Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

yandırılmışdır. 
2002-ci 
ildə 
«Salyanyol» 
Birgə 
Müəssisələrində  isə 760 min m
3
 qaz yandırılmışdır. 
Beləliklə,  neft  sənayesi  müəssisələri  ətraf  mühiti  öz 
tullantıları  ilə  çirkləndirməkdə  davam  edirlər.  Bizim 
fikrimizcə,  təbiətin  mühafizəsi  üçün  səmərəli  tədbirləri 
aşağıdakı yollarla həyata keçirmək olar: 
a)
 
müvafiq qanunvericilik bazasını yaratmaqla; 
b)
 
inzibati  və  iqtisadi  təsir  növlərini  nəzərdə  tutan 
səmərəli icra mexanizmini tətbiq etməklə; 
c)
 
obyektlərin  sürətlə  özəlləşdirilməsi  üçün  şərait 
yaratmaqla; 
d)
 
təbiəti 
mühafizə 
tədbirlərinə 
məqsədyönlü 
investisiyalar və qrantlar ayrılması ilə;  
e)
 
neftqazçıxarma 
müəssisələrinin 
işçilərinin 
və 
əhalinin ekoloji savadının artırılması yolu ilə. 
Lakin  ekoloji  problemləri  həll  etmək  üçün  qeyd 
edilən  istiqamətlərlə  yanaşı,  ətraf  mühiti  və  su  hövzəsini 
neft-qaz  tullantılarından  azad  etmək  üçün  neft-qazçıxarma 
idarələrinin  maddi-texniki  bazası  yeni  texnika  və 
texnologiya 
ilə 
möhkəmlənməlidir. 
Magistral 
və 
mədənlərarası  boru  kəmərlərinin  əsaslı  təmirinə  böyük 
ehtiyac vardır. Məşəldə yandırılan qazların utilizasiyası və 
yaxud  sıxlaşdırılaraq  (maye  halına  çevirməklə)  məişət 
qazına  çevirməsi  tələb  olunur.  Həmin  məsələni  həll 
etməklə  əhalinin  qaza  olan  tələbatını  yaxşılaşdırmaq  olar. 


Eyni  zamanda  neft-qazçıxarma  idarələrinin  ərazisində 
tikiləcək istixanalarda həmin qazlardan istifadə etmək olar. 
Qeyd  etmək  lazımdır  ki,  həmin  üsullardan  dünyanın 
inkişaf  etmiş  ölkələrində  geniş  istifadə  edilir.  Ona  nail 
olmaq  üçün  ilk  növbədə  həmin  sənaye  sahəsində 
mülkiyyət formasının dəyişilməsi tələb olunur. 
Respublikanın  yanacaq  –  enerji  resursları  tarixən 
onun  həyatının  bütün  sahələrində  öz  təsirini  göstərmiş  və 
indi  də  davam  etməkdədir.  Energetika  sənayesinin  inkişaf 
problemləri  müstəqil  Azərbaycan  dövlətinin  həlledici  
istiqamətlərindən  birinə  çevrilmiş  və  yanacaq  –  enerji  
resurslarından xalqın, dövlətin mənafelərinə əsaslı  xidmət 
üçün  əlverişli,  real  şərait  yaranmışdır.  Bununla  əlaqədar 
olaraq  iqtisadiyyatın  aparıcı  sahəsi  olan  Yanacaq-Enerji 
Kompleksinin müasir  vəziyyətinin təhlili, onun inkişafına 
təsir  edən  amillərin,  meyllərin  müəyyən  olunması  müasir 
Azərbaycan  elmində  vacib  və  aktual  vəzifə    kimi  qarşıda 
durur.  
Respublikanın    yanacaq  –  enerji  kompleksi 
iqtisadiyyatın    mühüm  tərkib  hissəsi  kimi  Azərbaycanın 
tərəqqisinə,  onun  ictimai-siyasi,  sosial-iqtisadi    həyatında 
baş  verən   proseslərə öz  təsirini  göstərməkdədir.   Ölkənin 
elmi-texniki,  sənaye  istehsal  potensialını  bu  komplekssiz 
təsəvvür    etmək  mümkün  deyildir.  Yanacaq-Enerji 
Kompleksi  respublikada  sənayenin,  kənd  təsərrüfatının, 


nəqliyyatın,  sosial  sferanın    inkişafına  təsir  edən  mühüm 
amillərdən  biri  sayılır.    Bununla  əlaqədar  olaraq 
Azərbaycanın dövlət  müstəqilliyinin möhkəmləndirilməsi, 
onun  iqtisadi    inkişafı  Yanacaq-Enerji  Kompleksinin 
yenidən qurulmasını və inkişafını  zərurətə çevirmişdir. 
Azərbaycanda  Yanacaq-Enerji  Kompleksinin  inkişaf 
vəziyyətinin    qiymətləndirilməsi  xalq  təsərrüfatının  bu 
sahəsinə daxil olan hər bir sənaye  yarımsahəsinin  inkişaf 
vəziyyətinin  öyrənilməsini  tələb  edir.  Məlum  olduğu  kimi 
Azərbaycanın  energetikası  üç  iri  sahələri  (neft    sənayesi, 
qaz  sənayesi  və  elektroenergetika)  özündə  cəmləşdirən  iri  
sənaye  kompleksidir.  Bu  kompleksin  formalaşması  və 
intensiv  gələcəyi  ilk  növbədə  qeyd  edilən  sahələrin 
inkişafından  asılıdır.  Bununla  əlaqədar    olaraq 
respublikada  ölkənin  YEK  iqtisadi  vəziyyətinin  təhlili 
onun  tərkibində  olan  sahələrdə  iqtisadi  vəziyyətin    və 
aparılan islahatların  öyrənilməsini tələb edir. Bu məqsədlə 
energetikanın  hər  bir  yarımsahələrində  iqtisadi  durumun 
qısa  xarakteristikası  verilməli  və    burada  aparılın  iqtisadi 
islahatlar təhlili edilməlidir.  
 Azərbaycanda  fəaliyyət  göstərən  YEK  iki bir-biri  ilə 
qarşılıqlı əlaqədə olan sənaye sahələri kimi öyrənmək olar: 
yanacaq    sənayesi  və  elektroenergetika  sənayesi.  Yanacaq 
sənayesi  öz    növbəsində  neft  və  qaz  sənaye  sahələrini 
özündə cəmləşdirir. 


Son  dövrdə  respublika    iqtisadiyyatının    yanacaq  
enerji  sahələrinin   payı daha çox artmışdır. Azərbaycanın 
mal  və  xidmətlər  balansının  1998-2001-ci  illərin    təhlili 
göstərir  ki,  son  dövrdə  ölkənin  ümumi  məhsul  ixracının 
böyük    hissəsini  neft  məhsulları  təşkil  edir.  1999-cu  ildə 
ölkənin məhsul ixracının  ümumi həcmi 1025,2 mln. ABŞ 
dolları  olduğu  halda  onun  383,3  mln.-luq    hissəsini  neft 
məhsulları  təşkil  etmişdir.  2000-ci  ildə  bu  rəqəm  1745,3  
milyon  ABŞ  dolları  olmuş,  neft  məhsullarının  ixracı  isə 
1484,9 mln. dollar  təşkil etmişdir. 
2000-ci  il  ildə  ixracın    ümumi    strukturunda  neft  və 
neft emalı məhsullarının xüsusi çəkisi 85,1%, 2001-ci ildə 
isə 91,3% təşkil etmişdir.  
Yəni  iqtisadi  sistemə  keçid  ilə  əlaqədar  olaraq  ölkə 
iqtisadiyyatında  iqtisadi  çətinliklər  yaranmış  və  sənayenin 
bir  çox  sahələrində  təbii  olaraq    istehsalın  həcmi  xeyli 
azalmışdır.  1995-2001-ci  illərdə  sənayenin  bir  çox 
sahələrində  istehsalın  illik  artım  sürəti  çox  aşağı  olmuş, 
ayrı-ayrı    (metallurgiya,  maşınqayırma,  neft-kimya,  tikinti 
materialları,  yüngül  sənaye)  sahələrinin  inkişafı  çox  zəif 
olmuşdur.  Bu  dövrdə  iqtisadiyyatın  əsas  yükü  yanacaq 
sənayesi  üzərinə  düşmüşdür.  1990-cı  ildən  etibarən 
sənayenin  bir  çox  sahələrində  istehsalın  həcminin  aşağı 
düşməsi  onun  strukturunda  yanacaq  sənayesinin  xüsusi 
çəkisinin  artmasına  gətirib    çıxarmışdır.  1997-ci  ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə