Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

qarşı 37,8 min ton, o cümlədən quruda 19,9 min ton, dənizdə 
9,2 min ton əlavə neft hasil edilmişdir. 
Dəniz  yataqlarında  neftçıxarma  proseslərinin  həyata 
keçirilməsi  məqsədi  ilə  ayrı-ayrı  obyektlər  və  laylar  üzrə 
statistik,  dinamik  və  riyazi  modellərdən  istifadə  edərək 
quyularda  laydaxili  emulsiyaların  parçalanması,  quyudibi 
zonaya 
su 
sızmasının 
qarşısının 
alınması 
üçün 
deemulqatorların  və  kimyəvi  maddələrin  tətbiqi,  laylara 
impuls  təsir  üsulları,  qum  tıxaclarının  qarşısının  alınması 
üçün  boruarxası  fazaya  xüsusi  maddələrin  vurulması, 
qaldırıcı  borularda  parafin  çökməsinin  qarşısının  alınması 
üçün  səthi-aktiv  maddələrin  tətbiqi  və  s.  tədbirlərin 
görülməsi il ərzində davam etdirilmişdir. 
"Azneft" İB 701 geoloji tədbir planına qarşı 884 tədbir 
həyata  keçirmişdir  ki,  bunlardan  703-ü  səmərəli  olmuşdur. 
Keçirilən  tədbirlər  nəticəsində  260  min  ton  plana  qarşı  595 
min ton əlavə neft hasil edilmişdir. 
2006-cı      ildə    proqnozlaşdırılan    138400  m  əvəzinə   
151494  m    ümumi      qazma    keçidi  olmuşdur  ki,  bu  da 
proqnozdan  9,5%  və  ya  3094  m  çoxdur.  O  cümlədən, 
istismar  qazması  üzrə  proqnozdan  13377  m  çox,  kəşfiyyat 
qazması üzrə - 283 m az qazma keçidi olmuşdur. 
2006-cı      ildə      Dövlət      Neft      Şirkəti      (quruda 
fəaliyyət  göstərən  MM  və  ƏŞ-lər  nəzərə  alınmaqla)      üzrə  
8993,8  min  ton,   o  cümlədən "Azneft" IB üzrə 7841,3 min 


ton,  MM  və  ƏŞ-lər  üzrə  1152,5  min  ton  neft  hasil 
olunmuşdur. 
ARDNŞ  üzrə  ümumi  neft  hasilatının  40,2%-i  fontan, 
39,9%-i  qazlift  (erlitf),  19,9%-i  dərinlik  nasosu  (ştanqlı  və 
dalma) üsulları ilə həyata keçirilmişdir. 
ARDNŞ  üzrə  2006-cı  ildə  hasil  olunmuş  neftin 
94,8%-i  keçici  fond  quyularından,  0,8%-i  fəaliyyətsiz 
fonddan  istismara  qaytarılmış  quyulardan,  4,4%-i  isə  yeni 
quyulardan alınmışdır. 
2006-cı  ildə  Dövlət  Neft  Şirkəti  (MM  və  ƏŞ-lər 
nəzərə alınmaqla) üzrə 1403,4 min ton, o cümlədən MM və 
ƏŞ-lərin üzrə 635,2 min ton neft   ixraca  nəql  olunmuşdur. 
 
Neft  hasilatı  və  təhvili  proqnozlarının  artıqlaması  ilə 
yerinə  yetirilməsinə  aşağıdakı  əsas  tədbirlər  hesabına  nail 
olunmuşdur:   

 
ARDNŞ  üzrə  qazımadan  faktiki  olaraq  114  quyu 
istismara  daxil  edilmiş  və  398,0  min  ton  neft  hasil 
olunmuşdur. O cümlədən, "Azneft" İB  üzrə  60  quyu 
istismara  daxil  edilərək  194,8  min  ton  neft  hasil 
olunması  proqnozlaşdırıldığı  halda,  faktiki  olaraq  76 
quyu  istismara  daxil  edilmiş  və  338,9  min  ton  neft 
hasil olunmuşdur;   

 
Fəaliyyətsiz fonddan 493 quyu istismara daxil edilmiş 
və  74,0  min  ton  neft  hasil  olunmuşdur.  O  cümlədən, 
"Azneft"  İB  üzrə  217  quyu  istismara  daxil  edilərək 


46,7 min ton neft hasil edilmişdir

 
Həyata  keçirilmiş  5900-ə  qədər  geoloji-texniki  tədbir 
hesabına 600 min ton əlavə neft hasil olunmuşdur
 

 
"Günəşli" yatağının 8 və 19 saylı özüllərdə layihə üzrə 
nəzərdə    tutulmuş  quyuların  hamısının    qazılıb  
qurtarmasına    baxmayaraq,      əlavə  layihə  və  tikinti-
quraşdırma  işləri      aparmaqla  3  yeni    quyunun  
qazılması  üçün  texniki  şərait  yaradılmışdır. 8 saylı 
özüldəki  232  saylı  quyu  210  t/gün  qaz  hasilatı  ilə 
istismara daxil edilmiş, 75  və 228 saylı quyularda isə 
qazıma işləri davam etdirilmişdir.   Bu  tədbir,   böyük  
kapital    xərci  hesabına  yeni  platforma  tikmədən, 
mövcud platformalardan yeni quyular qazmağa imkan 
vermişdir;   

 
"Günəşli"  yatağındakı  10,  15  və  19  saylı  özüllər 
qazlift  sistemi  üçün  abadlaşdırılmışdır  ki,  hunun  da 
nəticəsində  yatağın  işlənməsinin  hazırkı  dövründə 
mexaniki  istismar  üsulu  ilə  neft  hasilatının 
optimallaşdırılmasına nail olunur

 
"Günəşli" yatağı üzrə etibarlı elektrik təchizat sistemi 
qurulmuş,  platformalar  arası  zəruri  kabel  xətlərinin 
çəkilməsi başa çatdırılmış, 8, 13 və 19 saylı özüllərdə 
yarımstansiyalar quraşdırılmışdır; 

 
Neft Daşlarında tikilməkdə olan 1887 saylı özülün bir 
hissəsində  zəruri  tamamlama  işləri  görülmüş  və 


əvvəlcədən  qazılan  3  quyu  mənimsənilib  istismara 
verilmişdir.  Həmin  quyuların  ümumi  orta  gündəlik 
neft  hasilatının  340  ton  olması  faktı,  bir  daha  köhnə 
yataqların  potensialından  səmərəli  istifadənin  kifayət 
qədər perspektivli istiqamət olduğunu göstərir

 
Pirallahı  yatağında  14  quyunun  qazılması  üçün 
nəzərdə  tutulmuş  1120  saylı  özülün  tikintisi  başa 
çatdırılmışdır. 2006-cı ildə özüldə 3 quyu qazılmışdır; 

 
4  dəniz  stasionar  özülü,  2  dərin  dəniz  stasionar 
platforması,  3  estakadayanı  meydança,  1730  m-ə 
qədər  estakada  təmir  edilmiş,  bəzi  obyektlərdə  isə 
yenidənqurma və təmir işlərinə başlanılmışdır. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (MM və 
ƏŞ-lər  nəzərə  alınmaqla)  2006-cı  il ərzində  4456,0  mln.  m
3
 
qaz  hasil  etmiş  və  ABƏŞ-dən  2306,6  mln  m
3
  qaz  qəbul 
etmişdir.  2005-ci  illə  müqayisədə  ARDNŞ  üzrə  qaz  hasilatı 
13,4%,  ABƏŞ-dən  qaz  qəbulu  isə  22,2%  artmışdır.  Bir  il 
istisna  olmaqla  1982-ci  ildən  ARDNŞ  üzrə  qaz  hasilatında 
ilk dəfə olaraq artıma nail olunmuşdur. 
Qaz  hasilatı  proqnozu  hesabat  ilinin  bütün  ayları 
ərzində  artıqlaması  ilə  yerinə  yetirilmişdir.  2006-cı  ilin 
sonlarında orta gündəlik qaz hasilatı 
14,7  mln  m
3
  təşkil  
etmişdir    ki,    bu    da    ilin  əvvəlindəki  10,9  mln  m
3
 
səviyyəsindən 34,9% artıqdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə