Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   2   3   4   5   6   7   8   9   ...   16

 

17

benzin  almaq  mümkün  olursa,  krekinq  prosesində  bir  ton  neftdən  500  kq-a  qədər 



benzin almaq olar. 

Termik  krekinqdən  alınan  benzinin  keyfiyyəti  prosesin  şəraitindən  və 

xammalın xassəsindən asılıdır. 

Termik krekinqdən alınan avtomobil benzini, düz distillədən alınan benzinə 

nisbətən  daha  keyfiyyətlidir.  Bu  da  krekinq  zamanı  onun  tərkibində  əmələ  gələn 

doymamış  və  aromatik  karbohidrogenlərin  varlığı  ilə  izah  edilir.  Lakin  belə 

benzinin  də  özünəməxsus  nöqsanı  vardır.  Termik  krekinq  benzinlərini  uzun 

müddət  saxladıqda  tərkibindəki  doymamış  karbohidrogenlər  havanın  oksigeninə 

asan məruz qalır və nəticədə polimerləşib, qatran maddəsi əmələ gətirir. 

Neftin  ağır  və  yüngül  fraksiyalarının  termik  çevrilmə  prosesləri  içərisində 

ağır fraksiyaların 500

0

C temperatur və 40-50 atm təzyiqdə, yüngül fraksiyaların isə 



550

0

C  temperatur  və  70  atm  təzyiqdə  krekinqi  ən  çox  yayılmışdır.  Bu  sonuncu 



krekinq prosesi riforminq adlanır. Bu növ krekinqin başlıca vəzifəsi adi distillədən 

alınan benzinin oktan ədədini artırmaqdır. 

Katalitik  krekinq  prosesi  neft  məhsullarının  katalizatorun  iştirakı  ilə 

parçalanmasına  deyilir.  Ümumiyyətlə,  proses  1-15  atm  təzyiqdə,  400-500

0



temperaturda aparılır. 



Katalitik krekinqdə termik krekinqə nisbətən daha yüksək keyfiyyətli benzin 

alınır.  Bu  prosesdə  alınan  məhsullar  tərkib  və  miqdarca  termik  krekinqdən  alınan 

məhsullardan  xeyli  fərqlənir.  Katalitik  krekinq  prosesindən  alınan  məhsullar 

izoparafin  və  aromatik  karbohidrogenlərlə  zəngin  olur.  Bu  həm  krekinq  üçün 

götürülmüş  katalizatorun  növündən,  həm  də  krekinq  şəraitindən  asılıdır.  Katalitik 

krekinq  prosesində  müxtəlif  neft  məhsulları  ilə  bərabər  qaz  karbohidrogenləri  də 

alınır.  Bu  prosesdə  alınan  karbohidrogen  qazları  müasir  kauçuk  sənayesində  və 

müxtəlif  monomerlərin  sintezində  xammal  kimi  işlədilir.  Katalizator  kimi  əsasən 

sintetik  və  təbii  alümosilikatlardan  istifadə  edilir.  Alümosilikat  katalizatoru  təkcə 

parçalanma  reaksiyası  deyil,  həmçinin  aromatikləşmə,  izomerləşmə  və  s. 

reaksiyaların gedişini də sürətləndirir. 



 

18

Katalitik krekinq xammal parçalandıqda onun karbonu katalizatorun üzərinə 



koks  şəklində  yığılır.  Bu  halda  prosesdə  yaranan  hidrogen  yüngül  və  ağır 

karbohidrogenlər  arasında  paylanır  və  nəticədə  benzini,  hidrogeni  çox  olan 

karbohidrogenlərlə  zənginləşdirir.  Katalitik  krekinqdə  yaranan  doymamış 

qazlardan butilen və propilenin miqdarı termik krekinqə nisbətən daha çox olur. Bu 

da  kimyəvi  sintez  üçün  olduqca  vacibdir.  Son  illərdə  yüksək  oktan  ədədli 

avtomobil  benzini  və  habelə  aromatik  karbohidrogenlər  almaq  üçün  katalitik 

riforminq prosesindən geniş istifadə edilir. Katalitik riforminqin növlərindən platin 

katalizatorunun  iştirakı  ilə  aparılan  «platforminq»  prosesini  xüsusilə  qeyd  etmək 

lazımdır. 

Piroliz  prosesi  neftin  başqa  destruktiv  üsullarından  biridir.  Piroliz  zamanı 

neft  məhsulları  yüksək  temperaturda  (600-800

0

C-də)  və  aşağı  təzyiqdə  parçalan-



maya məruz qalır. 

Bu proses üçün  xammal olaraq bütün  neft  distillatlarından, neft qazlarından 

və təbii qazlardan  istifadə etmək olar. Piroliz prosesində  neft  fraksiyalarının digər 

sinfə mənsub karbohidrogenlərinin bir hissəsi aromatik karbohidrogenlərə çevrilir. 

Nəticədə benzol, toluol, naftalin və digər qiymətli birləşmələr alınır. Ümumiyyətlə, 

götürülən  xammalın  tərkibindən  asılı  olaraq  piroliz  prosesində  aromatik 

karbohidrogenlər, doymamış karbohidrogen qazları  və  müxtəlif  tərkibli distillatlar 

alınır. Hazırda piroliz prosesinin əsas məhsulu doymamış karbohidrogen qazlarıdır. 

Piroliz  prosepsində  doymamış  karbohidrogen  qazları  ilə  bərabər  doymuş 

karbohidrogen  qazları  da  alınır  ki,  bunlar  da  doymamış  karbohidrogen  qazları 

almaq  üçün təkrar piroliz edilir. Karbozidrogen  qazlarının sənaye  miqyaslı piroliz 

qurğusu birinci dəfə olaraq Sumqayıt şəhərində işə salınmışdır. 

 

 

 



 

 

 



 

 



 

19

1.3. Neftin emalı nəticəsində alınan məhsulların keyfiyyətinə verilən standart 



tələblər 

 

Sənaye  tərəfindən  buraxılan  bütün  mallar  müəyyən  tələblərə  müvafiq  olma-



lıdır.  Tələblər  dedikdə,  müəyyən  vaxt  ərzində  malın  təyinatına  görə  istifadəsinin 

mümkünlüyünü  təmin  etmək  üçün  müvafiq  olduğu  şərait  və  xüsusiyyətlər  başa 

düşülür.  Tələblərin  xarakter  və  səviyyəsi  müxtəlif  dövrlərdə  eyni  deyil  və  əha-

linin  maddi  və  mədəni  səviyyəsindən,  malın  təyinatından,  xammal  ehtiyatlarının 

olmasından,  istehsalın  texniki-iqtisadi  imkanlarından  və  mal  haqqında  bilik 

səviyyəsindən asılıdır. Tələblərin səviyyəsi və malların keyfiyyəti arasında müəy-

yən  qeyri-münasiblik  vardır  ki,  bu  da  malın  arasıkəsilmədən  keyfiyyətinin  yük-

səlməsinə və çeşidinin təzələnməsinə imkan verir. 

İqtisadiyyatın,  elm  və  texnikanın  inkişafı,  əhali  tələblərinin  dəyişilməsi,  yeni 

növlü  xammalların  meydana  çıxması  nəticəsində  mallara  qarşı  qoyulan  tələblər 

daim dəyişilir və bir qayda olaraq artır. 

Bütün  mal  qruplarında  olduğu  kimi,  neft  məhsullarına  olan  tələblər  cari  və 

perspektiv, ümumi və spesifik tələblərə bölünür. 

Cari  tələblər  bilavasitə  satışda  olan  mallar  üçün  tərtib  edilir.  Onlar  müəyyən 

mərhələdə  ölkənin  iqtisadi  inkişafı,  istehsalın  texniki  və  iqtisadi  imkanları  nəzərə 

alınaraq  qoyulur.  Bu  tələblər,  bir  qayda  olaraq,  normativ-texniki  sənədlər  və 

texniki şərtlərlə nizama salınır. 

Cari tələblər dövrü olaraq nəzərdən keçirilir, dəqiqləşdirilir və dəyişdirilir. 

Perspektiv  tələblər  malın  keyfiyyətinə  verilən  geniş  və  yüksək  səviyyəli 

kompleks göstəriciləri birləşdirir.  

Neft  məhsullarına  qarşı  verilən  perspektiv  tələblər  tərtib  edilərkən  tələbatın 

nisbətən  dolğun  ödənilməsi,  istehsal  proseslərinin  təkmilləşdirilməsi,  yeni  növ 

xammalların meydana gəlməsi və digər amillər nəzərə alınır. 

Malların keyfiyyətinə verilən perspektiv tələblərin tərtib edilməsi elm, sənaye 

və  ticarət  işçilərini  hazır  məmulatın  keyfiyyətini  yüksəltməyə  və  daim 

təkmilləşdirməyə vadar edir. 




Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə