Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

 
 
 
Ətraf mühitin keyfiyyətinə standartların  tətbiq edilməsi  
ətraf mühiti daha çox çirkləndirən müəssisələr olan regionlara 
aid  edilir  və  onların  tullantılarının  cəmi  ətraf  mühitdə 
çirkləndirici vasitələrin təmərküzləşməsinə səbəb olur. Bu isə 
həmin  reklamda  ekoloji  cəhətdən  sərfəli  kimyəvi  texnoloji 
sxemləri  (KTS)  tətbiq  etməyə  imkan  vermir.  Digər  tərəfdən 
tullantıların  standartlarına  və  ətraf  mühitin  keyfiyyətinə 
müxtəlif  icra  orqanları  nəzarət  edirlər.  Həqiqətən,  tullantı 
mənbələrindən  uzaqda  yerləşmiş  rayonların  ətraf  mühitin 
keyfiyyətinə  tullantılar  təsir  edə  bilər  (məsələn,  sulfat 
turşuları yağışları olan hallarda). 
 
 
 
Şək. 3.2 .Çirklənmənin yayılma yolları 
 
Kimyəvi texnoji 
sistem (KTS) 
 
Ətraf mühitin 
keyfiyyəti 
Təsirə məruz 
qalan 
 
Fiziki təsir 
 
Məhsullar 
 
 
Bioloji təsir 
 


 
 
 
Bəzən  ayrı-ayrı  icra  orqanları  digər  orqanlarla 
razılaşdırılmadan  ətraf  mühiti  çirkləndirənlərə  birtərəfli  təsir 
göstərir,  məsələn, suyun keyfiyyətinə nəzarət, digər  tərəfdən 
bu müəssisənin çirkləndirdiyi suyun artımına səbəb ola bilər. 
İqtisadi nöqteyi-nəzərdən  standartlardan  istifadə  heç  də 
həmişə  çirklənmənin  optimal  səviyyəsinə  çatmağa  imkan 
vermir.  Bunu  başa  düşmək  üçün  demək  lazımdır  ki, 
standartlar  tətbiq  edilməyən  yerlərdə  cərimələr  tətbiq  etmək 
lazımdır. 
Çirklənmənin  səviyyəsinin  tənzimlənməsi  və  təmin 
edilməsinin  səmərəli  üsullarından  biri  vergilər  hesab  olunur. 
Ekoloji  vergilər  (onları  çox  zaman  «yaşıl»  adlandırılar)  əsas 
iki məsələni həll etməyi nəzərdə tutur: 

 
məhsulların dəyəri, o cümlədən təbii resurslar və ətraf 
mühitə  dəyən    zərərin  həcmi  çəkilən  xərclərə  daha 
uyğun olmalıdır; 

 
ekoloji 
zərərləri 
bütün 
cəmiyyətə 
deyil, 
çirkləndirənlərə  kompensasiya  edilməsinə  çalışmaq 
(«çirkləndirən  ödəməlidir»  prinsipinin  reallaşmasına 
çalışmaq) lazımdır. 
«Yaşıl»  vergilər  ekoloji  cəhətdən  təhlükəsiz  istehsal 
sahələrinin 
və 
fəaliyyət 
növlərinin 
inkişafı 
üçün 
stimullaşdırıcı  rol  oynayır.  Belə  olan  halda,  dövlət  yalnız 
çirklənmənin optimal səviyyəsinin təmin edilməsi üçün təkan 
verir, vergilər vasitəsilə qiymətlərə təsir edir - bütün digərləri 


 
 
 
isə bazar mexanizmi - istehsalçı və istehlakçıya təsir edilməsi
məhsulların  ekoloji  təhlükəsizlik  dərəcəsindən  asılı  olaraq 
məhsulların tələb və təklifinə təsir edilməlidir. 
Ümumi halda istehsalçılar üçün vergi güzəştləri təbiəti 
mühafizə 
tədbirlərinə, 
fəaliyyət 
növünün 
ekoloji 
təhlükəsizliyinə  görə  müəyyən  edilməlidir.  Ətraf  mühitin 
səmərəli mühafizə tədbirlərini həyata keçirərkən vergiyə cəlb 
edilən mənfəət azaldılmalıdır. Vergiyə cəlb edilən mənfəətin 
həcmi  müəssisənin  təbiəti  mühafizə  tədbirlərinə  qoyulan 
vəsaitlər həcmində azaldılmalıdır. 
Bəzi  hallarda  ümumiyyətlə  vergilər  tutulmamalıdır. 
Məsələn, ekoloji fondlar vergilərdən azad edilir. Belə siyasəti 
təkrar  resurslardan  və  tullantılardan  istifadə  edən 
müəssisələrin gəlirləri üçün də yeritmək lazımdır. 
Vergi  sistemində  ekoloji  oriyentirin  dörd  aspektini 
göstərmək  lazımdır:  sahəvi,  texnoloji,  regional  və  məhsul. 
İqtisadiyyatın  sabit  inkişafa  keçməsi,  onun  ekoloji 
təhlükəsizlik 
səviyyəsinin 
yüksəlməsi 
və 
struktur 
dəyişiklikləri ilə əlaqədar olaraq vergi sistemi təbiəti istismar 
edən  sahələrin  və  sektorların  vergilərinin  artırılmasını 
nəzərdə  tutmalıdır.  Bu  onların  inkişafına  sərf  olunan 
investisiyaların  səmərəliliyini  azaldır.  Belə  olan  halda 
vergilər ekoloji cəhətdən zərərli olan sahələr üçün pres rolunu 
oynayır. Öz növbəsində təbii məhsul şaquliliyin axırına yaxın 


 
 
 
olan  emal  və  xidmət  sahələrində  vergilərin  dərəcələri 
azaldılmalıdır ki, onların inkişafı stimullaşdırılsın. 
Vergilərin  azaldılması  üçün  resurs  qoruyucu  və  az 
tullantılı  texnologiyaya  tətbiq  olunmalıdır.  Texnogen  və 
resurs  tutumlu  istehsal  və  texnologiya  yüksək  vergiyə  cəlb 
edilməlidir. 
Vergiqoymanın regional aspekti də nəzərə alınmalıdır. 
Gərgin  ekoloji  situasiya  olan  regionlarda  vergi  tutumu 
ekologiya  vəziyyəti  əlverişli  olan  rayonlara  nisbətən  əlavə 
ekoloji məsrəflər tələb edildiyindən «yumşaq» olmalıdır. 
Təbiəti  mühafizə  və  ekoloji  avadanlıqlar,  materiallar 
istehsal  edən,  həmçinin  ekoloji  xidmət  göstərən,  təbiət 
qoruyucu  obyektlər  tikən  və  rekonstruksiya  edən  dövlət  və 
xüsusi müəssisə və təşkilatlarına vergi güzəştləri edilməlidir. 
Ekoloji  cəhətdən  təhlükəli  məhsul  istehsal  edən  - 
ozondağıdıcı preparatlar, etil benzini, pestisid, enerji tutumlu 
texnika  və  s.  istehsal  sahələrində  vergilər  artırılmalıdır. 
Məsələn,  Norveçdə  mineral  gübrələr  və  pestisidlərə  qoyulan 
vergilər  hesabına  kənd  təsərrüfatının  sabit  ekoloji 
balanslaşdırılmış inkişaf proqramı maliyyələşdirilir. 
ABŞ-da  «yaşıl»  vergilərə  çox  diqqət  verilir.  Məsələn, 
1989-cu ildə ozon təbəqəsini dağıdan freon istehsalını ixtisar 
etmək  məqsədilə  onların  satışına  vergi  tətbiq  edilməyə 
başlanmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə