Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   8   9   10   11   12   13   14   15   16

 

40

Motor  yağları  avtomobil,  traktor  və  motosiklet  mühərriklərinin  yağlanması 



üçün  işlədilir,  distillat  və  qalıq  yağlarının  turşu  və  seçici  həlledicilərlə  təmizlən-

məsindən alınır. 

İstismar sahələrinə görə motor yağları qış və yay yağlarına bölünür. 

Sənaye  yağları.  Prokat  dəzgahlarının  radikal  diyircəkli  yastıqlarını,  metal 

kəsən və taxta emal edən dəzgahları, presentləri, eləcə də dişli və vintli ötürmələri 

yağlamaq  üçün  sənaye  yağlarından  istifadə  edilir.  Avadanlığın  normal  və  etibarlı 

işini  təmin  etmək  üçün  sənaye  yağlarının  yaxşı  yağlama,  antikorroziya, 

antioksidləşmə, qoruyucu və köpük əleyhinə xassələri olmalıdır. 

Bu yağların keyfiyyət göstəricilərinə bir sıra tələblər qoyulur. Bu tələblər yağ 

növlərindən  asılı  olaraq  müxtəlifdir,  məsələn,  bəzi  yağları  tərkibinə  0,01-0,015% 

para oksidifenilamin aşqarı əlavə edildiyinə görə oksidləşməyə davamlı olmalıdır. 

Kompressor  yağları  isə  oksidləşməyə  davam  gətirməklə  yanaşı,  həm  də 

alçaq temperaturda olmalıdır. 

Elektroizolyasiya  yağları  elektriki  keçirməyən  maddə  və  mühitin  istiliyini 

azaltmaq  üçün  işlədilir.  Bu  yağlara  verilən əsas tələblər  onların kimyəvi cəhətdən 

yüksək  dərəcədə  sabit  və  antikorroziya  xassəsinə  malik  olması  və  aşağı 

temperaturda donmasıdır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  yağların  oksidləşməyə  davamlılığını  artırmaq 

üçün bu  yağlarla oksidləşmə əleyhinə paraoksidifenilamin  ional  və başqa aşqarlar 

əlavə edilir. 

Qeyd  etmək  lazımdır  ki,  elə  yağ  növləri  vardır  ki,  onlardan  gündəlik  həya-

tımızda  istifadə  olunan  əşyaların  hazırlanmasında  istifadə  olunur.  Məsələn,  ağ 

yağları  (ətriyyat  və  təbabət  yağları),  məlhəm  (maz),  krem,  dodaq  pomadası  və  s. 

hazırlamaq  üçün  işlədilir.  Bunlara  verilən  əsas  tələblərdən  biri  rəngsiz,  dadsız  və 

iysiz olmalarıdır. 

Yağların rəngini ağartmaq  üçün onları tüstülənən  H

2

SO



4

 və ağardıcı  gillərlə 

təmizləyirlər.  Ağ  yağların  kimyəvi  tərkibi  parafin-naften  karbohidrogenlərindən 

ibarətdir  (aromatik  karbohidrogenlər  və  qatran  olmur).  Qeyd  etmək  lazımdır  ki, 




 

41

təbabət  yağlarının  özlüyü  50



0

C-də  28-36  mm

2

/san,  ətriyyat  yağlarınınkı  isə  16-24 



mm

2

/san olur. 



Ümumiyyətlə,  sənaye  miqyasında  istehsal  olunan  sürtkü  yağlarının  keyfiy-

yəti  çox  vaxt  müasir  tələbatı  ödəmir.  Buna  görə  də  yağların  motor  keyfiyyətini 

yüksəltmək  üçün  bunlarla  az  miqdar  aşqarlar  əlavə  edilir.  Bu  aşqarlarla  bir  sıra 

tələblər  qoyulur.  Bunlar  da  yağlarda  yaxşı  həll  olmalı,  uzun  müddət  saxlandıqda 

temperaturun  təsirindən  çöküntü  əmələ  gətirməli,  su  ilə  yuyulmamalı  və  yağlara 

zərərli təsir göstərməməlidir. 

Maşın və mühərriklərdə işlədilən yağlar metalların katolitik təsiri nəticəsində 

oksidləşərək müxtəlif turşular əmələ gətirilir. Bu turşular da metala korroziyaedici 

təsir  göstərir.  Ona  görə  də  oksidləşmə  və  korroziyanın  qarşısını  almaq  üçün 

yağlara antioksidləşdirici və korroziya əleyhinə aşqarlar əlavə edilir. 

Yağların keyfiyyətini xarakterizə edən əsas göstəricisindən biri onların özlü-

lüyünün temperaturdan asılı olaraq dəyişməsidir. 

Müasir texnoloji proseslərlə özlülük indeksi yüksək olan yağlar almaq qeyri-

mümkündür.  Ona  görə  də  yağların  özlülük  indeksini  yüksəltmək  məqsədi  ilə 

onlara  bir  qədər  aşqar  qatılır.  Aşqar  kimi  özlülüyü  yüksək  olan  sintetik 

polimerlərdən,  yəni  polizobutilen,  volton,  polivinil  efirləri,  polimetakrilatlar  və  s. 

istifadə edilir. 

Yağların əsas keyfiyyət göstəricilərindən biri də onların donma temperaturu-

dur.  Qeyd  etmək  lazımdır  ki,  yağlarda  müəyyən  qədər  sülb  parafinlər  var.  Bunlar 

da  yağın  donma  temperaturunu  yüksəldir.  Donma  temperaturunu  aşağı  salmaq 

üçün  yağları  parafinsizləşdirirlər.  Parafinsizləşdirmə  prosesi  baha  başa  gəlir  və 

bunun  nəticəsi  olaraq  yağın  miqdarı  azalır.  Ona  görə  də  yağlara  aşqar  əlavə 

etməklə onların donma temperaturunu aşağı salmaq olar. 

 

 

 



 

42

2.3. Respublikamızda istehsal olunan avtomobil benzinlərinin keyfiyyət 



göstəricilərinin ekspertizası 

 

Karbohidrogenlər, o cümlədən benzol saxlayan etilləşmiş benzinlərlə işləyən 



avtomobil  nəqliyyatlarında  zəhərli  maddələrin  tullantısının  qarşısını  almağa  ya 

effektli  qaztəmizləyici  qurğuların  və  sistemlərin  ya  da  ekoloji  təmiz  neft 

məhsullarının istifadə edilməsi yolu ilə nail olmaq olar. İkinci yol problemin daha 

tam həllini təmin edir. Belə ki, bu halda ənənəvi tullantıların əmələ gəlməsi səbəbi 

kənarlaşdırılır  və  məhsullardan  istifadə  edilməsi  üsulları  mənimsənilir.  Avtomo-

billərin  tullantı  qalıqları  havanı  qurğuşunla,  CO-lə  dəm  qazı  və  üzvi  maddələrlə 

çirkləndirilir.  Yüngül  üzvi  birləşmələr  havada  azot  oksidləri  ilə  qarşılıqlı  təsirdə 

olur və günəş şüalarının təsirindən kimyəvi çevrilmələrə məruz qalaraq atmosferin 

yuxarıdakı  qatında  40%-ə  qədər  ozon  əmələ  gətirir,  hansı  ki,  ağ  ciyərləri  qıcıq-

landırır  və  tənəffusu  çətinləşdirir,  ona  görə  də  bu  tullantılara  və  azot  oksidlərinin 

tullantılarına hədd müəyyənləşdirilir. 

Avtomobil  nəqliyyatlarının  ənənəvi  tullantılarının  ixtisar  edilməsinin  vacib-

liyi  ekoloji  təmiz  benzinlərin  işlənib  hazırlanmasını  və  bütün  İEÖ-lə  benzinin 

tərkibində qurğuşunun qatılığının azaldılması proqramını  və etilləşmiş benzinlərin 

buraxılmasını müəyyən edir. 

Benzinin  tərkibində  olan  yüksək  toksikoloji  aromatik  karbohidrogenlər, 

benzol  kanserogen  maddələr  qrupuna  aiddir.  O,  insan  orqanizmində  toplanır  və 

xəstəlik əmələ gətirir. Onun havada qatılığı 0,1 mq/1-dən çox olmalıdır. 

Benzolun atmosferlə tullantısının əsas mənbələri aşağıdakılardır: avtomobil-

lərin  tullantı  qalıqları  (kütləcə  70%-ə  yaxın)  və  yanacaqdoldurma  stansiyalarında 

doldurma zamanı olan itkilər (kütləcə 10%). 

Avropa direktivi 1999-cu ilin yanvarında etilləşmiş benzinin tərkibində ben-

zolun  miqdarını  həcmcə  5%-ə  qədər  məhdudlaşdırır,  həmçinin  bu  həddin  həcmcə 

1%-ə  qədər  azalması  nəzərdə  tutulur  və  Avropa  Şurası  ölkələrində  benzolun 

miqdarı üçün hədd 5%-dən 1%-ə endirilmişdir. 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə