Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   2   3   4   5   6   7   8   9   ...   16

 

11

Müasir  neft  emalı  sənayesində  ən  çox  yayılmış  deemulqatorlardan  əmtəə 



kontaktını,  neytrallaşdırılmış  qara  kontaktı  (NQK)  və  neytrallaşdırılmış  turş 

qudronu  (NTQ)  göstərmək  olar.  Əmtəə  kontaktı  neftin  qazoyl  və  solyar  fraksi-

yasının  kükürd  qazı  ilə  sulfolaşdırılmasından  alınan  sulfoturşuların  sulu  məhlu-

ludur.  Bu  məhlulda  sulfoturşunun  tündlüyü  50%  olur.  Əmtəə  kontaktı  təsirli 

deemulqatordur.  Onun  vasitəsilə  möhkəm  neft  emulsiyasını  parçalayırlar.  Yağ 

distillatlarının  kükürd  turşusu  ilə  təmizlənməsindən  alınan  turş  qudronu  kalsium 

qələvisi  ilə  neytrallaşdırdıqda  neytrallaşdırılmış  turş  qudron  alınır.  Bu  kontakt 

nisbətən zəif deemulqator hesab edilir. 

Beləliklə, xam neft göstərilən qayda üzrə hazırlandıqdan sonra emala verilir. 

Neftin  birbaşa  emal  edilməsi

Neft  xalq  təsərrüfatında  xam  şəkildə,  demək 

olar ki, tətbiq edilmir. O, əsl qiymətini yalnız emal edilərək yanacaq, sürtgü yağları 

və  üzvi  sintez  sənayesi  üçün  xammal  vəzifəsini  görən  qaz  və  maye 

karbohidrogenlərə  ayrıldıqdan  sonra  tapır.  Neftin  emalından  yüzlərlə  müxtəlif 

məhsullar alınır. Bunlardan ən əsası yanacaq və sürtgü yağlarıdır. 

Ölkəmizdə neftin emalı tarixi qədimdir. 1908-ci ildə Almaniyada nəşr edilən 

«Təbiiyyat  və  texnika  tarixinə  dair  kitab»da  göstərilmişdir  ki,  1823-cü  ildə 

Dubinin  qardaşları  Mozdokda  ilk  dəfə  neft-təmizləyən  qurğu  yaratmış  və  bunun 

vasitəsilə  kerosin  almışlır.  Amerikada  isə  neftin  təmizlənməsi  sahəsində  ilk 

təcrübələri 1883-cü ildə Silliman aparmışdı. 

Qeyd etmək lazımdır ki, XVIII əsrin sonlarında neft lampası kəşf edildikdən 

sonra kerosinə olan tələbat daha da artmışdır. 

Dubinin  qardaşlarından  sonra  1837-ci  ildə  dağ-mədən  mühəndisi  Vosko-

boynikov Balaxanıda neftayırma, daha doğrusu, kerosin zavodu tikdirmişdi. 1842-

ci  ildə  Papinov  Gürcüstanda  sənaye  miqyasında  neft  emalına  başlamışdı.  1861-ci 

ildə sənaye sahibkarı Kokorev gənc kimyaçı D.İ.Mendeleyevin köməyi ilə neftdən 

kerosin  almaq  üçün  Suraxanıda  zavod  tikdirmişdi.  1863-cü  ildə  bakılı  texniki 

Məlikov  şəhərdə  neft  emalı  zavodu  tikdirmişdi.  Məlikov  Qroznıda  da  ilk 

neftayırma  işini  təşkil  etmişdi.  1867-ci  ildə  istefaya  çıxmış  kapitan  Davıdov 

Kerçdə böyük neftayırma zavodu tikdirib işə salmışdı. 



 

12

1868-ci  ildə  A.H.Novosiltsev  Kerç  boğazı  sahilində  iri  neft  emalı  zavodu 



tikdirmişdi.  1868-ci  ildə  Bakının  neft  zavodlarında  yüz  min  puldan  çox  kerosin 

istehsal olunmuşdu. 1868-ci ildə Bakıda 23 zavod işləyirdi. 

Neftin fasiləsiz emalı prosesinə gəldikdə isə dünyada birinci dəfə olaraq belə 

qurğular  bizim  ölkəmizdə  tikilib  işə  salınmışdı.  1873-cü  ildə  bu  prosesi  bakılı 

texnik  A.Təbrizov  hazırlamışdı.  1875-ci  ildə  isə  mühəndis  A.A.Letin  həmin 

prosesin başqa variantını təklif etmişdi. 

1881-ci  ildə  D.İ.Mendeleyev  fasiləsiz  işləyən  və  yüz  pud  maye  tutan  kub 

konstruksiyası düzəltmişdi.  

1882-ci  ildə  isə  rus  kimyaçısı  Y.V.Lermontova  fasiləsiz  işləyən  başqa  tipli 

qurğu yaratmışdı. 

Neftdən müxtəlif neft məhsulları almaq üçün onu distillə edirlər. 

Neftin  emalı  prosesini  aydın  təsəvvür  etmək  üçün  belə  bir  misal  gətirmək 

olar:  çaynikdəki  su  çayniki  pəncərənin  qabağına  qoysaq,  şüşəyə  toxunan  buxar 

dərhal  kondensləşəcək  və  şüşə  boyunca  distillə  olunmuş  su  damcıları  axmağa 

başlayacaqdır. Neftin distilləsi də bu prinsipə əsaslanır. 

Nefti  qızdırdıqda,  əvvəlcə  buxarlanır,  sonradan  isə  bxarlanan  hissə 

kondensləşdirilib, fraksiyalara ayrılır. 

Mayenin buxarlanması və buxarların kondensləşməsi distillə, bu qayda üzrə 

alınan distillə məhsulu isə distillat adlanır. 

Müasir  neft  emalı  zavodlarında  neft,  borulu  sobalarda  birdəfəlik 

buxarlandırma üsulu ilə distillə edilir. 

Məlumdur  ki,  neft  müxtəlif  temperaturlarda  qaynayan  müxtəlif  karbohid-

rogenlər  qarışığından  ibarətdir.  Bu  səbəbdən  də  nefti  qızdırdıqda  əvvəlcə  aşağı 

temperaturda qaynayan karbohidrogenlər  buxarlanır  və özləri  ilə  müəyyən  miqdar 

ağır  karbohidrogenləri  aparır.  Odur  ki,  neftin  distillə  kalonunda  fraksiyalara 

ayrılması elə  tənzim edilməlidir ki,  tələb olunan  hər  bir  fraksiyaya  özündən sonra 

gələn  digər  ağır  fraksiya  qarışmasın.  Nefti  distillə  edərək  lazımi  fraksiyalara 

ayırmaq üçün onu əvvəlcə xüsusi sobalarda qızdırır, sonra reaktifikasiya kalonuna 

verirlər. Buxarlandırma və kondensləşdirmə yolu ilə mürəkkəb mayenin qarışıqdan 



 

13

fərdi komponentlərə və ya fraksiyalara ayrılmasına rektifikasiya deyilir. Bu prosesi 



aparmaq  üçün  işlədilən  qurğu  rektifikasiya  kalonu  adlanır.  Kalonda  rektifikasiya 

getməsi  üçün  onun  yuxarısına  suvarma  adlanan  maye  distillat,  aşağısına  isə  su 

buxarı  vasitəsilə  müəyyən  miqdar  istilik  verilir.  Kalonun  yuxarı  hissəsi 

konsentrasiya hissəsi, aşağı  hissəsi  isə buxarlandırıcı  (və  ya lyuter) adlanır. Buxar 

fazası ilə maye fazasının yaxşı görüşməsi üçün kalonun içərisinə şaquli qalpaqlı və 

ya  torşəkilli  boşqablar  düzülmüşdür.  Kalonun  yuxarısından  verilən  suvarma 

məhsulu yuxarı boşqabdan aşağı boşqaba axaraq bütün boşqabları suvarır. Kalonun 

buxarlanma fazasından qalxan neft məhsullarının buxarları boşqablara toxunduqda 

buxarla boşqabda olan maye arasında istidəyişmə əmələ gəlir. Bu halda maye faza 

qızmağa  başlayır  və  nəticədə  onun  tərkibindəki  aşağı  temperaturda  qaynayan 

komponentlər  buxar  halına  düşüb  yuxarı  boşqaba  qalxır.  Burada  da  buxar  faza 

soyuyaraq  içərisindəki  yüksək  temperaturda  qaynayan  hissə  mayeləşir  və  aşağı 

boşqaba  tökülür.  Rektifikasiya  kalonundakı  boşqablarda  maye  və  buxar  fazaları 

arasında bu  qayda  üzrə  istilik alıb-vermə  yaranır ki, bunun  nəticəsində buxar  faza 

tədricən  aşağı  temperaturda  qaynayan  hissə  ilə,  maye  faza  isə  yüksək  dərəcədə 

qaynayan  hissə  ilə  zənginləşir.  Beləliklə,  distillə  olunan  məhsul  rektifikasiya 

olunaraq yüngül və ağır fraksiyalara ayrılır. 

Neft  zavodlarda  atmosfer  və  ya  atmosfer-vakuum  qurğularında  emal  edilir. 

Mazut isə vakuum qurğusunda distillə edilir. 

Neftin distillə prosesi dörd mərhələdən ibarətdir: 

1)  neftin ilk qızdırılması; 

2)  neftin tələb olunan temperatura qədər qızdırılması və buxarlandırılması; 

3)  neft buxarlarının fraksiyalara ayrılması; 

4)  neft buxarlarının mayeləşdirilməsi və distillatın soyudulması. 

Emala  verilən  neft, əvvəlcə  isti distillatın  və  qalığın  hesabına  istidəyişdirici 

adlanma aparatda tələb olunan dərəcəyə qədər qızdırıldıqdan sonra borulu sobalara 

verilib  buxarlandırılır.  Neft  qalığı  rektifikasiya  kalonunda  buxarlardan  ayrılır  və 

distillatlara  bölünür  (rektifikasiya  edilir).  Buxar  halında  olan  fraksiyalar 

kondensatorla kondensləşdirilir və soyuducularda soyudulur. 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə