Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

ARDNŞ 
üzrə 
qaz 
hasilatı 
və 
təhvilinin 
proqnozlaşdırılmış    səviyyədən    xeyli    artıq    yerinə 
yetirilməsi  üçün  kompleks  tədbirlər  proqramı  işlənib  həyata 
keçirilmişdir.  
―Azəri‖    yatağında    qazın    laylara    vurulmasına 
başlanması  ilə  əlaqədar  olaraq  Çıraq  platformasından  Neft 
Daşlarına nəql edilən gündəlik qaz həcminin 2,8 mln m
3
-dən  
1,0 mln m
3
-ə 1  qədər  azalması  nəticəsində  "Günəşli" 
yatağının  qaz  yığım-nəql  sistemindən,  o  cümlədən  mövcud 
qaz-kompressor  stansiyalarının  potensialından  daha  optimal 
istifadə  etməyə  imkan  yaranmış  və  nəticədə  əvvəllər 
atmosferə  atılan  1,0  mln  m
3
/gün  qazın  yığılıb  sahilə 
çatdırılmasına  nail  olunmuşdur.  4  saylı  özüldə  kompressor 
stansiyası tikildikdən və ümumi uzunluğu 10 km olan 7 ədəd 
özüllər arası boru xətləri çəkildikdən sonra yataq üzrə alçaq 
təzyiqli  qazların  tam  yığım-nəqli  mümkün  olacaqdır.
 
"Günəşli"    yatağının    4    saylı    özülündən      Neft 
Daşlarına gələn 12' boru xətti 8,4 km uzadılaraq, qazın nəqli 
üçün yenidən qurulduqdan sonra, həmin xətt vasitəsilə gündə 
2,5  mln  m
3
-dən  çox  yüksək  təzyiqli  qaz  Neft  Daşlarına  və 
oradan da sahilə nəql edilir. "Günəşli" yatağında qaz yığım-
nəql sisteminin təkmilləşdirilməsi  mövcud quyular  üzərində 
əlavə geoloji-texniki tədbirlər aparılmasına imkan vermişdir. 
Bu tədbirlərin nəticəsində 11 quyu üzrə ümumi orta gündəlik 
qaz hasilatı 0,5 mln m
3
-dən 3,0 mln m
3
-ə qədər artırılmışdır. 


Bundan  əlavə  417  (DDÖ-14)  və  432  (DDÖ-13)  saylı  
quyular  qazımadan  sonra  qaz  obyektindən 1,0 mln.m
3
/gün 
ümumi  qaz  hasilatı  ilə  istismara  daxil  edilmişdir.  Aparılan  
bütün  geoloji-texniki  tədbirlər  nəticəsində  "Günəşli"  yatağı 
üzrə 2006-cı ilin aprel 
ayında  orta  gündəlik  qaz  hasilatı 
6,4  mln  m
3
  olduğu  halda,  ilin  sonunda  10,5  mln  m
3
-ə 
çatdırılmışdır. "S.Vəzirov" borudüzən gəmisi vasitəsilə Neft 
Daşlarında  1077-1304  saylı  özüllər  arası  8,2  km-lik  sualtı 
qaz   xəttinin  çəkilməsinə başlanılmışdır. Bu xətti istismara 
daxil etməklə, hazırda  hər gün atmosferə atılan 100 min m
3
 
qazın yığım-nəqli təmin ediləcəkdir
 
"Qum  adası"  NQÇİ-də  1  saylı,  N.  Nərimanov  ad. 
NQÇİ-də  isə  7  saylı  qaz  kompressor  stansiyaları  yenidən 
qurulmuşdur; 
 
"Şah-dəniz"  qazının  qəbulu  və  "Azəriqaz"  QSC-nə 
təhvil verilməsi üçün uzunluğu 4,5 km layihə təzyiqi 41 at və 
diametri  750  mm  olan  "Səngəçal  Terminalı  -  Səngəçal  Baş 
Qurğuları"  qaz  xəttinin  çəkilməsi  ARDNŞ  tərəfindən  başa 
çatdırılmışdır. 
 
ARDNŞ  üzrə  01.01.2007-ci  ildə  istismar  fondunda 
9818  quyu  olmuşdur.  İstismar  fondunun  28,1%-ni 
fəaliyyətsiz fond quyuları təşkil etmişdir. 
 
 
 


2.2. Azərbaycanın neft və qaz sənayesinin müasir 
durumunun və iqtisadi-ekoloji vəziyyətin təhlili 
 
Azərbaycanın  təbii-iqtisadi  potensialı  və  imkanları 
MDB  ölkələri  arasında  daha  perspektiv  imkanlara 
malikdir.  Yüz  əlli  ildən  çoxdur  ki,  Azərbaycan 
karbohidrogen  ehtiyatları  ilə  dünya  ölkələrinin  diqqət 
mərkəzindədir.  Keçən  dövr  ərzində  Azərbaycan  iqtisadi 
inkişafında  mühüm  nailiyyətlər  əldə  etmiş  texniki-iqtisadi 
potensial  yaratmışdır.  Bu  dinamizm  ilk  növbədə  neft-qaz 
ehtiyatları,  onların  istismarı  və  istifadəsi  ilə  əlaqədardır. 
Keçən  əsrin  əvvəllərində  dünyanın  neft-qaz  ehtiyatlarının 
50%-ə  qədəri  Abşeron  yarımadasında  çıxarılmış,  həmin 
dövrdən  Bakı  şəhəri  beynəlxalq  neft  siyasətinin  mühüm 
mərkəzinə çevrilmişdir. Dünyada mövcud olan on iki iqlim 
növündən  doqquzunun  Azərbaycanda  olması  onun  sosial-
iqtisadi  inkişafına  təsir  etmişdi.  Öz  müstəqilliyini  ikinci 
dəfə  bərqərar  edən  ölkəmiz  keçən  on  il  ərzində  gərgin 
siyasi-iqtisadi  problemlərlə  üzləşmişdir.  1990-cı  ilin 
əvvəllərində inflyasiyanın səviyyəsi 1800%-ə çatmış, milli 
valyutamız  öz  dönərliyini  zəiflətmiş,  alıcılıq  qabiliyyətini 
minimuma  endirmişdir.  Lakin  1994-cü  ildə  ölkəmizdə 
yaradılan 
siyasi 
sabitlik 
iqtisadiyyatın 
tədriclə 
sabitləşməsinə  şərait  yaratmışdır.  Həmin  dövrdə  dünyanın 
bir  çox  qabaqcıl  neft  şirkətlərinin  iştirakı  ilə  bağlanan 


«Əsrin  Müqaviləsi»  iri  dövlətlərin  maraq  müstəvisində 
ölkəmizin  beynəlxalq  miqyasda  yerini  möhkəmlətmişdir. 
Məhz 
1997-ci 
ildən 
başlayaraq 
Azərbaycanda 
makroiqtisadi  göstəricilər  sabitləşmiş  və  sonrakı  illərdə 
ümumdaxili  məhsulun  artım  tempi  təmin  edilmişdir.  Bu 
prosesdə  yanacaq-enerji  kompleksi  və  onun  əsas  tərkib 
hissəsi  olan  neft-qaz  sənayesi  müstəsna  rol  oynamışdır. 
Həmin  sənayenin  texniki-iqtisadi  inkişaf  problemləri 
dövlət  siyasətinin  həlledici  istiqamətlərindən  birinə 
çevrilmişdir.  Hazırda  dövlət  büdcəsinin  70%-dən  çoxu  bu 
sənayenin  hesabına  formalaşır.  Əmək  qabiliyyətli  əhalinin 
100  min  nəfəri  yanacaq-enerji  kompleksi  sahələrində 
çalışır. Buna görə də iqtisadiyyatımızın aparıcı sahəsi olan 
yanacaq-enerji  kompleksinin  (YEK)  müasir  vəziyyətinin 
qiymətləndirilməsi  və  onun  inkişafına  təsir  edən  xarici  və 
daxili  amillərin,  müxtəlif  meyllərin  müəyyən  olunması 
aktual  əhəmiyyət  kəsb  edir  [3].  Məlumdur  ki,  sovetlər 
dövründə, xüsusən 1975-ci ildən başlayaraq, Azərbaycanın 
neft-qaz  sənayesinə  laqeyd  münasibətin  formalaşması  bu 
mühüm  sahəni  böhranlı  vəziyyətə  salmışdır.  Belə  ki,  əgər 
1970-ci  ildə  respublikamızda  20,2  mln.  ton  (qaz 
kondensatı  ilə  birlikdə)  neft  hasil  edildiyi  halda,  1975-ci 
ildə  isə  cəmi  9,8  mln.  ton  neft  istehsal  edilmişdir  və  ya 
neft  istehsalı  2,1  dəfə  azalmışdır.  Sonralar  vəziyyət  bir 
qədər  yaxşılaşmış  və  I990-cı  ildə  12,5  mln.  ton  neft  hasil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə