Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

2000-ci  ildə  aparılmış  danışıqlara  əsasən  hal-hazırda 
zavodun  çənlərində  və  istehsalat  sularının  təmizləmə 
qurğularında (neft tutucuları sahələrində) yığılmış, alınmış, 
neftşlamın yerli mütəxəssislərlə birlikdə «İVAKO» firması 
tərəfindən faktiki olaraq inventarizasiyası aparılmışdır.  
Bununla  bərabər  Böyük  Vətən  Müharibəsi  illərində 
Xətai rayonunun ərazisində və həmçinin zavodun bir neçə 
ərazi sahələrində əvvəllər anbar kimi istifadə olunan və ya 
sənaye  (istehsalat)  tullantıları  saxlanılan  sahələrində  külli 
miqdarda  işlənmiş  qumbrin,  turşulu  qudron  və  neft 
məhsulları  tullantıları  qarışığı  olan  dəniz  sahələrində 
yaranmış bataqlığın inventarizasiyası aparılmışdır ki, bu da 
Bakı  «buxta»sının  gələcəkdə  ekologiya  probleminin  həlli 
üçün ekoloji, iqtisadi və texniki əsaslarının yaradılmasına, 
işlənilməsinə əsas müsbət təsir edəcəkdir. 
Hər il olduğu kimi 2006-cı ildə «Azərneftyağ» NEZ 
tərəfindən    Xəzər  dənizinin,  atmosfer,  hava  mühitinin, 
torpağın,  yaşıllığın  mühafizəsi  və  istehsalat,  məişət 
tullantılarının  zərərsizləşdirilməsi  üzrə  iqtisadi-ekoloji 
cəhətdən  önəmli  olan  bir  sıra  təşkilati-texniki  tədbirlər 
həyata keçirilmişdir. 
Zavodda  məlum  normalara  görə  təmizlənərək  Xəzər 
dənizinə  axıdılan  istehsalat  sularının  tərkibində  qalan  neft 
məhsulları  tullantılarının  qarışığının  və  həmçinin  üstüaçıq 
neft tutucusu sahələrindən atmosfer hava mühitinə buraxılan 


neft  karbohidrogenlərinin  itkisinin  azaldılması  problemini, 
yalnız  yeni  tipli,  qapalı  sistemli  aparatlara  malik  olan 
təmizləmə qurğuları vasitəsilə həll etmək olar. 
Belə  ki,  dünyanın  bir çox  ölkələrinin  neftçıxarma  və 
neftayırma  müəssisələrində  alınan  istehsalat  sularının 
təmizləmə 
sisteminin 
(qurğusunun) 
təchizatının 
quraşdırılmasını həyata keçirən «WEMCO», «VORTOIL», 
«Krebs»      və  «Hydromation»  kampaniyaların  markaları 
əsasında  yüksək  texnoloji,  ekoloji  və  iqtisadi  cəhətdən 
böyük  əhəmiyyətə,  üstünlüklərə  və  böyük  istehsalat 
gücünə  malik  olan  texnoloji  avadanlıqlar  vasitəsilə  neft 
sənayesində alınan istehsalat sularının tərkibində 1 mq/l-a 
qədər  neft  (neft  məhsulları)  tullantıları  qarışığının 
təmizlənməsini həyata keçirə bilən təmizləmə qurğusunu – 
sistemini  təklif  edən  «Petreco»  kompaniyasının  qurğuları 
barəsində həmin kompaniyanın nümayəndələri ilə zavodun 
mütəxəssisləri arasında bu il mart ayında texniki danışıqlar 
və müzakirələr aparılmışdır. 
«Petreco»  kompaniyası  tərəfindən  təklif  olunan 
neftayırma  müəssisələrində  alınan  istehsalat  üsullarının 
dərindən  təmizlənməsini  həyata  keçirən  və  Avropa 
standartlarına cavab verən  yeni sistemli texnoloji təmizləmə 
qurğusunun zavod üçün alınması, quraşdırılması çox vacibdir 
və məqsədəuyğundur. 
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq  


«Azərneftyağ» 
NEZ-də 
və 
başqa 
müəssisələrdə 
«Qaytarılmayan  itki»  probleminin  maksimum  həll 
olunması  üçün  və  həmçinin  Xəzər  dənizinin  həmin 
müəssisələr  tərəfindən  çirklənməsinin  qarşısının  tam 
alınmasını  təşkil  etmək  üçün    istehsalat  sularının  dərindən 
təmizlənməsini  həyata  keçirən  müasir  tipli  təmizləyici 
texnoloji qurğusunun alınması, quraşdırılması və istismara 
buraxılması nəticəsində hər bir müəssisə üçün çox yüksək 
səviyyədə  iqtisadi  ekoloji  cəhətdən  böyük  nailiyyətlərin 
qazanılmasına səbəb olar. 
Təsdiq  olunmuş  tədbirlər  planına  uyğun  olaraq 
aşağıda qeyd olunan işlər həyata keçirilmişdir. 
ARDNŞ-in  müəssisələrində  2006-cı  il  ərzində  ətraf 
mühitin 
qorunması 
və 
işçilərin 
əmək 
şəraitinin 
yaxşılaşdırılması sahəsində xeyli iş görülmüşdür. 
Hesabat  ilində  ekoloji  vəziyyəti  yaxşılaşdırmaq 
məqsədilə 
texnoloji 
qurğuların 
və 
avadanlıqların 
yeniləşdirilməsi  və  əsaslı  təmiri,  torpaqların  təmizlənməsi, 
yaşıllıqların  salınması,  tullantıların  zərərsizləşdirilməsi  və 
abadlaşdırılma işləri davam etdirilmişdir. Belə ki, H.ƏIiyev 
ad. NEZ-də bioloji təmizləyici qurğu rekonstruksiya edilmiş, 
zavodla Güzdək neft bazası arası boru xətləri dəyişdirilmiş, 
9  saylı  sexin  flotator  qovşağındakı  nasoslar  daha  yüksək 
məhsuldarlıqlı  nasoslarla  əvəz  edilmiş,  çirklənmiş  ərazilər 
abadlaşdırılaraq  600  yeni  ağac  əkilmişdir.  "Azərneftyağ" 


NEZ-də 10 ədəd neft çəninin təmiri başa çatdırılmış, 8 və 18 
saylı  sexin  neft-təmizləmə  sahələrində  boru  xətləri  və 
nasoslar  təmir  edilmiş  və  dəyişdirilmişdir.  İl  ərzində 
formalaşan  təqribən  300  ton  işlənmiş  qumbrin  keramzit 
istehsal etmək üçün tikinti kombinatına verilmişdir. 
Neftqazçıxarma  idarələri  üzrə  41  ədəd  texniki  su  ilə 
dolu  açıq  torpaq  anbarları  ləğv  edilmiş,  40  km  neft 
kollektorları,  57  km  neft  atqı  xətləri,  12  km  qaz  xətləri,  19 
km  su  xətləri  təmir  olunmuş  və  dəyişdirilmişdir. 
"Balaxanıneft"  NQÇİ-də  Ramanı  tunelinin  təmizlənməsi  və 
bərpası,  Hövsan  kanalının  yenidən  qurulması  işləri  davam 
etdirilmiş, 7-ci  mədən  ərazisinin  1,1 ha  sahəsi rekultivasiya 
olunmuş, sahə şumlanaraq ağac əkmək üçün hazırlanmışdır. 
Hal-hazırda  2,7  ha  sahədə  rekultivasiya  işləri  aparılır. 
Atmosferə  atılan  zərərli  maddələrin  miqdarı  2005-ci  ilə 
nisbətən 189 ton və ya 45%, dənizə axıdılan çirkab sularının 
miqdarı isə 1,51 min m
3
  ya 4,3% azalmışdır. Eyni zamanda 
istehsalatda  işlədilən  şirin  suların  miqdarı  2,87  mln  m
3
 
azaldılmışdır. 
İl  ərzində  "Xəzərdənizneftdonanma"  idarəsində  ətraf 
mühitin mühafizəsi sahəsində aşağıdakı işlər görülmüşdür:  

 
Təmirdən  çıxan  34  ədəd  gəminin  qəza-qurutma 
sistemləri  və  digər  atqı  klapanlarında  plomblama  və 
aktlaşdırma aparılmışdır. 

 
Konstruksiyaları  imkan  verən  kiçik  su  tutumlu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə