Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

yanacaq  sənayesinin  ümumi  sənaye strukturunda    xüsusi 
çəkisi  59,2%, 1999-cu  ildə  65,0%, 2000-ci  ildə  isə 71,8% 
təşkil  etmişdir.  ÜDM–ün  istehsalında  da    yanacaq 
sənayesinin payı yüksəlmişdir.  
2001-ci  ilin  statistik  məlumatlarına  əsasən  ölkədə 
sənayenin  ən  aparıcı  sahələrindən  biri  olan  yanacaq  – 
enerji  kompleksi  2001-ci  ildə  44,1  milyon  ton  şərti 
yanacaq  olmuşdur,  bu  da  1990-cı  ildəkindən  45,6  milyon 
ton, yaxud 51% az olmuşdur. 
Ölkə  daxilində  bu  ehtiyatların  62%-i  istehlak 
olunmuşdur. Əsas istehlakçılar isə sənaye müəssisələridir.   
1990-cı  ildə  ölkəyə  27,3  yanacaq  –  enerji  ehtiyatları 
daxil olmuş, 2001-ci ildə bu göstərici  9,2 % təşkil emişdir. 
Əgər  1990-cı  ildə    respublikaya  4,3  milyon  ton  neft  və 
13,4  milyard    kub  metr  təbii  qaz  gətirilmişdirsə,  son  illər 
ərzində  neft    idxal  olunmamış,    yalnız  2001-ci  ildə    ixrac 
ehtiyatlarının  79%-i  xam  neftin,    10%-i  isə  dizel 
yanacağının hesabına olmuşdur.  
Azərbaycan  YEK-si,  öz  növbəsində  yanacaq 
sənayesinin  aparıcı  sahəsini,  onun  özəyini  neft  sənayesi 
təşkil  edir.  Məlum  olduğu  kimi  respublikada  uzun  illər 
ərzində  neft    ehtiyatlarının  mənimsənilməsinin  artırılması  
ölkədə  böyük  neft  sənaye  komplekslərinin,  onun 
infrastruktur sahələrinin formalaşmasına şərait yaratmışdır. 
Eyni  zamanda  respublikada  energetikanın    digər  əsas 


sahəsi    olan  elektroenergetikanın  sahəsinin  inkişafında  da 
yanacaq  sənayesinin  əhəmiyyəti    böyük  olmuşdur.  
Respublikada  istehsal  edilən    elektrik  enerjisinin  böyük 
hissəsi  mazut  və  qaz  ilə  işləyən  istilik  enerji   
müəssisələrinin  payına  düşür.    Bununla  əlaqədar  olaraq 
ölkədə  neft    ehtiyatlarının,  xüsusən  də  qaz  ehtiyatlarının 
mənimsənilməsinin artırılması enerji resurslarının təklifini 
artırır,  neft  məhsullarının,  əsasən  qazın  qiymətinin  aşağı 
düşməsinə  şərait  yaradır  və  nəticədə  istilik  elektrik 
stansiyalarının  yanacağa  olan  məsrəflərinin  enməsinə 
imkan yaradır. 
Azərbaycanda  neft  sənayesinin  inkişaf  etdirilməsi 
istiqamətində  son  dövrdə  (1994-cü  ildən  etibarən)  müsbət 
irəliləyişlər mövcuddur və onların əldə edilməsində ölkədə 
həyata keçirilən strategiyanın əhəmiyyəti böyükdür. 1994-
cü  ildən  sonra  «Əsrin  müqaviləsi»  çərçivəsində 
respublikanın  neft  yataqlarının  xarici  şirkətlər  ilə  birgə 
mənimsənilməsi 
istiqamətində 
çox 
böyük 
işlər 
görülmüşdür. Bu işlərin nəticəsi kimi neft hasilatı 1998-ci 
ildən  sonra  artmağa  başladı  və  həmin  il  onun  həcmi  11,4 
mln. tona çatdı. 1999-cu ildə hasilatın həcmi 12,3 mln. ton, 
2000-ci ildə isə 12,5 mln. tona, 2005-ci ildə 20,5 min ton, 
2007-ci ildə 40,8 mln. tona çatmışdır.  
Azərbaycanın  neft  sənayesinə  xarici  investisiyaların 
cəlb  edilməsi  ölkədə    qaz  hasilatının  artmasına  da  şərait 


yaratmışdır.  Qaz  hasilatının  artmasına  əsasən  neft  ilə 
birlikdə  çıxan  səmt  qazının  çıxarılması    hesabına  nail 
olunmuşdur.  Belə  ki,  1994-cü  ildə  1382  mln.  kub  metr 
səmt    qazı  çıxarılırdısa,  1999-cu  ildə  bu  rəqəm    -  3062 
mln. kub metr, 2000-ci ildə  isə 2860 mln. kub metr, 2005-
ci ildə 3855 mln kub metr, 2007-ci ildə 9592 mln.kub metr  
olmuşdur. Ölkədə neft-qaz sənayesinin inkişaf etdirilməsi, 
neft  ehtiyatlarının  istismarının  artırılmasına  investisiya 
resurslarının  cəlb  edilməsi,  xarici  investorlara  zəruri 
şəraitin  yaradılması   respublikanın  energetika  sənayesində 
intensiv  inkişaf  üçün  münbit      mühitin  formalaşmasına 
köməklik  edir.  Belə  ki,  ölkədə  fəaliyyət  göstərən    xarici 
şirkətlər  öz  investisiyaları  ilə  yanaşı  təcrübənin,  müasir 
texnologiyaların  Azərbaycana  gətirilməsində  maraqlı  
olmaqla  yanaşı,    ölkənin  energetika  kompleksinin  müasir 
standartlara  uyğun  inkişaf    edərək,  yenidənqurulmasına 
köməklik edirlər.  
Statistik  məlumatların    təhlili  göstərir  ki,  əvvəlki 
illərə  nisbətən    elektrik  enerjisi  istehsalı  bir  qədər    aşağı 
düşmüşdür.  
Yanacaq  sənayesindən  fərqli  olaraq  respublikanın  
elektroenergetika    sənayesində  əvvəlki  dövrlərə  nisbətən 
bir qədər geriləmələr müşahidə olunur.  
Respublikamızda  elektrik  enerjisinin istehsalı 1990-
cı  illərə  nisbətən  aşağı  düşmüşdür.  Belə  ki,    1985-ci  ildə 


Azərbaycanda  elektrik  istehsalı  20702  mln.  kvt.  saat, 
1990-cı  ildə  23152  mln.  kvt.  saat    olduğu    halda,  1999-cu  
ildə    onun    istehsalı  18176  mln.  kvt.  saat,  2000-ci  ildə 
18699 mln. kvt. saat, 2005-ci ildə  isə 24543 mln. kvt. saat 
artmışdırsa,  2007-ci  ildə  isə  elektrik    enerjisinin  istehsalı 
21847 kvt. saata qədər azalmışdır. 
Bununla  yanaşı  qeyd    edilməlidir  ki,  elektrik  enerjisi 
istehsalında  su  elektrik  stansiyalarının  işləmə    səviyyəsi  də 
aşağı  enməkdədir.  Cədvəldən  göründüyü  kimi,  əgər  1990-cı 
ildə  bu  növ  elektrik  stansiyalarında    elektrik  enerjisinin 
istehsalı  1658  mln.  kvt.  saat  təşkil  edirdisə,  2000-cı  ildə 
1533,5  mln.  kvt  saat,  2001-cı  ildə    1301  mln.  kvt  saata 
düşmüş,  2005-cı  ildə  3009  mln.  kvt  saata,  2007-cı  ildə  isə 
2364  mln.  kvt  saata  qalxmışdır.  Eyni  zamanda  qeyd 
edilməlidir  ki,    səyyar      generator      qurğularında      elektrik   
enerjisinin  istehsalı  artmaqdadır. 
Bu  növ  qurğularda  istehsalın  həcmi  2000-ci  ildə  75 
mln. kvt saat təşkil  edirdisə, 2001-ci ildə bu rəqəm 124 mln. 
kvt  saata,  2005-ci  ildə  519  mln.  kvt  saat  qədər  yuxarı  
qalxmış,  2007-ci  ildə  isə    bu  rəqəm  432  mln.  kvt  saata 
enmişdir  (bax:  cədvəl  2.2.7).  Qeyd  edilənlər  ümumenerji 
sistemindən kənar müstəqil  elektrik enerjisi istehsalını təsdiq 
edir  və  bu  da  proqressiv  hal  kimi  qiymətləndirilə  bilər.  
Enerji  resurslarıın  toplanması  sahəsində  də  müəyyən 
azalmalar  mövcuddur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə