Azərbaycan Dövlət Neft Akademiyası


-2007-ci illər ərzində Azərbaycanda elektrik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

Cədvəl 2.2.7 
2003-2007-ci illər ərzində Azərbaycanda elektrik  
enerjisinin istehsalı 
Göstəricilər 
İllər 
2003 
2004 
2005 
2006 
2007 
Elektrik enerjisi 
istehsalı 
21285 
21744 
22872 
24523 
21847 
İstilik elektrik  
stansiyalarında 
18681 
18589 
19344 
21407 
14051 
Su elektrik 
stansiyalarında 
2469 
2756 
3009 
2518 
2364 
Səyyar generator 
qurğularında  
135 
399 
519 
618 
432 
Mənbə: Azərbaycanın statistik göstəriciləri, 2008-ci il, səh 423  
 
Sənayedə elektrik enerjisinin istehlakı səviyyəsi əvvəlki 
illərə  nisbətən  kəskin  şəkildə  yuxarı  qalxmışdır.  Belə  ki, 
2003-cü  ildə  sənaye  müəssisələrində  bu  enerji  növünün 
istehlakı  4390  mln.  kvt.saat,  2004-cü  ildə  –  4495  mln.  kvt. 
saat  olmuşdursa,  2005-ci  ildə  bu  rəqəm  4697  mln.  kvt.  saat, 
2006-cı ildə 5225  mln. kvt. saat, 2007-ci ildə 6630 kvt. saat 
təşkil etmişdir (bax: cədvəl 2.2.8). 
Sənayedə  elektrik  enerjisinin  istehlakı  səviyyəsinin 
aşağı  düşməsi  respublikada  sənaye  istehsalın  səviyyəsinin 
aşağı  düşməsi  ilə  bağlıdır.  Azərbaycanda  mövcud  olan 
sənaye  müəssisələrinin  çox  hissəsində  əsas  fondlar 


köhnəldiyindən,  burada  yenidənqurma  və  onların  texniki  
səviyyəsinin  artırılması  prosesi  zəif  getdiyindən,  istehsalın 
həcmi  aşağı  enmiş,  bu  da  öz  növbəsində  istifadə  olunan 
elektrik  enerjisinin    istehlakı  səviyyəsini  aşağı  gətirib 
çıxarmışdır. 
Cədvəl 2.2.8 
2003-2007-ci illər ərzində Azərbaycanın elektrik  
enerjisinin sahələr üzrə istehlakı (mln. Kvt. saat) 
 
Göstəricilər
 
2003 
2004 
2005 
2006 
2007 
Daxili istehlak 
edilmişdir, 
cəmi   
o cümlədən:  
18407 
18955 
20043 
21655 
18047 
Sənaye  
4390 
4495 
4697 
5225 
6630 
Tikinti 
63 
87 
210 
360 
652 
Kənd 
təsərrüfatı 
696 
487 
499 
510 
580 
Nəqliyyat 
657 
512 
587 
650 
790 
Əhali 
12079 
11904 
12253 
13795 
8334 
Digər sahələr 
522 
1470 
1797 
1115 
1061 
Mənbə Azərbaycanın statistik göstəriciləri, 2008-ci il, səh. 396 
 
Azərbaycanda 
elektrik 
enerjisinin 
istehlakı 
səviyyəsinin  artırılmasının  başqa  mühüm  səbəbini 
respublikada  digər  yanacaq  növlərinin  resurslarının,  onla-
rın istehsalının və istehlakının  azalması təşkil edir. Cədvəl 
2.2.9-dan  göründüyü  kimi  ölkədə  2003-cü  ilə  nisbətən  


mazut istehsalının səviyyəsi aşağı enmişdir. Belə ki, 2003-
cü ildə ölkədə mazut istehsalı əgər 2470 min ton, 2004-cü 
ildə 2521 min ton təşkil edirdisə, 2005-ci ildə isə 3061 min 
tona  enmiş,    2006-cı  ildə  isə  2899  min  ton,  2007-ci  ildə  
2813 min tona enmişdir.  
 
Cədvəl 2.2.9 
Mazut yanacağının ehtiyatları və istehlakı (min. ton) 
 
Göstəricilər
 
2003 
2004 
2005 
2006 
2007 
Resurslar cəmi,  
o cümlədən 
2620 
2824 
3399 
3385 
3178 
İstehsal 
2470 
2521 
3061 
2899 
2813 
İdxal 

146 
209 
104 
40 
İlin əvəlinə qalıq 
150 
157 
129 
382 
325 
İxrac 
146 
338 
392 
925 
927 
İlin axırına qalıq 
157 
129 
352 
325 
422 
Mənbə: Azərbaycanın statistik göstəriciləri, 2008-ci il, səh.398 
 
Eyni  vəziyyət  ölkədə  dizel  yanacağının  istehsalına, 
resurslarına  və  istehlakına  da  aid  edilir.  Əgər  2000-ci  ildə  dizel 
yanacağının istehsalı 1957 min. ton idisə, 2001-ci ildə 1562 min. 
ton,  2002-ci  ildə  1593  min.  ton  təşkil  edirdisə,  2003-cü  ildə  bu 
göstərici 1641 min tona, 2004-cü ildə isə 1793 min ton, 2007-ci 
ildə isə bu göstərici 2101 min. tona qalxmışdır (cədvəl 2.2.10). 
 
 


Cədvəl 2.2.10 
Dizel yanacağının ehtiyatları və istehlakı  (min ton) 
Göstəricilər 
2003 
2004 
2005 
2006 
2007 
Resurslar cəmi,  
o cümlədən 
1718 
1933 
2247 
2179 
2145 
İstehsal 
1641 
1789 
2101 
2095 
2101 
İdxal 

40 
82 
27 
11 
İlin əvvəlinə 
qalıq 
77 
104 
64 
57 
33 
İstehlak cəmi 
513 
729 
783 
731 
661 
Mənbə: Azərbaycanın statistik göstəriciləri, 2008-ci il, səh 399. 
 
Yuxarıda qeyd edilən neft məhsullarının resurslarının və 
onların  istehlakının  azalması  ölkənin  energetikasının  mühüm 
sahəsini təşkil  edən  neftayırma sənayesində istehsal güclərinin 
tam gücü ilə işlənməməsinə dəlalət edir. Bu hal onunla bağlıdır 
ki,  ölkədə neft  hasilatının artmasına baxmayaraq, respublikada 
ümumilikdə  22  mln.  istehsal  gücü  olan  neft  emalı 
müəssisələrinə az miqdarda xam neft verilir, bu da son nəticədə 
hazır    neft  məhsullarının  istehsalının  azalmasına  gətirib 
çıxarmışdır. 
 
2.3. Neft emalı müəssisələrində ekoloji vəziyyətin 
iqtisadi cəhətdən  qiymətləndirilməsi 
 
Yanacaq–enerji 
kompleksində 
neft 
emalı 
müəssisələri 
özünəməxsus 
yer 
tutur. 
Hazırda 
respublikamızda  ildə  ümumi  istehsal  gücü  təqribən  22 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə