Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.

səhifə13/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

Hələ  keçmiş  SSRİ  dövründə  sanitar  qanunçuluğu  ilə 
suyun  çirklənməsi  üzrə  420  KMH  normativi,  atmosferin 
çirklənməsi  üçün  160-dan  çox  normativ  təsdiq  edilmişdir. 
Lakin  buna  baxmayaraq,  normallaşdırılmış  çirklən-
diricilərin  və  onların  kombinasiyalarının  sayı  müntəzəm 
qaydada artır. Ona görə də, bu sahədəki mövcud metodika 
təkmilləşdirilməkdə  davam  etdirilir.  KMH-nin  normativ 
göstəricilərini qaz sənayesinə də aid etmək olar. 
İkinci  tip  normativ  isə  çirklənmənin  nəzarət 
səviyyəsidir.  Bu  tip  normativin  tələbi  isə  insan  səhhəti  və 
təbii  mühitə  dağıdıcı  təsir  göstərməmək  şərti  ilə  tibbi-
bioloji  baxımdan  mühitdə  mümkün  minimum  səviyyəyə 
yol verilsin. 
Mühitin  təmizlik  səviyyəsini  əks  etdirən  KMH-ilə 
dağıdıcı  xarakter  daşımayan  konsentratların  maksimum 
çirklənmə  səviyyəsini  (KMÇS)  əks  etdirən  göstəricilərin 
eyniləşdirilməsi  böyük  səhvlərə  gətirib  çıxara  bilər.  KMH 
və  KMÇS  çirklənmə  səviyyəsinin  mümkün  intervallarını 
əks  etdirirlər.  Çirklənmənin  regional  səviyyəsinin 
perspektiv  planlaşdırılmasının  optimal  həlli  zamanı 
normativlərin 
aralıq 
əhəmiyyəti 
müəyyənləşdirilir. 
Normativin  aralıq  əhəmiyyəti  planın  seçilməsi  bir  sıra 
amillərdən:  müəssisənin  əsas  məhsul  buraxılışının  plan 
tapşırığından,  təbiətin  mühafizəsi  üçün  ayrılan  kapital 
qoyuluşunun  limitindən,  regionun  xarakterindən  və  s. 


asılıdır [35,36]. 
Regional  planlaşdırmanın  ayrı-ayrı  mərhələləri  üzrə 
çirklənmə  səviyyəsinin  plan  göstəriciləri  bir-birindən 
fərqlənirlər.  Planlaşdırılma  prosesində  aralıq  normativləri 
perspektiv  normativlərə  (KMH)  yaxınlaşdırmaq  üçün 
aşağıdakıları  özündə  əks  etdirən  ekoloji  vəziyyətin 
pisləşməməsi  prinsipi  əsas  götürülmüşdür.  Ətraf  mühitin 
keyfiyyətinin  idarəçiliyi  və  planlaşdırılması  zamanı 
KMÇS-in  gözlənilməsi  (onun  normativlərindən)  mühüm 
sosial-ekoloji  oriyentasiyadır.  Ekoloji  cəhətdən  təmiz 
rayonlarda 
KMH 
normativlərindən 

tərəfə 
keçilməməlidir.  Digər  rayonlarda  da  çirklənmə  səviyyəsi 
planlaşdırılma 
dövrünün 
əvvəlindəki 
səviyyəsini 
göstərməlidir. 
Perspektiv  planlaşdırma  və  proqnozlaşdırmanın  hər 
bir  mərhələsində  işlənilən  konkret  normativlərin  sosial-
iqtisadi  vəziyyəti  bütünlükdə  cəmiyyətin  vəziyyəti  ilə 
əlaqələndirilməlidir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  son 
dövrlərdə  təbii  mühitin  keyfiyyətinin  artırılmasına  olan 
tələbat  daha  çox  artmışdır.  Xüsusi  ilə  KMH-də  kimyəvi 
maddələrə daha çox diqqət yetirilir. 
ƏMM  keyfiyyət  normativlərinin  planlaşdırılmasına 
nail  olmaq  üçün  mütləq  atmosferə  müvəqqəti  buraxıla 
biləcək  zəhərli  maddələrin,  çirklənmiş  su  tullantılarının, 
eləcə  də  ekoloji  yükün  mümkün  həddinin  normativini 


müəyyənləşdirmək lazımdır. 
Qaz sənayesində keyfiyyət vəziyyətini xarakterizə edən 
normativlər 
əsasən 
atmosfer 
və 
su 
üzrə 
müəyyənləşdirilmişdir.  Bəzi  ədəbiyyatlarda  KMH  zəhər-
ləyici  maddələri  və  qaz  sənaye  müəssisələrindən  atmosferə 
qaz  axımının  xarakteristikası  verilir.  Torpaq  resurslarına 
gəldikdə isə burada həm də bir çox standartlaşmış məsələlər 
tam  həll  olunmamışdır.  Ona  görə  də,  torpaq  resurslarında 
əmələ  gələn  keyfiyyət  dəyişikliklərinin  səviyyəsinin  və  ona 
təsir edən amillərin qiymətləndirilməsi çətinliklərlə rastlaşır. 
Torpaq  resursunun  standart  keyfiyyət  vəziyyəti 
duzlaşmanın,  gübrələnmənin,  bataqlıq  və  müvəqqəti  su 
basmanın,  erroziyanın,  torpağın  korlanması  normasının 
mümkün  həddini  özündə  əks  etdirməlidir.  Xətti  qurğular 
və  sənaye  meydançaları  üçün  ayrılan  torpaq  sahələrinin 
normativlərə  uyğun  gəlməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  xətti  qurğular  üçün 
ayrılmış  torpaq  sahələri  heç  də  həmişə  tikintinin  təşkili 
layihəsinə  uyğun  gəlmir.  İndiki  şəraitdə  bu  məqsəd  üçün 
ayrılan  torpaq  sahələrinə  müasir  elmi-texniki  tərəqqi, 
orada tətbiq ediləcək yeni istehsal texnologiya baxımından 
yanaşmaq  lazımdır.  Hazırda  sənaye  meydançaları  üçün 
ayrılan  torpaq  sahələrinin  normativi  yoxdur.  Ona  görə  də, 
bu  məqsəd  üçün  ayrılan  torpaq  sahələri  ayrılıqda 
götürülmüş  hər  bir  obyektin  tikintisində  işlədilən  texnika 


və qurğulara görə müəyyənləşdirilir. 
Elmi  cəhətdən  əsaslandırılmış  normativlər  sisteminin 
yaradılması proqnozlaşdırmanın əsas ünsürlərindən biridir. 
Proqnozlaşdırılan  dövrdə  normativ  bazanın  yaradılması 
regionların  sosial-iqtisadi  əlaqələrinin  və  təbii  mühitin 
keyfiyyət dəyişikliklərini optimallaşdırmağa imkan verir. 
Təbii  ehtiyatların  mühafizəsinin  müasir  konsepsiyası 
ölkənin  praktikasında  işlənib  hazırlanmış  təbiət  və 
cəmiyyətin qarşılıqlı təsirinə, dövlətin ekologiya siyasətinə 
və  təbii  ehtiyatların  qorunması  prinsiplərinə  əsaslanır 
[22,38,66]. 
Təbii  ehtiyatların  deqradasiyasını  təhlükəliliyinin 
dərk edilməsi cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin yeni 
formalarının əmələ gəlməsinə - ətraf mühitin qorunmasına 
gətirib  çıxartdı.  İlk  əvvəllər  o  konservativ  formada,  nadir, 
tarixi  əhəmiyyətli  obyektlərin,  təbiətin,  təbii  abidələrin, 
təbii  ekoloji  sistemlərin  qorunması  formasında  meydana 
gəldi.  Sənaye  və  kənd  təsərrüfatının  inkişafı  ilə  əlaqədar 
təbii  sərvətlərin  intensiv  istismarı  yeni  təbiəti  müdafiə 
tədbirlərinin  görülməsini  tələb  etdi,  bu  halda  təbiəti 
müdafiə  tədbirlərinə  eyni  zamanda  təbii  ehtiyatlardan 
istifadə fəaliyyəti daxil edilir. 
İstehsal  miqyasının  artımı  insanın  təbiətə  neqativ 
təsirinin  güclənməsinə  səbəb  olmaqla,    öz  növbəsində 
onun həyatını və sağlamlığını, müasir və gələcək nəsillərin 



Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə