Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

 
 
 
içində olanları tutmaq üçün kifayət qədər qapalı zona yaradan 
torpaq  sədləri  ilə  əhatə  olunmuş  sahələrdə  yerləşdiriləcək. 
Bundan  başqa  çənlər  zəlzələyə  tab  gətirə  bilmək  şərti  ilə 
layihələndirilmişdir.  Beləliklə,  terminal  daxilində  hər  hansı 
dağılmanın  onun  meydançasının  hüdudlarından  kənarda 
yerləşən zonaya daxil olmayacaqdır. 
Sahillə terminal arasında boru kəməri bataqlıq ərazi ilə 
kəsişir  ki,  buradan  çıxan  su  sahilin  şimal-şərqində  Xəzər 
dənizinə  gedən  axına  qovuşur.  Burada  baş  verə  biləcək 
zonanın  uzunluğu  yaşayış  mühitinin  ümumi  miqyasları  ilə 
müqayisədə böyük olmayacaqdır. 
Quruda  dağılmalar  ehtimalı  həyata  keçirilməli  olan 
texniki xidmət və qəbuletmə nəzarəti vasitəsilə aparılacaqdır. 
Neft  dağılmalarına  reaksiya  vermə  planının  yerinə  yetirməsi 
ilə  dağılmaların  qarşısının  alınması  və  ətraf  mühitə  təsirin 
minimuma endirilməsi mümkün olacaqdır. 
Ölkənin  iqtisadi  inkişafı  bilavasitə  dövlətin  təbii 
ehtiyatlarından  istifadənin  idarə  edilməsi  ilə  əlaqədardır. 
Hazırda  bu  sektor  ətraf  mühitin  çirkləndirilməsinə, 
ekologiyanın  korlanmasına  zərər  vurur.  Əgər  ekoloji 
situasiyanın  idarə  edilməsinə  və  təbii  ehtiyatların 
qorunmasına  fikir  verilməzsə,  ətraf  mühitin  çirklənməsi 
sahəsində problem olduqca çoxala bilər. Ekologiya və ekoloji 
situasiyaların  idarə  edilməsi  sistemi  sahəsində  həyata 


 
 
 
keçirilən  reforma  (islahat)  milli  iqtisadi,  siyasi  və  sosial 
inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olmalıdır. 
İqtisadiyyatın 
özəlləşdirilməsi 
resursların 
daha 
səmərəli  idarə  edilməsinə  gətirib  çıxarır,  eyni  zamanda  ətraf 
mühitə  nəzarətin  indiki  səviyyəsini  zəiflədir.  Ətraf  mühiti 
qorumaq  üçün  qiymətlər,  tariflər  və  qaydalar  işləyib 
hazırlamaq lazımdır. 
Ətraf mühitin qorunmasına dair Milli Proqramın işlənib 
hazırlanması  kompleks  proses  olmaqla,  özündə  aşağıdakıları 
birləşdirməlidir: 
1.
 
Ölkə  iqtisadiyyatına  və  onun  sosial  maddi-rifah  halına 
neqativ  təsir  göstərən  ekoloji  problemlərin  aradan 
qaldırılması; 
2.
 
Əksər kritik problemlərin səbəblərinin təhlili
3.
 
Təcili tədbirlərin görülməsi
4.
 
Ətraf  mühitin  qorunmasına  dair  Milli  Proqramın 
hökumət və cəmiyyət tərəfindən bəyənilməsi
5.
 
Ətraf mühitin qorunmasına dair Milli Proqramın  yerinə 
yetirilməsi  üçün  daxili  və  xarici  resursların  səfərbər 
edilməsi; 
6.
 
Dövrü  olaraq  ekologiyada  olan  dəyişikliklər,  onların 
prioritetləri,  dərəcələri,  ekoloji  tədbirlərin  yerinə 
yetirilməsi haqqında məlumat vermək. 
Ölkənin  bütün  ekoloji  problemlərini  dərhal  həll  etmək 
mümkün  deyildir.  Hökumət  ətraf  mühitin  qorunmasına  dair 


 
 
 
Milli  Proqram  hazırlamalıdır.  Hazırda  Azərbaycanın  əsas 
məqsədi  təbii  sərvətlərdən  səmərəli  istifadə  etməkdən, 
əhalinin  sağlamlığının  yaxşılaşdırılması,  iqtisadi  artımın 
sürətləndirilməsi  və  bioloji  resursların  itkisinin  qarşısının 
alınmasından ibarətdir. 
Əsas ekoloji problemlərə aşağıdakılar aiddir: 

 
Sənaye,  neft  hasilatı,  neft  emalı  və  enerji  müəssisələri 
tərəfindən ətraf mühitə böyük ziyanın dəyməsi; 

 
Reproduktivlik  qabiliyyətinin  azalması,  ətraf  mühitin 
çirklənməsi  və  həddən  çox  ovlanması  nəticəsində 
osetrin balığı ehtiyatlarının azalması; 

 
İstər  kənd,  istərsə  də  şəhər  yerlərində  suyun  tərkibinin 
keyfiyyətinin pisləşməsi

 
Erroziya,  duzlaşma,  ağır  metal  və  ximikatlarla  ətraf 
mühitin  çirklənməsi  və  irriqasiya  sisteminin  pisləşməsi 
nəticəsində  kənd  təsərrüfatı  torpaqlarının  itirilməsi, 
meşə  örtüyünün  azalması.  Dənizin  səviyyəsinin 
qalxması  ilə  əlaqədar  olaraq  Xəzərətrafı  rayonların  su 
altında qalması və onun çirklənməsi. 
Azərbaycanın sənaye müəssisələri, neft istehsalı, enerji 
və  nəqliyyat  ətraf  mühitin,  havanın,  suyun,  torpağın  əsas 
çirkləndirici  mənbəyidir.  Bunun  əsas  mənbəyi  köhnə 
texnologiya, 
onların 
pis 
işləməsi, 
ətraf 
mühitin 
çirkləndirilməsini azaldan avadanlıqların olmaması, həmçinin 
aşağı  keyfiyyətli  xammaldan  istifadə  edilməsidir.  Sənayenin 


 
 
 
azalmasına  uyğun  olaraq  çirklənmə  səviyyəsinin  azalmasına 
baxmayaraq,  əksər  müəssisələrdə  vahid  məhsul  istehsalına 
çirklənmə  artmışdır.  Beləliklə,  əgər  sənaye  müəssisələrinin 
ekoloji  fəaliyyətlərinin  yaxşılaşdırılması  üçün  tədbirlər 
görülməzsə,  nəticədə  sənayenin  dirçəlişi  nəticəsində  ətraf 
mühitin  çirklənməsi  kəskin  surətdə  arta  bilər.  Ekologiya 
sahəsində  Azərbaycana  SSRİ-dən  inkişaf  etmiş  inzibati-
komanda  sistemi  və  onlara  uyğun  qanunlar,  qərarlar  və 
sistemlər, zəif imkanlar və mexanizmlər miras qalmışdır. Bu 
ətraf  mühitin  ciddi  deqradasiyasına  səbəb  oldu.  Ölkə 
müstəqillik  əldə  edəndən  sonra  ətraf  mühitin  qorunmasının 
səmərəliliyini  yüksəltmək  üçün  mühüm  işlər  görülmüşdür. 
Lakin  ətraf  mühitin  qorunmasına  sərf  edilən  məsrəflərin 
azalması,  peşəkar  kadrların  olmaması  və  avadanlıqlar 
çatışmadığından  ətraf  mühitin  qorunmasının  fundamental 
problemləri saxlanılır və daha da güclənir. 
Əksər  sənaye  tullantıları  Bakı  və  Sumqayıtda 
təmərküzləşmişdir. 
Atmosferin 
çirklənməsinin 
birinci 
mənbəyi neftçıxarma sənayesidir. Neftlə bərabər çıxan qazın 
havaya buraxılması nəticəsində ətraf mühit olduqca çirklənir. 
Bakının  bəzi  rayonlarında  1995-ci  ildə  neft-qaz  çıxarma 
sənayesində ətraf mühitə buraxılan qazlar 500 000 ton təşkil 
etdiyi  halda,  1996-cı  ildə  kompressor  stansiyası  tikildikdən 
sonra  o  azalaraq  200  000  tona  endirilmişdir.  Neft  emalı 
zavodlarından  təxminən  45  000  ton  tullantı  atılır.  Yanma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə