Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

 
 
 
Yaxın  gələcəkdə  dünyanın  əksər  ölkələrində  karbon 
qazının  ətraf  mühitə  buraxılmasına  görə  «karbon  vergisi» 
tətbiq edilməsi realdır. Qlobal istiləşmə təhlükəsi, karbon iki 
oksidin  (CO2)  ətraf  mühitə  buraxılmasını  azaltmaq  üçün 
dövlətlərin  öhdəlikləri  haqqında  beynəlxalq  sazişlər 
bağlanması bu vergi  növünü vacib  edir. Bu  vergi  növü artıq 
Finlandiya  və  Niderlandda  fəaliyyət  göstərir.  Hətta  minimal 
həddə  atmosferə  tullantıya  görə  10  dollar  haqq  verilməsi 
inkişaf  etmiş  ölkələrə  il  ərzində  25  milyard  dollar  gəlir 
gətirəcəkdir.  ABŞ-da  100  dol/t  karbon  vergisi  təklif 
edilmişdir  ki,  bu  da  ildə  büdcəyə  140  mlrd.  dollar  daxil 
olmasını təmin edəcəkdir. Vergilər karbon iki oksidin (CO2) 
atmosferə  daxil  olma  mənbəyinə  görə  differensial  olmalıdır. 
Belə  ki,  müxtəlif  növ  yanacaq-enerji  resurslarının  növlərinə 
vergilər qoyularkən ən çox vergi kömürə - onun yandırılması 
CO2-ni  havaya  axmasının  mühüm  mənbəyi  olduğundan 
qoyulmalıdır.  Perspektivdə  dünyada  karbon  vergi  növünün 
geniş tətbiq edilməsi ilkin enerji resurslarının hasilatını ixtisar 
etməyə,  alternativ  enerji  növlərindən  geniş  istifadə  etməyə 
imkan verəcəkdir. 
Azəri,  Çıraq,  Günəşli  neft  yataqlarının  işlənməsi 
üzərində  ümumi  nəzarət  Azərbaycan  hökuməti  ilə  ABƏŞ 
arasında  bağlanan  Hasilatın  Pay  Bölgüsü  Sazişinə  (HPBS) 
uyğun olaraq həyata keçirilir. Bu məcburi hüquqi razılaşmada 
yerinə  yetirilmiş  işlər  və  riayət  edilmiş  ekoloji  standartlar 


 
 
 
ətraflı  şərh  edilmişdir.  HPBS-ə  ciddi  riayət  olunması 
Azərbaycanın  qanunvericiliyinə  uyğunluğu  şərtləndirir, 
beynəlxalq  qaydalar  və  standartların  tələblərinə  əməl 
olunmasını nəzərdə tutur. 
«BP»  şirkətinin  yeni  layihələr  və  işləmələr  üçün 
kəşfiyyat, qazma və hasilat mərhələlərində ümumi ekologiya 
üzrə 
təminatlarına 
uyğun 
olaraq, 
işləmənin 
son 
konsepsiyasının  və  maliyyə  hüdudları  daxilində  Ən  Yaxşı 
Əməli  Ekoloji  Varianta  (ƏYƏEV)  cavab  verdiyinə  əmin 
olmaq məqsədi ilə tədqiqatlar aparılmışdır. 
Faza-2-in 
texniki 
layihələndirmə 
variantlarının 
qiymətləndirilməsi  bütöv  dörd  işləməli  proses  vasitəsi  ilə 
yerinə yetirilmişdir: 

 
Sağlamlığın  qorunması,  təhlükəsizlik  texnikası  və 
ətraf  mühitin  mühafizəsi  üzrə  konkret  məqsədlərin 
müəyyən edilməsi

 
Mülki nəzarət tədbirləri və texnologiya variantlarının 
müəyyən edilməsi; 

 
Layihənin  məqsədlərinin  həyata  keçirilməsi  üçün 
investisiya qoyuluşunun hər bir variantın kəmiyyətcə 
qiymətləndirilməsi; 

 
Variantların 
qiymətləndirilməsinin 
müəyyən 
edilməsi (xərcləri ətraf mühitə təsirin azaldılması və 
təmiz ekoloji mənfəət cəhətdən). 


 
 
 
Faza-2 
layihəsinin  məqsədi  Azəri-Çıraq-Günəşli 
kontrakt səviyyəli Şərqi və Qərbi Azəri sektorlarından neft və 
qaz  ehtiyatlarının  hasilatıdır.  Neft  boru  kəməri  ilə  Səngəçal 
terminalına  nəql  etdirmək  və  Bakı-Tibilisi-Ceyhan  (BTC) 
boru  kəməri  ilə  Aralıq  dənizi  sahillərindəki  Ceyhan  tanker 
terminalına  göndərilməzdən  əvvəl  burada  emal  olunacaqdır. 
ABƏŞ  konsorsiumunun  bəzi  şirkətləri  tərəfindən  digər 
variantlar da ola bilər. Qaz da həmin terminala göndəriləcək 
və Azərbaycanın qaz kəməri şəbəkəsinə daxil olacaqdır. 
Qazma  və  istehsalat  işləri  üçün  Şərqi  Azəridə  iki 
qazma  və  istismar  işi  və  yaşayış  bloku  ilə  təchiz  olunmuş 
texnoloji platforma tələb olunacaqdır. Hər platformada 12  X 
4  sxemi  üzrə  düzəlmiş  48  qazma  kəsiyi  olacaqdır.  Hazırda 
Qərbi 
Azəri 
platformasında 
34 
istismar 
quyusu 
planlaşdırılmışdır.  Bundan  başqa,  6  lay  su  vurma  quyusu  və 
şlamın  vurulması  üçün  2  quyu  qazılacaq,  6  kəsik  isə 
istifadəsiz qalacaqdır. 
Səngəçal  terminalının  yaxın  yerlərdə  havanın 
keyfiyyətinə  hər  hansı  təsirin  aşkara  çıxarılması  ilə  havaya 
mümkün  olan  atılmaların  modelləşdirilməsi  aparılmışdır. 
Nəticələr  NO4-ün  və  SO2-nin  proqramlaşdırılmış  atılmaları 
hava  keyfiyyətinin  beynəlxalq  səviyyədə  qəbul  olunmuş 
standartlarına müvafiq olduğunu göstərmişdir. 
Neft  dağılmalarının  modelləşdirilməsinin  nəticələri 
göstərir  ki,  çox  kiçik  ehtimalı  olan  neftin  quyudan  Azəri-


 
 
 
Çıraq-Günəşli kontrakt sahəsində dənizə atılması nəticəsində, 
neftlə  çirkləndirilmədən  zərər  çəkə  biləcəyi  ən  çox  ehtimal 
olunan  zona  cənub,  cənub-şərqdə  açıq  dənizin  hüdudları  ilə 
məhdudlaşır.  Bununla  belə  5%-dan  10%-ə  qədər  ehtimal 
vardır ki, neft Xəzərin sahil xəttinə çata bilər. Neftin çirklənə 
biləcək  dəniz sahili Bakının cənubundan Kür çayının ağzına 
qədər uzanır. 
Çirklənmələr həmçinin İranın və Türkmənistanın sahil 
zonalarına  da  çata  bilər.  Neft  boru  kəmərindən  sıza  bilər, 
kəmər  istənilən  yerdən  qırıla  bilər.  Boru  kəmərinin  böyük 
hissəsi  Abşeron  yarımadasının  cənubunda  sahilyanı  sularda 
yerləşdiyindən,  bu  sahə  zərər  çəkə  bilər.  Azəri,  Çıraq, 
Günəşli  Faza-1  ƏMSSTQ-də  dənizdə  boru  kəmərinin 
mümkün olan qırılmaları modelləşdirilmiş və aşkar edilmişdir 
ki,  effekt  dənizdə  neft  atılması  ilə  müqayisə  oluna  bilər. 
Zonada  boru  kəmərindən  sızma  və  ya  onun  qırılması 
nəticəsində  çirklənmə  ehtimalı  yüksəkdir.  Bu  akvatoriyada 
dənizin  dərinliyi  10  m.-dir  və  burada  dəniz  otları,  bitkiləri 
müşahidə  olunur.  Bundan  əvvəl  bu  sahilyanı  sularda  və 
yaxınlıqda  yerləşən  Pirsaat  adalarında  bütün  il  boyu  dəniz 
quşları müşahidə olunur. 
Zona balıqçılıq üçün əhəmiyyətlidir. Nərə balıqlarının 
böyümə və inkişaf rayonudur. 
Səngəçal  Terminalında  karbohidrogen  dağılmalarının 
qarşısı əsasən torpaq sədlər vasitəsilə alınacaqdır. Neft çənləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə