Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

gəmilərdə  təmirə  dayandıqları  zaman  qapalı  çirkab 
fekal  və  fan  sistemlərinin  quraşdırılması  isə  davam 
etdirilmişdir. 

 
"SLV-363",  "SLV-370"  ekoloji  gəmiləri  əsaslı 
təmirdən  sonra  istismara  buraxılmışdır.  "SLV-410" 
ekoloji  gəmisində  əsaslı  təmir  işlərinin  2007-ci  ilin 
fevral  ayının  sonuna  kimi  başa  çatdırılması  nəzərdə 
tutulmuşdur. 

 
Gəmilərdə  neft  məhsulları  ilə  çirklənmiş  döşəməaltı-
lay  suların,  sahil  obyektlərində  çirkab  təsərrüfat 
məişət  fekal  suların,  işlənmiş  texniki  yağların,  quru 
zibillərin, yağlı əski və yeyinti qalıqlarının normalara 
uyğun  yığılıb  və  lazımı  məntəqələrə  təhvil  verilməsi 
təmin olunmuşdur. 
Ümumiyyətlə, 
ötən 
il 
ekoloji 
vəziyyətin 
yaxşılaşdırılmasına 23,4 mln manat vəsait xərclənmişdir. 
Əməyin  mühafizəsi  üzrə  tədbirlərə  2005-ci  illə 
müqayisədə  təxminən  2  dəfə  çox,  yəni  9,5  mln  manat,  o 
cümlədən  xüsusi  geyim,  ayaqqabı  və  digər  fərdi  mühafizə 
vasitələrinə 4,3 mln manat, əmək şəraitini yaxşılaşdırmaq və 
sağlamlaşdırmaq üçün nomenklatur tədbirlərə 4,8 mln manat 
vəsait xərclənmiş, 149 obyekt üçün sanitar-gigiyenik pasport 
tərtib edilmişdir. 
Ölkədə  fəaliyyət  göstərən  Heydər  Əliyev  adına  Bakı 
Neft Emalı və «Azneftyağ» zavodlarında ildə 6,2 milyon ton 


neft  emal  edilir.  İstehsal  olunan  yanacaq  ölkənin 
ehtiyaclarını ödəməklə bərabər qismən də ixrac olunur. 
Son  illər  neft  emalı  zavodlarının  hər  ikisində 
istehsalatın  yenidən  qurulması  istiqamətində  əsaslı  işlər 
görülmüşdür:  neft  məhsullarının  saxlanılması  üçün  yeni 
çənlər  parkı,  eləcə  də  Heydər  Əliyev  adına  Neft  Emalı 
Zavodunda  benzinin  və  dizel  yanacağının  yüklənməsi  üçün 
müasir  terminal  istismara  verilmişdir.  Texnologiyanın 
təkmilləşdirilməsi 
və 
yenidənqurma 
işlərinin 
intensivləşdirilməsi  nəticəsində  neft  emalı  zavodlarında 
istehsal  olunan  məhsulun  keyfiyyəti  əhəmiyyətli  dərəcədə 
yüksəlmişdir. 
Ölkənin  yanacaq-enerji  kompleksini  daha  da  inkişaf 
etdirmək  məqsədilə  qarşıdakı  illərdə  neft  və  qaz  hasilatı 
sahəsində aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə 
tutulur: 

 
yeni yataqların axtarışı və kəşfiyyatı;  

 
aşkar  edilmiş  yataqların  tammiqyaslı  işlənməyə  cəlb 
edilməsi;  

 
işlənmədə olan yataqlarda yeni quyuların qazılması və 
fəaliyyətsiz quyuların bərpası;  

 
işlənmədə  olan  yataqlar  üzrə  neftvermə  əmsalının 
artırılması 
məqsədi 
ilə 
yeni 
texnika 
və 
texnologiyaların tətbiqi;  



 
neft-qaz  hasilatı,  nəqli  və  emalı  sistemlərinin 
tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;  

 
elm  və  texnikanın  nailiyyətlərindən  və  qabaqcıl 
təcrübədən geniş istifadə edilməsi. 
Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən 
«Azəri»,  «Çıraq»  yataqlarının  və  «Günəşli»  yatağının  dərin 
hissəsinin  işlənməsinə  dair  dünyanın  qabaqcıl  neft  şirkətləri 
ilə  müqavilənin  bağlanmasından  ötən  illər  ərzində  neft  və 
qaz  yataqlarının  kəşfiyyatına  və  işlənməsinə  dair  daha  23 
saziş  imzalanmış  və  bu  günə  kimi  ölkənin  neft-qaz 
sənayesinin  inkişafına  13  milyard  ABŞ  dollarından  artıq 
xarici sərmayə qoyulmuşdur. 
Hazırda Azərbaycan Respublikasının neft-qaz sektoru 
üzrə 4 mühüm layihə həyata keçirilir: 

 
«Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yatağının dərin 
hissəsinin tammiqyaslı işlənməsi;  

 
«Şahdəniz»  qaz-kondensat  yatağının  işlənməsinin 
birinci mərhələsi;  

 
Bakı—Tbilisi—Ceyhan  (BTC)  Əsas  İxrac  Boru 
Kəmərinin tikintisi;  

 
Bakı—Tbilisi—Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru 
Kəmərinin tikintisi. 
AÇG  üzrə  ilkin  neft  layihəsi  çərçivəsində  «Çıraq-1» 
platforması, ümumi uzunluğu 200 km-ə yaxın olan sualtı neft 


və  qaz  nəql  kəmərləri,  Səngəçal  terminalı  istifadəyə 
verilmişdir. 
Hazırda  AÇG  yataqlarının  tammiqyaslı  işlənməsinin 
«Faza-1»  (Mərkəzi  Azəri)  layihəsi  üzrə  tikinti  işləri  aparılır 
və  ilkin  neftin  çıxarılması  2005-ci  ilin  birinci  rübünə 
planlaşdırılır.  2006—2008-ci  illərdə  AÇG-nın  «Faza-2» 
(Qərbi  və  Şərqi  Azəri), 2008—2010-cu  illərdə  isə «Faza-3» 
(«Günəşli» nin dərin hissəsi) layihələri həyata keçiriləcəkdir. 
Bu  layihələrə  ümumi  məbləği  10-12  milyard  ABŞ  dolları 
həcmində sərmayə qoyuluşu gözlənilir. 
AÇG  yataqlarından  çıxarılan  neftin  əsasən  Bakı—
Tbilisi—Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  vasitəsilə 
beynəlxalq bazarda satışı nəzərdə tutulur. 
Azərbaycan  Respublikasında  2005—2008-ci  illərdə 
neft  hasilatının  gözlənilən  həcmi  cədvəldə  2.2.11-də 
verilmişdir:  
Cədvəl 2.2.11 
2005-2008-ci illərdə neft hasilatı 
Göstəricilər 
2005 
2006 
2007 
2008 
Azərbaycan 
Respublikasında 
neft hasilatı, min 
tonla 
o cümlədən: 
ARDNŞ 
ABƏŞ 
 
20750 
 
30050 
 
30750 
 
46750 
 
 
8750 
12000 
 
 
8750 
21300 
 
 
8750 
22000 
 
 
8750 
38000 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə