Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   2   3   4   5   6   7   8   9   ...   16

 

14

Adi  distillə  prosesində  neftdən  benzin,  liqroin,  kerosin  və  qazoyl  kimi  açıq 



rəngli  məhsullar  alındıqdan  sonra  yerdə  qalan  ağır  fraksiyalar  vakuum  altında 

distillə edilir. 

Neft emalı sənayesində üç tip atmosfer borulu qurğulardan istifadə edilir. Bu 

qurğular  bir-birindən  həm  buxarlanma  və  həm  də  rektifikasiya  ardıcıllığına  görə 

fərqlənir. 

Birinci tip qurğularda neftdən ayrılan fraksiyalar birdəfəlik buxarlandırılır və 

bir kalonda fraksiyalara ayrılır. 

İkinci  tip  qurğularda  neft  məhsulları  qaynama  temperaturuna  görə  iki  dəfə 

buxarlandırılır və rektifikasiya iki kalonda gedir. 

Üçüncü  tip  qurğularda  isə  neftdə  olan  yüngül  benzin  fraksiyası  əvvəlcədən 

buxarlandırılıb ayrıldıqdan sonra qalan hissə birdəfəlik buxarlandırılıb bir kalonda 

reftifikasiya edilir. 

Keçmiş  təbii  neft  emal  edilib  ondan  benzin,  liqroin,  kerosin,  sürtgü  yağları 

alındıqdan  sonra  yerdə  qalan  mazutu  gərəksiz  bir  şey  hesab  edərək  çuxura  töküb 

yandırırdılar. 

Məşhur  rus  mühəndisi  V.Q.Şuxov  mazutun  ən  qiymətli  xammal  olduğunu 

müəyyənləşdirərək  ondan  faydalı  məhsullar  almaq  üsulunu  tapmışdı.  Şuxov 

müəyyən  etmişdi  ki,  mazutu  450-800

0

C-də  qızdırıb,  tərkib  hissələrinə  parçala-



maqla  ondan  benzin  almaq  olar.  Şuxovun  bu  kəşfi  nəticəsində  hazırda  mazutdan 

35-40%-ə  kimi  krekinq  benzin  və kerosin  alınır.  Lakin  mazutun əhəmiyyəti  təkcə 

bununla  bitmir.  Mazutdan  onlarca  müxtəlif  məhsullar,  o  cümlədən  sürtgü  yağları 

istehsal edilir. Mazutdan sürtgü yağlarının alınması prosesi, neftin ilk emalı prosesi 

kimidir. 

Yağ  fraksiyalarının  tərkibini  təşkil  edən  karbohidrogenlər  yüksək  tempera-

turda qaynadığı üçün onları mazutdan ayırmaq yüksək temperatur tələb edir. Lakin 

belə  temperaturda  qaynayan  karbohidrogen  molekulları  istiliyə  davamsız 

olduğundan  asanlıqla  parçalanır  və  doymamış  karbohidrogenlərə  çevrilir.  Bu  hal 

isə  alınan  sürtgü  yağlarının  keyfiyyətini  pisləşdirir  və  itki  faizini  artırır.  Odur  ki, 




 

15

mazut-benzin,  liqroin,  kerosin  farksiyalarından  fərqli  olaraq  adi  təzyiqdə  deyil, 



vakuum şəraitində, yəni aşağı təzyiqdə distillə edilir. 

Təzyiq  azaldıqda  maddə  daha  aşağı  temperaturda  qaynamağa  başlayır. 

Məlumdur ki, su bir atmosfer təzyiqdə (yaxud 760 mm civ.süt. təzyiqində) 100

0

C-



də qaynayır. Lakin elə etmək olar ki, su 60

0

C-də qaynasın. Bunun üçün onu aşağı 



təzyiqdə distillə etmək lazımdır. Təzyiqi 100 mm civ. süt-na endirdikdə su 60

0

C-də 



qaynamağa başlayır. Deməli, təzyiq azaldıqca maddə aşağı temperaturda qaynayır. 

Bu qayda eyni  ilə  neftə də aiddir. Bəzən  yuxarı temperaturda qaynayan  maddənin 

aşağı temperaturda qaynamasını təmin etmək üçün oraya su buxarı əlavə edilir. Bu 

səbəbdən  mazutu  distillə  etdikdə  onun  qaynama  temperaturunu  azaltmaq 

məqsədilə distilləni aşağı təzyiqdə və su buxarının iştirak ıilə aparmaq lazım gəlir. 

Bəs necə olur ki, yuxarı temperaturda qaynayan qarışıq su buxarı verildikdə 

aşağı temperaturda distillə olunmağa başlayır ? Bildiyimiz kimi, maye buxarlarının 

yaratdığı təzyiq, xarici atmosfer təzyiqinə bərabər olduqda qaynama başlayır. Alim 

Dalton hesab etmişdir ki, qarışıqları təşkil edən ayrı-ayrı maddlər qaynama zamanı 

özlərini  sərbəst  aparır.  Bu  səbəbdən  də  bir-birinə  təsir  etməyən  maddələrin 

qarışığını  qızdırdıqda  onlardan  ayrılan  buxarların  təzyiqi  cəmləşərək  atmosfer 

təzyiqinə bərabər olur və nəticədə qarışıq aşağı temperaturda qaynamağa başlayır. 

Göstərildiyi  kimi,  müasir  neft  emalı  zavodlarında  neft  ya  atmosfer  təzyiqində,  ya 

da  vakuum  altında  distillə  edilir.  Əksər  hallarda  zavoda  həm  atmosfer,  həm  də 

vakuum qurğusu quraşdırılır. Belə qurğular vakuum-atmosfer qurğular adlanır. Bu 

tip  qurğularda  neftdən  eyni  zamanda  bütün  məhsullar:  benzin,  liqroin,  kerosin, 

qazoyl, sürtgü yağları və bitum alınır. 

Neftin destruktiv emalı. Nefti distillə etdikdə onun kimyəvi tərkibi, demək 

olar ki, dəyişmir; başqa sözlə,  neftin  benzin, kerosin  və digər  fraksiyalarında olan 

karbohidrogenlər kimyəvi çevrilmələrə uğramadan olduğu kimi qalır. 

Əksər  neftlərdə  benzinin  miqdarı  çox  azdır.  Bundan  başqa,  bəzən  onların 

oktan ədədi də qənaətbəxş olmur. Neftin düz distilləsindən alınan benzin  və digər 

yüngül fraksiyalar inkişafda olan sənaye sahələrinin ehtiyacını ödəyə bilmir. Odur 

ki,  düz  distillədən  alınmış  ağır  neft  fraksiyalarını  yüksək  temperatur  və  təzyiqlə 



 

16

parçalayıb  ondan  benzin  istehsal  etmək  məsələsi  hələ  keçən  əsrin  axırlarında 



müəyyənləşdirilmişdir.  Bu  prosesə  neftin  destruktiv  emalı  adı  verilmişdir  ki,  bura 

da krekinq, piroliz və s. proseslər daxildir. 

Bildiyimiz  kimi,  neftin  düz  distilləsindən  alınan  məhsullardan  biri  də 

mazutdur.  Mazut  irimolekullu  karbohidrogenlərdən  ibarət  ağır,  yapışqan  şəklində 

mayedir.  Q.Q.Qustavson  1871-ci  ildə  laboratoriya  şəraitində  mazutda  olan 

irimolekullu  birləşmələri  krekinq  yolu  ilə  parçalayıb,  kiçikmolekullu  birləşmələr 

almışdı.  1877-ci  ildə  isə  A.A.Letni  mazutu  krekinq  edib,  ondan  benzin  almağa 

müvəffəq olmuşdur. 

Krekinq ingilis sözü olub, parçalanma deməkdir. Ümumiyyətlə, krekinq çox 

mürəkkəb  prosesdir.  Bu  prosesdə  parçalanma,  polimerləşmə,  dehidrogenləşmə, 

izomerləşmə və s. müxtəlif reaksiyalar eyni zamanda gedir. 

Neftin  destruktiv  emalı  üçün  neft  qazlarından  tutmuş  qudrona  qədər  bütün 

neft  məhsulları  xammal  kimi  işlədilə  bilər.  Krekinq  prosesləri  üç  əsas  qrupa 

bölünür: 

1)  termik krekinq; 

2)  katalitik krekinq; 

3)  piroliz. 

Termik  krekinq  prosesi  yüksək  temperatur  və  təzyiq  şəraitində  aparılır.  Bu 

prosesdə  irimolekullu  karbohidrogenlər  parçalanaraq  kiçikmolekullu  karbohidro-

genlərə  çevrilir.  Neftin  termik  krekinqi  üçün  zavod  layihəsini  1890-cı  ildə  rus 

mühəndisi V.Q.Şuxov ixtira etmişdir. 

Termik  krekinq  prosesində  neftin  ağır  distillatları  və  qalıq  hissəsi  (mazut) 

500-530

0

C  temperatur  və  70  atm  təzyiq  altında  parçalanmağa  məruz  qalır.  Bu 



zaman  mazutun, qudronun  və  yaxud yarımqudronun ağır  molekulları daha  yüngül 

və  sadə  molekullara  parçalanır  ki,  bu  da  başlıca  olaraq  qazlardan  (krekinq  qazı), 

avtomobil benzinindən və digər neft məhsullarından ibarət olur. 

Beləliklə,  neftin  düz  distilləsindən  alınan  ağır  neft  məhsulları  krekinqə 

verilib  benzin  alınır.  Neftin  adi  distilləsində  bir  ton  neftdən  təqribən  100-150  kq 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə