Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.

səhifə4/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   50

olar  ki,  neqativ  təsir  göstərir.  Ona  görə  də    mürəkkəb 
mühəndis-texniki  qurğular  hesab  olunan  bu  cür  kəmərlərin 
layihələndirilməsi,  tikintisi  və  istismarı  ətraf  mühitin 
mühafizəsi  nəzərə  alınmadan  həyata  keçirilə  bilməz. 
Ümumiyyətlə,  neft    kəmərlərinin  tikintisi,  istismarı  və  ətraf 
mühitin  mühafizəsinə    kompleks  şəkildə  baxılması  tələb 
olunur  ki,  bu  da  ekoloji-iqtisadi  tədqiqatların  aparılması 
zərurətini meydana çıxarır. 
Ekoloji  tədqiqatların  aparılması  boru  kəmərinin  keçdiyi 
ərazidəki  bitki  və  heyvanlar  aləminə,  atmosfer  havasını, 
yeraltı  və  yerüstü  sulara  və  s.   təsirini  öyrənməyi  tələb  edir. 
İqtisadi  tədqiqatların    aparılmasında  başlıca  məqsəd  ətraf 
mühitə  neqativ  təsiri  azaltmaq  üçün    neft  kəmərlərinin 
tikintisi  və  istismar  texnologiyasını,  mexanikləşdirmə 
vasitələrini,    həmçinin  neft  kəmərlərində  baş  verə  biləcək 
qəzaların  nəticələrinin  aradan  qaldırılması  üsullarının  ətraf 
mühitə  vurulacaq  zərərin    hesablanması  texnologiyasının 
işlənilməsindən və s. ibarətdir.  
Magistral  neft  kəmərlərində  müxtəlif  xarakterli  qəzalar 
nəticəsində  baş  verən  neft  sızmaları  ətraf  mühitin 
komponentlərinə təsir   baxımından daha çox təhlükəli  hesab 
edilir.  
 Əgər  neft  sızmaları  quruda  baş  verirsə,  onda  neft 
kəmərindən yer  səthinə axan neft yerin səthində yayılmaqla 
bərabər,  torpağa      da    süzülür.    Bu  isə  öz  növbəsində    qəza 


baş  vermiş  ərazidə  bitki  və  torpaq  örtüyünün    sıradan 
çıxmasına,  havanın,  su  hövzələrinin,  yeraltı  suların  
çirklənməsinə səbəb  olur.  
Boru  kəmərindən  qəzalar  nəticəsində  neft  sızmalarının  
operativ  şəkildə  qarşısını  almaq,  onların  ətraf  mühitə  təsirini 
qiymətləndirmək 
məqsədilə 
kəmərlərdə 
müasir 
avtomatlaşdırılmış  ölçü-nəzarət  sistemlərinin  quraşdırılması 
zəruriliyi qeyd edilir. 
Neftin  hasilatı  və  nəqli    zamanı  ətraf  mühitin 
çirklənməsi  insanların  sağlamlığına  mənfi  təsir  göstərir.  Bu 
problemin həlli müəyyən maliyyə məsələləri ilə bağlıdır.  
Neft-qaz    istehsalı,  onların  nəqli  və  saxlanması  zamanı 
ətraf 
mühitin 
çirklənməsi 
neft 
sənayesinin 
vacib 
problemlərindəndir. 
Neft 
hasilatının  artırılması,  eyni 
zamanda  ətraf  mühitin  çirklənməsinin  qarşısını  almaq  üçün 
bir sıra  kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.  
Bu  məqsədlə  neft-qaz  sənayesinin    əsas  sahələri  olan 
neft-qaz  quyularının  qazılmasında,  mənimsənilməsində, 
onların  istismarında,  neft-qazın  nəqli  və  saxlanması  zamanı 
ətraf mühitin mühafizəsinə xüsusi fikir verilməlidir. Neft-qaz 
quyularının  layihə  dərinliyinə  qazılıb  atdırılması  bir  sıra  
ekoloji-texniki tədbirlərin həyata keçirilməsini tələb edir. Bu 
da,  öz  növbəsində,  ətraf    mühitin  çirkləndirilməsi  ilə 
əlaqədardır.  
Bütün  bu  deyilənlərlə  yanaşı,  neftin  nəqli  yolları,  onun 


hasilatından    başlanmış  emalına  qədər  çox  ciddi  ekoloji 
normalar və  nəzarətin qabaqcadan işlənib hazırlanması tələb 
olunur. 
Dünya    ölkələrinin  təcrübəsi  göstərir  ki,  ekologiyaya 
ayrılan  vəsait  müəssisənin  inkişafı  üçün  ayrılmış  vəsaitin  5-
25%-i miqdarında müəyyən edilməlidir.  
Böyük  miqyaslı  qurğuların  etibarlığının  az  olması, 
müəyyən  yerdən  dağılması,  qaz  kəməri,  çənlərdən  zəhərli 
mayelər və qaz halında olan maddələrin sızması  müşahidə 
olunur. 
Son vaxtlar sahədə təbii bioloji proseslərdə fərqlənən 
texnoloji  qurğulardan  geniş  istifadə  edilir,  parametr  və 
fiziki  prinsiplərə  istinad  edilir.  Hər  şeyin  olmasına 
baxmayaraq  ultra  və  s.  radiasiya,  elektromaqnit  və  başqa 
sahəyə böyük yayılma olur. 
Katalizator  arsenalı  artır,  reaktivlər,  səthilik,  başqa 
qorxulu  zəhərli  maddələr,  mürəkkəb  kimyəvi  proses 
şəklində tətbiq edilir. 
Bunların  hamısı  sahənin  texnogeninin  intensivliyi 
mühüm  dərəcədə  ətraf  mühitə  təsir  göstərir.  Həmçinin, 
yeraltı 
mühafizə 
problemi 
gücləndirilir. 
Məsələnin 
mürəkkəbliyi  onunla  nəticələnir  ki,  hələ  çoxlu  dərin  pro-
seslər  dəqiq  öyrənilməmiş  və  perspektivlərdə  gözlənilməz 
nəticələr gətirər. 
Neft-qaz  sənayesinin  ətraf  mühitə  təsirinin  neqativ 


meyli  perspektivdə  nəticələr  çıxarmağa  imkan  verir  ki, 
sahə təbii sistemə əhəmiyyətli təsir göstərə bilər, buna görə 
də,  təbiətdən  səmərəli  istifadəyə  gələcəkdə  diqqəti 
artırmaq, 
planlaşdırma, 
metod 
və 
formalarının 
təkmilləşdirilməsi,  ekoloji-iqtısadi  proqnozların  işlənib 
hazırlanması, qəbulu aktual məsələlərdir. 
Bazar 
münasibətlərinin 
təkamülü 
cəmiyyət 
miqyasında  özəl  istehsal  obyektlərinin  üzvü  əlaqələrinin 
yaradılması 
imkanlarını 
aradan 
qaldırır 
və 
elmi 
proqnozlaşdırmanı  ön  plana 
çəkir.  Deməli,  bazar 
iqtisadiyyatı  şəraitində  proqnozlaşdırma  iqtisadiyyatını 
səmərəli  idarəçiliyinin  və  sağlam  sosial  münasibətlərinin 
yaradılmasının əsas ünsürüdür. 
Ətraf  mühitin  qorunması  və  təbiətin  mühafizə 
edilməsi 
elmi 
cəhətdən 
əsaslandırılmış,  normativ 
sənədlərin  və  proqnozların  işlənib  hazırlanmasını  tələb 
edir.  Məsələnin  bu  cəhəti  bazar  iqtisadiyyatı  şəraitində 
daha  önəmli  olur.  Çünki  sahibkarlıq  fəaliyyətinin 
genişlənməsi  bir  tərəfdən  cəmiyyətin  obyektiv  tələbidirsə, 
digər  tərəfdən  sərf  edilən  məsrəflərin  səmərəliliyidir. 
Keçid şəraitində ikinci motiv birincini üstələyir. 
Fərdi  mənafelər  baxımından  mənfəətlik  motivlərinə 
üstünlük  verilməsi  istər-istəməz  ətraf  mühitin  qorunması 
və  təbiətin  mühafizəsindəki  tarazlığı  pozur.  Ona  görə  də, 
təsərrüfatçılıq  baxımından  aparılacaq  işlər cəmiyyətin  mə-



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə