Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

 
 
 
Hazırda  ƏMM  və  TESİ  sahələrində  qaz  sənayesinin 
proqnozlaşdırılması  başlıca  olaraq  empirik  formada  həyata 
keçirilir.  Daha  səmərəli  metodun  seçilməsi  üçün  aşağıdakı 
məlumatların, 
metodların 
təsnifatı 
və 
hər 
birinin 
xarakteristikasının əldə edilməsi zəruridir. 
Bütün  kompleks  problemlərə  aid  edilə  biləcək  elmi 
əsaslandırılmış proqnozlaşdırmanın təqribən 130-a qədər üsul 
və  metodu  mövcuddur.  ƏMM  və  TESİ  sahəsində  tətbiq 
edilən  metodun  hər  birinin  xarakteristikası  bir  sıra  işlərdə 
şərh  edilmişdir.  Aşağıdakı  proqnozlaşdırma  metodlarına  — 
statistik,  ekspertiza,  indeksləşdirmə,  normativ,  balans,  eləcə 
də  kartoqrafik,  geofizik,  iqtisadi-metodik  və  kombiləşmiş 
modelə çox üstünlük verilir. 
Göründüyü 
kimi, 
proqnozlaşdırma 
metodunun 
təsnifləşdirilməsi  üsulları  çoxsaylıdır,  ancaq  bununla  belə 
hələ  də  nümunəvi, tam və  hamı tərəfindən qəbul edilmiş bir 
metodika  işlənib  hazırlanmamışdır,  hər  biri  daha  çox  nəzəri 
xarakter daşıyır. Bunların heç biri konkret prosesə tətbiq edilə 
biləcək praktiki metod deyildir. Ona görə də, ƏMM və TESİ 
sahəsindəki 
praktik 
hesablamaları 
aparmaq 
üçün 
proqnozlaşdırma metodlarının sistemləşdirilməsi mühüm əhə-
miyyət kəsb edir. 
Təklif  etdiyimiz  ekoloji-iqtisadi  proqnozun  strukturuna 
əsasən  ƏMM  sahəsində  texniki  təsirin  proqnozlaşdırılması 
metodunun  iki  əsas  prinsipi  üzrə  təsnifləşdirilməsi 


 
 
 
məqsədəuyğundur:  qoyulmuş  məsələdən  asılı  olan  sahələrin 
ətraf  mühitə  qarşılıqlı  təsir  miqyasının  müəyyənləşdirilməsi; 
ətraf  mühitin  keyfiyyət  vəziyyətinin  öyrənilməsi  (mümkün 
ola  biləcək  neqativ  sosial-iqtisadi  nəticələrin  hesablanması; 
proqnozlaşdırma  variantından  asılı  olan  resurs,  aralıq, 
normativ). 
Sahələrin  ətraf  mühitə  qarşılıqlı  ekoloji  təsir  miqyasını 
proqnozlaşdırmaq  üçün  statistik  metod  tətbiq  edilə  bilər. 
Çünki bu bölmə üzrə son 10 ildə neft-qaz sənayesində kifayət 
qədər  məlumatlar  toplanmışdır.  Ancaq  onu  da  qeyd  etmək 
lazımdır ki, statistik metodun köməyi ilə heç də həmişə ətraf 
mühitin keyfiyyət dəyişikliklərini proqnozlaşdırmaq mümkün 
olmur. Əvvəla, bu sahədə uzun müddəti əhatə edən statistiki 
informasiyalar  yoxdur; ikincisi  - proqnozun mövcud bölməsi 
tələb edir ki, mühitin vəziyyətində keyfiyyət dəyişiklikləri an-
caq  zamana  görə  yox,  həm  də  məkana  görə  də  müəyyən 
edilsin. Ona görə də, belə hesab edirik ki, mövcud vəziyyətdə 
daha  səmərəli  metod:  kartoqrafiya,  geofizika,  ekspertiza  və 
kombinələşmiş  metodlardır.  Statistik  metod  isə  ancaq  ilkin 
başlanğıc  məlumatı  olan  ayrı-ayrı  göstəricilər  üzrə  tətbiq 
edilə bilər. 
Gözlənilən  sosial-iqtisadi  nəticələrin  proqnozlaşdırma 
məsələləri  üçün  balans  metodu,  iqtisadi-riyazi  model, 
ekspertiza  metodu  və  kombinələşmiş  metoddan  istifadə 
edilməsi  məqsədəuyğundur.  Proqnozun  baxılan  hər  bir 


 
 
 
variantının  məqsədindən  asılı  olaraq  proqnozlaşdırma 
metodunun  aşağıdakı  kimi  differensiallaşdırılmasını  təklif 
etmək olar. 
Ətraf  mühitin  vəziyyətinin  keyfiyyət  normativinin  və 
mühitə 
təsir 
edən 
amillərin 
normativ 
vəziyyətdə 
saxlanılmasını  öyrənmək  üçün  normativ  variantdan  istifadə 
edilmişdir.  Belə  proqnozlaşdırmada  normativ  məlumatlara 
istinad edilməlidir. 
Proqnozlaşdırmanın  aralıq  variantının  tətbiqində  isə 
başlıca  məqsəd  təbiəti  mühafizə  tədbirlərinin  müəyyən 
səviyyəsini  gözləmək  şərti  ilə  sahələrin  ətraf  mühitə  təsirini 
öyrənməkdir.  Bunun  üçün  həmin  tədbirlərin  səviyyəsinə 
uyğun  gələn  amillərin  xarakteri  və  inkişaf  istiqaməti 
öyrənilir.  Fikrimizcə,  belə  proqnozlaşdırma  zamanı  proqnoz 
indeksləşdirmə metodundan istifadə edilməlidir. 
Yuxarıda  deyilənlərə  istinadən  qeyd  edə  bilərik  ki, 
proqnozun  sahəvi  elmi-texniki  bölməsi  işlənib  hazırlanarkən 
ora aşağıdakı əsas məsələlər daxil edilməlidir: 

 
mövcud ekoloji situasiyanın təhlili; 

 
sahənin  ətraf  mühit  və  təbiətin  mühafizəsinə  təsir 
miqyasının proqnozu. 
Hazırda  sahənin  ətraf  mühitə  texniki  təsir  miqyasının 
proqnozlaşdırılması  həyata  keçirildiyi  üçün  bu  işdə  bir  daha 
həmin  məsələyə  baxılması  məqsədəuyğun  deyil.  Ancaq 
bununla  yanaşı  onu  qeyd  etmək  lazımdır  ki,  yuxarıda 


 
 
 
göstərilən  tədbirlərin  (bir  neçə  proqnoz  variantlarının 
baxılması,  daha  səmərəli  proqnoz  metodun  tətbiqi, 
proqnozlaşdırmanın  göstəricilər  sisteminin  təkmilləşdiril-
məsi)  həyata  keçirmək  üçün  burada  bəzi  dəyişikliklər 
edilməlidir.  Mövcud  ekoloji  situasiyanın  təhlil  edilməsi, 
proqnozun  işlənib  hazırlanmasının  ilkin  mərhələsi  sonrakı 
tədqiqatların  bazasını  təşkil  edir.  Proqnoz  məlumatları  hər 
şeydən  əvvəl  ekoloji  situasiyanın  hərtərəfli  və  dəqiq 
təhlilindən daha çox asılıdır. Ona görə də, iqtisadi və texniki 
məlumatların  dərin  təhlil  edilməsi  və  əldə  edilən  nəticələrin 
keyfiyyətinin artırılmasına xüsusi fikir vermək lazımdır. Neft-
qaz  sənayesinin  ƏMM  və  TESİ  sahələrində  indiyə  kimi 
praktiki  cəhətdən  dərin  analitik  tədqiqatlar  aparılmamışdır. 
Ona  görə  də,  hazırda  məsələnin  bu  cəhətinə  diqqətin 
yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Proqnozun 
tərtib 
edilməsi  üçün  zəruri  ilkin 
məlumatların  toplanması,  işlənməsi  və  sistemləşdirilməsi 
aparılan  təhlilin  başlıca  məqsədini  təşkil  edir.  Bu  mərhələdə 
proqnozlaşdırılan  obyektin  keçmiş  inkişafı  təhlil  edilir  və 
proqnozun əsaslandırılma müddəti tədqiq edilir. 
Təhlil  aparılan  zaman  aşağıdakı  məsələlərə  baxılması 
məqsədəuyğundur: 

 
neft-qaz  sənaye  obyektlərində  ətraf  mühitə  təsir  edən 
amillərin aşkar   edilməsi

 
təsirin həcmi və növünün müəyyənləşdirilməsi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə