Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

 
 
 
şərtləri,  neft  kəmərinin  istismar  və  idarəetmə  mexanizmini, 
maliyyələşmə    mənbələrini  müəyyən  edir,  daha  dəqiq  və 
sərfəli  marşrut  seçmək  üçün  təkliflərini  1998-ci  ilin 
sentyabrında  Azərbaycan    Respublikasının  prezidentinə 
təqdim etmişdir. 
Xəzər  dənizi  dünyanın  neft  və  qaz  regionlarından  
biridir. Əgər neft hasil etmək üçün müqavilə bağlanmışdırsa,  
indi  artıq    Qazaxıstan  da  öz  sektorunda  neft  hasil  edir  və 
yaxşı nəticələr əldə  edir.  
Xəzərin    statusu  da  ciddi  mübahisələrə  səbəb  olurdu. 
Azərbaycan  Xəzər  dənizinin  sahilyanı  ölkələr  üçün  
sektorlara  bölünməsini    təklif  edir,  yəni  onun  dibindən  və 
enerji  resurslarından  istifadə  olunması  üçün  bölünməlidir. 
Belə bir bölgü Xəzər dənizində 1970-ci  ildə Sovet hökuməti 
tərəfindən edilmişdir. Onda Xəzər dənizi  Sovet  hökumətinə 
və İrana məxsus idi.  
Xəzər  dənizinin  sektorlara  bölünməsi  haqqında 
Azərbaycan, 
Rusiya 
və 
Qazaxıstan 
ilə 
sazişlər  
imzalanmışdır,  həm  də  sektorların  koordinatlarının  müəyyən  
olunması,  yəni  sərhədlərin  tam  dəqiq  müəyyən  olunması  ilə 
əlaqədar  ikinci sazişlər imzalanmışdır. Türkmənistan və  İran 
müvafiq    sazişlər  imzalamışdır.  Azərbaycan  beynəlxalq  
hüquq normalarına, beynəlxalq dəniz hüququna uyğun olaraq 
orta  xətt  prinsipi  əsasında  Xəzər  dənizinin  sektorlara 
bölünməsinə tərəfdardır [27, №9, s.53-57]. 


 
 
 
Bu  prinsip  əsasında  hər  bir  Xəzəryanı    ölkə  öz 
sektorunda  istədiyi    işi  görə  bilər.  Xəzərin  Azərbaycan 
sektorunda  4  milyard  ton  neft,  5  trilyon  mіn  qaz  ehtiyatı  
proqnozlaşdırılır.  Deməli,  bu  50-100  ilə  qədər  neft  və  qaz 
hasil  etməyə  imkan  verəcəkdir.  Ona  görə  də  bu    həm 
Azərbaycan,  həm  də  onunla  əməkdaşlıq  edən  ölkələr  üçün 
çox böyük səmərə  verəcəkdir. 
«Əsrin müqaviləsi» imzalandıqdan sonra  Azərbaycanın 
neft  sektoruna  xarici  şirkətlər  tərəfindən  7  milyard  dollar  
sərmayə  qoyulmuşdur.  Ümumiyyətlə,  isə  Azərbaycan 
iqtisadiyyatına  9  milyard  dollar    investisiya  qoyulmuşdur. 
Yaxın  vaxtlarda  bu  layihələrin  həyata    keçirilməsi  üçün 
Azərbaycana  xarici  şirkətlərdən  təxminən  10-12  milyard  
investisiya qoyulması gözlənilir.  
Bakı-Tbilisi-Ceyhan  neft  kəməri    iqtisadi  xarakter 
daşımır.    Eyni  zamanda  Qafqazda,  Türkiyədə  təhlükəsizliyi 
və sabitliyi  təmin etmək üçün əsas vasitələrdən biridir. Ona 
görə  də,  Azərbaycanda    yeni  neft  strategiyasının  işlənib 
hazırlanması  və  həyata    keçirilməsi  iqtisadiyyatı  inkişaf 
etdirməklə 
yanaşı 
Qafqaz 
regionunda 
stabilliyi 
möhkəmləndirəcək, 
eləcə 
də 
münaqişələrin 
aradan 
qaldırılmasına imkanlar yaradacaq.  
 Beləliklə,  Azərbaycanın  yeni  neft  strategiyası,  onun 
qarşıya    qoyduğu  məsələlər,  Azərbaycanın  iqtisadiyyatı  və 
gələcəyi,  demokratik,  hüquqi,  dünyəvi  dövlət  kimi  inkişaf 


 
 
 
etməsi,  bazar  iqtisadiyyatının  inkişafı  Azərbaycanın 
prinsipləridir. 
Hesablamalara  görə,  Xəzər  hövzəsi  40  milyard  barel 
neft və 200 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Xəzər 
dənizinin  karbohidrogen  ehtiyatları    Şimal  dənizinin  və 
Meksika  körfəzinin ehtiyatlarına  bərabərdir. On illər ərzində 
gündə  bir  neçə  milyon  barel  neft  Xəzər  regionundan  dünya 
bazarlarına  daşınacaqdır.  Əsas  ixrac  neft  kəmərinin  Bakıdan 
başlayıb Tbilisidən keçməklə, Aralıq dənizindəki Türkiyənin 
Ceyhan limanınadək uzunluğu 1760 kilometrdir. Bu təxminən  
Nyu-Yorkdan  Mayamiyə  qədər  olan  məsafəyə  bərabərdir. 
Kəmər 1400 çaydan, 3 min  metr hündürlüyə malik dağlardan 
keçərək  Xəzəri  Aralıq  dənizi  ilə  birləşdirəcəkdir.  Marşrut  
boyu  8  nasos  stansiyası,  Ceyhanda  genişləndirilmiş  terminal 
inşa  olunacaqdır.  Həmin  terminalda    supertankerlər  neft 
dolduracaq dünya bazarına daşıyacaqlar. İstər iqtisadi,  istərsə 
də  ekoloji    cəhətdən  ən  sərfəli  layihə  Bakı  –  Tbilisi  – 
Ceyhandır.  Bu  layihə  beynəlxalq  standartlara  uyğun  tərtib 
edilmişdir.    Kəmər  boyu  əhaliyə  daha  yaxşı  yaşamaq  üçün 
şərait yaradılacaqdır. Ətraf  mühitin qorunması üçün sərmayə  
nəzərdə  tutulmuşdur  ki,  bu  da  boru    kəmərinin  çəkiləcəyi 
ərazilərdə ekologiyanın qorunmasına yönəldilmiş proqramdır.  
«Azəri»  və  dərinlikdə  yerləşən  «Günəşli»  yataqlarında 
5,4  milyard    barel  neft  ehtiyatı  vardır.  Bu  Şimal  dənizi  və 
Meksika körfəzində yerləşən yataqların hamısından  çoxdur. 


 
 
 
2001-ci ildə  «Azəri –  Çıraq - Günəşli»nin birinci fazası 
istifadəyə    verildi.  2002-ci  ildə  ikinci  fazasının  sanksiyadan 
keçdi.  Buraya    8  milyard  dollar  investisiya  qoyulacaqdır. 
2004-cü  ildə  3-cü  fazanın    sanksiyadan  keçməsi  gözlənilir. 
Üçüncü  fazanın  həyata  keçirilməsi  dövründə  dərinlikdə 
yerləşən  «Günəşli»  yatağı  işlənəcəkdir.    Məhsul  istehsalı 
2004-cü ildə gözlənilir. Bir neçə ilə yaradılmış  möhkəm baza 
əsasında 2008-2009-cu illərdə «Azəri – Çıraq – Günəşli»-dən  
1 milyon bareldən çox neft hasil ediləcək və Bakı – Tbilisi – 
Ceyhan kəməri ilə daşınacaqdır.  
Bu  yataq  yüksək  keyfiyyətlərə  malikdir.  Dənizin  
dərinliyi  120-150  metrdir,  quyular  gündə  20  min  bareldən 
artıq  neft verir.  
Respublikamızda  çıxarılan    neftin  həcmi  ilbəil  artır. 
Əgər  1996-1998-ci  illərdə  neft  hasilatı  sabit  qalaraq,  9,1 
milyon  ton  təşkil  etdiyi  halda,  1999-cu  ildən  artmağa 
başlamışdır.  2001-ci  ildə  respublikamızda  14,9  milyon  ton, 
2002-ci ildə isə 15,3 milyon ton neft  çıxarılmışdır. 
2002-ci  il    sentyabrın  18-də  üç  ölkənin  prezidentləri  və 
ABŞ-ın  energetika  naziri  cənab  Spenser  Abrahamsın  iştirakı 
ilə  Səngəçal  terminalında  Bakı-  Tbilisi  –  Ceyhan  neft  boru 
kəmərinin təməli qoyuldu və tikintisinə  start verildi.  
Bakı  –  Tbilisi  –  Ceyhan  neft  kəməri  dünyada    analoqu 
olmayan  mühəndis  qurğusudur.  Ümumi  uzunluğu  1762 
kilometr    olan  kəmərin  443  kilometri  Azərbaycan,  249 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə