Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 7,54 Kb.
tarix26.03.2018
ölçüsü7,54 Kb.
#34665

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №9

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Mülki Müdafiə

Rəhbər:Məmmədov Vahid

Sərbəst işin mövzusu: Kimyəvi zəhərlənmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması

BAKI-2015

Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi silahın (ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində oradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoreoloji şəraitdən və yerin relyefildən asılı olur .Kimyəvi zəhərlənmə ocağı iki zonaya- ZMlə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya aid edilir. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi resperatorlardan istifadə olunur.

Radioaktiv zəhərlənmə zonalarında görülən tədbirlər. Radioaktiv zəhərlənmə zonasında radiasiyanın səviyyəsini müəyyən etmək üçün kəşfiyyat işləri aparılır, xəstəlik və ölümün sayı hesablanılır və görüləcək işlərin (baytar emalı, heyvanların müalicəsi və ya məhv edilməsi, tikilinin, yemin, suyun dezaktivasiyası və s.) həcmi müəyyən edilir. Radioaktiv zəhərlənmə zonasında heyvanların mühafizə və saxlanma rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır.

Qapalı şəraitdə saxlanılan heyvanlar radioaktiv maddələrdən etibarlı mühafizə edilir. Tikilidən kənarda təhlükə sovuşmayana qədər onlar tikili daxilində saxlanılır.



Ərazinin zəhərləyici maddələrdən təmizlənməsi Kənd təsərrüfat heyvanlarının saxlanma yerlərinin zəhərsizləşdirilməsi böyük qüvvə və vasitələrin sərfiyyatını tələb edir. Məsələn, 1 hektar sahədə deqazasiya işlərinin görülməsi üçün 10 ton deqazasiya məhlulu işlədilir. Ona görə də zəhərsizləşdirilməyə yalnız insanların yaşayaraq işlədiyi, heyvanların və ərzağın saxlanılması nəzərdə tutulan ərazi məruz qalır. Digər ərazilər isə xüsusi məhdudedici işarələrlə qeyd olunaraq öz- özünə zəhərsizləşdirməsi üçün saxlanılır. Dağıdıcı amilin növündən asılı olaraq ərazinin, yemin, su- 103 yun və digər əşyaların zəhərsizləşdirilməsi dezaktivasiya, deqazasiya və dezinfeksiya adlandırılır. Kənd təsərrüfat heyvanlarının saxlanılma yerlərinin, ərazinin, kənd təsərrüfatı texnikasının, ərzağın, suyun təmizlənməsi müxtəlif – mexaniki, fiziki, kimyəvi, fiziki-kimyəvi və kombinə edilmiş üsullarla aparıla bilər.
Yüklə 7,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə