Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

 
 
 
Ətraf mühitin çirklənməsinə nəzarət və onun qarşısının 
alınması bəşəriyyətin qlobal problemlərindən biridir. Hazırda 
ətraf  mühitin  mühafizəsinə  dair  dünya  miqyasında  tədbirlər 
görülür,  ətraf  mühitin  çirklənmə  mənbələrini  azaltmaq  olsa 
da, onun tamamilə aradan qaldırılması mümkün deyildir. 
Ətraf  mühitin  çirklənməsi  istehsalçı  üçün  itkidir  və 
onun  bazar  dəyəri  olmadığından  ona  xarici  təsirin  effektliyi 
nöqteyi-nəzərindən baxıldıqda qiymətləndirilə bilmir. 
İnsanın iqtisadi fəaliyyəti nəticəsində təbiətə, insanlara, 
müxtəlif  obyektlərə  daim  antropogen  təsir  baş  verir.  İqtisadi 
fəaliyyətin  xarici  səmərəliliyi  bu  təsirlə  əlaqədardır  və  bu 
ətraf mühitə istər müsbət, istərsə də mənfi təsir edir. 
Bütövlükdə  xarici  təsirlərin  səmərəliliyi  heç  də  həmişə 
mənfi olmur. İqtisadiyyatda bu o deməkdir ki, bəzən gəlirlər 
əlavə sosial gəlirlər yarada bilər. Məsələn, sənaye müəssisəsi 
üçün  yaradılmış  infrastruktura  bütövlükdə  cəmiyyət  üçün 
əlverişli ola bilər. 
Təəssüf  ki,  neft  sənayesində  xarici  təsirdən  alınan 
səmərəlilik  əksər  hallarda  mənfi  olur:  müxtəlif  növ 
çirklənmələr, tullantılar, təbii resursların məhv edilməsi və s. 
Burada xarici səmərəliliyi iqtisadi fəaliyyətin neqativ iqtisadi-
ekoloji  fəaliyyəti  kimi  xarakterizə  etmək  olar  və  təsərrüfat 
subyektləri bu fəaliyyətə diqqət yetirmirlər. 
Xarici  təsirin  səmərəliliyi  ətraf  mühiti  bilavasitə 
çirkləndirmələrin  iqtisadi  fəaliyyətinə  təsir  etmir.  Ətraf 


 
 
 
mühiti  çirkləndirənlər  hər  şeydən  əvvəl  öz  daxili  xərclərini 
minimuma  endirməkdə  maraqlıdırlar,  xarici  məsrəfləri  isə 
onlar  adətən  inkar  edirlər  və  bunların  həlli  əlavə  məsrəflər 
tələb  edir.  Xarici  təsirlərin  nəticələrini  cəmiyyətin  digər 
üzvləri aradan qaldırırlar. Ona görə də, iqtisadiyyat üçün belə 
bir  sual  meydana  çıxır:  niyə  ətraf  mühiti  korlayan  insanlar, 
müəssisələr  ətraf  mühitin  korlanmasına  dəyən  zərəri 
ödəməməlidirlər? 
Qiyməti  olan  resursların  istifadə  edilməsində  və 
bölüşdürülməsində  bazar  sistemi  səmərəli  rol  oynayır. 
Müəssisə  təbii  ehtiyatların,  suyun  və  hava  basseyninin 
assimilyasiya potensialından istifadə etdikdə bu onlara pulsuz 
başa gəldiyindən daxili məsrəflərdə əks olunur, lakin bununla 
bərabər cəmiyyətin üzərinə əlavə xarici məsrəflər qoyulur. 
Təbiətin 
ekoloji 
imkanlarının 
çirklənməsinin 
neytrallaşdırılması 
və 
ətraf 
mühitin 
assimilyasiya 
potensialının  iqtisadi  göstəricilərinə  təsirinin  qiymət-
ləndirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Müxtəlif  ərazilər 
eyni  assimilyasiya  potensialına  malik  deyillər.  Aydındır  ki, 
təbii mühitin assimilyasiya potensialı nə qədər yüksək olarsa 
çirklənmənin  qarşısını  almaq  üçün  sərf  olunan  məsrəflər  o 
qədər  aşağı  olacaqdır  ki,  iqtisadi  inkişaf  ictimai  və  xüsusi 
məsrəfləri  aşağı  salmaq  üçün  daha  əlverişli  şərait  olacaqdır. 
Bu konkret ərazinin assimilyasiya potensialına tamamilə real 
iqtisadi qiymət verməyə imkan verir. 


 
 
 
İqtisadi  səmərəlilik  nəzəriyyəsi  təklif  edir  ki,  ətraf 
mühiti  çirkləndirən  subyektlərin  (kimya  müəssisəsi,  firma, 
dövlət)  onların  fəaliyyətləri  nəticəsində  ətraf  mühitə  dəyən 
zərəri  tamamilə  ödəməlidirlər.  Bu  ətraf  mühitə  dəyən  zərəri 
ixtisar etmək və azaltmaq üçün stimul yaradır. 
Çirklənmənin 
iqtisadi 
optimumuna 
endirilməsi 
məsələsinə  baxaq.  Bu  məfhum  onu  göstərmir  ki,  çirklənmə 
gərək  olmasın  və  onlar  hamısı  neytrallaşırlar.  Təəssüflər 
olsun  ki,  iqtisadi  fəaliyyətdə  bu  mümkün  deyildir,  çirklənmə 
nə  qədər  çox  tutularsa,  sonrakı  hər  çirklənməyə  sərf  olunan 
məsrəflər  daha  da  artır.  Çirklənməni  tam  ləğv  etmək  üçün 
böyük məsrəflər tələb olunur. 
Fərz  edək  ki,  ətraf  mühitin  özü  assimilyasiya 
potensialına  malikdir  və  təbiət  özü  çirklənmənin  müəyyən 
hissəsini neytrallaşdırır. 
Hal-hazırda  ətraf  mühitin  çirklənməsinin  optimal 
səviyyəsini  təmin  etmək  üçün  bir  neçə  normativ-texniki  və 
təşkilati-hüquqi üsullar işlənib hazırlanmışdır. 
Bu üsulları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: 
1)
 
tənzimləyici 
standartlar 
(komanda 
nəzarət 
strategiyası); 
2)
 
maliyyə sanksiyası; 
3)
 
çirklənmənin imkan verilən normaları. 


 
 
 
Kompaniyaların  öz  reklamlarında  göstərilən  sxemin 
işlənib  hazırlanması  zamanı  xüsusi  loqotiplərdən  istifadə 
etməyə icazə verilir. 
Standart  -  bu  normativ-texniki  sənəd  olub,  müəyyən 
fəaliyyət  sahəsində  məcburi  olan  norma,  qayda  və  tələblər 
müəyyən edir. 
Keçmiş vaxtlarda əksər hallarda tənzimləyici standartlar 
formasında  idarəetmə  metodları  tətbiq  edilirdi.  Standartları 
çirklənmənin yayıldığı müxtəlif nöqtələrə tətbiq etmək olar. 
Beləliklə,  kimyəvi-texnoloji  sistemlərə  (KTS)  ciddi 
Qərbi  Avropa  standartları  özündə  xüsusi  texnologiyalardan: 
«Best  Avialable  Technology»  (BAT),  standart  ən  yaxşı 
texnologiya, ətraf mühit üçün praktiki mümkün olan ən yaxşı 
variant  «Best  Prasticable  Environmental  Ortion»  (BPEO) 
istifadə etməyi tələb edir. 
Sənaye  müəssisələrinin  tullantılarına  standartlar  ətraf 
mühitin  keyfiyyətinə  olan  standartlardan  asılıdır.  Müxtəlif 
ictimai  təşkilatların  təziqi  ilə  ətraf  mühitin  keyfiyyətinə 
tələbatın  artmasına  doğru  gedir.  Əgər  hər  bir  müəssisənin 
çirklənmə  səviyyəsi  yüksək  deyilsə,  onda  icra  orqanı  onun 
fəaliyyətinə  müdaxilə  edə  bilməz.  Bu  situasiyadan  çıxışın 
yeganə yolu müəssisədə müasir tələblərə cavab verən ekoloji 
cəhətdən  təhlükəsiz  yeni  istehsal  sahələri  yaratmaqdan 
ibarətdir.  Belə  yanaşma  həmçinin  bəşəriyyətin  qlobal 
problemlərini həll etmək üçün də yararlıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə