Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

mln.  ton  xam  neft  emal  edən  iki  iri  neft  emalı 
müəssisəsi fəaliyyət göstərir. Onlardan biri əsasən açıq 
rəngli  neft  məhsulları  və  yağ-bitum  istehsalı  üzrə 
ixtisaslaşan  «Azərneftyağ»  Neft  Emalı  Zavodu  (NEZ), 
digəri  isə  şəffaf  neft  məhsulları  istehsalı  üzrə 
ixtisaslaşan «Azərneftyanacaq» Neft Emalı Zavodudur. 
Zavodların  istehsal  gücləri  müvafiq  olaraq  14  və  8,2 
mln. 
ton 
neft 
emalına 
malikdir. 
İstehsal 
texnologiyasına görə həmin zavodlar ən çox su istifadə 
edən  müəssisələr  kateqoriyasına  aiddir
.   
Baxmayaraq 
ki,  hər  iki  müəssisədən  alınan  istehsalat  sularının 
təmizləyici  qurğularından  BBAH  (Buraxıla  Bilən 
Axıntı  Həddi)  normaları  təmizlənərək,  Xəzər  dənizinə 
buraxılan  istehsalat  sularının  BBQH  (Buraxıla  Bilən 
Qatılıq  Həddi)  normalarında  olan  zərərli  maddələr 
istər-istəməz  ətraf  mühitə  öz  mənfi  təsirini  göstərir. 
Buna  görə  də  başqa  sənaye  müəssisələrində  olduğu 
kimi,  neftayırma  müəssisələrində  də  alınan  istehsalat 
sularının  maksimum  həddə  təmizlənərək  dövri  su 
sistemində  istifadə  olunmalıdır.  Belə  halda  Xəzər 
dənizinə  müəssisələr  tərəfindən  istehsalat  tullantı 
sularının  axınının  qarşısı  alınar.  Məhz  buna  görə  də 
iqtisadi-ekoloji cəhətdən böyük nailiyyətlər əldə etmək 
olar.    


2000-2006-cı  illər  ərzində  «Azərneftyağ»    NEZ-də 
təbiəti mühafizə üzrə, yəni Xəzər dənizinin, atmosfer hava 
mühitinin,  torpağın,  yaşıllığın  mühafizəsi,  istehsalat, 
məişət  tullantılarının  zərərsizləşdirilməsi, 
yaşıllığın 
salınması və abadlaşdırma üzrə işlərin  – tədbirlərin həyata 
keçirilməsi  nəticəsində  zavodun  125  illik  ömründə  son 
dərəcə  ümumi  xalq  əhəmiyyətli  böyük  diqqətə  layiq 
ekoloji göstəricilər qazanılmışdır.   
Yeni  ELOU-AVT-2  («Petrofak»  ABŞ)  və  ELOU-
AVT-2  («Laki  İnjenirinq»  Cənubi  Koreya)  qurğularının 
tam  istismara  verilməsi  nəticəsində  və  həmçinin  1995-ci 
ildən  tikintisi,  quraşdrılması  dayandırılmış  yeni  bitum 
(«Perner»  Avstriya)  qurğusunun  kompleks olaraq tikintisi, 
quraşdırılması  və  istismara  verilməsi  nəticəsində  nəinki 
iqtisadi,  həmçinin  ekoloji  cəhətdən  böyük  nailiyyətlərin 
qazanılmasına səbəb olmuşdur.  
Yeni  qurğuların  istismara  verilməsi  və  həmçinin 
yüksək  səmərəli  texnoloji  optimal  rejiminin  seçilməsi 
nəticəsində  neftin  emal  dərinliyi  2003-cü  ildə  50%-ə 
çatdırılmışdır.  Həmin  qurğuların  hər  birində  istehsalat 
gücü  saatda  500  m

  qapalı  dövrü  su  sistemi  bloku 
quraşdırılmışdır  ki,  bu  isə  öz  növbəsində  hər  iki  qurğu 
üçün  küllü  miqdarda  tələb  olunan  sudan  istifadə 
olunmasının  qarşısı  alınır.  Buna  görə  də hər iki  qurğudan 
atmosfer  hava  mühitinə  buraxılan  zərərli  maddələrin 


miqdarı  və  qurğularda  alınan  istehsalat  sularının  həcmi 
neftin  ilkin  emalını  həyata  keçirən  fiziki  və  mənəvi 
cəhətdən köhnəlmiş qurğulara nisbətən bir neçə dəfə azdır. 
Məhz  buna  görə  də  hər  iki  ELOU-    AVT-2  qurğuları 
yüksək ekoloji-iqtisadi göstəricilərə malikdirlər. 
 Beləliklə,  həmin  qurğuların  istismara  verilməsi  ilə 
əlaqədar olaraq 15 ədəd fiziki-mənəvi cəhətdən köhnəlmiş  
texnoloji  qurğular  ləğv  edilmişdir  və  12  ədəd  köhnə 
qurğuların istismarı dayandırılmışdır. Bunlara görə və eyni 
zamanda 1997-2006-cı illər ərzində əsaslı tikinti, əsaslı və 
cari  təmir  işlərinin,  texnoloji  əməliyyatların,  təbiəti 
mühafizə  üzrə  tələb  olunan  mühüm  tədbirlərin  və  nəzarət 
işlərinin  yüksək  səviyyədə  həyata  keçirilməsi  nəticəsində 
təbiəti  mühafizə  üzrə  aşağıdakı  göstəricilərə  nail 
olunmuşdur.  
1996-cı  ilə  nisbətən  2006-cı  ildə  yüksək  ekoloji 
göstəricilər,  yəni  dənizdən  götürülən  su  96%,  dənizə 
buraxılan  norma  həddində  təmizlənmiş  istehsalat  suları 
84%  azalmışdır.   
Həmin  sularla  birlikdə  dənizə  buraxılan  norma 
həddində  neft  məhsulları  tullantıları  qarışığı  91%  aşağı 
salınmışdır,  yəni  ildə  dənizə  204  ton  miqdarında  neft 
məhsulları  tullantıları  qarışığının  atılmasının  qarşısı 
alınmışdır. 


1996-cı  ilə  nisbətən  2003-cü  ildə  atmosfer  hava 
mühitinə  buraxılan  zərərli  maddələrin  miqdarı  86%,  yəni 
28936  ton  miqdarında  aşağı  salınmışdır,  həmin  zərərli 
maddələrin  təqribən  97%-i  neft  karbohidrogenləri  təşkil 
edir. 
Beləliklə,  aparılan  hesabata  görə,  dənizə  atılan  neft 
məhsulları 
tullantıları 
qarışığının 
(neft 
karbohidrogenlərinin) və atmosfer hava mühitinə buraxılan 
neft  karbohidrogenlərinin  1996-cı  ilə  nisbətən  cəmi  
təqribən  28272  ton  miqdarında  neft  karbohidrogenlərinin 
itkisinin qarşısı alınmışdır ki, bu da yüksək ekoloji-iqtisadi 
nailiyyətlərin qazanılmasına səbəb olmuşdur.  
2000-ci  ilin  oktyabr  ayında  ekoloji  cəhətdən  təmiz 
yeni  bitum  «Bituroks»  («Perner»  Avstriya)  qurğusunun 
kompleks  şəklində  tam  istismara  buraxılması  ilə  əlaqədar 
olaraq nəinki Xətai rayonu, ərazisinin hətta Bakı şəhərinin 
ərazisinin  çox  hissəsinin  atmosfer  hava  mühitini 
zəhərləyən  406  və  601  №-li  bitum  qurğularının  istismarı 
tam  dayandırılmışdır.  406  saylı  qurğu  tam  demontaj 
olunmuşdur. 
Buna görə də NEZ tərəfindən atmosfer hava mühitinə 
buraxılan zərərli maddələr ildə 400 ton miqdarında və Xəzər 
dənizinə  atılan  icazə  verilmə  həddi  normalarında 
təmizlənmiş  istehsalat  suları  isə  700  min  m
3
  həcmində 
azalmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə