Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

Almaniya,  İtaliya,  Bolqarıstan,  Hollandiya  və  digər  ölkələr 
idi.    Dəmir  yolu,  dəniz  limanları  və  boru  kəmərləri  neft 
daşınmasında başlıca rol oynayırdı.   
XX əsrin əvvəllərində  yəni 1901-ci ildə Azərbaycanda 
hasil  olunan  neftin  miqdarı  11,5  mln.  ton  olmuşdur.  Bu  da 
bütün  dünyada  həmin  ildə  çıxarılan  neftin  50%-dən  çoxunu 
təşkil edib.  
1902-ci  ildən  azalmağa  başlayan  neft  istehsalı  1918-ci 
ilə  kimi,  Bakı  neft  sənayesinin  müstəqillik  qazanmasına 
qədər davam etdi. Ümumi faydalı neft istehsalı 1913-cü ildə 
463 mln. puda, 1915-ci ildə 422 mln. puda, 1918-ci ildə 178 
mln.  puda  düşür.  Yazılı  mənbələrdə  ümumi  neft  istehsalı 
verilir. 1913-cü ildə  7,7 mln. ton, 1915-ci ildə 7040 min ton, 
1918-ci ildə isə 2976 min ton olmuşdur. 
 Mexaniki  qazma  inkişaf  etdikcə  neft  hasilatı  artıb  və 
bununla yanaşı neft sənayesinin infrasturkturu inkişaf etməyə 
başlayıb.  1920-ci  ilə  qədər  olan  dövr  Azərbaycan  neft 
sənayesinin neft hasilatı baxımından yüksəliş dövrü olmuş və 
ildə neft hasilatı 7-8 mln. tona çatmışdır. 
1920-ci ildə ölkədə baş verən inqilabi hadisələr zamanı 
neft  mədənləri  dağıdılmış,  neft  hasilatı  isə  3  mln.  tona 
enmişdir. 
1940-1945-ci  illər  neft  hasilatının  ən  yüksək  dirçəliş 
dövrü olmuşdür. Belə ki, müharibə illərində əldə edilmiş neft 
hasilatı 22-23,5 mln. ton olmuşdur.  


Lakin  müharibədən  sonrakı  illərdə  neft  hasilatı  tempi 
azalmağa  doğru  meyl  etmişdir.  1946-cı  ildə  12,0  mln.  ton, 
1960-cı  ildə  5,7  mln.  ton,  1975-ci  ildə  9,8  mln.  tona,  1985-
1990-cı  illərdə  stabilləşərək  13,0  mln.  tona,  1996-cı  ildə  isə 
9,1 mln. tona enmişdir.  
Azərbaycanın  neft  və  qaz  sənayesinin  inkişafı  xalq 
təsərrüfatı  tələblərinə  uyğun  həyata  keçirilmiş  və  daxili 
tələbatın  ödənilməsinə  yönəldildiyindən  neft  ehtiyatının 
mənimsənilməsi qeyri-stabil xarakter daşımışdır. 
Zəngin  neft  ehtiyatlarına  malik  olmasına  baxmayaraq, 
XX  əsrin  70-80-ci  illərində  Azərbaycanda  neft  hasilatının 
tempi  sürətlə  aşağı  düşüb.  Bu,  Azərbaycanın  həm  quru 
ərazisində, həm də dənizin dayaz  yerlərində  istismar olunan 
iri  yataqların  artıq  tükənməsi,  yeni  yataqların  isə  istismara 
verilməməsi ilə əlaqədar idi.  
70-80-ci  illərdə      Azərbaycanda  kəşf  edilən  yeni  neft 
yataqları  dənizin  daha  dərin  yerlərində  və  daha  dərin 
qatlarında yerləşdiyindən neftin istismarı daha çox xərc tələb 
edirdi və çıxarılan neft baha başa gəlirdi.  
Azərbaycan,  müstəqillik  əldə  etdikdən  sonra  ilk 
növbədə  zəngin  neft  ehtiyatlarından  səmərəli  istifadə  etməli 
idi. Çünki onun dünya bazarında   müəyyən yer tutması, neft 
ixrac  edən  ölkələr  sırasına  qovuşması  daxili  və  xarici 
tələblərə  tam  cavab  vermək  səviyyəsinə  yüksəlməsi  və  hər 


şeydən  əvvəl,    respublikada  neftqazçıxarma  sənayesinin 
inkişaf istiqamətinə üstünlük verilməsindən çox asılıdır.  
Neftdən  gələn  böyük  gəlirlər  ölkədə  iqtisadi  sabitliyi  
təmin  etməklə  iqtisadiyyatı  tənəzzüldən  çıxaracaq  başlıca 
vasitədir.  Lakin  Azərbaycan  öz  gücü  ilə  neft  yataqlarını 
istismar etmək imkanına malik deyildir. Belə ki ölkənin neft 
sənayesində  istifadə  olunan  texnika  və  texnologiya 
köhnəlmişdi  və  müasir  tələblərə  cavab  vermirdi.  Həmçinin 
dənizdə  qazma  işləri  aparmaq  üçün  lazımi  hidrotexniki 
qurğuların  olmaması,  neft  hasilatı  sahəsində  müasir  texnika 
və texnologiyaya malik deyildi. 
Bütün bunlarla  yanaşı neft  yataqlarının işlənilməsi çox 
böyük 
həcmlərdə 
investisiya 
tələb 
edirdi. 
Lakin 
respublikanın  maliyyə  resursları  yox  idi.  Qeyd  olunan 
iqtisadi problemləri həll etməyin  ən real yolu xarici şirkətləri 
və investorları neft hasilatına cəlb etmək tələb olunurdu.  
Azərbaycanın  zəngin  neft  ehtiyatlarının  istismarına 
dünyanın  nəhəng  neft  şirkətlərinin  cəlb  edilməsində  bu 
iqtisadi amillər mühüm rol oynayırdı.  Xarici dövlət şirkətləri 
ilə  bağlanan  müqavilələr  Azərbaycan  neft  sənayesinin  150 
ildən  artıq  inkişaf  dövründə  yeni  bir  mərhələni,  ən  mühüm 
dönüş  nöqtəsini  açır.    Çünki  məhz  bu  dövrdən  başlayaraq 
Azərbaycanın  neft  və  qaz  sənayesi  beynəlxalq  sistemə 
qovuşmuşdur. 


Azərbaycanın neft siyasətini müəyyən edən ən mühüm 
amil  onun  hansı  həcmdə  ehtiyata  malik  olmasıdır.  Bu 
mümkün 
olan 
investisiya 
qoyuluşunun 
həcmini 
müəyyənləşdirən bir amildir. Bəzi mütəxəssislərin qənaətinə 
görə, bir sıra köhnə laylar və dərin yataqlar nəzərə alınmaqla, 
Xəzər  dənizinin  Azərbaycan  sektorunda  neftin  həcmi  20 
mlrd. ton ola bilər. 
Dünya  neft  ölkələrinin  təcrübəsi  göstərir  ki,  dəniz 
şəraitində  40  mln.  ton  nefti  çıxarmaq  üçün  hər  5  ildən  bir 
kəşfiyyat işlərinə 300 milyon dollar investisiya qoyulmalıdır. 
Ümumiyyətlə qazma işləri çox böyük investisiya tələb edir. 
Müasir  dövrdə  yanacaq  –  enrji  kompleksinin  inkişafı 
Xəzər dənizinin  Azərbaycana məxsus olan sektorundakı neft 
və  qaz  yataqlarının  mənimsənilməsinə  əsaslanır.  Bütün 
bunların  yerinə  yetirilməsində  xarici  neft  şirkətləri  mühüm 
rol oynayırlar.  
1994-cü  ilin  sentyabrında  bu  istiqamətdə  ilk  müqavilə 
«Azəri-Çıraq»  yataqlarının  və  «Günəşli»  yatağının  dərin  su 
qatlarında (200 metrdən dərin) yerləşən hissəsinin işlənilməsi 
üçün  dünyanın  ən  məşhur  neft  şirkətlərini  cəlb  etməklə 
«Hasilatın pay bölgüsü» tipli «Əsrin müqaviləsi» imzalandı. 
Bağlanmış müqavilənin şərtlərinə görə həmin yataqların neft 
ehtiyatı 511 mln. ton, qaz ehtiyatı isə 200 mlrd. m

həcmində 
qiymətləndirilir.  Yataqların  işlənmə  müddəti  30  il  nəzərdə 
tutulur.  Bu  yataqların  işlənməsinə  7,5  mlrd.  ABŞ  dolları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə