Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

 
 
 
kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyədən keçəcək-
dir.  Layihədə boru çəkilişi ilə yanaşı, Səngəçal terminalının 
genişləndirilməsi,  Ceyhan  limanında  müasir  standartlara 
cavab  verən    yeni  nəhəng    terminalın  inşası,  8  nasos 
stansiyasının  tikilməsi  nəzərdə  tutulur.  İldə  50    milyon  ton, 
sutkada  isə bir milyon barel xam neft ötürmək qabiliyyətində 
olan bu kəmərin ümumi dəyəri 2,95 milyard ABŞ dollarıdır. 
 Xəzərdəki  karbohidrogen  ehtiyatlarının  mənimsənil-
məsində,  neft  və  qaz  yataqlarının  işlənilməsində  və  dünya 
bazarına  çıxarılmasında  maraqlı    olan  dövlətlər,  bu  işlə 
məşğul  olan  şirkətlər  Bakı  –  Tbilisi  –  Ceyhan  ixrac  boru 
kəməri mühüm rol oynayacaqdır.  
Hazırda 
«BTCCO» 
 
şirkətinin 
11 
səhmdar 
cəmiyyətindən  4-ü    -  «Total»,  «İndex»,  «Acip», 
«KonokoFilips»  Xəzər  dənizinin  şimal-şərq  hissəsində  neft 
və  qaz  əməliyyatları    aparır  və  Qazaxıstanı  təmsil  edirlər. 
Layihə üzrə 2004-cü il   yanvarın 1-nə  təxminən 1,5 milyard 
dollar  xərclənmiş  2,95  milyard    dollarlıq  vəsaitin  isə 
xərclənməsi nəzərdə tutulur. 
Layihənin  sənədləri  və  qarşıya  çıxan  bütün  məsələlər 
tranzit  əraziyə  malik  ölkələrin  hökumətləri,  yerli  hakimiyyət 
orqanları,  yerli  və  beynəlxalq    qeyri-hökumət  təşkilatları, 
yerli  və  beynəlxalq  kütləvi  informasiya    vasitələri  və 
beynəlxalq  ictimaiyyət  ilə  geniş  müzakirə  edilmiş,  marşrut 


 
 
 
boyunca  450  kəndin  hər  birində,  30  min  torpaq  sahibi  və 
torpaq istifadəçisi ilə məsləhətləşmələr aparılmışdır.  
Maliyyə  paketinin  təsdiqlənməsi  2  ildən  artıq  dövrü 
əhatə edən geniş monitorinq, layihənin ətraf mühitə və sosial 
sahəyə  təsirinin  qiymətləndirilməsi,  eləcə  də  ictimaiyyətlə 
hərtərəfli  məsləhətləşmə  prosesinin  nəticəsində  əldə 
edilmişdir.  
Bakı  –Tbilisi  –  Ceyhan  layihəsinin  maliyyə 
məsələlərinin həllində və bu prosesin başa çatmasında Heydər 
Əliyevin    misilsiz  xidmətləri  olmuşdur.  Prezident  Heydər 
Əliyevin  30  iyul  2002-ci  il  tarixli  739  nömrəli  və  1  noyabr 
2002-ci  il  tarixli  811  nömrəli  fərmanlarına  uyğun  olaraq  
Azərbaycan  tərəfinin  layihədəki  payının  maliyyələşdirilməsi 
məqsədilə  Azərbaycan Respublikası Dövlət Neft Fondundan 
vəsait    ayrılmışdır.  Böyük  həcmdə  kredit    vəsaitlərinin 
alınmasını  təmin  etmək  məqsədilə  dünyanın  ən  nüfuzlu 
maliyyə  qurumlarının    rəhbərləri,  o  cümlədən  Dünya 
Bankının prezidenti cənab Vulfensonla, Beynəlxalq  Maliyyə 
Korporasiyasının  aparıcı  direktoru  cənab  Voyke,  Avropa 
Yenidənqurma  və  İnkişaf  Bankının  rəhbərləri  ilə  görüşlər 
keçirilmiş  və  bir  sıra    ölkələrin  prezidentləri  ilə  müzakirələr 
apararaq, ortaya çıxan problemləri həll  etmişdir. 
18 ay gərgin iş nəticəsində  cəmi 208 maliyyə sənədi və 
sazişlər    hazırlanmış  və  78  təşkilatın  iştirak  etdiyi 
maliyyələşmə və kreditlərin  alınması prosesi başa çatmışdır. 


 
 
 
Cəlb olunan  2,6 milyard ABŞ dolları kredit vəsaitləri üç qrup 
kreditor  –  500  milyon  ABŞ  dolları    Beynəlxalq  Maliyyə 
Korporasiyası və  Avropa Yenidənqurma və İnkişaf Bankı, 1 
milyard    166  mlyon  ABŞ  dolları  isə  6  ölkəni  təmsil  edən 
ixrac kredit agentlikləri, 923 milyon ABŞ dolları isə layihənin 
sponsorları  olan (BP, «Statoyl», «KonokoFilips» və «Total») 
şirkətlər tərəfindən təqdim olunmuşdur. 
Xəzər  regionunda  gün  ərzində  1110  min.  barrel  (o, 
cümlədən, Azərbaycanda 290 min. barrel) neft hasil etdildiyi 
halda,  2005-ci  ildə  isə  müvafiq  olaraq  1845  və  745  min. 
barrel  neft  hasil  ediləcəkdir.  Xəzər  regionunda  qeyd  edilən    
ehtiyatlar    200    mlrd.  barreldir.      Ekspertlərin   
Cədvəl 3.1.1 
Xəzər dənizindən çıxarılacaq neftin ixrac edilməsi üzrə 
marşrutu* 
Marşrutlar 
İl ərzində 
məhsul 
ötürmə 
qabiliyyəti 
mln. t/il 
Marşrutun   
uzunluğu 
(km) 
Marşrutun 
tikilməsinə 
sərf edilən 
investisiya 
Bakı–Novorosiysk 

1453 
2,4 
Bakı–Supsa 

935 
0,55 
Bakı–Tbilisi–Ceyhan  
50 
1730 
2,8 
Tenqiz Novorasiysk 
67 
1553 
2,2 
Tenqiz Bakı 
25 
618 
3,0 
Qeyd:  Cədvəl  Tasis  Avropa  ekspertiza  xidmətinin  məlumatları  
əsasında tərtib edilmişdir. Bakı 2000    
 


 
 
 
hesablamalarına görə,  Yaxın  Şərq  ölkələrini  istisna etməklə 
XXI  əsrdə  bu  region  dünya  bazarında  ən  böyük  enerji 
ehtiyatları  mənbəyi olacaqdır. Həmin fikri  sübuta  yeritmək   
üçün   ABŞ  administrasiyasının  məlumatları əsasında.  
Xəzər  regionunda  ehtiyatları  əks  etdirən  məlumatları 
nəzərdən keçirək (bax cədvəl 3.1.1 və 3.1.2). 
 
Cədvəl 3.1.2 
Xəzər regionunda maye karbohidrogenlərin potensial 
hasilatı  
(min barrel/gün) 
Ölkələr 
1990  1995  2000 
2005  2010 
2015 
2020 
Xəzər regionu 
üzrə - cəmi 
o, cümlədən: 
949 
861  1,324  2,318  3,394  3,394  3,972 
Azərbaycan 
251 
186 
290 
530  1,285  1,320  1,093 
Qazaxıstan 
516 
419 
716 
1,390  1,684  2,186  2,531 
Türkrnənistan 
114 
97 
146 
239 
307 
304 
251 
Özbəkistan 
68 
169 
172 
159 
118 
107 
97 
Qeyd: Cədvəl Woord Mackenzıe, Deutsche Bank AG 
 
Mütəxəssislərin  hesablamalarına  görə,  dünya  neft 
ehtiyatının 4%-i və ya 6-8 mlrd.  tonu   Azərbaycanın   payına   
düşür.      Dünya      ölkələri      üzrə      xarakterizə  olunan  neft 
ehtiyatları cədvəl 3.1.3-də göstərilib. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə