Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   2   3   4   5   6   7   8   9   ...   50

 

möhkəmləndirməkdən,  eyni  zamanda    iqtisadiyyatın  və 
əhalinin  enerjiyə  olan  tələbatının  ödənilməsini  təmin 
etməkdən  ibarətdir.  
 
YEK-in  inkişafı    ölkənin  sosial-iqtisadi  yüksəlişini 
təmin etməklə  yanaşı  bir sıra  ekoloji problemlər də  yaradır. 
YEK-ni  inkişaf  etdirməklə,  əhalinin  və  iqtisadiyyatın  
elektrik  enerjisinə    və  digər  enerjidaşıyıcılarına  olan  
tələbatla  yanaşı,  yanacaq-enerji  kompleksində  ekoloji 
təhlükəsizliyi təmin etmək lazımdır. 
 
 
 


1. YANACAQ-ENERJİ KOMPLEKSİNİN İNKİŞAFI 
VƏ ONUN ƏTRAF MÜHİTLƏ ƏLAQƏSİNİN  
NƏZƏRİ-METODOLOJİ ƏSASLARI 
 
1.1. YEK-in  inkişafı və onun ətraf mühitlə qarşılıqlı 
əlaqəsinin xüsusiyyətləri 
 
 
Azərbaycan 
Respublikasının 
sosial-iqtisadi 
inkişafında  yanacaq-enerji  kompleksinin  müstəsna  rolu 
vardır.  Bu  gün  ölkənin  yanacaq-enerji  kompleksinin 
qarşısında  duran əsas vəzifə son on ildə qazanılmış uğurları 
möhkəmləndirməkdən,  iqtisadiyyatın  və  əhalinin  enerji 
resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin 
etməkdən  ibarətdir.  Bu  mühüm  vəzifənin  yerinə  yetirilməsi 
məqsədilə 
hazırlanmış 
«Azərbaycan 
Respublikasının 
yanacaq-enerji  kompleksinin  inkişafı  (2005—2015-ci  illər) 
üzrə  Dövlət  Proqramı»nda  qarşıdakı  on  illik  dövrdə  bu 
kompleksə  daxil  olan  sahələrin  inkişaf  istiqamətləri 
müəyyənləşdirilmiş  və  onların  reallaşması  üçün  konkret 
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
 
Dövlət  Proqramının  məqsədi  qarşıdakı  on  ildə 
Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksini 
inkişaf  etdirməklə,  əhalinin  və  iqtisadiyyatın  elektrik 
enerjisinə, qaza və digər enerjidaşıyıcılarına olan tələbatının 
daha dolğun ödənilməsinə nail olmaqdan ibarətdir. 


 
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır: 

 
Azərbaycan 
Respublikasının 
yanacaq-enerji 
kompleksinin  müasir tələblərə  uyğun inkişafının əsas 
istiqamətlərini müəyyənləşdirmək;  

 
yanacaq-enerji  kompleksinə  daxil  olan  sənaye 
sahələrinin  fəaliyyətinin  səmərəliliyinin  artırılması 
üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata 
keçirmək;  

 
enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, 
uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin 
həyata keçirilməsini təmin etmək;  

 
yanacaq-enerji  sektorunda  sağlam  rəqabət  mühitini 
formalaşdırmaq;  

 
yanacaq-enerji  kompleksinin  inkişafına  cəlb  edilən 
sərmayələrin həcmini artırmaq;  

 
yanacaq-enerji  kompleksində  ekoloji  təhlükəsizliyi 
təmin etmək;  

 
yanacaq-enerji  resurslarının  (elektrik  enerjisi  və  təbii 
qaz)  istehlakına  görə  ödənişlərin  daha  dolğun  yerinə 
yetirilməsini təmin etmək. 
XXI  əsrdə  baş  verən  elmi-texniki  tərəqqi,  məhsuldar 
qüvvələrin  sürətli  inkişafı,  istehsalın  və  əhalinin  böyük  və 
iri şəhərlərində  yüksək səviyyədə təmərküzləşməsi müsbət 
nəticələrlə  bərabər,  həm  də  kəskin  mənfi  nəticələr 
doğurmuşdur. 
Təbiət-cəmiyyət-istehsal 
arasındakı 


münasibətlər ziddiyyətli xarakter almış, ətraf mühit kəskin 
formada  çirklənmiş  və  istehsala,  əhalinin  sağlamlığına 
böyük ziyan vurmuşdur. 
İnkişaf  etmiş  əsas  sənaye  sahələri  neft-qaz  hasilatı, 
energetika,  kimya,  metallurgiya,  maşınqayırma,  tikinti 
materialları istehsalı çox tullantı verən, ətrafı əsaslı surətdə 
çirkləndirən  sahələrdir.  Uzun  illər  mütərəqqi  texnoloji 
prosesin  olmaması  və  həmin  sahələrin  sürətlə  inkişafı 
iqtisadi-ekoloji  sistemin  həddən  artıq  çirklənməsinə  səbəb 
olmuşdur.  Eyni  zamanda,  çoxlu  torpaq  sıradan  çıxmış, 
sular  çirklənmiş  və  özünün  əvvəlki  imkanlarını  itirmişdir. 
Nəticədə cəmiyyətə böyük iqtisadi və sosial ziyan dəymiş, 
əhalinin 
sağlamlığının 
qorunması 
qarşısına 
ciddi 
problemlər çıxmışdır.  
Müasir  şəraitdə  texnika  və  texnologiyanın  inkişaf 
səviyyəsi  ətraf  mühitin  çirklənməsinin  obyektiv  səbəbidir 
və  ona  təsir  edən  amillər  aşağıdakılardır:  texnika  və 
texnologiyaların  müasir  tələblərə  cavab  verməməsi, 
əməyin  elmi  əsaslarla  təşkil  olunmaması,  avadanlıqların 
istismar  müddətinin  normadan  çox  olması,  texnoloji 
proseslərin pozulması və s. 
YEK-in  istehsal  və  sosial  mənşəli  obyektlərin 
yaradılması  istər-istəməz  ətraf  mühitə  təsir  göstərir.  Bu 
baxımdan 
neft-qaz 
sənayesi 
obyektlərinin 
istehsal 
fəaliyyətinə  xüsusi  tələbat  irəli  sürülür:  ehtiyatlardan 


səmərəli  istifadə  edilməsi  və  istehsal  tullantılarının 
minimuma  endirilməsi;  ikinci  dərəcəli  məhsulun  istifadə 
edilməsi; tullantısız və az tullantılı texnologiyanın  tətbiqi;  
təbiəti  mühafizə  tədbirlərinin həyata  keçirilməsi [18]. 
Neft-qaz  sənayesinin  ikinci  mühüm  problemi  təbiəti 
mühafizə  sahəsinə  yeni  yanar  qaz  və  hidrogen-sulfid 
tərkibli  yataqların  işlənməsi,  gələcək  dövrdə  qaz  və 
kondensatın  emalı  həcminin  intensiv  artmasının  neqativ 
(mənfi)  təsirinin  artmasıdır.  Təbii  karbohidrogenin  emalı 
və  onların  elektrik  enerjisi  istehsalında  istifadəsi  həyata 
keçirilir.  Bununla  ekoloji  təhlükənin  yüksəldilməsinin 
səbəbi qaz xammalının emalıdır. 
Qazdan  maksimum  səmərəli  istifadə  etmək,  axma  və 
itkinin  ləğv  edilməsi,  tullantıların  istifadə  edilməsi  neft-
qaz  sənayesində  ən  aktual  ekoloji  problemlərdəndir.  Qeyd 
etmək  lazımdır  ki,  hazırda  müasir  işləmə  üsullarına 
baxmayaraq,  təbii  qazın  30-40%-i  yerin  təkində  qalır, 
qazın  çıxarılması,  nəqli  və  emalı  zamanı  10-14%  itirilir. 
Qaz  və  kondensatın  emalı  və  işlənməsi  zamanı  itkinin 
ekoloji cəhətdən təhlükəsi dəfələrlə çoxalır. 
Neft-qaz  sənayesi  tabeliyində  olan  təşkilatların  da 
məhsul  tullantılarının  payı  eyni  deyildir.  Tullantıların 
mühitə  maksimal  təsiri  qaz  nəqlinin  payına  düşür,  lakin 
bunlar  kiçik  daimi  tullantıların  toplanmasıdır.  Qaz  emalı 
zavodunun  tullantısı  daha  çox  qorxuludur,  belə  ki,  bunlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə