Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

maraqlarını  təhlükə  altına  alır.  Bu  şəraitdə  belə  bir  fikir 
formalaşır  ki,  yalnız  təbiət  insandan  asılı  deyil,  eyni 
zamanda  insan  ətraf  mühitdən  asılıdır.  Bununla  əlaqədar 
olaraq  təbiətin  mühafizəsinin  mühüm  formalarından  biri  - 
insanın  ətraf  mühiti  müdafiə  etməsidir,  diqqət  mərkəzində 
insandır,  onun  həyatı,  sağlamlığı,  hüququ  və  onun  həyatı 
üçün əlverişli mühitin olmasıdır. 
Müasir  şəraitdə  ətraf  mühiti  mühafizə  formalarının 
məzmunu  təkmilləşir,  eyni  zamanda  təbii  ehtiyatların 
mühafizəsinin  məqsədi  və  onun  həyata  keçirilməsi 
metodları  dəqiqləşdirilir.  Keyfiyyət  xarakterli  məsələlərin 
həllindən  (ayrı-ayrı  təbii  ehtiyatların  mühafizəsi,  təbiətin 
müəyyən  resurslarından  səmərəli  istifadə  edilməsi)  asılı 
olaraq  cəmiyyət  tədricən  təbiətə  öz  təsirini  göstərir  və  bu 
onun  təbiətlə  qarşılıqlı  əlaqəsi  -  təbii  ehtiyatlarının 
keyfiyyətini saxlamaqla təbiəti və insanı dəyişdirən ekoloji 
sistem elə vəziyyətdə olmalıdır ki, onun xüsusiyyətləri tam 
həcmdə saxlanılsın, insan, təbiət və onların təkrar istehsalı 
maddələr mübadiləsi və enerji daim mübadilə olunur. 
Antropogen  təsirlərə  məruz  qalmayan  təbii  ekoloji 
sistemlərdə  ətraf  mühitin  keyfiyyəti  təbiətin  özü  tərəfdən 
tənzimlənir.  Belə  bir  şəraitdə  təsərrüfat  fəaliyyəti  ilə 
məşğul olarkən əsas məsələ mövcud balansı pozmamaqdır. 
Pozulmuş  ekoloji  sistemlərdə  ətraf  mühitin  və  təbii 
ehtiyatların 
keyfiyyətlərinin 
yaxşılaşması 
istehsalçı 


müəssisələrin  maraqları  və  təbiəti  mühafizə  tədbirlərinin 
nəzərə  alınması  nəticəsində  əldə  edilir.  Tənzimlənmənin 
belə  metodu  ətraf  mühitin  keyfiyyətinin  idarə  edilməsi 
adlanır. 
Burada 
müasir 
şəraitdə 
ətraf 
mühitin 
mühafizəsinin mahiyyəti - insanın yaşayışının keyfiyyətini 
təmin  edən  cəmiyyətin  iqtisadi  və  ekoloji  maraqlarının 
optimal  nisbətinə  nail  olmaqdan,  yəni  iqtisadiyyatın  daha 
da  inkişafı  və  ətraf  mühitin  qorunması  əsasında  onun 
maddi  və  mənəvi  tələbatlarının  təmin  edilməsindən 
ibarətdir. 
Bu nöqteyi-nəzərdən ətraf mühitin mühafizəsi özündə 
milli və beynəlxalq tədbirləri birləşdirir, insan fəaliyyəti və 
ətraf  mühitin  harmonik  inkişafını  təmin  edən,  insan  və 
təbiət  üçün  zərərli  olan  təsərrüfat  fəaliyyətini  qadağan 
edən, təbii sərvətlərin geniş təkrar istehsalı, müasir dövr və 
gələcək 
naminə 
sağlam 
həyat 
fəaliyyətinin 
formalaşmasıdır. 
Ekoloji problemlərin müasir vəziyyəti üç əsas meyllə 
xarakterizə olunur: 
-
 
Ətraf  mühitin  mühafizəsinin  humanistləşdirilməsi 
təmiz,  sağlam,  insan  üçün  əlverişli  mühitin 
yaranması,  ətraf  mühitin  qorunması  və  onun 
yaxşılaşması  üçün  cəmiyyətin  hər  bir  üzvünün 
mənəvi və hüquqi vəzifəsini irəli sürür; 
-
 
Ətraf  mühitin  qorunmasının  intensivləşdirilməsi, 


müəssisənin  inkişafının  iqtisadi  stimullaşdırılması 
nəticəsində  iqtisadi  təhlükəsizlik  onların  təsərrüfat 
fəaliyyətinin ayrılmaz şərtinə çevrilir; 
-
 
Ətraf mühitin qorunmasının beynəlmiləşməsi.  
Təbiət  dövlət    sərhədləri  bilmir.  O,  ümumidir  və 
planet 
miqyasında 
birdir. 
Bu 
bütün 
bəşəriyyətin 
nailiyyətidir.  Ona  görə  də,  onun  mühafizəsi  bütün 
dövlətlərin və xalqların səyini və birliyini tələb edir. 
Bu  mənada  ətraf  mühitin  mühafizəsi  özündə  milli  və 
beynəlxalq  tədbirlər  sistemini  birləşdirir,  insan  fəaliyyəti 
ilə  ətraf  mühitin  əlverişli  vəziyyətinin  qarşılıqlı  əlaqəsini, 
insan  və  təbiət  üçün  zərərli  tullantıların  azaldılması,  təbii 
sərvətlərin  saxlanması  və  təkrar  istehsalı,  aktiv  həyat 
fəaliyyətinin formalaşmasını təmin edir. 
Təbii  resurslar  iki  növə  bölünür:  ekoloji  və  iqtisadi. 
Birinci halda onlar həyat mənbəyi kimi bütöv təbiəti əhatə 
edir.  İkinci  halda  daha  dar  mənada  -  cəmiyyətin  maddi 
istehsal  mənbələri,  cəmiyyət  tərəfindən  təbiətin  istehsal 
obyektləri,  insanın  təsərrüfat  fəaliyyəti  üçün  materiallar 
daxildir.  Təbiətin  iqtisadi  resurslarının  məhdudluğu, 
onların  təkrar  olunmaması  (faydalı  qazıntılar),  yaxud 
onların  təkrar  istehsalının  nisbətən  uzun  olması  (meşələr) 
onlardan səmərəli istifadə etməyi tələb edir. 
Təbii  ehtiyatların  mühafizəsinin  məqsədi  qanuna 
müvafıq  olaraq  ümumi  və  xüsusiyə  bölünürlər.  Ümumi 


məqsədlərə  ətraf  mühitin  əlverişli  keyfiyyətinin  təmin 
edilməsi,  ekoloji  tarazlıq,  əhalinin  sağlamlığı  və  maddi 
rifah  halı,  təbiətin  gözəlliyinin  saxlanması,  insanlar  üçün 
məhsuldar və çox cəhətli təbii mühit daxildir. 
Xüsusi  məqsədlərə  ümumi  məqsədlərdən  doğan 
konkret  məsələlər  müəssisələrin  ətraf  mühiti  qoruma 
tədbirləri,  ayrı-ayrı  təbii  obyektlərin  və  komplekslərin 
qorunması daxildir. 
Məqsəd  və  vəzifələrin  həyata  keçmə  üsulları 
müxtəlifdir. 
Müasir 
ekoloji 
ədəbiyyatlarda 
təbii 
ehtiyatların  qorunması,  ətraf  mühitin  mühafizəsi,  təbii 
ehtiyatlardan 
səmərəli 
istifadə 
edilməsi, 
təbiətdən 
istifadənin  təmin  edilməsi  kimi  terminlər  tez-tez  işlənir. 
Təbiətin  qorunması  bilavasitə  təbiətə  aid  edilir,  onun 
mühafizəsi isə insanı əhatə edən ətraf mühitdir. 
Təbiətin  qorunması  haqqında  qanunda  ekoloji 
məsələlərin  mahiyyəti,  təbiətin  qorunması  üçün  görülən 
tədbirlər  və  onun  qorunması  üsulları  şərh  edilir.  Bu 
qanunun  mahiyyəti  ondan  ibarətdir  ki,  ətraf  mühitin 
korlanması,  onun  qarşısının alınması  üçün  lazımi  tədbirlər 
görülməsi tələb olunur, təbii ehtiyatlardan səmərəli istifadə 
olunması,  təbii  sərvətlərin  bərpa  olunması  və  onun  təkrar 
istehsalı,  insan  üçün  əlverişli  ətraf  mühitin  formalaşması, 
cəmiyyətdə  ekoloji  tərbiyə,  insanın  həyatı  və  cəmiyyətin 
maddi  əsaslarının  inkişafı  naminə  təbii  sərvətlərə  səmərəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə