Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   2   3   4   5   6   7   8   9   ...   16

 

5

buraxılış  işində  müasir  dövrdə  ticarətə  daxil  olan  neft  emalı  məhsullarının 



çeşidinin təhlili öz geniş əksini tapmışdır. 

Buraxılış  işinin  praktiki  hissəsində  ticarətə  daxil  olan  avtomobil 

benzinlərinin  keyfiyyət  göstəriciləri  həm  orqanoleptik,  həm  də  laboratoriya  üsulu 

ilə tədqiq edilmişdir.  

Buraxılış  işinin  sonunda  aparılan  təhlillər  və  əldə  edilən  nəticələr 

ümumiləşdirilərək mövzu ilə bağlı bir sıra maraqlı təkliflər irəli sürülmüşdür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

6

I.  NƏZƏRİ HİSSƏ 



1.1. Azərbaycanda neft sənayesinin inkişafının müasir vəziyyəti 

 

 



 

Milli  istehsalın  və  bütünlükdə  milli  iqtisadiyyatın  enerji  ilə,  daha  döğrusu 

yanacaqla  təmin  edilməsi  günümüzdə  bütün  ölkələrin  iqtisadiyyatı  üçün  həll  

edilməsi zəruri olan əsas problemlərdən biridir. 

Azərbaycanda  neft  sənayesinin  inkişafı  uzun  bir  dövrü  əhayə  edir.  Aparılan 

tədqiqatlardan  aydın  olur  ki,  hələ  XVIII  əsrin  əvvəllərində,  yəni  1720-1730-cu 

illərdə Abşeronda neftin əllə çıxarılması üsulu müşahidə olunurdu. 

Lakin zaman keçdikcə bəşər tarixində yeni inkişaf mərhələsi başladı və digər 

məhsullara  olan  tələbat  kimi  insanların  yanacağa  olan  tələbatı  da  xeyli  artdı. 

Beləliklə  yeni  neft  yataqları  kəşf  olunur,  qurğular  qazılır  və  yeni  mədənlər  bir-

birinin ardınca işə düşürdü. 

Bakı neftinin əldə olunması və emal edilməsi ilə yanaşı onun ixrac edilməsi 

sahəsində  də  yeni  naliyyətlər  əldə  olunmuşdur.  Min  tonlarla  xam  neft  çıxarılır  və 

demək olar ki, əldə olunan neftin 85-88%-i daşınıb xarici ölkələrə satılırdı. Belə ki, 

ilk  dəfə  Bakı  neft  məhsulları  1873-cü  ildə  İrana,  1881-ci  ildə  isə  Qərbi  Avropa 

ölkələrinə – Belçikaya, İngiltərəyə, Almaniyaya və s. daha sonra Misirə və Çinə də 

ixrac edilirdi. 

1889-cu  ilə  qədər  Bakıda  neft  istehsalında  yaranan  əsas  problemlərdən  biri 

də neftin  nəqli  ilə əlaqədar  idi. İlk dəfə  yalnız 1889-cu  ildə  neft  nəql edən borulu 

stansiya  inşa  edilib.  O  vaxta  qədər  neft  Azərbaycan  daxilində  və  yaxın  qonşu 

ölkələr  ərazisinə  əsasən  arabalar  vasitəsilə  daşınırdı.  Neft  emalının  və  ixracının  o 

illər üçün ən maksimum həddi 1913-cü ildə əldə olunmuşdur. Bakı neftinin böyük 

hissəsi  Batumi  limanından  Avropa  ölkələrinə  ixrac  edilirdi.  Yuxarıda  qeyd 

etdiyimiz  dövür  Azərbaycanın  bolşevik  çevrilişinə  qədərki  neft  sənayesinin 

meydana  gəlməsi  və  bu  sahədə  olan  irəliləyişləri  əhatə  edir.  Həmin  dövr  ərzində 

Azərbaycan  Bakı  neftinin  sayəsində  dünyada  neftin  vətəni  kimi  tanınmış, 

quyuların  qazılması,  neftin  hasili  və  emal  olunması  sahəsində  təcrübə  əldə 

etmişdir.  Milii  inhisarçıların  və  maarifçilərin  sayəsində  Azərbaycanlılar  dünyanın 




 

7

qabaqcıl elm ocaqlarında eft sahəsində mühəndislik elminə yiyələnmiş və bununla 



da  Azərbaycanda  neft  sənayesi  ustaları  və  ilk  ziyalı  neftçilər  nəslinin  təməli 

qoyulmuşdur. 

Azərbaycan  neft sənayesinin  tarixindən  və  müasir  vəziyyətindən danışarkən 

neft  emalı  sahəsində  dünya  səviyyəsində  öz  məhsulları  ilə  tanınan  “Azərneftyağ” 

zavodunun yaranma və inkişaf dövrünü qeyd etməmək mümkün deyil. 

Kiçik tipli zavodların birləşdirilməsindən yaranan bu zavod (Azərneftyağ) öz 

inkişaf  tarixinə  1920-ci  ildən  başlamış  və  1980-ci  ilə  qədər  yüksələn  xətt  üzrə 

istehsalı davam etdirmişdir. 

Uzun  tarixi  dövr  ərzində  Azərbaycan  neft  sənayesi  yanacaq-sürtgü 

materialları  istehsalı  ilə  xüsusi  ad  qazanmışdır.  Lakin  neft  hasilatının  uzun  illər 

(keçmiş  SSRİ  dövründə)  dünya  təsərrüfat  əlaqələrindən  təcrid  olunması  istehsalın 

daxili  ehtiyatlarını  aşkara  çıxardıb  istifadə  edilməsini  məhdudlaşdırmışdır.  Həmin 

şərait  mütərəqqi  neft-çıxarma  avadanlıqlarının  tətbiqinə,  xüsusən  daha  çox  tələb 

olunan  dərinlik  nasoslarının  yeni  nümunələrinin  mənimsənilməsinə  imkan 

vermirdi. 

Günümüzdə  ölkədə  yanacağa  olan  sənaye  və  sosial  ehtiyacın  kəskin  artdığı 

bir şəraitdə  mövcud  neft ehtiyatından  istifadə imkanlarının araşdırılması ən aktual 

məsələ  kimi  çıxış  etməkdədir.  İqtisadi  və  siyasi  müstəqillik  əldə  etməklə  öz 

sərvətinin  sahibi  olan  Azərbaycan  dövləti  də  bu  sahədə  mövcud  imkanlardan  ən 

optimal şəkildə  istifadə etmək  məqsədiylə  bir sıra  mühüm  tədbirlər  işləyib  həyata 

keçirmişdır. 

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yeni iqtisadi 

sistemə  keçid  dövrü  başlamışdır.  Böyük  neft  ehtiyatlarına  malik  olan  Azərbaycan 

neft  sənayesi  yüksək  hasilat  ələd  etmək  üçün  respublika  hökuməti,  o  cümlədən 

Azərbaycan  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  xarici  ölkələrin  hökumət  və  neft 

şirkətlərinə  sərfəli  təkliflərlə  müraciət  etdi.  Danışıqlar  prosesində  xarici  neft 

şirkətləri Azərbaycan neft sənayesinə, əsasən neft hasilatına investisiya qoyuluşunu 

qəbul  etmiş  və  ARDNŞ  ilə  razılığa  gəlmişdirlər.  Danışıqlar  prosesinin  nəticəsi 

kimi  1994-cü  ilin  20  sentyabrında  imzalanan  Xəzər  dənizində  üç  böyük  neft 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə