Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

Belə obyektiv məhdudlaşdırıcı meyarlar ətraf mühitin 
keyfiyyətinin  dövlət  standartları,  normal  ekoloji  riskin 
imkanları və onun hədləri kimi digər şərtlər daxildir. 
Qanuni  zərər  plan  xarakteri  daşıyır.  O,  təbiətdə  olan 
itkiləri bərpa etmək üçün olan real  imkanlardan  çıxış edir. 
Ona  görə  də,  istehsal  təsərrüfat  fəaliyyəti  nəticəsində 
dəyən  zərər  və  onun  ödənməsi  dövlət  sənədlərində  öz 
əksini tapır. 
Qeyri-qanuni 
zərər 
ekologiyanın 
qorunmasının 
mühüm  tərkib  hissəsidir.  O,  təbiətə  zərər  vuranlar 
tərəfindən ödənilir. 
Bu  iki  növ  məsuliyyət  sonrakı  funksiyanı  yerinə 
yetirir  -  dəyən  zərərin  kompensasiyası,  repressiv  (dəyən 
zərərin  dəyərini  ödəmək  və  ya  dəyən  zərərin  nəticələrini 
ləğv etmək üçün cəzalandırmaq), tərbiyəvi. 
Əgər  hüquqi  tədbirlər  adətən  hüquqi  normaların 
pozulması ilə əlaqədardırsa, iqtisadi tədbirlər faktiki dəyən 
zərərə görə müəyyən edilir. 
İqtisadi  tədbirlər  üç  funksiya  yerinə  yetirir. 
Stimullaşdırıcı  funksiya  birinci  dərəcəli  əhəmiyyət  kəsb 
edir.  Ətraf  mühiti  çirkləndirən  müəssisələri  maddi 
cəhətdən  stimullaşdırır,  ekoloji  təhlükəsizliyi  təmin  etmək 
üçün kompleks təbiəti mühafizə tədbirləri görməyə məcbur 
edir. 
Digər 
funksiyası 
təbii 
sərvətlərin 
bərpasına 
yönəldilmiş kompensasiya funksiyasıdır. 


İqtisadi  tədbirlərə  təsərrüfat  fəaliyyəti  nəticəsində 
ətraf  mühitə  buraxılan  çirkləndirici  maddələrə  görə 
ödəmələr,  təbii  resurslardan  istifadəyə  görə  haqq,  təbii 
mühiti  korlamağa  görə  kompensasiya  aiddir.  Adətən  onlar 
təsərrüfat  fəaliyyəti  nəticəsində  dəyən  zərərə  görə  tətbiq 
olunurlar.  Əgər  təbiətə  dəyən  zərər  müəyyən  olunmuş 
normanı keçərsə, onda cərimələrin həcmi artır. 
İqtisadi  təsirin  ən  geniş  yayılmış  tədbiri  təbii 
sərvətlərdən  istifadəyə  görə  və  istehsal  tullantılarına  görə 
iqtisadi  təsir  tədbirləridir.  Onlar  təsərrüfat  cərimələri, 
təbiətdən  istifadəyə  görə,  üzvlük  haqları  kimi  tətbiq 
olunurlar. 
Təbii  mühitə  buraxılan  zərərli  maddələrə  görə 
ödəmələrin  iqtisadi  normativləri  təbii  komplekslərin 
xüsusiyyətlərini,  tullantıların  tərkibi  və  xüsusiyyətlərini 
nəzərə  almaqla,  zərərli  maddələri  ləğv  etmək  və 
çirklənmənin  qarşısını  almaq  üçün  lazım  olan  məsrəflər 
daxildir.  Belə  ödəmələrin  mənbəyi  müəssisələrin  mənfəət 
gəlirləridir.  Müəyyən  olunmuş  normanı  keçdikdə  təbii 
mühitin  qəza  çirklənməsi  nəticəsində  ödəmələrin  həcmi 
normativə  görə  bir  neçə  dəfə  artır.  Ekoloji  pozuntular 
inzibati məsuliyyətin predmetidir. 
 


2. AZƏRBAYCANDA YANACAQ-ENERJİ 
KOMPLEKSİNİN İNKİŞAFI VƏ İQTİSADİ-EKOLOJİ 
VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
2.1. Azərbaycanda yanacaq-enerji kompleksinin inkişaf 
xüsusiyyətləri 
 
Neft  sənayesinin  inkişafını  və  neft  ehtiyatının 
mənimsənilməsi xüsusiyyətlərini aşkarlamaq üçün bunlara üç 
mühüm dövr kəsiyində baxmaq lazımdır: 
1.
 
Azərbaycanda  Sovet  hakimiyyəti    qurulan  dövrə 
(1869-1920-ci illər) qədər; 
2.
 
Sovet hakimiyyəti illəri  (1920-1991-ci illər); 
3.
 
Azərbaycanın  müstəqillik  əldə  etdiyi  dövr,  xüsusən 
1994-cü ildən sonrakı dövr. 
1-ci  dövr  neft  sənayesinin  primitiv  əl  üsulu  ilə 
mənimsənilməsi  istehsalın  cüzi  hasilatı  ilə  xarakterizə 
olunur.  Neft  hələ  çox  qədim  zamanlardan  məlum  olsa  da, 
onun  sənaye  üsulu  ilə  istehsalına  xeyli  sonralar  başlanılıb.  
XIX əsrin əvvəllərində Azərbaycanda neft əsasən əllə qazılan 
quyulardan  çıxarılıb.  1825-ci  ildə  Abşeron  yarımadasında  5 
yerdə  –  Balaxanı,  Sabunçu,  Binəqədi,  Bibiheybət  və 
Şabunçuda  əllə  quyulardan  neft  çıxarılırdı.  Bu  dövrdə  neft 
sənayesinin  inkişafı  sistemsiz  bir  xarakter  daşıyırdı,  yəni 


hansı  yataqda  çox  neft  aşkar  edilirdisə  də,  orada  da  qazma 
işləri aparılırdı [10]. 
Azərbaycanda  1869-cu  ildən  başlayaraq  neftin 
mexaniki  üsulla  quyulardan  sənaye  miqyasında  çıxarılması 
təşkil  edilib.    1869-cu  ildə  Balaxanıda  və  1871-ci  ildə 
Bibiheybətdə  neftin  sənaye  əhəmiyyətli  hasilatı  başlanılıb. 
Həmin dövrdən etibarən Abşeron yarımadasında bir sıra neft 
yataqları açılıb. 
 1863-cü  ildə  Pirallahı  adasında  mexaniki  üsulla  quyu 
qazmağa  cəhd  edilsə  də  heç  bir  nəticə  verməyib.    Sənaye 
əhəmiyyətli  neft  quyusu  ilk  dəfə  olaraq  1848-ci  ildə  quruda 
qazılmışdı.   Pirallahı  adasında  yalnız  1902-ci  ildə  neft  hasil 
edilmişdi. 
 Bakı  neft  ayırma  sənayesində  ən  böyük  uğur  istehsal 
olunan  kerasinin  xarici  bazara  çıxarılması  olub,  bu  1883-cü 
ili  əhatə  edir.  O  dövrdə  Bakı  kerasini  Amerika  kerasinini 
Rusiya  bazarından  da  sıxışdırıb  çıxara  bilib.  Bundan  sonra 
1897-ci  ildə  Bakıdan  Batumiyə  birbaşa  neft  kəməri  çəkilib 
bu kəmərlə yalnız ağ neft ixrac olunub.  
XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  neft  Bakı 
buxtasını  dünyanın  ən  böyük  biznes  mərkəzlərindən  birinə 
çevirib.  
Xarici  neft  şirkətlərinin    Azərbaycana  gəlişi  ilə  Bakı 
nefti  Qərbi  Avropaya  da  daşınmağa  başlanıb.    Neftin 
daşındığı  ölkələr  Misir,  Türkiyə,  Belçika,  Fransa,  İngiltərə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə