Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

edilmişdir.  Xarici  şirkətlərin  hasil  etdiyi  nefti  nəzərə 
almasaq,  1990-cı  ildən  sonra  neft  hasilatı  ildən-ilə 
azalmışdır.  Onun  başlıca  səbəbi  həmin  sənaye  sahəsində 
quyu  fondunun,  qurğuların,  avadanlıqların  köhnəlməsi, 
yeni  quyuların  nisbətən  az  qazılması,  mövcud  qazma  və 
istismar  texnologiyasındakı  gerilik  və  s.  sahənin  maliyyə 
imkanları  kəskin  azalmış  və  neft-qaz  çıxarma  sənayesi 
aşağı  rentabelli  sahəyə  çevrilmişdir.  Bu,  ən  çox  quruda 
neft-qaz  çıxarma  idarələrində  müşahidə  edilmişdir.  Əgər 
1975-ci  ildə  həmin  yataqlardan  5,8  mln.  ton  neft  hasil 
edilmişdirsə, 2001-ci ildə həmin rəqəm 1,5 mln. ton təşkil 
etmiş və yaxud 3,9 dəfə azalmışdır. Hazırda quruda NQÇİ-
də  10  min  nəfərdən  çox  işçi  çalışır.  Deməli,  orada  hər 
işçiyə  gündəlik  hasilat  350-380  litr  təşkil  edir.  Dənizdəki 
neft-qaz  çıxarma  idarəsində  neft  hasilatının  həcmi  kəskin 
sürətdə  azalmışdır.  Əgər  1970-ci  ildə  respublikamızda 
hasil  edilən  neftin  64%-i  dənizdəki  NQÇİ-lərin  payına 
düşürdüsə,  1990-cı  ildə  həmin  rəqəm  78%  və  2001-ci  ilin 
əvvəllərində  isə  83,4%  təşkil  etmişdir.  Lakin,  ümumi 
hasilatın həcmi 1990-cı ilə nisbətən 25% azalaraq, 2001-ci 
ilin əvvəlində 7,5 mln. ton təşkil etmişdir. 
Təhlil  zamanı  müəyyən  edilmişdir  ki,  1990-cı  ildə 
ölkədə  hasil  edilən  neftin  79,5%-i  dənizdəki  neftçıxarma 
idarələrinin  payına  düşür.  1995-ci  ildə  həmin  rəqəm  81,5 
%,  2000-cı  ildə  89,3%,  2002-ci  ildə  90,2%,  2003-cü  ildə 


89,6%,  2004-cü  ildə  89,0%,  2005-ci  ildə  92,3%,  2006-cı 
ildə 94,4%, 2007-ci ildə isə 95,8% qaz hasilatı isə müvafiq 
olaraq təşkil etmişdir. 
Həmin dövrdə çıxarılan qazın müvafiq olaraq 21,4%; 
32,3%,  50,7%,  60,6%,  61,8%,  61,1%,  67,3%,  74,1%  və 
96,9% -i  səmt qazların payına düşmüşdür. 
2000-ci ilin yekunlarına görə ümumi neft istehsalının 
9013,4  mln.  tonu  və  yaxud  59,2%,  qaz  hasilatının  isə 
83,4%  Dövlət  Neft  Şirkətinin  idarələrində  çıxarılmışdır 
2002-ci  ildə  DNŞ  sistemində  dənizdə  13,8  mln.  ton  neft, 
2005-ci  ildə  20,5,  2006-cı  ildə  30,4,  2007-ci  ildə  isə  40,8 
mln. ton neft  hasil edilmişdir. 
1999-2001-ci  illər  ərzində  DNŞ  –  üzrə  neft 
hasilatının həcmi  100 % artsa da, qaz hasilatı 7,6% aşağı 
enmişdir.  Həmin  dövrdə  ABƏŞ  üzrə  qaz  hasilatıın  həcmi 
131,7% artmışdır.  Yeni  istifadəyə  verilən quyuların  sayı  2 
ədəd  artdığı  halda,  fasiləsizlikdən  əlavə  olaraq  58  quyu 
istismar  fonduna  daxil  edilmişdir.  2002-ci  ilin  yanvar  – 
oktyabr  ayında    AR  DNŞ  7447,7  min  ton  neft  çıxarıb  ki, 
bu  da  plandan  1,0%  və  ya  73,5  min  ton  çoxdur.  Bu haqda 
«Turan»da    AR  DNŞ  –nin  mətbuat  xidmətindən  xəbər 
veriblər.  
Artıq  50  ildən  çoxdur  ki,  Xəzərdə  -  Neft  daşlarında 
sənaye üsulu ilə neft və qaz hasil edilir. Keçən əsrin 80-cı 
illərinədək  keçmiş  SSRİ  Neft  Sənayesi  Nazirliyi  həmin  


Cədvəl 2.2.1. 
2003-2007-ci illər üzrə Azərbaycanda neft-qaz hasilatının dinamikası (mln.ton) 
Göstəricilər 
İllər 
Ümumi hasilata görə, %-lə 
2003 
2004 
2005 
2006 
2007 
2003 
2004 
2005 
2006 
2007 
Dənizdə neft 
hasilatı 
(mln.ton) 
13,8 
13,8 
20,5 
30,4 
40,8 
89,6 
89,0 
92,3 
94,4 
95,8 
Quruda neft 
hasilatı 
(mln.ton) 
1,6 
1,7 
1,7 
1,8 
1,8 
10,4 
11,0 
7,7 
75,6 
4,2 
Təbii qaz 
hasilatı 
(mln.kub.m) 
5128 
4995 
5732 
9076  16850 





O cümlədən 
səmt qazı 
(mln.kub.m) 
3170 
3052 
3855 
6727 
9592 
61,8 
61,1 
67,3 
74,1 
56,9 
Dənizdə qaz 
hasilatı 
(mln.kub.m) 
4854 
4731 
5492 
8853  16309 
94,6 
94,7 
95,8 
97,5 
96,8 
Qeyd: DSK-nin Azərbaycan Statistik göstəriciləri Bakı, 2008, səh.438 
 


sahəyə  önəmli  kapital  qoyuluşu  yönəltsə  də,  sonralar  o 
yatağa  diqqət  xeyli  zəifləmişdir.  Məhz  bu  səbəbdən  «Neft 
Daşları  neft-qaz  çıxarma  idarəsində  istismar  edilən  quyu 
fondu  ildən-ilə  azalmış  və  hətta  hidrotexniki  qurğuların 
sıradan  çıxması  səbəbindən  bir  sıra  quyuların  fəaliyyəti 
dayandırılmışdır.  1996-cı  ildə  belə  quyuların  sayı  310, 
1997-ci  ildə  257  təşkil  etmişdir.  Lakin  sonralar  neft 
sənayesində  həyata  keçirilən  bir  sıra  texniki-texnoloji 
tədbirlər nəticəsində həmin quyuların sayı təxminən 2 dəfə 
azaldılmış  və  2001-ci  ilin  əvvəlində  130  ədəd  təşkil 
etmişdir.  Lakin  elmi  axtarışlar  sübut  edir  ki,  istər  quruda, 
istərsə də dənizdə köhnə istismar sahələrində vəziyyət heç 
də  çıxılmaz  deyildir,  quruda  istismar  150  ildən  çox 
aparılsa  da  orada  böyük  neft  və  qaz  ehtiyatı  vardır  və 
onları  yeni  neft-qaz  quyuların  qazılması  və  istismarı  ilə 
çıxarmaq  mümkündür,  oradakı  neftin  keyfiyyətini  və 
ehtiyatını  nəzərə  alan  xarici  investorlar  artıq  ölkəmizin 
qurudakı  neft-qaz  çıxarma  sahələrində  hasilatı  artırmaq 
üçün  iri  miqyaslı  bir  neçə  müqavilə  imzalamış,  çoxsaylı 
müştərək  müəssisələr  təşkil  edilmiş  və  bir  sıra  digər 
layihələrin gerçəkləşməsi üzrə önəmli işlər aparılır. 
YEK-də 
istehsal 
tsikli, 
idarəetmə 
bazar 
münasibətlərinə  müvafiq  olan  iqtisadi  proseslərlə  tam 
tənzimlənmir.  Qaz  təchizatı  və  enerji  kompleksləri 
səhmdar  cəmiyyətlərə  çevrilsələr  də  burada  bazar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə