Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

Burada  iqtisadi  optimum  müvəqqəti  haldır. 
Məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsini  müəyyən  edən 
zaman  üstünlük  sosial  optimuma  verilmişdir.  Çünki  o 
əmək  şəraitinin  və  adamların  istirahəti,  ətraf  mühitdə 
tarazlığın  saxlanılması  üçün  daha  əlverişli  şəraiti  təmin 
edir. 
Ekoloji  amillər  alınmaqla  burada  A
1
  ətraf  mühitin 
keyfiyyətinə  uyğun  gələ  biləcək  çirklənmənin  ləğvinə 
yönəldilən  məsrəfləri  (Ç
i
)  ayırmaq  lazımdır  (Ç
2
 

  Ç 

 
Ç
3
).  Ç
i
  -  nin  miqdarı  regionun  xüsusiyyətinə  görə 
müəyyənləşdirilir. 
Əgər  region  əhalisi  sıx  olan  rayondursa,  onda  A  
konsentrantın  mümkün  həddinə  (KMH)  yaxınlaşacaqdır, 
əgər  sənaye  rayonudursa,  konsenrantın  maksimum 
çirklənmə  səviyyəsinə  (KMÇS)  yaxınlaşacaqdır.  KMH  və 
KMÇS-in  dəyişməsindən  asılı  olaraq  planlaşdırmanın 
müxtəlif 
mərhələlərin 
A-nın 
mümkün 
intervalının 
əhəmiyyəti də dəyişəcəkdir. 
Proqnozlaşdırılan 
dövrdə 
təbiəti 
mühafizə 
məsrəflərinin  ümumi  miqdarını  müəyyən  etmək  üçün  vaxt 
amilinin də nəzərə alınması zəruridir: 
 
   
 
Ç
cəm
 =

T
()
1
=
n
1
t
nu
t
t
)
V
+
1
(
S
+
K
 
        (1.2.10) 


Burada: 
K
t
 - t ilində tədbirlərə yönəldilən kapital qoyuluşu; 
S
t
  -  t  ilində  (renovasiya  ayırmaları  daxil  edilmədən) 
obyektlərin mühafizə arası istismar məsrəfləri. 
Ətraf  mühitin  çirklənməsindən  dəyən  zərər  xalq 
təsərrüfatına  dəyən  zərərlərin  kompensasiyasını  və  qalan 
zərərləri  ifadə  edir.  Qalan  zərər  iqtisadi  zərərin  bir  hissəsi 
olub  ətraf  mühitin  çirklənməsindən  əmələ  gələn  zərərlərin 
kompensasiya 
edilməsi 
tədbirlərinin 
həyata 
keçirilməsindən sonra yaranan zərərlərdir. 
Onu da qeyd etmək lazımdır ki, çirklənmənin ləğvi və 
neytrallaşdırılması  tədbirlərinə  çəkilən  xərc  iqtisadi  zərərə 
aid  edilmir.  Çünki  bu  tədbirlər  onun  özünün  azalmasına 
gətirib  çıxardır.  Bir  qayda  olaraq  əvvəlcədən  hesablanmış 
zərərlər  real  surətdə  mövcud  olan  zərərlərdən  az  olur. 
Mövcud  real  zərərin  30-40%-zi  aşağıdakı  səbəblər 
üzündən nəzərə alına bilmir. 
Zəruri  informasiyaların  toplanması  və  işlənməsi  üzrə 
kifayət  dərəcədə  sisteminin  olmaması.  Bugünkü  iqtisadi 
bilik 
səviyyəsi 
imkan 
vermir 
ki, 
ətraf  mühitin 
mühafizəsinə  dəyən  zərərlərin  bəzi  ünsürlərinin  dəyər 
formasında müəyyənləşdirək. 
Belə  çatışmamazlığın  aradan  qaldırılması  gərgin 
əmək  və  vaxt  tələb  edir.  Ona  görə  də,  ayrı-ayrı  sahələrdə 
təbiətin  mühafizə  fəaliyyətinin  səmərələşdirilməsində 


zərərlərin  təqribi  iqtisadi  qiymətləndirilməsi  xüsusi 
əhəmiyyət kəsb edir. 
Hazırda  iqtisadi  zərərin  qiymətləndirilməsi  dərindən 
öyrənilir.  Ətraf  mühitin  çirklənməsindən  əmələ  gələn 
zərərin  iqtisadi  qiymətləndirilməsi  üç  əsas  metod  üzrə 
hesablanır. 
Bu  metod  çirklənmiş  və  nəzərdə  tutulan  rayon 
göstəricilərinin  müqayisəsinə  əsaslanır.  Burada  ən  mühüm 
cəhət  sosial-gigiyena,  təsərrüfatçılıq  şəraiti,  hava-iqlim 
şəraiti  oxşar olub, ancaq  çirklənmə  səviyyəsinə  görə fərq-
lənən  rayonun  düzgün  seçilməsidir.  Hər  bir  lakonik 
zərərlərə görə nəzarət rayonu seçilir. 
İqtisadi  metod  -  analitik  metoddur.  İqtisadi  zərərin 
həcmi  ilə  çirklənmə  səviyyəsi  arasındakı  riyazi  asılılıq  bu 
metodun  əsasını  təşkil  edir.  Mühitə  mənfi  təsir  göstərən 
amillər  (sosial-gigiyena,  meteorologiya,  texniki  və  s.) 
içərisində  ən  çox  çirkləndirici  maddə  buraxan  amili 
müəyyənləşdirmək  çətin  olduqda  və  ya  heç  mümkün 
olmadıqda  bu  metoddan  istifadə  edilir.  Bu  vəziyyətdə 
riyazi asılılığın müəyyənləşdirilməsinin ən yaxşı üsulu çox 
amilli təhlildir. 
Üçüncü  metod  -  kombinələşdirilmiş  metoddur. 
Çirklənmə səviyyəsindən irəli gələn zərərin həcmini riyazi 
asılılıqla 
müəyyən 
edərkən 
(əvvəlki 
iki 
metoda) 
hesablamalar ayrılıqda götürülmüş bir obyekt üzrə aparılır. 


Bu  metod  imkan  verir  ki,  empirik  cəhətdən  zərərin  xüsusi 
çəkisi qiymətləndirilsin. 
Zərərin  iqtisadi  qiymətləndirilməsinə  dair  verilən 
metodik təkliflər əsasən birbaşa hesab metoduna  əsaslanır. 
Eyni  zamanda  həmin  məsələ  neft-qaz  sənayesində  təbiəti 
mühafizə  tədbirlərinin  iqtisadi  səmərəliliyinin  müəyyən 
edilməsi  üzrə  müvəqqəti  metodik  göstəricilərdə  də  öz 
əksini tapmışdır. 
 
1.3. Azərbaycanda yanacaq-enerji kompleksində ətraf 
mühitin mühafizəsinin təşkilati-hüquqi əsasları 
 
Ətraf  mühitə  zəhərləyici  maddələrin  yayılmasının 
hesablanması sahəsində həll edilməmiş problemlər çoxdur. 
Fikrimizcə, 
təbii 
mühitin 
vəziyyətindəki 
keyfiyyət 
dəyişikliyini  əks  etdirən  proqnozlaşdırma  sistemi  işlənib 
hazırlanmalıdır. 
ƏMM  keyfiyyətini  qiymətləndirmək  üçün  iki  tip 
normativi 
xatırlamaq 
yerinə 
düşər. 
Birinci 
tip 
konsentratların  mümkün  həddidir  (KMH).  Bu  tip  bioloji 
meyar  (kriteriya)  baxımından  təbii  mühitin  təmizliyinin 
tələb  olunan  optimal  səviyyəsinin  müəyyənləşdiyini 
güman  edir.  KMH-in  normativ  göstəricilərinə  riayət 
edilməsi  təbiətdən  istifadənin  perspektiv  planlaşdırılması 
mühüm tapşırıqlarından biridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə