı ölkələri) 2,3 % - 2,5 % intervalındadır.

Ümumilikdə götürdükdə XX əsrdə ÜDM-in artım səviyyəsi 2 amilə görə xüsusilə özünü qabarıq göstərdi:

  1. Dünyada bir tərəfdən əhali sayının artması

  2. Adambaşına istehsal edilən ÜDM-in sürətlə artması.

Belə ki, XX əsrdə dünya əhalisinin sayı 2,6 dəfə artdığı halda, adambaşına düşən ÜDM-in səviyyəsi 1,9 dəfə artmışdır. Son 200 ildə isə dünya əhalisinin sayı 5,6 dəfə artdığı halda, adambaşına düşən ÜDM 8 dəfə artmışdır. Deməli, ötən əsrdə əhali artımı adambaşına düşən ÜDM-i qabaqladığı halda, son 2 əsrdə ortalama olaraq admbaşına düşən ÜDM dünya üzrə əhali artımını qabaqlamışdır. Ona görə, əhali sayından və ya ÜDM-in səviyyəsindən asılı olmayaraq, dövlətlər daha çox ÜDM-in strukturuna və bölüşdürülməsi mexanizmlərinə xüsusi diqqət yetirməlidirlər. Yəni mövcud artım cəmiyyət üzvləri arasında ədalətli bölgüyə gətirib çıxarmırsa, onda ÜDM-in artımı ciddi əhəmiyyətə malik olmur. Əgər cəmiyyətdə çox az sayda adam sərvətin çox hissəsini öz əllərində cəmləşdirərsə, onda iqtisadi artımın cəmiyyət üzvləri üçün heç bir faydasından danışmaq olmaz.

ÜDM-in artım səviyyəsi cəmiyyətin rifah halının avtomatik olaraq davamlı yüksəlməsinə gətirib çıxarmır. Yəni iqtisadi artım bir çox hallarda cəmiyyət üzvlərinin xeyrinə olmayan istehsal etdikləri mal və xidmətlərə görə də baş verə bilər. Deyək ki, ÜDM artır, amma bunun hansı faktorlar hesabına baş verdiyi təhlil olunmur. Ona misal olaraq, əhalinin sosial durumunun pisləşməsi, kriminal vəziyyətin kəskin xarakter alması, pis vərdişlərin kütləviləşməsi və s. amillər hesabına siqaretdən, spirtli içkilərdən istifadənin həcmi artır. Amma bütün bunların mənfi təsirinə baxmayaraq, onun dəyəri ÜDM-də oturur. Bu zaman ÜDM-in artması cəmiyyətin hansı inkişaf göstəricisi kimi xarakterizə oluna bilər? Və ya hansısa məhsulun ətraf aləmə, ekologiyaya mənfi təsirinin çox olmasına baxmayaraq, həmin məhsullar kütləvi surətdə istehsal olunur və o da ÜDM-ə daxil edilir. Yəni başqa zərərli faktorların çox olmasına baxmayaraq, onların hesabına iqtisadi artım baş verir.

ÜDM-in artıb və ya azalmasına təsir edən faktorlardan biri də həmin dövlətin əhali sayıdır. İqtisadi artım tempi yüksək olan ölkələrdə əhalinin artım sayı həmin iqtisadi artımı aşağı salır. Əhali faktorunu təhlil etmək baxımından Çin və Azərbaycanın ÜDM müqayisəsinə diqqət edək. 2007-ci il məlumatları əsasında Azərbaycan 30 milyard ABŞ dolları həcmində ÜDM istehsal etmişdir. Çində isə bizdən təxminən 110 dəfədən çox – 3287 milyard ABŞ dolları həcmində ÜDM yaranmışdır. Azərbaycan əhalisi dünya əhalisinin 0,13%-ni, Çin əhalisi isə 20%-ni təşkil edir. Əhali sayının ÜDM-lə əlaqəli olduğunu nəzərə alsaq, onda görürük ki, bizdə adambaşına ÜDM-in səviyyəsi 3547 dollar, Çində isə 2517 dollar olmuşdur. Beləliklə, ölkənin müxtəlif regionlarında iqtisadiyyatın və sahibkarlığın daha intensiv inkişafına münbit şərait yaranmışdır.

İnsan inkişafı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin mövcud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın strukturu, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır. Həmçinin, insan inkişafının yüksək səviyyəsi insanların imkanlarının genişlənməsi, nəticədə onların yaradıcılığı və məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir. İnsanların daha yaxşı qidalanması, təhsili və sağlamlığı yüksək əmək məhsuldarlığı, təkmilləşdirilmiş texnologiya və yüksək ixrac vasitəsilə iqtisadi artıma öz töhfəsini verir. Fikrimizcə, insana qoyulan investisiyadan sonra işlərin aparılma qaydasını müəyyənləşdirərək davam etdirməklə həyata keçirilməlidir. İşlərin aparılma qaydası isə müəssisələrin işinin təşkili ilə başlamalıdır. Bu işlərin təşkili aşağıdakı standartlara cavab verərsə və göstərilən sistemlərə uyğun olarsa, işlərin gedişatını izləmək daha asan olar:

ISO 9001:2008 (2015) – Keyfiyyəti İdarəetmə Sistemi / Quality Management System /

ISO 14001:2004 – Ətraf Mühiti İdarəetmə Sistemi / Environmental Management System



OHSAS 18001:2007 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin Qiymətləndirilməsi Sistemi / Occupational Health & Safety Assessment System / Safety Management System (Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası)


Nəticə və təkliflər:

Magistr işində iqtisadiyyatın makrostatistik modeli olan Milli Hesablar Sistemində ÜDM əhəmiyyəti qiymətləndirilmiş, onun göstəricilər sisteminin təhlili aparılmış, ölkənin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsində Ümumi Daxili Məhsulun rolu müəyyənləşdirilmiş, MHS-nin faktiki məlumatları əsasında statistik təhlil aparılmış və aşağıdakı nəticələr əldə olunmuşdur:

- -ÜDM və onun komponentlərinin müqayisəli qiymətlərlə hesablanması, iqtisadiyyatın inkişafının öyrənilməsi və struktur dəyişiklik təhlili üçün zəruridir. Bu

qiymətləndirmələrin dəqiqliyi və onların əsasında çıxarıla bilən nəticələr yüksək

dərəcədə statistik hesablamaların vasitələrindən və üsullarından asılıdır. ÜDM-in

daimi qiymətlərlə hesablanması həm istehsal, həm də xərclər (son istehlak

komponentlərinin cəmi kimi) baxımından həyata keçirilə bilər.

-Aparılan statistik tədqiqatlar nəticəsində son dövrlərdə Azərbaycanda neft

hasilatının aşağı düşməsi ilə əlaqədar ÜDM-də neft sektorundan аzalan hissənin

doldurulması, davamlı iqtisadi artımın təmin olunması, eyni zamanda uzunmüddətli

dövrdə büdcənin maliyyələşmə problemilə üzləşməsi ehtimalının minimuma

endirilməsi məqsədilə bir sıra iqtisadi, hüquqi və institutsional tədbirlərin həyata

keçirilməsi əhəmiyyətli hesab edilmişdir.

-2000-2014-cü illərdə ÜDM 12,5 dəfə, adambaşına düşən ÜDM isə 10,6 dəfə

artmışdır. Digər makroiqtisadi göstəricilərdə də yüksək artım qeydə alınmışdır. Son

10 ili makroiqtisadi artım aspektindən qiymətləndirsək, son 5 ilin özündə də fərqli

tendensiya müşahidə olunmuşdur. Son 5 ildə həm iqtisadi artım, həm də eyni zamanda iqtisadiyyatın şaxələnməsi özünü göstərir. 2010-cu ildən neft sektorunda

azalma müşahidə edilsə də bu azalmalar ÜDM-dakı artım tempinin qarşısını ala bilməmişdir. Bu da onunla bağlı olmuşdur ki, qeyri-neft sektorunda 2010-cu ildən

başlayaraq kəskin artımlar məhz ÜDM-dakı ümumi artım tempini qoruyub saxlaya

bilmişdir.

- ÜDM-in ayrı-ayrı komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi və onların toplanması yolu ilə aparılır. Daimi qiymətlərə çevrilmə üsulunun seçilməsi olan qiymətləndirilən göstəricinin xüsusiyyətlərindən və mövcud olan məlumatlardan asılıdır. ÜDM-in daimi qiymətlərlə qiymətləndirilməsi onun müqayisəli dinamikası haqqında məlumatın əldə edilməsinə imkan verir.

-Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi ÜDM-in hesablanması üçün sahə statistika şöbələrinin və inzibati

məlumat mənbələrinin göstəricilərindən istifadə edir. Komitənin sahə şöbələrindən

mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkədə fəaliyyət

göstərən müəssisə və təşkilatlar tərəfindən müvafiq dövr ərzində istehsal olunan məhsul və xidmətlərin dəyəri və istehsala çəkdikləri xərclər, fiziki həcm və qiymət

indeksləri, əhalinin sayı, ev təsərrüfatlarının xərcləri, pərakəndə əmtəə dövriyyəsi

barədə məlumatlar əldə edilir. Bundan əlavə inzibati mənbələrdən məhsula və idxala

vergilər, subsidiyalar, valyuta məzənnəsi, dövlət büdcəsinin xərcləri, mal və xidmətlərin idxalı və ixracı haqqında məlumatlardan və s. göstəricilərdən də istifadə

edilir.

-ÜDM-in dolğunluğunu təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsində müşahidə olunmayan iqtisadiyyat üzrə sahə və şöbələr tərəfindən aparılan müayinələrin nəticələri və rəsmi statistika müşahidələrindən kənarda qalan iqtisadi fəaliyyət növləri üzrə aparılan əlavə hesablamaların nəticələri də ÜDM-in hesablanmasında öz əksini tapır.

-Proqnoz hesablamalarına görə Naxçıvan Muxtar Respublikasında Ümumi

Daxili Məhsulun 2015-ci ildə 2336 milyon manat (2015-ci ilin yekunları hələlik

hazır olmadığına görə həmin il üzrə də proqnoz hesablanmışdır), 2016-cı ildə 2515

milyon manat, 2017-ci ildə 2693 milyon manat, 2018-ci ildə 2872 milyon manat

olacağı gözlənilir.

- Hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarından asılılığı yüksəkdir. Belə ki, 2013-cü ildə xarıcı ticarət dövriyyəsinin ÜDM-da xüsusi çəkisi 46,3 %, idxal 14,3%, ixrac 32,0% təşkil etmişdir. 2013-ci ildə Azərbaycan dünyanın 129 dövləti ilə ticarət əlaqələrinə girməsinə baxmayaraq, xarici ticarət dövriyyəsinin 81,9 %-i cəmi 19 ölkənin payına düşür.

- Beynəlxalq ticarət dünya əmtəə istehsalına nisbətən daha yüksək artım templəri ilə inkişaf edir. 1995-2000-ci illərdə dünya əmtəə istehsalı və dünya ÜDM-si müvafiq olaraq 4.0% və 3.0% artdığı halda, dünya əmtəə ixracının artımı 7.0% təşkil edib. 2002-ci ildə isə dünya əmtəə ixracı dünya əmtəə istehsalının 1.0%-lik artımı qarşılığında 3.0%-lik artım nümayiş etdirib. Beynəlxalq ticarətin yeksək artım tempi beynəlxlaq əmək bölgüsünün, ixtisaslaşmasının və kooperativləşdirilməsinin dərinləşməsinin ümumdünya meyllərini əks etdirir.

-İnsan inkişafı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin mövcud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın strukturu, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır. Həmçinin, insan inkişafının yüksək səviyyəsi insanların imkanlarının genişlənməsi, nəticədə onların yaradıcılığı və məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir. İnsanların daha yaxşı qidalanması, təhsili və sağlamlığı yüksək əmək məhsuldarlığı, təkmilləşdirilmiş texnologiya və yüksək ixrac vasitəsilə iqtisadi artıma öz töhfəsini verir. Fikrimizcə, insana qoyulan investisiyadan sonra işlərin aparılma qaydasını müəyyənləşdirərək davam etdirməklə həyata keçirilməlidir. İşlərin aparılma qaydası isə müəssisələrin işinin təşkili ilə başlamalıdır. Bu işlərin təşkili aşağıdakı standartlara cavab verərsə və göstərilən sistemlərə uyğun olarsa, işlərin gedişatını izləmək daha asan olar:

ISO 9001:2008 (2015) – Keyfiyyəti İdarəetmə Sistemi / Quality Management System /

ISO 14001:2004 – Ətraf Mühiti İdarəetmə Sistemi / Environmental Management System



OHSAS 18001:2007 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin Qiymətləndirilməsi Sistemi / Occupational Health & Safety Assessment System / Safety Management System (Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası)

ISO 9001:2008 Standartı
Plan-Do-Check-Act (PDCA).

-Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək.

Ədəbiyyat sıyahısı:


  1. Azərbaycanın statistik göstəriciləri ADSK. Səda nəşriyyatı,Bakı, 2015

  2. S.M.Yaqubov, A.C.Məmmədov. Sosial-iqtisadi statistika. Dərslik, Bakı,2011

  3. S.M.Yaqubov, Ə.İ.Əliyev. Statistika. Dərslik, Bakı, 2015

  4. A.İ.Cabbarova, V.R.Dünyamalıyeva. Milli Hesablar Sistemi. Dərs vəsaiti,2015

  5. Əliyev Ə.İ. Statistika.Dərs vəsaiti. Bakı, 2013

  6. Ə.İ. Əliyev. Statistikamn nəzəriyyəsi. Dərs vəsaiti, Bakı, 2010.

  7. S.M. Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Dərslik. Bakı, 2005

  8. Yaqubov S.M., Əliyev Ə.İ. Maliyyə və bank statistikası.Dərs vəsaiti. Bakı,

2006

  1. S.M. Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Dərslik. Bakı, 2005

  2. R.Ş.Məmmədov. “Milli Hesablar Sistemi., Dərs vəsaiti, Bakı 1997

  3. R.Ş.Məmmədov. “Beynəlxalq statistika”. Dərs vəsaiti, Bakı, 1999

  4. Azərbaycanın Milli Hesbaları. Statistik Məcmuə. Bakı 2015.

  5. Экономическая статистика. Учебник / Под ред. Ю.Н.Иванова – М,ИНФРА- М, 2012

  6. Теория статистики. Учебник. Под ред. проф. Р.А. Шмойловой. М.2010

  7. Основы национального счетоводства. Учебник / Под ред. Ю. Н. Иванова, ИНФРА,М,2005

  8. Э.Ю. Есипова. Система националньх счетов: краткий курс, финансы и статистика, 2010

  9. О.Образцова, О. Копейкина. Система национальных счетов, M, 2008

  10. Микроэкономическая статистика. Учебник. (Под ред. С.Д.Ильенковой) - М. Финансы и статистика, 2004

  11. М.М.Новиков., И.Ю. Теслюк. Макроэкономическая статистика, Минск БГЭУ, 1996

  12. Экономика и статистика фирм. Учебник. Под. ред. С. Д. Ильенковой. М.Финансы и статистика. 2003

  13. Б.И. Башкатов. Международная статистика, М,2013

  14. Курс социально – экономической статистики. Учебник для вузов (Под ред. М.Г.Назарова). М. 2010

  15. Ю.Н.Иванов, Л.А.Карасева. и др. Система национальных счетов - инструмент макроэкономического анализа. Учеб. пособие под ред. Ю.Н.Иванова. М.: 1996

  16. Mankiw, N. G. (2010). Macroeconomics, 7th ed., New York, Worth Publishers.

  17. http://www.stat.gov.az/

  18. http://www.economy.gov.az/

  19. http://newtimes.az/az/economics/33/

  20. http://diskurs.az/

  21. http://xalqxeber.az/


REFERAT
Mövzunun aktuallığı. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra fərqli prizmadan inkişaf etməyə başlamış, dünya arenasında istər mədəniyyəti, istər iqtisadi inkişafı, islahatları, hərtərəfli irəliləyişləri ilə nəzərə çarpmağa başlamış, xarici dövlətlərin həm investisiya yönümlü, həm də bu və ya digər tərəfdən əməkdaşlıqları üçün maraq sahəsinə çevrilmişdir.

Bazar münasibətlərinə keçidlə əlaqəli son dövrlərdə Azərbaycanın bütün statistika və uçot sistemi dəyişikliyə məruz qalmışdır. Bu qeyd edilənlər, standartların ölkənin statistika və uçot təcrübəsində tətbiqini zəruri etdi, bu isə beynəlxalq müqayisəni həyata keçirməyə imkan verir. Bunun üçün edilən vacib işlərdən biri isə Milli Hesablar Sisteminin qurulmasıdır.

Əvvəllər Milli Hesablar Sistemi Milli Gəlirin statistikası bazasmda yaranmışdır. Bununla müxtəlif metodlarla Milli Gəlirin (məhsulun) qiymətləndirilən göstəricilərinin vahid sistemə inteqrasiyası həyata keçirilmişdir. Bu inteqrasiya Milli Gəlirin müxtəlif metodlarla hesablanmasmm əsasmda duran qaydalarm uzlaşdırılması və harmonizasiyası demək idi. Növbəti mərhələdə MHS - nin inkişafı və təkmilləşdirilməsi iqtisadi proseslərin müxtəlif aspektlərini xarakterizə edən makroiqtisadi informasiyanm müxtəlif bölmələrinin (sahələrarası əlaqələr, xarici iqtisadi əlaqələr, milli sərvət, maliyyə vasitələri ilə əməliyyatlar) göstəricilərinin ümumi sistemə inteqrasiyası və sistemin əsas göstəriciləri (Ümumi Daxili Məhsul və Milli Gəlir) ilə harmonizasiyası istiqamətində olmuşdur. MHS - nin bu cür quruluşu onun analitik imkanlarmı əhəmiyyətli şəkildə artırır və ayrı- ayrı makroiqtisadi dəyişənlər arasmdakı əlaqələri müəyyənləşdirməyə imkan verir ki, bu da iqtisadiyyatdakı dəyişiklikləri şərtləndirən amilləri aşkar etmək üçün vacibdir.

MHS-nin müasir xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız bütövlükdə iqtisadiyyatm deyil, həm də onun mühüm struktur bölmələrinin - sahələr və institusional sektorlarm vəziyyətini və inkişafmı səciyyələndirməyə, bu struktur bölmələri arasmdakı qarşılıqlı əlaqələri aşkar etməyə imkan verir.

Milli Hesablar Sisteminin analitik imkanlara malik olması müasir dövrdə statistik təhlilin konseptual əsası kimi onun əhəmiyyətini daha da artırır. Magistr işinin mövzusu da məhz bunlarm konteksində əsaslandırılmışdır.

Tədqiqatın işimin predmeti və obyekti. Dissertasiyada ÜDM, onun komponentlərin, onların sosial-iqtisadi inkişafa təsiri imkanların və onunla əlaqəli olan bir sıra sahələrin təhlili aparılmışdır. Belə ki, dissertasiya işimin predmetinə uyğun olaraq makroiqtisadi səviyyədə maliyyə münasibətləri, onların iqtisadi münasibətlər sistemində rolu, müəssisələrdə, dövlət səviyyəsində fondların yaradılması, bölgüsü və yenidən bölgüsü prosesində yaranan iqtisadi əlaqələr, Neft fondunda, investisiya sahəsində aparılan işlərin təsviri əks olunmuşvə təhlili aparılmışdır. Tədqiqatın predmeti ÜDM, tədqiqat obyekti isə onunla əlaqəli birinci dərəcəli sahələrdir.

Tədqiqat işinin məqsədi Milli Hesablar Sisteminin analitik imkanlarmı araşdırmaq və onun əsasısnda ölkənin sosial - iqtisadi inkişafını statistik təhlil etməkdir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi zəruri hesab edilmişdir.

-iqtisadiyyatm makroiqtisadi statistik modeli kimi Milli Hesablar Siste- minin statistik təhlil və proqnozlaşdırmada yeri və rolunu araşdırmaq,

- Milli Hesablar Sisteminin qurulmasmm məqsədini, prinsiplərini və analitik imkanlarını araşdırmaq,

-hesablarm əsas növlərini və onlarm təyinatmı araşdırmaq,

-Milli hesablar Sistemində istifadə edilən təsnifatları və onlarm təyinatmı öyrənmək,

-Ölkədə kiçik, xarici və birgə sahibkarlığın cari vəziyyətini araşdırmaq,

- Ümumi Daxili Məhsulun dinamikasını və quruluşunu statistik təhlil etmək,

- gəlirlərin yaranması, ilkin bölgüsü, təkrar bölgüsü və istifadəsi hesablarmı statistik təhlil etmək,

- bəzi makroiqtisadi göstəricilərin xüsusiyyətlərini araşdırmaq,

- dünya təsərrüfatı ilə iqtisadi əməliyyatları statistik təhlil etmək.



Tədqiqatın işimin informasiya bazası və işlənilməsi metodları. Dissertasiya işi yazılarkən AR Mərkəzi Bankının, AR Maliyyə Nazirliyinin, AR Vergilər Nazirliyinin, AR Dövlət Statistika Komitəsinin, AR Dövlət Neft Fondunun saytında yerləşdirilən hesabatlarından , eləcə də, kitab və dərsliklərdən istifadə edilmişdir. Ədəbiyyatlarda, dərsliklərdə, hesabatlarda dərc olunan rəqəmlər qrafik, diaqram və nəticələrdə əks etdirilmişdir. Disertassiya işində statistikanın nəzəriyyəsinin ümumi metodlarından - nisbi və orta kəmiyyətlər, dinamika sıralarının təhlili və s. metodlarından istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- sosial - iqtisadi proseslərin statistik təhlilində Milli Hesablar Sisteminin yeri və rolu müəyyənləşdirilmişdir,

-ölkədə institusional fəaliyyətin cari vəziyyəti statistik təhlil edilmiş və onun inkişaf xüsusiyyətləri müəyyənləşdirilmişdir,


  • rəsmi statistikanın məlumatları əsasında gəlirlər axını statistik təhlil edilmiş və inkişaf meylləri aşkar edilmişdir,

  • mühüm makroiqtisadi göstəricilərin formalaşmasında ÜDM rolu müəyyənləşdirilmişdir,

- regional Ümumi Daxili Məhsulun həcminin qısamüddətli proqnozu verilmişdir,

- beynəlxalq asperktdə iqtisadi inkişafa ÜDM təsiri qiymətləndirilmişdir.

Magistr işində elmi yenilik olaraq onu qeyd etmək istərdim ki, qoyulan məsələlərin düzgün həlli üçün maliyyə ehtiyatlarının və onu təşkil edən elementlərin mahiyyətinə, məqsəd və istifadə edilmə mexanizminə sistemli yanaşmaq vacib olduğu qədəri ilə, respublikamızda şəffaf büdcə sisteminin yaradılması üçün səmərəli fəaliyyət göstərən büdcə orqanlarına malik olan xarici dövlətlərin təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyəti vardır.

Magistr dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş,üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısıdan ibarətdir. Onun ümumi həcmi 92 səhifədir. İşdə 7 cədvəl və 6 qrafik verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısmda 29 adda ədəbiyyat adı vardır.

Işin birinci fəslində ÜDM-un komponentləri, hesablanması metodları, MHS-də onun rolu nəzəri cəhətdən əsaslandırılmışdır. Ikinci fəsil ÜDM –un göstəricilər sistemi və statistik təhlilə həsr edilmişdir. Burada ÜDM-un inkişaf dinamikası verilmiş, iqtisadiyyatın sahələri üzrə təhlili aparılmışdır. Işin üçüncü fəslində ÜDM-un komponentlərinin beynəlxalq müqayisəsi aparılmış, onun regionda və dunyada rolu qiymətləndirilmiş, proqnoz qiymətləri hesablanmışdır. Dissertasiya işinin sonunda praktiki və metodolojı əhəmiyyət kəsb edən elmi cəhətdən əsaslandırılmış nəticə və təkliflər verilmişdir.





Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə