Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

25

II.  TƏCRÜBİ HİSSƏ 



2.1. Respublikamızda neft emalı sənayesi tərəfindən istehsal olunan neft 

məhsullarının təsnifatı və çeşid xarakteristikası 

 

Neftdən  böyük  praktik  əhəmiyyətli  müxtəlif  məhsulları  alınır.  İstehsalçılar 



əvvəllər  həll  olmuş  şəkildə  qaz  karbohidrogenlərini  (əsasən  metanı)  ayırırdılar. 

Uçucu  karbohidrogenləri,  həll  olmuş  duzları,  suyu  naften  turşularından  ayırandan 

sonra nefti emal edirdilər. 

Emal  prosesinin  son  mərhələsi  distillə,  konveksiya  və  təmizləmə  qur-

ğularından  gələn  axmaları  qarışdıraraq  son  məhsulun  əldə  olunmasıdır.  Müxtəlif 

karbohidrogenlərin  qarışığından  hansı  maddənin  əldə  olunacağına  əvvəlcədən 

planlaşdırmaq  və  prosesi  işləmək  üçün  kompüterlərdən  və  başqa  həssas  qurğu-

lardan istifadə olunur. Bu daha optimal qarışıqlar əldə etməyə kömək edir, eləcə də 

proses  diqqətli  idarə  olunarsa,  arzuolunmaz  və  baha  başa  gələn  təkrar  emal  və 

təkrar qarışdırmaya ehtiyac qalmır.  

Ümumiyyətlə, sənayedə neftin 2 cür emalı: ilkin və təkrar emalı aparılır. 

Neftin ilkin emlı ani rektifikasiya kolonunda fraksiyalı distillədən ibarətdir. 

Neftin uçucu karbohidrogenləri ayrıldıqdan sonra onu borulu sobada qızdırıb 

rektifikasiya  kolonuna  daxil  edirlər.  Bu  zaman  buxar  halında  olan  karbohidro-

genlər kolon boyu yuxarı qalxır və qaynama temperaturundan asılı olaraq müxtəlif 

hündürlükdə  kondensləşirlər.  Bu  qayda  ilə  neftin  ayrı-ayrı  qarışıqlarını  (fraksi-

yalarını) yığmaq olar. 

Neftin ilkin emalından alınan əsas fraksiyalar aşağıdakılardır. 

40-dan  200

0

C-dək  toplanan  fraksiya  benzinlərin  qazolin  fraksiyasıdır  və 



C

5

H



16

-dan C


11

H

24



-ə qədər karbohidrogenlərə malikdir. Fraksiyanın sonradan distil-

ləşməsi  nəticəsində  qazolin  (40-dan  70

0

C-dək)  təyyarə,  avtomobil  benzinləri  (70-



dən 120

0

C-dək) və s. olur. 



Göstərilənlərə uyğun olaraq neft məhsulları aşağıdakı qruplara bölünür: 

1. Yanacaqlar; 




 

26

2. Lampa kerosini; 



3. Həlledicilər və yüksək oktanlı komponentlər; 

4. Neft yağları; 

5. Arafin və vazelinlər; 

6. Neft bitiumları və başqa neft məhsulları. 



Avtomobil  benzinləri  –  neftayırma  zavodunun  istehsal  etdiyi  məhsulun 

yarısını  təşkil  edir.  Bütün  avtomobil  yanacaqlarının  tərkibi  əsasən  eyni  olsa  da, 

onların  əhəmiyyətli  fərqləri  də  var.  Benzin  emal  olunmuş  karbohidrogen  xam-

mallarının qarışığından və qatqıları əlavə etməklə müxtəlif yollarla istehsal olunur.  

Əsasən  benzin  ağ  neft  və  emal  qurğularının  üst  təbəqələrində  toplanan 

yüngül  maddələrin  qarışığından  alınır.  Qurğular  3  əsas  keyfiyyət  fərqi  nəzərə 

alınmaqla quraşdırılır. Uçma, yaxud buxarlanma qabiliyyəti (mühərriki işə salmağa 

kömək  edən  qabiliyyət),  təmiz  yanma  xüsusiyyəti  və  oktanlılıq  (yanma  qabiliy-

yətinin  göstəricisi).  Kimyəvi  qatqılar  mühərrikdə  çöküntünün  qalmasının,  karbü-

ratorun  donmasının  və  başqa  potensial  problemlərin  qarşısını  almaq  üçündür. 

Yanacağın su və başqa kənar maddələrdən azad olması da olduqca vacibdir. Qeyd 

etmək  lazımdır  ki,  avtobenzinləri  A-72,  A-76,  Aİ-93,  Aİ-95,  Aİ-98  markalarında 

buraxılır. 

Konkret  benzin  növünün  qarışığı  ilə  məşğul  olarkən  emal  müəssisəsi 

müəyyən bir balans əldə etməyə çalışır. Yəni, avtobenzinlər 2 növdə buraxılır: yay 

və qış benzinləri. Qeyd etmək  lazımdır  ki, qış  vaxtı  maşının tez  işə düşməsi  üçün 

yararlı olan yaxşı buxarlanma qabiliyyəti, yay vaxtı buxar tıxacı və qızma problemi 

yarada bilər. Bu, emal müəssisələrinin benzin qarışıqlarını mövsümlərə və müxtəlif 

coğrafi ərzilərə görə uyğunlaşdırmasının səbəblərindən biridir. 

Aviasiya  benzini  –  kiçik  kommersiya  təyyarələrində  yanacaq  kimi  təmiz-

lənmiş kerosin istifadə olunur. O, konversiya qurğularından çıxdıqdan, sonra daha 

yaxşı  yanma  qabiliyyəti  qazanmaq  və  tüstüyə  səbəb  ola  biləcək  aromatik  birləş-

mələrdən  təmizlənmək  üçün  emal  edilir.  Hərbi  təyyarələrdə  işlədilən  maye 

yanacağının  tərkibində  həm  də  yaxşı  emal  olunmuş  ağ  neft  və  distillə  edilmiş 

başqa yüngül maddələr olur. 




 

27

Daxiliyanma  mühərrikləri  üçün  istifadə  olunan  aviasiya  benzini  isə 



alkoloidli yanacaq, eləcə də avtomobil benzinindəkindən qat-qat yuxarı olan oktan 

ədədinə  və  buxarlanma  standartlarına  uyğun  gəlmək  üçün  müəyyən  ağ  neft 

fraksiyalarından ibarət olur. Qeyd etmək lazımdır ki, təyyarə benzinləri B-10/130, 

B-85/130, B-S1/115, B-70 markalarda buraxılır. 

150-250

0

C  hüdudunda toplanan  liqroin  fraksiyası C



8

H

18



-dən C

14

H



30

-a qədər 

olan karbohidrogenlərə malikdir. Traktorlar üçün yanacaq kimi tətbiq olunur. 

Qaynama  temperaturu  180-300

0

C  olan  kerosin  fraksiyasına  C



12

H

26



-dan 

C

18



H

38

-ə  qədər  olan  karbohidrogenlər  daxildir.  Kerosin  təmizləndikdən  sonra 



ondan traktorlar, reaktiv təyyarələr və raketlər üçün yanacaq kimi istifadə edilir. 

Sonrakı  fraksiyalardan  (275

0

C-dən  yuxarı)  qazoyl-dizel  yanacağı  alırlar. 



Qeyd  etmək  lazımdır  ki,  dizel  mühərrikləri  üçün  yanacaq  orta  distillə  olunmuş 

maddələrin  qarışığından  alınır.  Müxtəlif  keyfiyyətləri,  o  cümlədən  tərkibindəki 

setanın  miqdarını  artırmaq  üçün  qatqılardan  istifadə  olunur.  Dizel  yanacağında 

setanın  miqdarı  yanacağın  dizel  mühhərikinin  silindrində  təzyiq  və  temperaturun 

təsiri ilə ani yanma qabiliyyətini tənzimləyir. 

“İlkin dizel yanacağı” daha çox buxarlanma qabiliyyətli yanacaq növüdür və 

avtomobillərdə,  avtobuslarda,  yük  maşınlarında  və  kiçik  dəniz  mühərriklərində 

istifadə olunur. “Dəmiryol dizel yanacağı” lokomativlər və stasionar mühərriklərin 

işlədilməsi üçün istifadə olunur. 

Daha ağır olan “dəniz dizel yanacağı” isə böyük mühərriklər üçündür. Neftin 

distilləsindən  sonrakı  qalıqda  –  mazutda  çoxlu  sayda  karbon  atomları  olan 

karbohidrogenlər olur. 

Ümumiyyətlə, mazut neftin ağır fraksiyaları ilə distillə olunmuş daha yüngül 

maddələrin  qarışığından  alınır.  Yüngül  maddələr  yanma  qabiliyyətini  artırmaq  və 

məhsulu nasos ilə axıdılacaq şəkildə salmaq üçün qarışdırılır.  

Sənayedə  və  elektrik  enerjisinin  istehsalı  üçün,  eləcə  də  bəzi  gəmilərdə 

yanacaq  əvəzinə  istifadə  olunan  bu  maddə  ABŞ  neftqayırma  müəssisələrinin 

istehsal  gücünün 7-8%-ni təşkil edir. İnkişaf etmiş konversiya avadanlığına  malik 

bəzi zavodlarda isə, ümumiyyətlə mazut istehsal etmirlər. 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə