Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.

səhifə1/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

FAKÜLTƏ:     “Əmtəəşünaslıq” 

İXTİSAS: “İstehlak mallarının ekspertizası və marketinqi” 

 

 



BURAXILIŞ  İŞİ 

 

 



MÖVZU:    

“Neftin emalından alınan yanacaq materiallarının 

keyfiyyətinin ekspertizası üsulları” 

 

İŞİN RƏHBƏRİ: 

t.e.n., dos. T.R.Osmanov

 

 

TƏLƏBƏ:   Əfəndiyeva Nərmin Zamit

 

 

 

BÖLMƏ:  azərbaycan

 

 

QRUP: 

310

 

 

“TƏSDİQ EDİRƏM” 

KAFEDRA MÜDİRİ:                 

 

prof.Ə.P.HƏSƏNOV     

“_________” __________________________ 

 

 

 

 

BAKI – 2015 

 


 

2

MÜNDƏRİCAT 



 

Səh. 

Giriş ..........................................................................................................  3 

I. 

NƏZƏRİ HİSSƏ  

 

1.1. 


Azərbaycanda neft sənayesinin inkişafının müasir vəziyyəti ... 

1.2. 



Neft 

xammalının 

əsas 

tərkibi 


və 

emal 


üsullarının 

xarakteristikası.............................................................................. 

 



1.3. 



Neftin  emalı  nəticəsində  alınan  məhsulların  keyfiyyətinə 

verilən standart tələblər ............................................................... 

 

19 


II. 

TƏCRÜBİ HİSSƏ 

 

2.1. 


Respublikamızda neft emalı sənayesi tərəfindən istehsal olunan 

neft məhsullarının təsnifatı və çeşid xarakteristikası ............... 

 

25 


2.2. 

Neftin  emalı  nəticəsində  alınan  yanacaqların  keyfiyyətinin 

ekspertizasının müasir metodları ................................................. 

 

32 



2.3. 

Respublikamızda  istehsal  olunan  avtomobil  benzinlərinin 

keyfiyyət göstəricilərinin ekspertizası ......................................... 

 

42 



Nəticə və təkliflər ......................................................................................  52 

İstifadə edilmiş ədəbiyyat .........................................................................  54 

 

 

 

 

 

 



 

3

G İ R İ Ş 

 

Neft  təbii  sərvətlər  içərisində  ən  əhəmiyyətli  yerlərdən  birini,  hətta 



birincisini tutan qiymətli xammal növüdür. 

Respublikamız  təbii  sərvətlərlə  zəngin  bir  ölkədir.  Bununla  yanaşı  qeyd 

etmək  lazımdır  ki,  Azərbaycan  bütün  dünyada  nefti  ilə  daha  çox  tanınır. 

Azərbaycan  nefti  xassəsinə  və    tərkibindəki  karbohidrogenlərin  miqdarına  görə  

dünyanın digər regionlarında çıxarılan neftlərdən xeyli fərqlənir. 

Naften  əsaslı,  az  kükürdlü,  nisbətən  az  qətranlı,  nadir  və  yüksək  keyfiyyətli 

Azərbaycan nefti müxtəlif məhsulların istehsalı üçün əsas və dəyərli xammaldır. 

Keçmiş  dövürdə  Bakı  neftindən  başlıca  olaraq  qazanxana  yanacağı  kimi 

istifadə edirdilər. Onun benzin fraksiyası isə lazımsız bir məhsul kimi tullanırdı. 

XIX  əsrin  70-ci  illərində  böyük  rus  alimi  Mendeleyev  Azərbaycan  nefti  ilə 

maraqlanmış  və  bu  məqsədlə  Bakıya  gəlmişdir.  Mendeleyev  neftdən  qazan 

yanacağı  kimi  istifadə  edildiyini  görərək  mütəəsir  olmuş  və  demişdir  ki,  bu  nefti 

yandırmaq,  pulu  yandırmağa  bərabərdir.  Sonrakı  dövrlərdə  texnikanın  inkişafı 

neftdən bir cox yanacaq növlərinin istehsalına gətirib cıxartdı. 

Müasir dövrdə isə respublikamız bütün dünyada neft ixrac edən bir ölkə kimi 

tanınır.  Belə  ki,  XX  əsr  Azərbaycan  tarixinə  həm  də  “Əsrin  Müqaviləsi”  adlanan 

neft müqavilələrinin imzalandığı bir əsr kimi yazıldı. 

Heydər  Əliyevin  dəmir  iradəsi,  uzaqgörən  xarici  siyasəti  sayəsində  1994-cü 

il  sentyabrın  20-də  bu  müqavilə  imzalandı.  Əsrin  müqaviləsinə  əsasən  Xəzər 

dənizinin  Azərbaycan  sektorunda  yerləşən  Azəri,  Çıraq  və  Günəşli  yataqlarının 

dərin  hissələrindən  neftin çıxarılması  ilə dünyanın  8 ölkəsinin (Azərbaycan,  ABŞ, 

İngiltərə,  Rusiya,  Norveç,  Türkiyə,  Yaponiya  və  Səudiyyə  Ərəbistanı)  12  aparıcı 

neft şirkətləri məşğul olur. Bu şirkətlərdən dördü ABŞ-a, ikisi İngiltərəyə aiddir.  

Fərəhlə  qeyd  etmək  lazımdır  ki,  2005-ci  il  fevral  ayının  13-də  ümumimilli 

liderimiz  H.Əliyevin  neft  strategiyasının  həyata  keçirilməsinin  yeni  mərhələsi 



 

4

möhtərəm  prezidentimiz  İlham  Əliyev  tərəfindən  Azərbaycanın  böyük  neft  erası 



başlandı. 

Azərbaycanın  neft  sənayesinin  sürətli  inkişafı  neft  emalı  sənaye  sahələrinin 

də davamlı inkişafına ciddi təkan verdi.  

Bu  məhsulların  ceşidinin  genişlənməsi  və  keyfiyyətinin  yüksəldilməsi, 

ölkəmizin  iqtisadi  dirçəlişinin  artmasına  təsir  edən  mühüm  amillərdən  biridir.  Bu 

baxımdan buraxılış işinin mövzusu mühüm əhəmiyyət kəsb edir və aktualdır. 

Buraxılış  işi  respublikamızda  neft  emalından  alınan  yanacaq  materiallarının  

çeşidinin və keyfiyyətinin təhlilinə həsr olunmuşdur. İşin yazılmasında həm nəzəri, 

həm də praktiki materiallardan geniş istifadə edilmişdir. 

Mövzunun  araşdırılması  zamanı  buraxılış  işində  aşağıdakı  vacib  məsələlərə 

tonulmuşdur: 

  Azərbaycanda neft sənayesinin inkişafının müasir vəziyyəti. 

  Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası. 

  Neftin emalı nəticəsində alınan məhsulların keyfiyyətinə verilən standart 

tələblər. 

  Respublikamızda  neft  emalı  sənayesi  tərəfindən  istehsal  olunan  neft 

məhsullarının təsnifatı və çeşid xarakteristikası 

  Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyətinin ekspertizasının 

müasir metodları. 

  Respublikamızda  istehsal  olunan  avtomobil  benzinlərinin  keyfiyyət 

göstəricilərinin ekspertizası. 

Buraxılış  işində  ilk  öncə  respublikamızda  neft  sənayesinin  inkişafının 

müqayisəli təhlili konkret rəqəmlər üzrə xarakterizə edilmişdir ki, bu da mövzunun 

sonrakı məntiqi-ardıcıl təhlili üçün əsas yaradır. 

Buraxılış  işində  neft  məhsullarının  keyfiyyətini  formalaşdıran  amillər, 

onların  keyfiyyətinə  qoyulan  standart  tələbləri  təhlil  edilmişdir.  Bundan  başqa 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə