Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 
 
 
örtüyünə,  yeraltı  sulara,  eləcə  də  Xəzər  dənizinə  daxil  olur. 
Neft-qaz  yataqlarının intensiv işlənməsində bu problem daha 
da  aktuallaşır.  Belə  bir  şəraitdə  bağlanan  müqavilələrdə 
ekoloji  tədbirlərin  həyata  keçirilməsi  üçün  xüsusi  vəsaitin 
ayrılması  çox  vacibdir.  Eyni  zamanda  neft-qaz  çıxarma 
müəssisələrində  həm  istehsal  xərclərinin,  həm  də  mənfəətin 
müəyyən  hissəsi  həmin  tədbirlərin  həyata  keçirilməsinə 
yönəldilmişdir. Bu işdə Beynəlxalq Konvensiya üzrə müvafiq 
tələblərə əməl olunmalıdır. Bütünlükdə ekoloji məsələyə həm 
lokal,  həm  də  qlobal  baxımdan  yanaşmaq  lazımdır.  Yalnız 
Abşeron yarımadasında 35 min hektardan çox torpaq sahəsinə 
uzun  illər  neft  məhsulları  hopmuşdur.  Həmin  torpaqların 
bərpa  etmək  üçün,  orada  geniş  rekultivasiya  işləri 
aparılmalıdır.  Neft  məhsullarının  nəqli  zamanı  itkilər  baş 
verir.  Mütəxəssislərin  fikrincə,  neftin  çıxarılması,  nəqli, 
saxlanması  və  s.  proseslərdə  10%-i  itir.  Deməli,  bu  mühüm 
iqtisadi-ekoloji problem öz həllini gözləyir. 
Yuxarıda  qeyd  edilənlərlə  yanaşı  neftçıxarma  və  neft 
emalı  müəssisələrində  ekoloji-iqtisadi  problemlərin  konkret 
uçot  və  statistik  məlumatlar  əsasında  tədqiqi  çox  vacibdir. 
Odur  ki,  işin  sonrakı  bölmələrində  həmin  məsələyə  diqqət 
yetirilir.  Belə  ki,  yalnız  hərtərəfli  təhlil  nəticəsində  mövcud 
vəziyyətə  qiymət  verib,  nöqsanları  aşkar  etmək  və  onların 
aradan  qaldırılması  üzrə  əməli  tövsiyələr  işləyib  hazırlamaq 
mümkündür. 


 
 
 
3.2. Neft sənayesinin inkişafı nəticəsində yaranan 
iqtisadi-ekoloji proseslərin proqnozlaşdırılması 
 
Yanacaq-enerji 
kompleksində 
iqtisadi-ekoloji 
proseslərin  başlıca  məsələləri  aşağıdakılardır:  ətraf  mühitin 
təbii keyfiyyət dəyişiklikləri arasında asılılığın, onların sosial 
və  istehsal  nəticələrinin  təyin  edilməsi,  proqnozlaşdırılan 
dövrdə  baş  verən  sosial-iqtisadi  nəticələrin  əsas  növünün, 
miqyasının,  xarakterinin  və  meylinin  müəyyənləşdirilməsi, 
pis  ekoloji  situasiyalı  sahələrin  aşkar  edilməsi,  nəticələrin 
xarakteri və miqyasına görə rayonlaşdırılması. 
Nəticələrin əhəmiyyətindən asılı olaraq iqtisadi (iqtisadi 
sahələr  üçün  nəticələrin  əhəmiyyəti)  və  sosial  (sosial 
əhəmiyyətli  məsələlər)  qiymətləndirilmələr  aparılır.  Hər  bir 
qiymətləndirmə müəyyən əhəmiyyət daşıyır və vəzifənin həll 
edilməsinə xidmət edir. Ona görə də, eyni bir nəticə müxtəlif 
formada qiymətləndirilə bilər. 
Proqnozlaşdırma üç səviyyədə həyata keçirilir: birincisi 
-  ayrıca  götürülmüş  müəssisə  və  sənaye  birlikləri  (əsas 
etibarən  mühitə  təsir  proqnozu)  üçün;  ikincisi  -  ayrılıqda 
götürülmüş  region  üçün  (mühitin  keyfiyyəti  və  gözlənilən 
nəticənin  qiymətləndirilməsində  baş  verən  dəyişikliyi  əks 
etdirən kompleks proqnoz); üçüncüsü - bütünlükdə sahə üzrə 
(icmal proqnoz). 
Şübhəsiz  belə  bir  mürəkkəb  proqnozun  tərtib  edilməsi 
yüksək  ixtisaslı  kadr,  texniki  vəsait  və  maliyyə  resurslarının 


 
 
 
ayrılmasını  tələb  edir.  Təklif  etdiyimiz  proqnozlaşdırma 
strukturunun  həyata  keçirilməsi  qəbul  edilmiş  idarəçilik 
qərarlarının  proqnozu,  ƏMM  və  TESİ  planlarının  elmi 
cəhətdən əsaslandırılması səviyyəsini artıra bilər. 
Fikrimizcə, respublikanın neft-qaz sənayesinin nəzdində 
olan  elmi-tədqiqat  mərkəzlərində  iqtisadi-ekoloji  təsiri 
proqnozlaşdırılan  bölmənin  yaradılması  məqsədəuyğun  olar. 
Həm  də  bu  bölmənin  fəaliyyəti  elə  təşkil  olunmalıdır  ki,  o 
birbaşa Neft, Yanacaq və Energetika Nazirliyi ilə sıx əlaqədə 
olsun və ona opponentlik etsin. 
Müxtəlif idarələr üzrə planlaşdırma və proqnozlaşdırma 
funksiyalarının bu cür bölgüsü tərtib edilmiş planlaşdırmanın 
və  qəbul  edilmiş  idarəçilik  qərarlarının  proqnozlarının  elmi 
səviyyəsini yüksəldə bilər. 
Xarici  ölkələrdə,  xüsusi  ilə  ABŞ-da  tərtib  edilən  elmi 
cəhətdən    əsaslandırılmış  lokal  proqnozlaşdırma  təcrübəsi 
xüsusi maraq doğurur. ABŞ-da ildə ətraf mühitin mühafizəsi 
sahəsində  milli  siyasət  haqqında  qanuna  (1969-cu  il)  uyğun 
olaraq  bütün  federal  müəssisələr  və  fərdi  firmalar  xülasə  və 
proqnoz  formasında  ətraf  mühitin  öyrənilməsi  və  bu  sahədə 
keçirəcəkləri  tədbirlər  haqqında  dövlət  orqanlarına  material 
təqdim  edirlər.  Belə  bir  işi  aparmaq  üçün  əvvəlcədən  onlar 
dövlət  orqanları  ilə  müqavilə  bağlayırlar.  Bu    işləri  görmək 
üçün  onlar  üç  aydan  altı  aya  kimi  vaxt  sərf  edirlər.  Tərtib 
edilmiş  hər  bir  proqnoz  materiallarının  həcmi  3000  səhifəyə 


 
 
 
çatır.  Görülmüş  işlərin  dəyəri  isə  planlaşdırılan  tədbirin 
dəyərinin 0,001-dən 5,4%-i təşkil edir. 
Tərtib edilmiş proqnozlar ilk əvvəl maraqlı təşkilatların 
müzakirəsinə  təqdim  edilir  ki,  həmin  təşkilatların  tənqid  və 
yaxud  təklifləri  nəzərə  alınsın.  Müzakirələr  bir  ilə  qədər 
davam edir. Ondan sonra yekunlaşdırılmış sənəd tərtib edilir. 
«Alternativlər»  bölməsində  15-20-yə  qədər  müxtəlif 
variantlara baxılır. 
Proqnozlaşdırmanın belə bir təcrübəsi öz  səmərəliliyini 
göstərdiyi  üçün  o,  Avropa  dövlətlərinin  də  diqqətini  cəlb 
etmişdir.  Hazırda  Kanada,  Avstraliya  və  İrlandiyada 
tədqiqatın belə bir sistemin tətbiq edilməsi planlaşdırılır [65]. 
Həmin  təcrübənin  ölkəmizdə  tətbiq  edilməsi  öz 
bəhrəsini  verə  bilər.  Aydın  məsələdir  ki,  ƏMM  sahəsindəki 
texniki təsirin proqnozlaşdırılmasına xüsusi diqqət yetirilməsi 
vacib şərtdir. 
Elmi  proqnozların  işlənib  hazırlanması  özündə 
proqnozlaşdırma metodunun seçilməsi mərhələsini birləşdirir. 
Hazırda  istehsalın  miqyasının  artımı  və  müntəzəm  şəkildə 
genişlənməsi, ətraf mühitin mühafizəsi tələb edir ki, belə bir 
mürəkkəb  məsələ  dəqiq  və  tezliklə  öz  həllini  tapsın.  Bu 
sahədə intuitiv formada qabaqcadan görmə, günün tələblərinə 
cavab vermir. Ona görə də, proqnozlaşdırma metodunun daim 
təkmilləşdirilməsi böyük maraq doğurur və daim qayğı tələb 
edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə